Filologiya məsələləri, 2017
62
Bundan başqa bu mənbələrdə antonimlərin növləri arasında
mütləq
antonimlər xüsusilə vurğulanır, onların bədii üslubda, xüsusən təzad və
antonim qoşalığı yaratmaq üçün daha münasib olması irəli sürülür.
Bəlkə, doğurdan da, belədir. Bəlkə, varlığın izahsız vaxt düzümündə
İndi yoxdur, yalnız
Keçmiş və
Gələcək var” (Anar) [9, 160].
Dilimizdə tez-tez işlədilən
alıb-vermək, alt-üst olmaq, ölüm-dirim
məsələsi, durub-oturmaq, götür-qoy etmək və s. kimi mürəkkəb ifadələrin
başlıca olaraq mütləq antonimlər hesabına düzəlməsini də hər iki müəllif
fikirlərinin əyani sübutu kimi təqdim edir [2, 137; 9, 161].
Qeyd etməliyik ki, antonimlərin üslubi imkanlarının ikinci yolla, yəni
mətndə müxtəlif məqsədlərin reallaşma vasitəsi olma baxımdan öyrənilməsi
daha geniş yayılmışdır.
Dilin bütün funksional üslublarında antonim sözlərdən istifadə etmək
mümkündür. Yazılı mətnin növündən asılı olaraq antonimlərin müxtəlif
növlərindən və müxtəlif məqsədlər üçün istifadə edilir.
Antonim sözlərin
təbiəti, yəni onun reallıqla bağlı hadisə, proses, hal, vəziyyət, keyfiyyət və s.
aid zidd cəhətləri bildirə bilməsi bu sözlərin elmi, publisistik, rəsmi
üslublarda da istifadəsinə imkan yaradır. Antonimlər bu üslublarda bir qədər
məhdudiyyətlə və daha dəqiq, konkret məqsədlər üçün müəyyən qaydalar,
qəbul olunmuş normalar çərçivəsində istifadə olunur. Publisistik və rəsmi
üslublarda antonimlərin bütün növlərinə müraciət etmək mümkün olsa da,
elmi üslubda daha çox mütləq və ya sabitləşmiş,
dəqiq əks mənalara malik
olan nisbi antonimlərdən istifadə olunur; məs: İzometrlər tərkibləri
eyni,
lakin molekullarının sayı
müxtəlif olan maddələrdir [2, 142; 9, 168].
Beləliklə də, antonimlər fərqli mətnlərdə müxtəlif vəzifələr həyata
keçirir, müxtəlif üslubi keyfiyyətlərlə səciyyələnir.
Antonimlərin ən geniş şəkildə istifadəsi isə bədii üslubda mümkün
olur. Belə ki, burada antonim sözlərin bütün növlərilə yanaşı (
nisbi, mütləq,
sadə, düzəltmə, mürəkkəb, milli, alınma və s.), mətni və eyniköklü
antonimlərdən, eləcə də təzad əsasında qurulmuş sabit söz birləşmələrindən,
idiomatik frazeoloji tərkiblərdən
istifadə etmək mümkündür ki, bu da
yazıçıya müxtəlif üslubi məqsədlərə nail olmaq üçün geniş imkanlar verir [3,
68-69].
Göründüyü kimi, antonimlərin üslubi xüsusiyyətləri əsasən bədii dildə
reallaşır.
Antonimlərin bədii dildə yaratdığı üslubi çalarların tədqiq edildiyi
mənbələrdə onların rəngarəng
üslubi funksiyaları əsasən aşağıdakı kimi
qruplaşdırılır:
1. Bədii əsərdə hər hansı bir şəxs, predmet, və ya hadisəyə dair əlamət
və ya keyfiyyəti qiymətləndirmək, oxucuda müəyyən fikir (müsbət və ya
mənfi) formalaşdırmaq. Məsələn: Fon Valterin
balaca və yumru boyuna
nisbətən başı çox
yekə görünürdü. Alnı elə bil qabağa çıxmışdı. Sarı qaşları
Filologiya məsələləri, 2017
63
tərpənəndə gözlərinin üstünü örtürdü. onları dərinlərdə gizlədirdi.
bilmək
olmurdu ki, gözləri çox
batıqdır, yoxsa qaşları çox
çıxıq (M.İbrahimov
“Gələcək Gün”).
There was warmth, but little colour, in her cheeks; her large, dark eyes
were soft. But it was at her lips -
asking a question, giving an answer, with
that shadowy smile –
that men looked; (J.Golsworthy “The Forsyte Saga”)
2. Bədii əsərdə xarakterlərin daxili dünyasını, mənəvi aləmini açmaq,
təsvir edilən obrazın daxilində mövcud olan ziddiyyətləri emosional şəkildə
vermək. Antonimlərin bu şəkildə istifadəsi bədii personajların xarakteri ilə
yanaşı onların daxili və xarici aləmləri arasındakı oxşarlıq və təzadlar
haqqında da oxucuda təsəvvür yaradır – O, fitrətən xarici mühitə və
insanlara qarşı həssas idi,
yaxşını da yamanı da tez duyub seçə bilirdi.Yaxşı
sinəsini sevinclə doldurduğu halda, yaman
ürəyini yaralayırdı,
kədər
oyadırdı, ağrıdırdı [5, 38].
All that was possible of them was possible of her. She could
love, and
hate, may be have hysterics; and she could certainly be jealuos, as she was
jealuous now, uttering
her last sobs in his arms (J.London “Martin Eden”)
3. Təsvir olunan personajın (obyekt və ya predmetin) arzu, hiss və
duyğularını qabartamq və daha təsirli ifadəsini təmin etmək: Rüstəm kişiyə
elə gəlirdi ki, ağır təzyiq altında sıxılır, əzilir, büzüşür və
balacalaşır. Şirzad
isə
böyüyür, boy atır, ucalır [5, 38].
4. Cəmiyyətdəki müxtəlif təbəqə və cərəyanları təsvir etmək, əsərdəki
qəhrəmanların statusu, dünya görüşü, ideologiyası, savadı barədə oxucuda
fikir formalaşdırmaq – Elxan: - Dünya iki cəbhəyə ayrılmışdır. Bir tərəfdə
silahlı güclülər, digər tərəfdə isə
əliboş məzlumlar.. (C.Cabbarlı “Od
gəlini”); “Həyatda mənim varım, dövlətim sevgidir. Mən yoxsulam,
lüt və
çılpağam, hər şeydən mərhumam, hətta həyatın ən
böyük neməti olan günəş
işığını belə mənim əlimdən almışlar. Lakin bu yoxsulluğumla mən
hakimlərimizdən, ağalar və kübarlardan varlıyam” (M.İbrahimov
“Çandranın üsyanı”).
“I do” said Scrooge. “Merry Christmas! What right have you to be
merry? What reason have you to be merry? You are
poor enough.”
“Come, then,” returned the nephew gaily. What right have you to be
dismal? What reason have you to be morose? You are
rich enough.
(C.Dickens “A Christmas Carol”)
5. Təbiət hadisələrini, təzadlı zaman, məkan, kəmiyyət anlayışlarını
daha təbii, eyni zamanda da obrazlı şəkildə canlandırmaq – Qışın dördüncü
günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi
qara çarşaba
bürünmüş, dağlar, çöllər
ağ kəfənlə örtülmüşdü. (A.Şaiq “Məktub
yetişmədi”)