Filologiya məsələləri, 2017
64
6. Oxucuda müəyyən mövzu ilə bağlı müsbət əhval-ruhiyyə, ruh
yüksəkliyi, optimist hisslər oyatmaq, əsərdə bədii-estetikliyi təmin etmək.
Antonimlərin bu funksiyası qısa məzmunlu nəzm əsərləri üçün daha
spesifikdir
Adındı adımın utancaqlığı,
Adındı adımın üzüağlığı.
Ağrının nə
yaxın, nə
uzaqlığı (Ə.Çingiz)
Bircə diləyim var, ey qoca dünya,
Qırma bu incədən incə könlümü.
Yandır ömür boyu, yandır şam kimi
Qocaya, cavana, gəncə könlümü (Y. Zəlimxan)
7
. Bədii dildə antiteza yaratmaq – Antitezanın əsasında təzad durur.
Antitezanın güclü bədii təsvir vasitəsi olması hələ lap qədim dövrlərdə yunan
alimləri tərəfindən qiymətləndirilmişdir. Təsadüfü deyil ki,
Aristotel
antitezanı “ziddiyyətlərin qarşılaşdırılması ilə meydana çıxan sübutun ən
təsirli ifadəsi” kimi dəyərləndirmişdir. Əks mənalı sözlərdən antiteza vasitəsi
kimi istifadə edilərkən “müxtəlif ziddiyyətli anlayışları bir-birindən
fərqləndirmək yox, xüsusi üslubi effekt yaratmaq məqsədi güdülür” [8, 80].
Bədii dildə antiteza təkcə antonim sözlərlə deyil, eyni zamanda “obrazlardan
və situasiyalardan yaranan fiqurların” [11, 193] müqayisəsi vasitəsilə
yaradılır:
“Allah dindirə bilmədiyini pul dindirir!”
Cahan xanımın atasından
dönə-dönə eşitdiyi və inandığı həqiqətlərdən biri bu idi. ...Cahan xanımın
tərsinə olaraq
Hürü bilirdi ki, ... “Pul ki var, əl çirkidir”. Onun atasından
eşitdiyi və inandığı həqiqət bu olmuşdu. (M.İbrahimov “Pərvanə”)
Göründüyü kimi, antiteza “iki dil strukturunun – leksikologiya və
sintaksisin – birgə fəaliyyəti nəticəsində meydaba çıxır. Odur ki, onu ancaq
leksikologiyanın kateqoriyası, yaxud sintaksisin
üslubi vasitəsi hesab etmək
düzgün olmaz. Antiteza lesikologiya və sintaksisin bir-birilə sıx əlaqəsi və
təsiri nəticəsində ortaya çıxan qüvvətli bədii təsvirdir” [4, 107].
Antonimlər həm də seir dilinin sanballaşdırılması, onun estetik
mahiyyətinin dərinləşdirilməsi, həyat-varlıq təzadlarının obrazlı təqdim
edilməsi üçün çox mühüm dil vahididir. Lakin poetik dildə sözlər arasıdakı
əks, zidd münasibət bir qədər fərqli xüsusiyyət qazanır, yəni “Şeir dilində
sözlər arasındakı antonim əlaqələr nominativ səciyyə daşımır, daha çox
məfhumların tutuşdurulmasına, qarşılaşdırılmasına əsaslanır” [6, 354].
Antonimlərin seir dilində istifadəsi onların daha çox antiteza yaratması
ilə səciyyələnir.
“Antiteza poetik nitqdə geniş şəkildə özünü göstərən və tətbiq olunan
bədii təsvir vasitəsidir. Poetik nitqdə onun üslubi imkanları daha genişdir.
Hətta bəzi lirik əsərlər bütövlükdə antiteza üzərində qurulur. Poetik janrda
Filologiya məsələləri, 2017
65
onun işlənməsi təzadlı müqayisələrin müxtəlif növləri ilə daha çox bağlıdır.
Antiteza təsvir olunan hadisələr və predmetlər arasındakı kontrastı müqayisə
yolu ilə müəyyənləşdirir” [3, 73].
Od gərəksə ....
su olmusan
Su gərəksə ....
od olmusan
Yada doğma, doğmalara yad olmusan
Bu minvalla ad almısan
Qəribədir bu dünyanın təzadları (S.Rüstəmxanlı)
It was the
best of times, it was the
worst of times, it was the age
of
wisdom, it was the age of
foolishness, it was the epoch of
belief, it was the
epoch of
incredibility, it
was the season of Light, it was the season
of
Darkness, it was the spring of
hope, it was the winter of
despair, we
had
everything before us, we had
nothing before us, we were all going direct
to
Heaven, we were all going direct
the other way.(
C.Dickens “A tale of Two
Cities”)
8. Bədii dildə oksümoron yaratmaq – B.Xəlilov
oksümoronları
antonim sözlərin növlərindən biri hesab edir: “Onlar antonimlərin
növlərindən biri kimi, məntiqi cəhətdən bir-birinə zidd olan söz, söz
birləşmələri və ifadələrdən əmələ gəlir” [7, 198]. Dilçi antonimlərin bu
növünün yanaşı işlənərkən “obrazlı bir ifadə” kimi başa düşüldüyünü qeyd
edir. M.Adilov isə “İzahlı dilçilik terminləri” lüğətində
oksimoron barədə
yazır: “mənaca
bir-birinə zidd gələn, məntiqi cəhətdən bir-birini inkar edən
iki sözün birləşməsindən ibarət
üslubi ifadə tərzi” [1, 205], məs:
ağıllı dəli,
diri ölü, dilənçi milyoner, orijinal nüsxə, danışan sükut, soyuq od, gəliş-
gediş, alqı-satqı və s.
Ü.Hacıyeva isə oksimoronları sözün məntiqi və emotiv mənalarının
qarşılıqlı əlaqəsindən yaranan
üslubi vasitə kimi təqdim edir, onları
“mənanın məntiqə əks olan iki sözün birləşməsi” kimi izah edir. İngilis
dilində “
cold fire, the best enemy, ill health, alone together, living death”
kimi oksimoronların nümunəsində müəllif yazır: “bu birləşmələrdə sifət
təyin etdiyi ismə mənaca əks olur və bununla da təyin etdiyi obyekti yumor
və ya ironiya ilə təsvir edir” [10, 49; 57].
Göründüyü kimi fərqli şərhlərə baxmayaraq osimoronların
məntiqcə iki
əks, zidd sözün birgə, yanaşı işlənməsindən yaranması hər üç halda qəbul
edilir.Yuxarıda verdiyimiz nümunələrdən də göründüyü kimi Azərbaycan
dilində oksimoronlar əsasən əks mənalı isim+isim, sifət+isim; ingilis dilində
daha çox sifət+isim, isim+isim tərkibli olur.
Məntiqcə birgə işlədilməsi mümkün olmayan belə sözlərin bədii
mətndə mümkünlük qazanması təbii ki, müəyyən səbəblərdən doğan
məqsədlər güdür. M. Hüseynov bunu oksimoronların “güclü ifadəliliyə,
ekspressiv-emosionallığa” malik olması ilə əlaqələndirir [5, 44].