Filologiya məsələləri, 2017
12
AYGÜL HACIYEVA
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
dosenti,Türk dilləri şbəsinin müdiri
aygul.akhundoff@gmail.com
R.BAĞDADİ “DİVAN”INDA SUBSTANTİVLƏŞƏN VƏ
ADVERBİALLAŞAN MORFOLOJİ VAHİDLƏR
Açar sözlər: R.Bağdadi, morfoloji vahid, substantivləşmə, adverbiallaşma
Ключевые слова: Р.Багдади, морфологическая единица, субстантивация,
адвербиализация
Keywords: R.Baghdadi, morphological unit, substantivization, adverbialization.
Müxtəlif nitq hissələrinə məxsus olan sözlər zahiri formalarını
dəyişmədən isim qrupuna keçir. Dilçilikdə bu hadisə substantivləşmə -
isimləşmə adlanır. Baüqa sözlə desək, müxtəlif şəraitdə müstəqil nitq hissəsinə
aid olan söz əşyavi mahiyyət kəsb edir; öz əsas mahiyyətini dəyişib isimlərə
uyğun olaraq müxtəlif cümlə üzvü kimi çıxış edir. Substantivləşmə maddi
varlığa, materiyaya xas olan əlamət və keyfiyyətin dildə maddi varlığı,
materiyanı əvəz etməsi hadisəsi, nitq hissələrinin bir-birinə keçmə hadisəsidir
ki, dilçilikdə buna keçid prosesi, başqa sözlə, konversiya da deyilir [1, s.15].
Nitq hissələrinin bir-birini mənaca əvəz etməsi məsələsinin mahiyyəti dilçilikdə
uzun müddət mübahisəli olmuşdur [2, s.9]. R.Abdullayev dildəki bu cür
dəyişməni yeni söz yaradıcılığı üsulu sayanların da olduğunu göstərir [3, s.26].
Substantivlşmənin iki növü vardır: sabit substantivləşmə və kontekstual
(okkazional) substantivləşmə. Sabit substantivləşmə onunla izah edilir ki,
əvvəllər müəyyən nitq hissəsinə mənsub olan söz daha sonralar həmin nitq
hissəsi ilə əlaqəsini tamam kəsir və təkcə isim kimi (göy – “göyərti”, quymaq,
qazmaq, quymaq və s.) işlənməyə başlayır. Belə sözlər həm əvvəl mənsub
olduğu nitq hisssi kimi, eləcə də isim kimi dilin lüğət tərkibində sabitləşib qalır.
R.Bağdadi “Divan”ında sabit substantivləşməyə məruq qalan sözlər
müəyyən dərəcədə müxtəlif üslubi məqamlarda işlənmişdir:
Guşəgir olsəm əcəb mülkində eyb etmin məni,
Bulmadım şərti-vəfadə qövli-yarani dürüst (s.203);
Baş açuq, yalın ayaq, vadiyi-eşqi tolanur,
Qanu Ruhi kibi aləmdə bu gün bir səyyah (s.213);
Ol ərəbzadə cəvanə eylədikcə ərzi-ruh,
Ğəmzəsi eylər işarət ziri-çeşmindən ki, ruh (s.213) və s.
Filologiya məsələləri, 2017
13
Kontekstual substantivləşmədə bu və ya digər nitq hissəsinə mənsub
olan söz müəyyən bir mətn daxilində xüsusi şəraitdən asılı olaraq isim kimi çıxış
edir. Bu, substantivləşmənin daha geniş yayılmış usulu sayılır. Əslində bütün
nitq hissələri kontektdən asılı olaraq isimlşə bilirlər. Sabit substantivləşmə ilə
kontekstual substantivləşmənin fərqi ikincidəki substantivləşmənin müvəqqəti,
yəni keçici olmasıdır. Kontekstual substantivləşmədə sintaktik şəraitlə yanaşı,
isimlərə xas qrammatik əlamətlər əsas rol oynayır. Xüsusi şəraitə düşən belə
sözlər müəyyən kontekst daxilində kəmiyyət şəkilçisi olan -lar,-lər və üçüncü
şəxs mənsubiyyət şəkilçilərini (-ı,-i,-u,-ü;-sı, -si,-su,-sü) şəkilçilərindən birini
qəbul edib isim funksiyası daşıyır.
Qeyd edək ki, “Divan”da kontekstual substantivləşmə özünü ən çox
sifət, say, işarə əvəzlikləri və feili sifətlərdə, az hallarda isə köməkçi nitq
hissələrində göstərmişdir. Məsələn:
• Sifətlərin substantivləşməsi:
Yoq degil gərçi gözəllərdə lətafət, amma,
Səndə, ey şuxi-səfapişə, məlahət, ğalib (s.195);
Mey söhbətidür tolular iç saqiyi-bəzmə,
Al pusəyi-rüxsarini bir vəchi-zərafət (s.201);
Xublər ilə içməği Ruhiyə təklif eyləmin,
Can qərar anlərmi bir məclisdə kim, dilxah yoq (s.448)
• Sayın substantivləşməsi:
R.Rüstəmov sayların substantivləşməsini türk dilləri üçün xarakterik hal
sayır [4, s.61]. Sayların substantivləşməsinə “Divan”da aşağıdakı nümunədə
təsadüf etdik:
Çoqların vəsfi-xətinlə müşkilinhəll eylədim,
Kim, verür hal əhli-dil yaranə qali-dilguşə (s.182);
• Əvəzliyin substantivləşməsi:
“Divan”da qeyri-müəyyən və sual əvəzlikləri substantivləşə bilimişdir:
Bu cəfalər ki yolində çəkəriz cananın,
Kimsələr bilməz, ey Ruhi, xudadən bilüriz (s.284);
Neçələr hicrün ilə oldi yolunda əğyar,
Var ümidim ki, yalan isə də ol gerçək ola (s.183);
Filologiya məsələləri, 2017
14
• Feili sifətin substantivləşməsi:
Feili sifət şəkilçiləri ilə feilin zaman və şəkil kateqoriyası şəkilçiləri
ortaqlıq təşkil etsə də, bunlar mətn daxilində fərqlənir. F.Zeynalov haqlı olaraq
yazır ki, feili sifətlər həmin şəkilçilərlə işləndikdə əşyanın təyini kimi işlənir.
Yalnız substantivləşdikdə müstəqil işlənir [5, s.115].
Saidin dağıni görüncə yaqdı Ruhi cismini,
Yerü gög toldi düxanilə, görənlər sandi şəb (s.195);
• Qoşmanın substantivləşməsi:
Köməkçi nitq hissələrinin substantivləşməyə məruz qaldığı zaman
mübtəda vəzifəsində işləndiyi “Divan”da aşağıdakı nümunələrdə öz əksini
tapmışdır:
Həlak olmadan ğeyrilər yoq çarəmiz,
Nə səndən tərəhhüm, nə aşiqdə tab (s.292);
• Ədatın substantivləşməsi:
Nolalar girdi əbayə, ey Ruhi,
Ətləsi-çərxi heçə satdıq biz (s.285) və s.
Substantivləşməyə aid toplanan nümunələrdən də göründüyü kimi,
substantivləşmə hadisəsi özünü ən çox sifətlərdə göstərmişdir.
R.Bağdadi “Divan”ı dilində adverbiallaşan sifətlər.
Nitq hissələrinin semantik dəyişməsi, funksional yerləşməsi və mətni
situasiya vəhdətindən asılı olaraq formal cəhətdən bir-birindən fərqlnən müxtəlif
sözlər adverbiallaşa bilir. S.Abdullayeva başqa nitq hissələrindən zərf əmələ
gəlməsi yolları barədə bəhs edən tədqiqatçıların məhz bir qayda olaraq, dilin
semantik inkişafını yüksək qiymətləndirdiyini göstərir [2, s.36].
Məlumdur ki, dilin semantik inkişafı özünü təkcə ayrı-ayrı leksik
vahidlərdə yox, eləcə də müxtəlif sözdəyişdirici şəkilçilər vasitəsilə başqa nitq
hissələrindən törəyən sözlərdə də əks etdirir. Bir sıra tədqiqatçılar müxtəlif
linqvistik amillərlə əlaqədar digər nitq hissələrindən düzələn və zərfin
əlamətlərini daşıyan sözləri “zərfləşən sözlər” adlandırırlar. Bu sahədə
F.S.Kotelnikin tədqiqatları çox böyük əhəmiyyət kəsb edir [6, s.5-6].
F.S.Kotelnik adların adverbiallaşmasını söz yaradıcılığının leksik-
semantik və qrammatik üsulu hesab edərək sözlərin semantik cəhətdən
Dostları ilə paylaş: |