Filologiya məsələləri, 2017
70
(2) Your coat is on the sofa - Sizin paltonuz divanın üstündədir.
(3) The car stopped under the tree – Maşın ağacın altında dayandı.
(4) There was a beautiful village between the rivers – Çayların arasında
gözəl bir kənd var idi.
b) istiqamət bildirən sözönləri dilimizə əsasən ya (1) yönlük, (2) çıxışlıq
hal şəkilçisi, ya da (3) yönlük hal şəkilçisi qəbul etmiş, iç, yaxud da (4) boyunca
xözü vasitəsilə tərümə edilir. Məsələn:
(1) The pioneers were going to the park – Pionerlər parka gedirdilər.
(2) The children returned from school – Uşaqlar məktəbdən qayıtdılar.
(3) The girl put her books into the bag – Qız kitablarını çantaya (yaxud
çantanın içinə) qoydu.
(4) The travelers were going along the river – Səyahətçilər çay boyunca
gedirdilər.
b) zaman bildirən sözönləri Azərbaycan dilinə ya (1) yerlik hal şəkilçisi,
ya (2) sonra, ya da (3) əvvəl-qabaq sözləri ilə tərcümə edilir, yaxud da (4) heç
tərcümə olunmur. Məsələn:
(1) The came back at two o’clock – Onlar saat ikidə geri qayıtdılar.
(2) After a week we left the city – Bir həftədən sonra bir şəhəri tərk etdik.
(3) We must finish our work before holiday – Biz işlərimizi bayramdan
əvvəl (qabaq) qurtarmalıyıq.
(4) I saw him on Sunday – Mən onu bazar günü gördüm.
2) Mücərrəd qrammatik əlaqələr ifadə edən sözönlərindən (1) biri (of)
dilimizə yiyəlik hal şəkilçisi, qalanları isə əsasən (2, 3) qoşmalar vasitəsilə
tərcümə edilir. Məsələn:
(1) The door of the room was pointed – Otağın qapısı rənglənmişdi.
(2) The teacher spoke about new books – Müəllim yeni kitablar haqqında
danışdı.
(3) The workers couldn’t continue their because of the storm – Fəhlələr
tufan olduğuna görə işlərini davam etdir bilmədilər.
Sözönləri, əsasən də isim və özündən əvvəl gələn hər hansı bir söz
arasında əlaqə yaradan köməkçi sözlərdir. Bundan başqa, sözönləri hal və cins
kateqoriyasına görə də dəyişmirlər. Onlar qeyd edildiyi kimi isimlərini və
əvəzliklərin, çox nadir hallarda isə başqa nitq hissələrinin qarşısında gəlirlər.
Beləliklə, sözönlərini belə xarakterizə etmək olar.
1) Sözönləri bir qayda olaraq isimlərin qarşısında gəlir.
2) Sözönləri ismin bütün formaları ilə işləmə bilir (məs., xüsusi isimlər
ümumi isimlər, maddə adları bildirən isimlər, mücərrədlik bildirən isimlər).
3) Sözönləri feldən sonra işlənmir, lakin felin formalarından olan cerund
və feli isimlə ifadə olunmuş obyektlərin qarşısında işləmə bilirlər. Bu Obyektlər
isimdən başqa digərsözlərlə ifadə oluna bilirlər:
1) Əvəzliklərlə
Filologiya məsələləri, 2017
71
2) Sifətlərlə
3) Zərflərlə
4) Frazalarla
5) Felin şəxsiz formaları ilə
6) Budaq cümlələrlə
Sözönləri həm də fellərlə birləşərək tərkibi fellər yaradırlar.
Hal-hazırda müasir ingilis dilində 150-dən çox sözönü mövcuddur. Bu
sözönüləri mənşəyinə görə iki qrupa ayırmaq olar: əsli (ingilis) sözönülərvə
alınma sözönülər. Bəzi ingilis sözönülərinin mənşəyini tədqiq etdikdə onların
həqiqətən də digər dillərdə mövcud olan sözönüləri ilə uyğun gəldiyini görmək
olar. Bu da təbiidir, çünki onlar digər dillərdən alınmadır.
Məlum olduğu kimi, ingilis və Azərbaycan dilləri istər genezis və istərsə
də tipoloji quruluş baxımından müxtəlif dil qruplarına daxildir. İngilis dili Hind-
avropa dillərinin german qrupuna daxil olub, analitik dil, Azərbaycan dili isə
türk dillərinin oğuz qrupuna daxil olub, aqqlyutinativ, yəni sintetik dil adlanır.
Bu zəmində həmin dillər arasında ciddi fərqlər mövcuddur. İngilis dilini
öyrənən hər bir azərbaycanlı tələbə həmin fərqlər arasında meydana gələn
çətinliklərlə qarşılaşmalı olur. Məsələn: ingilis dilində ismin hal kateqoriyası
morfoloji ifadə baxımından çox kasıbdır. Sintetik dillərdə, məsələn, Azərbaycan
və rus dillərində ismin 6 hah var. Ona görə də, cümlədə isim ilə digər nitq
hissələri arasında mövcud olan qrammatik əlaqələr hal kateqoriyası ilə ifadə
edilir. Müasir ingilis dilində isə ismin yalnız iki hal var.
Qeyd etmək lazımdır ki. ingilis dili morfoloji sintetik forma baxımından
heç də həmişə indiki kimi kasıb olmamışdır. Qədim ingilis dili zəngin və
mürəkkəb sintetik formalar sisteminə malik olmuşdur. Bu dövrdə isim
qrammatik eins, hal və kəmiyyət kateqoriyasına malik olmuşdur, ismin üç
qrammatik cinsi (kişi, qadın, orta) və dörd (adlıq, yiyəlik, yönlük, təsirlik) halı
var idi. Hər bir cins və halı bildirmək üçün qədim ingilis dilində şəkilçilər
mövcud olmuşdur. Bu da məlumdur ki, dil ictimai bir hadisə olaraq donmuş
halda qalmır. Müxtəlif tarixi, ictimai, siyasi hadisələr daima dilə də öz təsirini
göstərir. Qədim ingilis dövründə əsasən sintetik dil olan ingilis dili orta dövrdə
analitik dilə çevrilmişdir. Məlumdur ki, qrammatik formanın yox olması,
qrammatik mənanın yox olması demək deyildir. Buna görə də, sintetik formanı
itirmiş qrammatik mənalar hər hansı bir vasitə, forma ilə ifadə edilməli idi. Hər
bir dildə, o cümlədən müasir ingilis dilində işlədilən sintetik və analitik formalar
bir-biri ilə qarşılıqlı əlaqədə olur və vəhdət təşkil edir. Bu dildə sözlər arasındakı
sintaktik əlaqələr köməkçi sözlər, sözönləri, köməkçi fel, artikl və söz sırası
vasitəsi ilə ifadə edilir.
The struts of Baku.
We shall go.
The book is interesting.
Filologiya məsələləri, 2017
72
Tom knows you.
The workers build a new house in our street.
- istiqamət bildirən sözönləri: to, into, twards, along, from;
- zaman bildirən sözönləri: in, at, after, before, untill, during, till;
- səbəb əlaqəsi bildirən sözönləri: because of, thanks to, with regard to.
Demək olar ki, bu bölgü də şərtidir, belə ki, by, in, on, at və s. sözönləri
cümlədə bir neçə mənada çıxış edə bilir.
To travel by train - qatarda səyahət etmək
To come by 6 o' clock - 6-yə qədər gəlmək
A painting by T.Narimanbeyov – T.Narimanbəyovun əsəri
By the window - pəncərənin yanında
This booh was written by Agatha Christie – Bu kitab Aqata Kristi
tərəfindənyazılmışdır.
He usually goes to work by bus.
Do you prefer to travel by air or by train?
in, on, at sözönləri cümlədə ən çox məkan və zaman mənasında işlənir.
She does a lot of works at school
In summer we rest in the village.
At five o ' clock we were still at home.
İllərin, fəsillərin, günün bir hissəsinin, ayların «in», həftənin günlərinin,
ayın tarixlərinin qarşısında «on», vaxtı saatla göstərdikdə «at» sözönü işlənir.
in 1990, in winter, in ma in the morning
On Sunday, on Monday morning on the 25~ of April, at 9 o' clock. We
don' t work on Sundays.
Sözönləri digər nitq hissələri ilə birlikdə birləşir və cümlədə bu və ya digər
cümlə üzvü funksiyasında
We stayed in the room
in the room - məkan bildirir, yer zərfliyi funksiyasmda işlənir.
Cümlədə məkan və zaman bildirən bir sözönünü digər özönü ilə əvəz
etmək olar.
Müasir ingilis dili demək olar ki, bütün hal şəkilçilərini itirdiyindən (adlıq
və yiyəlik halından başqa) bu dilin sözönlərinə böyük ehtiyacı var.
İngilis dilindən olan sözönü birləşmələri Azərbaycan dilindən olan hal
şəkilçilərinə uyğun gəlir.
İngilis dilində olan of sözönü Azərbaycan dilində olan yiyəlik hala, to
yönlük hala, from çıxışlıq hala uyğun gəlir.
She will come
at dinner
after dinner
before dinner
Dostları ilə paylaş: |