Filologiya məsələləri, 2017
47
qüvvətlidir (7, 255). İbn Xəldun kimi dahi bir şəxsiyyətin ibn Hişama verdiyi
belə bir yüksək qiymət, əlbəttə ki, çox şeydən xəbər verir.
İbn Hişamın dilçilik əsərlərinin bəziləri tələbələrin ərəb dilini tədricən
öyrənmələrinə xidmət edir. Doktor əş-Şeyx Məhəmməd əl-Baqai yazır ki,
İbn Hişamın ilk “əl-İrab fi qavaidil-irab” əsəri qrammatika elminin ərəb
dilini öyrənməyə başlayanlar üçün yazılmışdır və bu əsər bir növ ərəb dilinin
karkasıdır. İbn Hişam bu əsərdə ərəb dilini yeni öyrənənlərə qrammatikanın
əsas prinsiplərindən yığcam məlumat verir. Əsər çox sadə, anlaşıqlı bir dildə
yazılmışdır. Bundan sonra ibn Hişam “Qatrun-nədə və bəllus-sadə” adlı
kitabını yazmışdır. Bu kitab ərəb dilinin əsas prinsiplərindən xəbərdar
olanlar üçün yazılmışdır və bir növ birinci kitabın genişlənmiş variantıdır.
Bundan sonra İbn Hişam kitabı şərh edərək, eyni mövzu ətrafında müxtəlif
dilçilərin fikirlərini açıqlamış və tələbələrin əvvəlki iki kitabdan əldə
etdiklərini genişləndirmişdir. Daha sonra ibn Hişam “Şuzuruz-zəhəb”
kitabını yazmış və ərəb dili qrammatikasını bütövlüklə və təfsilatı ilə əhatə
etmişdir. İbn Hişam bununla necə deyərlər, ürəyi soyumamış və bu kitaba
şərh yazaraq onda olan məsələləri daha da aydın verməyə çalışmış və xeyli
əlavələr etmişdir (5, 5-7).
İbn Hişamın əsərlərinin sayı yuxarıda qeyd edilən beş kitabla
məhdudlaşmır. Məxəzlərdə, adətən, İbn Hişamın 26 əsərinin adı çəkilir.
Bunlar
1) Əl-İrab an Qavaidil-irab; 2) Əl-Əlcaz; 3) Audahul-Məsəlik ilə
əlfiyyəti İbn məlik; 4) Ət-təzkira; 5) Ət-Təhsil vat-tafsil li kitəbil-təzyin vat-
təkmil; 6) Əl-Cəmius-sağir; 7) Əl-Cəmiul-kəbir; 8) Risələtun fin-nisab; 9)
Risələtun fi stiməl əl-munədi; 10) Raful-xasasa an qurrail-xulasa; 11) Ər-
Rauda əl-ərəbiyyə fi şavahidi ümumil-arabiyyə; 12) Şuzuruz-Zəhəb; 13)
Şərhul-Burdə; 14) Şərh əş-şavahis-suğra; 15) Şərh əş-şəvahidil-Kubra; 16)
Şərh əl-Qəsidətil-Luğziyyə fil-Məsəilin-nahviyyə; 17) Şərhul-ləmhə li Əbi
Həyyan; 18) Ümdətut-talib fi sarf İbn əl-Hacib; 19) Fuhu şəzə fi məsələti-
kəzə; 20) Qatrun-nədə va bəllus-sadə; 21) Əl-Qavaidus-suğra; 22) Qavaid əl-
Kubra; 23) Muxtasarul-İnsaf min əl-kəşşaf; 24) Əl-Məsəllus-Səfəriyyə fin-
nəhv; 25) Muğnil-ləbib an Kubutil-Əarib və 26) Mauqidul-Əzhən va
Muqaizul-vasnən.
Bu əsərlər arasında İbn Hişamın şöhrətini ən çox dünyaya yayan
“Audahul-məsəlik ilə Əlfiyyəti İbn Məlik” (İbn Malikin “Əlfiyyə” əsərinə ən
aydın yol) və “Müğnil-ləbib an kutubil-Əarib” (Ərəb kitabları haqqında
ağılları zənginləşdirən) əsərləridir.
İbn Hişamın tədqiqat metodu haqqında dilçilər və alimlər arasında
yekdil bir fikir yoxdur. İbn Xəldunun fikrincə, İbn Hişam öz tədqiqatlarında
İbn Cinni metodunu davam etdirən mosulluların yolu ilə getmişdir (4, 13).
Doktor Muxtar Valədabbah İbn Hişamı Bahəddin Əhməd ibn Əli əs-Səbəki,
Filologiya məsələləri, 2017
48
Muhyəddin Məhəmməd İbn Yusif Nazimul-Ceyqi və Məhəmməd İbn Əbu
Bəkr əl-Maxzumi ilə bərabər İbn Malik mədrəsəsinə aid edir və onun öz
əsərlərində verdiyi nümunələri Qurani-Kərim, hədis və klassik şeir ardıcıllığı
ilə verməsini əsas tutaraq Əndəlis dilçilik məktəbinin metodlarını üstün tut-
duğunu söyləyir (7, 331). Doktor Şövqi Dayf isə İbn Hişamın Bağdad
dilçilik məktəbinin nümayəndələrinə meyl etdiyini söyləyir (8, 344).
Bizə elə gəlir ki, İbn Hişamı bu və ya digər dilçilik məktəbi ilə
bağlamaq o qədər də dəqiq fikir deyil. Ancaq müəyyən bir məktəbə meyl
etmək fikrini bəlkə də, Misir qrammatika məktəbinin ilk nümayəndələrinə
aid etmək olar.
İbn Hişam bütün dilçilərin elmi müddəalarından istifadə etməklə
bərabər, öz müddəalarını da irəli sürmüşdür. Bu baxımdan
V.M.Məmmədəliyev İbn Hişam haqqında çox haqlı olaraq yazır: “İbn Hişam
Bağdad məktəbinə meyl göstərərək, Bəsrə və Kufə qrammatiklərinin
fikirlərini tənqidi surətdə nəzərdən keçirmiş, onlardan öz nəzəri
müddəalarına uyğun gələnləri qəbul etmiş, bəzən isə heç bir məktəbin fikri
ilə razılaşmayıb özünün orijinal mülahizələrini irəli sürmüşdür” (2, 264).
İbn Hişam əl-Ənsariyə xüsusi şöhrət qazandıran dilçilik əsəri onun
“Muğnil-ləbib” əsəridir. “Muğni” kitabı müəllifin özündən əvvəlki ərəb
qrammatiklərinin bu və ya digər məsələ barəsindəki fikirlərinin müqayisəli
təhlilini verən, onları obyektiv şəkildə araşdıran və yeni zamanda ərəb qram-
matika elmində XIV əsrə qədər mövcud olmamış bir çox orijinal mülahizə
və müddəaları özündə əhatə edən ensiklopedik dilçilik əsəridir. Akademik
V.Məmmədəliyev bu əsəri XIV əsrə qədər qrammatika elmində mövcud
olmayan orijinal fikir və mülahizələrlə zəngin olan dilçilik ensiklopediyası
adlandırır (2, 264).
Tam adı “Muğnil-ləbib an kutubil-əarib” (Ərəb kitabları haqqında
ağılları zənginləşdirən) olan və qısa şəkildə “Muğnil-ləbib” adlanan bu əsər
İbn Hişamın dilçilik fəaliyyətinin zirvəsi və onun yazdığı son əsəridir.
Doktor Mazin əl-Mubarək və Məhəmməd Əli Həmdullah yazırlar ki, bu əsər
ortaya çıxdıqdan sonra, tədris sahəsində bütün əsərləri sıxışdırıb çıxarmış və
bu günün özündə bütün ali məktəblərdə istifadə olunur (4, 6)
“Muğnil-ləbib” əsərinin ən son, yenidən tədqiq olunmuş, Quran
ayələri, hədislər və istifadə olunmuş şeirləri fehristləri ilə birlikdə Dəməşqdə
1972-ci ildə nəşr olunmuşdur. Nəşrin müəllifləri doktor Mazin əl-Mubarək
və Məhəmməd Əli Həmdulladır. Tədqiqatçılar İbn Hişamın əsərinin başqa
əsərlərə təsirindən, yəni qrammatik hadisələri mövzulara bölərək, məsələn,
“Şüzuruz-zəhəb”də olduğu kimi, “Məfruat”, “Məğrurat” və “Mənsubat”
şəklində tədqiq etməkdən imtina edərək bir növ toplum yolu seçdiyini qeyd
edirlər. Onlar İbn Hişamın xüsusilə, əsərin birinci cildində köməkçi nitq
Dostları ilə paylaş: |