Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

 

 

49



 

Müəllim  şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində 

verilmiş tapşırıqların cavablarını müzakirə edə bilər. 

 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər:  

1. Fərdi kompyuterlərin aparat və proqram təminatını fərqləndirmə.  

2. Aparat və proqram təminatına aid misallar göstərmə.  

3. Kompyuterin əsas hissələrini tanıma və onların vəzifələrini izah etmə.  

4. Əməliyyat sisteminin işinin nədən ibarət olduğunu şərh etmə. 

5. Əməliyyat sistemlərinin növlərinə aid nümunələr göstərmə.  

 

 

Dərs 



7

 / Mövzu:

 İŞ MASASI 

 

Dərsin effektivliyini artırmaq üçün proyektordan istifadə edilə bilər.  Mövzunu 

şərh edərkən iş masasını proyektor vasitəsilə nümayiş etdirmək faydalı olardı. Bu 

zaman qeyd etmək lazımdır ki, kompyuteri işə salandan sonra ilkin olaraq 

əməliyyat sistemi yüklənir. Ekranda açılan ilk pəncərə isə “iş masası” adlanır. 

Qeyd etmək lazımdır ki, kompyuter yeni formatlandıqda və ona əməliyyat sistemi 

yenidən yazılanda, adətən, iş masasında cəmi bir neçə simgə olur. Müəllim iş 

masasını  və ora simgələrin necə  çıxarıldığını nümayiş etdirə bilər.  Şagirdlərə  iş 

masasının funksiyalarını izah etmək üçün onu adi iş masası ilə müqayisə etmək 

daha məqsədəuyğundur. Kompyuterin iş masasında olan obyektləri sadalamaqla 

onları adi iş masasının üzərindəki  əşyalarla müqayisə etmək olar. Dərs praktik 

bacarıqları formalaşdırdığı üçün onun kompyuter sinfində keçilməsi məqsədəuy-

ğundur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 Şagirdlər ibtidai siniflərdə kompyuterə aid bəzi mövzularla tanış olmuşlar. 

Onların biliklərini aktivləşdirmək və bilik səviyyələrini yoxlamaq üçün diaqnostik 

qiymətləndirmə keçirilməsi məqsədəuyğundur. Bunun üçün müəllim  şagirdlərdən 

ekranda açılan ilkin təsviri adlandırmağı xahiş edə bilər. Bu zaman o, dərslikdə ve-

rilmiş şəkli şərh edə və şagirdlərə adi iş masasının üzərində hansı əşyaların olduğu 

barədə suallar verə bilər. Burada məqsəd kompyuterin iş masası ilə analogiya 

yaratmaqdır. Virtual obyektləri  real obyektlərlə müqayisəli şəkildə izah etmək da-

ha məqsədəuyğundur. Dərslikdə verilmiş suallarla bağlı müzakirə təşkil etmək olar.  




 

50

Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığı yerinə yetirən zaman şagird-



lər kompyuterin qarşısında cütlərlə əyləşdirilə bilərlər. Bu onlarda informativ-kom-

munikativ bacarıqların formalaşdırılmasına da kömək edər. Kompyuterlərin sayı 

imkan verərsə,  şagirdlər tək-tək də  işləyə bilərlər. Bu tapşırığın məqsədi odur ki, 

şagirdlər kompyuterin iş masası ilə tanış olsunlar və orada hansı simgələrin 

olduğunu müəyyən etsinlər. Simgənin seçdirilməsi, yerinin dəyişdirilməsi kimi 

praktik vərdişlərə yiyələnsinlər. Bu tapşırığı yerinə yetirməzdən  əvvəl müəllim 

sual-cavabla  şagirdlərin aşağı siniflərdən uyğun bacarıqları nə dərəcədə  mənimsə-

diklərini yoxlaya bilər.  Şagirdlər aşağı siniflərdən “iş masası” və “simgə” 

anlayışları ilə tanış olduqlarından tapşırığın şərtində bu sözlərdən istifadə olunması 

heç bir çətinlik yaratmamalıdır. Əks halda müəllim uyğun izahat verə bilər.  



Diferensial təlim. Aşağı siniflərdən uyğun bacarıqlara yiyələnmiş şagirdlərə daha mü-

rəkkəb tapşırıq verilə bilər; məsələn: bəzi proqram və qovluqların simgələrini iş ma-

sasına çıxarmaq, iş masasında bəzi proqramları tapşırıqlar zolağına yerləşdirmək və s. 

Tapşırığın nəticəsi iş  vərəqlərində  hər addımın cavabı kimi qeyd edilir. Sonra 

müəllim bu vərəqləri yığıb qiymətləndirmədə istifadə edə bilər.  

 Müzakirə  dərslikdə yazılmış suallar əsasında qurula bilər.  Şagirdləri müza-

kirəyə daha fəal cəlb etmək üçün müəllim onlara tanış olan simgələri, bu simgələr-

lə hansı işlərin görüldüyü barədə suallar verə bilər. Müzakirəni iş masasında olan 

obyektlərə aid suallar üzərində də qurmaq olar. 

 Dərsliyin “Fəaliyyət” hissəsində sonra verilən izahat və yeni məlumatlar oxuna 

bilər. Müəllim mövzuya marağı artırmaq üçün şagirdlərə tanış olan proqram 

simgələri haqqında müxtəlif suallar verə bilər.  

Dərslikdə verilmiş  mətnin oxunuşu zamanı tövsiyə olunur ki, müəllim 

Computer


Recycle Bin, My Documents 

simgələri barədə  qısaca məlumat versin və onları 

proyektorda nümayiş etdirsin. Müəllim analogiyadan istifadə etməklə kompyuterin iş 

masasında, adi iş masasında olduğu kimi, müxtəlif obyektlərin yerini dəyişmək və ya 

onları tamamilə uzaqlaşdırmaq mümkün olduğunu nümayiş etdirə bilər. Tövsiyə olu-

nur ki, müəllim iş masasının fonunun necə dəyişdirilməsini  də nümayiş etdirsin.  

 Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırığı yerinə yetirərkən  şa-

girdlər bir neçə kompyuteri müqayisə edə bilərlər. Müəllimin kompyuterlərin  əmə-

liyyat sistemlərindən asılı olaraq bəzi simgələrin fərqləndiyini izah etməsi faydalı olar.  



Diferensial təlim. Müəllim təlim nəticələri yüksək olan şagirdlərə yaradıcı iş təklif 

edə bilər: hər şagird özü bir simgə fikirləşib hazırlayır və adlandırır.  

 Müəllim  şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində veril-

miş tapşırıqların cavablarını müzakirə edə bilər. 



 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər:  

1. Kompyuterin iş masası haqqında bilikləri izah etmə.   

2. İş masasında simgələri göstərmə. 

3. İş masasında simgələri seçdirmə. 

4. İş masasında simgələrin yerini dəyişmə.  

5. Start düyməsini göstərmə. 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə