Filologiya məsələləri, 2017
7
dil elementləri başa düşülür. Fava tanınmış dilçilərin illokutiv güclərin
göstəriciləri kimi fel şəkilləri barədə (C.Ostin), xalis semantema kimi felin şəkli
və imperativi barədə (E.Benvenist) fikirlərini ümumiləşdirir. Fava illokutiv
gücün göstəricilərinin şərhində oxşarlıq və fərqliliyi qeyd edir, D.Devidson isə
cümlənin formasını və funksiyasını fərqləndirir – təsdiq etmək, əmr vermək, arzu
ifadə etmək, suallar vermək. Felin şəkilləri cümləni təsnif edir, funksiyalar isə
söyləmi təsnif edir. Digər həll təklif edənlər nitq aktları nəzəriyyəsini generativ
qrammatikada şərh etməyə cəhd göstərirlər. Danışığı və bu zaman edilən
hərəkəti fərqləndirərək C.Seydok sual imperativlərini, sual deklaritvlərini,
impozitivləri, psevdoimperativləri və başqalarını fərqləndirir. Qrammatik
struktur və illoktutiv güc arasında korrelyasiyaları təsəvvürün daha
ümumiləşdirici formalarına calamaq tendensiyası daha çox yayılmışdır.
Qrammatik struktur və illokutiv güc arasında sərhədlər silinmiş kimi görünür.
Söyləmin illokutiv gücünün göstəriciləri kimi ara sözlərin sintaksisi və
semantikası rus-italyan paralelləri aspektində xüsusi tədqiqat predmetinə
çevrilir (17,79-100).
Rusiyada koqnitivliyin öyrənilməsi xarici alimlərin əsərlərinin tərcüməsi
ilə stimullaşdırılır.(6,8,9) Məsələn, R.Lanqaker koqnitiv qrammatikasında
semantika problemlərinə diqqət yetirərək, mənaların qarşılıqlı əlaqəsinin
koqnitiv mexanizmlərini ətraflı surətdə təhlil edir. "Koqnitiv qrammatika
danışanan dilin mövcud şərtlərini bilməsini səciyyələndirməyə cəhd göstərir.
Koqnitiv qrammatika ayrı-ayrı morfoloji yaxud sintaktik vahidlərin mövcud
olmasını postulat kimi qəbul etmir. Öz təbiətinə görə rəmzi qrammatik struktur
(morfologiya və sintaksis) leksikonla birlikdə simvolik vahidlərin kontinuumunu
əmələ gətirir ki, onlardan hər biri semantik və fonoloji qütbə malikdir.
Qrammatik modellər yaxud qaydalar sxematik simvolik vahidlər formasında
təqdim olunur, onların strukturu bu modelləri konketləşdirən ifadələrin
strukturunu təkrar edir. Belə sxematik vahidlər ümumiləşdirməni tutur, ümumi
olanı təmsil edir, həmçinin şablon kimi çıxış edir ki, danışan bundan düzgün
tipli ifadələrin yaradılması və qiymətləndirilməsi zamanı istifadə edə bilər
(8,73-74). Beləliklə, koqnitvlik mətnlə şüurlu manipulyasiya etmənin yeni
imkanlarını açır.
Koqnitiv dilçilik üzrə son fundamental əsərlərdən biri E.S.Kubryakovanın
tədqiqatlarıdır. Kubryakova koqnitiv dilçiliyi koqnitiv elmin təsiri altında
formalaşan elmi biliyin posttörədici paradiqması kimi müəyyənləşdirir, özü də
koqnitivlik dedikdə kənardan daxil olan informasiyanı emal edən mental
proseslərin cəmini başa düşür. Məhz dil insan şüuru və əqlinin koqnitiv
(konseptual) strukturları barədə məlumatların mənbəyidir (13,34-37). Məhz
buna görə dil kateqoriyalaşdırması, Kubryakovanın haqlı olaraq yazdığı kimi,
"biliyin məzmun strukturlarına" izomorf kimi başa düşülə bilər. Kubryakovanın
konsepsiyasının yeniliyi ondan ibaətdir ki, koqnitivizm ideyaları diskursun kom-
Filologiya məsələləri, 2017
8
munikativ təhlili ilə sintez olur, buna görə kitabda nitq hissələrinə koqnitiv və
diskursiv törəmələr kimi baxılır və konsepsiyanın özü isə diskursiv-koqnitiv
adlandırılır. Kubryakova nitqin yaranmasının koqnitiv və diskursiv
mexanizmlərini təhlil edərək, törədici dilçilik nümayəndələri ilə, Xomski və onun
ardıcılları ilə mübahisəyə girişir; koqnitiv strukturlar biliyi, onun fikrincə,
diskursdan əvvəl gəlir(13,41-47).
Son dövr linqvistik tədqiqatlarda mətn dilçiliyinin iki əsas mərhələsi qeyd
olunur. “Birinci mərhələ mətnin funksional –praqmatik səviyyədə öyrənilməsi;
ikinci mərhələ mətnin koqnitiv səviyyədə araşdırılmasıdır. Mətnin funksional-
praqmatik araşdırılmaları Avropa və rus dilçiliyində əsasən bədii mətnlər
üzərində aparılıb. Lakin hazırda mətn praqmatikasına mətn və ədəbi prosesin
digər subyektləri arasındakı əlaqəni təsvir edən kommunikativ modelin bir
hissəsi kimi baxan yanaşma daha perspektivli görünür(14,108).
Koqnitiv dilçiliyin təşəkkülü və inkişafı barədə, mətnə koqnitiv
yanaşmanın mahiyyəti və onun kateqorial aparatına dair təsəvvürlər Avropa və
rus dilçiliyində yeni formalaşsa da, artıq bu emin yeni istiqamətləri haqqında
bir sıra məqalələr çap olunmuşdur.
Voronej universitetinin "Filoloji araşdırmaları"nda koqnitiv dilçiliyin
obyekti barədə belə ümumiləşmə təklif olunur: Koqnitiv dilçiliyin əsas
onyektini nitq-fikir fəaliyyətinin mexanizmləri, nitqin yaranması və anladılması
prosesləridir. Onun əsas məqsədi dilin semantik sistemində (leksik və
qrammatik mənalarda) möhkəmləndirilmiş dil biliyinin qeyri-dil biliyi ilə necə
bağlı olduğunu təbii dilin mental dilə (fikir dilinə) təsirini anlamaqdır(6, 27).
E.S. Sobolyevanın fikrincə, həm obyektiv, həm də subyektiv reallığı əks
etdirən freymləri təsvir ekmək olar. freym-vəziyyətləri və freym-ideyaları
araşdıran müəllif ona əsaslanır ki, freym kompleksləri mətnaltı informasiyanın
formalaşmasının əsasıdır . Məlumdur ki, produsient və resipient hər hansı
hadisələr barədə faktual informasiyanın özünü deyil, bu hadisələrin şəxsi
interpretasiyasını qeydiyyata alırlar. " Söyləmin əməlyat işlənməsi" (Van Deyk)
dil materiallarının qavranıılması və onun interpretasiyasının eyni vaxtda baş
verməsi ilə fərqlənir. müəllifə görə, mətnin təşkili zamanı koqnitiv yanaşma
çərçivəsindən kənara çıxmaq lazımdır. Yəni mətnə psixolinqvistik yanaşma
lazımdır ki, bu zaman mətnə müəllif şüuru obrazlarının verballaşdırılması kimi
baxılır.mətnin qavranılması isə müəəllifin və resipientin şüurlarının ümumiliyi
ilə şərtlənir. O cümlədən koqnitiv təhlilin psixiolinqvistik təhlillə kəsişməsində
reklam mətnlərinin örənilməsində daha çox tətbiq edilir(13, 230-231).
Beləliklə, qrammatika vizual qavrama sistemi kimi digər koqnitiv
sistemlərin sırasında qəbul olunur, bu fikirlər tədqiqatçıları insan şüurunda
konseptual strukturun ümumi təbiəti barədə fikirə gətirib çıxarır. Bu ideya hal-
hazırda tam qəbul olunmayıb. Pyatiqorsk linqvistik universiteti "Koqnitiv
paradiqma" adlı beynəlxalq konfransın proqramına koqnitiv fəlsəfə, koqnitiv
Dostları ilə paylaş: |