Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

 

54

verilmişdir. Müəllim məqsədəuyğun hesab edərsə, lövhədə fayl və qovluğun 



tərifini yaza bilər. 

Fayl – kompyuterin xarici yaddaşında verilənlər toplusu şəklində saxlanılan 

obyektdir. Qovluq – digər qovluqları və faylları özündə qruplaşdıran obyektdir.  

Müəllim proyektordan istifadə etməklə müxtəlif fayl və qovluqların simgələrini nü-

mayiş etdirə bilər. Fayl və qovluqların yaradılması, saxlanması, açılıb-qapadılması, 

adının dəyişdirilməsi, uzaqlaşdırılması, simgəsinin yerinin dəyişdirilməsi və surəti-

nin çıxarılması əməliyyatlarını proyektor vasitəsilə nümayiş etdirmək çox vacibdir. 

Bu zaman şagirdlər müəllimin icra etdiyi əməliyyatları öz kompyuterlərində təkrar 

etməklə bu bacarıqlara daha asanlıqla yiyələnə bilərlər.  

 Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırığın müəllimin  şərhi 

ilə yerinə yetirilməsi daha məqsədəuyğundur. Faylları açarkən sistem özü uyğun 

tətbiqi proqramı başladır. Bunu nümayiş etdirməklə müəllim müvafiq izahatlar 

verə bilər. Dərsin bu mərhələsində şagirdlərə yaradıcı tapşırıq da təklif etmək olar: 

hər şagird özü üçün iş masasında qovluq yaradır və onun simgəsini dəyişir. Bunun 

üçün qovluğun kontekst menyusundan istifadə etmək olar: 

Properties

  bəndini 

seçdikdən sonra 

Change Icon

 düyməsini çıqqıldatmaq lazımdır. Müəllim bu 

tapşırığı şagirdlərlə paralel olaraq icra edə və proyektorda göstərə bilər.  

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə belə bir tapşırıq verilə 

bilər: vərəqdə  aşağıdakı sxemi çəkin və evdəki kompyuterinizin C lokal diskində 

olan üç ixtiyarı qovluğun adını yazın.  

 

 



 Müəllim  şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində veril-

miş tapşırıqların cavablarını müzakirə edə bilər. 



 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər:  

1. “Fayl” və “qovluq” anlayışlarını izah etmə.  

2. Kompyuterdə fayl və qovluqlara aid nümunələr göstərmə.  

3. İş masasında olan xüsusi qovluqlar haqqında məlumat vermə  

4. Qovluqları yaratma və onların adını dəyişmə. 

5. İş masasında fayl və qovluğun simgəsinin yerini dəyişdirmə.  

 

 

Local Disc (C:) 




 

 

55



Dərs 

10

 / Mövzu:



 PƏNCƏRƏ 

 

İnformasiya ilə tanış olmaq və onunla işləmək üçün Windows əməliyyat sistemində 

pəncərələrdən istifadə olunur. Pəncərə  əməliyyat sisteminin mühüm elementlərin-

dən biridir. Windows  sistemində bütün əməliyyatları aparmaq üçün pəncərələrdən 

istifadə olunur. Hər bir sənəd və ya proqram pəncərələrdə açılır. Eyni zamanda bir 

neçə  pəncərə açmaq mümkündür. Ekranda açılmış  pəncərələrin sayı istifadəçinin 

arzusundan, kompyuterin gücündən və monitorun ölçülərindən asılıdır. Ancaq 

kompyuterdə elə proqramlar da var ki, onları çalışdıran zaman pəncərələr açılmır 

və istifadəçi bu cür proqramların işinə müdaxilə edə bilmir. Belə proqramlar sistem 

proqramlarıdır. Bu dərsdə şagirdlər müxtəlif pəncərələr və onların tərkib hissələri 

ilə tanış olurlar. Pəncərələrlə tanışlıq kompyuterdə praktik bacarıqlara  əsaslanır. 

Pəncərələrlə müxtəlif  əməliyyatların yerinə yetirilməsi üçün dərsin kompyuter 

sinfində keçilməsi vacibdir.  

 

 

 



Müəllim mövzuya başlayarkən adi pəncərənin funksiyaları ilə  əməliyyat  

sisteminin pəncərələrini müqayisə edə bilər. Bu zaman dərslikdə sağ və solda veril-

miş şəkillər təhlil edilə bilər. Əməliyyat sistemində, əsasən, dörd pəncərə növü var: 

qovluq pəncərəsi, dialoq pəncərəsi,  proqram pəncərəsi, sistemin yardım pəncərəsi. 

Şagirdlər kompyuterdə konkret proqramlarda işlədikləri üçün ən çox proqram 

pəncərəsi ilə ünsiyyətdə olurlar. Ona görə  də  əməliyyat sisteminin pəncərələri ilə 

tanışlığa proqram pəncərəsindən başlanması daha məqsədəuyğundur.  

 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda əsas məqsəd sadə proqram 

pəncərəsi, onun hissə və düymələri ilə ilkin tanışlıqdır. Praktik iş zamanı müəllim 

şagirdlərə  aşağı siniflərdən tanış olan müxtəlif proqram pəncərələri ilə bağlı 

istiqamətləndirici suallar verə bilər.  

Diferensial təlim. Təlim nəticələri zəif olan şagirdlər iş masasında bir pəncərə 

açdıqdan sonra onun ölçülərini dəyişdirə  və qapada bilərlər. Təlim nəticələri 

yüksək olan şagirdlər iş masasında bir neçə proqram pəncərəsini açdıqdan sonra  

onları kaskad formasında və ya yanaşı olaraq müxtəlif formalarda yerləşdirə 

bilərlər. Elə tapşırıq vermək olar ki, şagirdlər bir pəncərədən digərinə keçməli 

olsunlar, pəncərələri tapşırıqlar zolağına yığsınlar, lazım olan pəncərəni isə bütün 

ekrana açsınlar.  

 



 

56

     



 

 İşlərin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər.  Şagirdlərin 

tədqiqat işində qazandıqları yeni bacarıqlarla bağlı yaranan suallar və  çətinliklər 

aşkarlanıb müzakirə edilə bilər. Adətən,  şagirdlər proqram pəncərəsinin yerini və 

ölçülərini dəyişməkdə  çətinlik çəkirlər. Bu onunla bağlı olur ki, şagirdlər həmin 

əməliyyatları yerinə yetirən zaman siçanın göstəricisinin necə  dəyişdiyinə fikir 

vermirlər. Müəllim bu bacarıqları proyektordan istifadə etməklə nümayiş etdirə 

bilər.  


 Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar 

oxunur. Müəllimə oxunan materialları proyektor vasitəsilə  əyani surətdə nümayiş 

etdirmək tövsiyə olunur. Pəncərənin hissələri sadalandıqca müəllim onları 

proyektor vasitəsilə nümayiş etdirə bilər. Şagirdlər artıq aşağı siniflərdən proqram 

pəncərələri ilə tanışdırlar. Bu dərsdə isə daha geniş bacarıqları formalaşdırmaq 

üçün müəllim dərslikdə verilmiş materialları əyani olaraq şərh edə bilər. Bu zaman 

şagirdlər müəllimin yerinə yetirdiyi əməliyyatları öz kompyuterlərində  təkrar 

etməklə bu bacarıqlara daha asanlıqla yiyələnə bilərlər. Sonra müəllim  əməliyyat 

sisteminin digər pəncərələrini də nümayiş etdirə bilər.  

 Müəllim dərsin bu mərhələsində  şagirdlərə proqram pəncərəsi ilə qovluq pən-

cərələrini müqayisə etmək tapşırığını təklif edə bilər. Bunun üçün hər iki pəncərəni 

açaraq ölçüsünü kiçiltmək və onları  iş masasında yanaşı yerləşdirmək lazımdır. 

Müəllimin bunu proyektor vasitəsilə nümayiş etdirməsi məqsədəuyğundur. 

Şagirdlər nəticəni Venn diaqramında, yaxud cədvəldə qeyd edə bilərlər.  



Oxşar əlamətlər 

Fərqli əlamətlər 

 

 



 Müəllim  şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində veril-

miş tapşırıqların cavablarını müzakirə edə bilər. 



 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər:  

1. Kompyuter pəncərələrinin növlərini fərqləndirmə.  

2. İş masasında açılmış bir neçə pəncərədə işləmə.  

3. Proqram pəncərəsinin elementlərini göstərmə. 

4. Pəncərə düymələrindən təyinatına görə istifadə etmə.  

5. Proqram pəncərəsi ilə müxtəlif əməliyyatlar yerinə yetirmə.  




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə