Filologiya məsələləri, 2017
56
Mirzə Hüseyn. Bilmirəm, yoldaş Kərəmov. Mən məktəbdə oxuyanda
həmişə heyvanat dərsindən zəif qiymət alardım. (S.Rəhimov);
“Satire`s like mirror in which man sees everyone’s face but his own”.
Cinas (təcnis) Latın sözü olub ( punctum) [4] şəkilcə bir, mənaca
müxtəlif olan sözlərə deyilir. Təcnis isə qafiyələri cinas olan şeirlərə deyilir
[3, 261]. Məs.:
Qışda dağlar ağ geyinər, yaz qara,
Sağ əlində ağ kağıza yaz qara. (Aşıq Ələsgər);
- Ancaq indi adını dəyişib başqa şey qoyub. Daha ona Qızyetər
demirlər. Bir cür ad tapıb özünə... “Qoz”nan “ətin” qarışığına oxşayır.
Mənim dilim gəlmir.
- Olmaya adını fisincan qoyub?
- Yox, ay bala, bişmiş ət yox, çiy ətilən qoz....
- Qozetta! .... (A.Seyfəddin).
A small boy swallowed some coins and was taken to a hospital. When
his grandmother telephoned, a nurse said, ‘No change yet’.
Bədii nida Latın sözü olub ( interjectio) dinləyənlərdə həyəcan
oyatmaq məqsədilə verilən yüksək ahəngə deyilir. Sevincli bir fikir nida ilə
ifadə olunduğu kimi, kin, qəzəb, nifrət hissi də nida ilə ifadə oluna bilər.
Azərbaycan dilində əsli nidalardan – ah, ay, oho, və funksional-törəmə
nidalar – əhsən, əfsus, heyhat və s. istifadə edilir [1,181]. Məs.:
Əli əmniyyə başını tərlədib badəni yerə çırpdı: - Gör bişərəf köpək
oğlu kimdən istifadə edir ey, əxlaqsızın birindən, tfu, tfu, tfu!... ;
Orxan: - Ah, gözəl çərkəs qızı, nazlı İsmət!
Mələk üzlü şeytan, incəbel afət!;
İsmət!... Of... Sevimli, parlaq ilan! (H.Cavid. “Ana”)
“I had a fish Francis. He was verн dear to me. One afternoon, I come
downstairs and it vanished. Poof” [9]; Congrats! You finally got your
Master’s degree.
Epitet (bədii təyin, poetik təyin, vəsf) yunan sözü olub ( epitheton)
müəyyən sözə aid olub, onu təyin edir. Bədii təyin sözü daha da təsirli etmək
üçün sözün əvvəlinə gətirilən sifətlərə deyilir. Epitet təsvir edilən hadisənin
bu və ya digər xarakter əlamətlərinin meydana çıxarılmasında, onun
qiymətləndirilməsində mühüm rol oynayır [5, 131]. Məs.:
İnci qumlar üstündə yenə verib baş-başa
yayı vuraydıq başa. (M.Müşfiq. “Yenə o bağ olaydı”);
Catherine the Great; Suleyman the Magnificent;
10:30 is a dark hour in a town where respectable doors are locked at 9.
Təzad (oksümoron [6, 134]) yunan sözü olub ( oxus və mόros)
ifadənin bədii və təsirli olması üçün bir-birinə zidd olan sözlərin
birləşməsindən meydana çıxır və fərdi xarakterə malik olur. Məsələn, canlı
Filologiya məsələləri, 2017
57
məzar, yaşayan ölü, canlı şəkil və s. Bunlar leksik cəhətdən bir-birilə
birləşməsi mümkün olmayan sözlərdir. Məs.:
“Səyahətnamə”nin insanı güldürə-güldürə ağladan məzmununu dərhal
xəyalımdan keçirdim və ixtiyarsız olaraq gözlərim yaşardı. (M.S.Ordubadi);
Ən parlaq gündüzlər gecədən doğar. (H.Cavid)
Modern dancing is so old fashioned; I like a smuggler he is the only
honest thief.
Paradoks yunan sözü olub ( paradoxon) ilk dəfə yunan Epimenidesin
tarixə məlum olan “Bütün yunanlar yalançıdır” fikrini irəli sürməklə
yaranmışdır. Mənası “qəribə, gözlənilməz” deməkdir. Bu ayrılıqda iki və ya
daha çox fikrin bir araya gəldikdə ziddiyyət yaratmasıdır. Məs.:
“Bir onu bilirəm ki, heç nə bilmirəm” (Sokrat); Mən hər zaman yalan
danışıram; Dənizlidə dəniz yoxdur.
Nobody goes to Murphy’s Bar anymore – it’s too crowded; As I said
before, I never repeat myself.
Antonomasiya yunan sözü olub ( antonomasіa) şəxs adları əsasında
əmələ gəlir və bu məcaz Azərbaycan dilində metonimiyanın bir növü hesab
edilir [1,107]. Bu zaman xüsusi isimlər ümumi isim şəklinə düşür. Bu isə o
vaxt özünü göstərir ki, məşhur şəxsə məxsus bir xüsusiyyət başqasına da xas
olur. Məs.:
Sanma könül sınasıdır; Kərəm olub yanasıdır... (Q.Qasımzadə);
Nə qədər ki, içimizdə yurd yanğısı var,
Xətailər çadırda da doğula bilər. (F.Ziya. “Nikbinlik”).
Tarzan, could you come down from that tree; Harry is the Casanova
of my life.
Təşbih (bənzətmə, müqayisə) Latın sözü olub ( similis) bədii əsərlərdə
ifadə qüvvətli olsun deyə, yazıçının təsvir etdiyi varlığın əsas çizgilərini
verməklə kifayətlənməyib, onu başqa şəxs, əşya və ya hadisə ilə müqayisə
etməsidir. Bənzətmələr müəyyən sözlərin - qoşmaların: kimi, tək, sanki,
təkin, elə bil, və s. köməyi ilə əmələ gəlir. Məs.:
Elə bil Ərkinas xanımın qabarlı sinəsindən iti bir ox vurdular. (Mir
Cəlal); Böyük bir ailə tamamilə məhv olub getdi, evdə bayquş kimi bir mən,
bir də xidmətçilər qalmışdılar. (M.S.Ordubadi).
I am so thirsty, that my throat is as dry as a bone.
This contract is as solid as the ground we stand on.
Mübaliğə yunan sözü olub ( hyberbolē) bədii fikri dərinləşdirmək,
təsəvvürü canlandırmaq məqsədilə ədəbiyyatda bir hadisənin, xarakterin,
işin, keyfiyyətin həddindən artıq böyüdülməsinə deyilir. Mübaliğə nə qədər
inandırıcı olsa, təsiri də bir o qədər artıq olur. Məs.:
Bayramın gözü kəlləsinə çıxdı. Kirpiklərini qırpmadan xeyli baxıb
birdən qışqırdı... (Ə.Vəliyev);
Filologiya məsələləri, 2017
58
That joke is so old, the last time I heard it I was riding on a dinosaur;
Perifraz (söz oynatma) yunan sözü olub ( periphrazein) tək-tək
sözlərin yox, frazeoloji birləşmələrin və danışıq dilində geniş yayılan sabit
ifadələrin məcazi mənalarda işlədilməsindən yaranır. Bu zaman sabit
frazeoloji birləşmədə bir söz əvəzinə iki və ya daha çox söz işlədilir;
həkimlər - ağ xalatlılar, şir - heyvanların şahı, neft - qara qızıl, qocalmaq -
saqqalına dən düşmək və s. Məs.:
- Gəl özün buna cavab ver, qızım, yoxsa bu məni təkləyib abırımı
ətəyimə bükəcək. (H.Mehdi);
“After only a short time of marriage, he wasn’t prepared to offer advice
to other youngsters intending to tie the knot.... (evlənmək);
The big man (Allah) upstairs hears your prayers.
Evfemizm yunan sözü olub ( euphēmismos) məfhumu altında deyilməsi
münasib olmayan, xoşagəlməz, dəhşətli söz və ifadələr əvəzinə işlədilən
yumşaldılmış və “təhlükəsiz” ifadələr nəzərdə tutulur [1,188]. Evfemizmlər
heç bir emosiya bildirməyən, sırf ekpressiz sözlərdir. Evfemizm əşya, hadisə
və hərəkəti öz əsil, həqiqi adı ilə yox, həmin mənanı ifadə edən başqa
ifadələr vasitəsilə adlandırmaq deməkdir. Məs.:
Bir parça çörək hərdənbir versələr verirlər, verməsələr, gərək ağzı
möhürlü oturasan. (N.Nərimanov).
She’s a curvy (overweight) woman; You are becoming a little thin on
top (bald); Our teacher is in the family way (pregnant).
Fransız sözü olan ( cliché) şablon sözünün Azərbaycan dilində bir neçə
mənası vardır. Ən çox istifadə edilən formalardan biri hər hansı bir şeyi
çoxaltmaq üçün hazırlanmış nümunə, qəlib, trafaret və ya bir şeyin
dəqiqliyini yoxlamaq üçün etalon, standart kimi izahlarla qarşılaşırıq.
Məcazi mənada şablon bayağı, basmaqəlib kimi istifadə edilir [7]. Məs.:
Qüvvət elmdədir; Ramazan bayramınız mübarək; Riyaziyyat elmlərin
şahıdır. (Karl Fridrix Qaus); Pul əl çirkidir.
Laughter is the best medicine; It is “raining cats and dogs”.
Atalar sözləri Latın sözü olub ( proverbium) frazeoloji vahidlərdir və
demək olar ki, bədii ədəbiyyatda əsas yerlərdən birini tutur. Burada xalqın
həyat tərzini, adət və ənənəsini təmsil edən epizodlar əks olunur. Atalar
sözlərinin tərkibini təşkil edən səslərin yaratdığı ahəngdarlıq, daxili qafiyə və
bu kimi poetik keyfiyyətlər oxucuya zövq verir, bədii əsərin ümumi ahəngi
ilə birləşərkən daha təsirli olur. Məs.:
Allah tala sənə o qədər gözəllik verib ki, al da geysən yaraşır, şal
da;
Early to bed and early to rise, makes a man healthy, wealthy and wise;
Epiqram (taziyanə) yunan sözü olub ( epigramma) Azərbaycan dilində
əsasən satirik şeirin çox yayılmış növlərindən biri kimi yayılmışdır. Epiqram
Dostları ilə paylaş: |