III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1492
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
DÜNYA TƏCRÜBƏSİNDƏ AZƏRBAYCAN KONSTİTUSİYA
NƏZARƏTİ İNSTİTUTU MODELİ
Vüsal MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
azerbaycan_namin@mail.ru
AZƏRBAYCAN
Dünya təcrübəsində model rolunu oynaya biləcək Azərbaycan Respublikasının qanun-
vericilik sistemində özünə yer tutan konstitusiya nəzarətinin həyata keçirilməsi institutu
nəzəri-təcrübi aspektlərindəki aktual məsələlər ilə daim hüquqşünasların diqqət mərkəzində
olmuşdur. Bu məsələlərin real həllini tapması həm qanunu tətbiq edənlərin, həm də qanunun
tətbiq olunduğu ictimai münasibətlərdə öz problemlərinin həllini gözləyən vətəndaşların
qanuna hörmət ruhunda yaşamasına və aktual məsələlərin həllini tapmasına öz töhfəsini
verəcəkdir.
SSRİ-nin dağılmasından sonra müstəqil siyasət yeridən Azərbaycan, məhkəmə-hüquq
sistemində apardığı islahatlarla dünya dövlətləri arasında nümunə olan hüquq sistemini yarada
bildi. Belə ki, yeni yaradılan sahələrdən biri də konstitusiya nəzarətinin həyata keçirilməsi
üçün Konstitusiya Məhkəməsinin təsisi idi. Düzdür, SSRi dövründə qanunların şərh olunması
məsələsi var idi. Belə ki, qanunverici orqan və Ali Məhkəmə tərəfindən qəbul edilən qərarlar-
la qanunlar şərh edilirdi. Lakin müstəqilliyini qazanan Azərbaycan bununla kifayətlənmə-
yərək dünya təcrübəsindən götürdüyü konstitusiya nəzarəti institunu mükəmməlləşdirərək
özü-özlüyündə dünya ölkələri üçün nümunə olmağa başladı. Konstitusiya nəzarəti institutu-
nun Azərbaycan modelinin ən yaxşı ifadəsi Respublikamızda Konstitusiya Nəzarəti institutu-
nun tam şəkildə formalaşması və özlüyündə bu institutun Azərbaycanın qoşulduğu beynəlxalq
insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində yaradılmış kovensiya və digər
aktlarda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarını təmin etməsidir. Konstitusiya nəza-
rətini həyata keçirən Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr
etdiyi əsas fəaliyyətini müxtəlif sahələr üzrə həyata keçirir. Belə ki, bu məhkəmə normativ-
hüquqi aktların Konstitusiyaya uyğunluğu məsələsinə baxır, Azərbaycan Respublikasının
Konstitusiyasını və qanunlarını şərh edir, referendum və seçki nəticələrini yoxlayır və insan
hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə vətəndaşlar, eləcə də ombudsman tərəfin-
dən Konstitusiya Məhkəməsinəedilən müraciətlərə baxır. Sadalanan fəaliyyətləri həyata keçi-
rərkən Konstitusiya Məhkəməsi ona verilmiş səlahiyyətləri geniş şəkildə işlədərək yaradıldığı
dövrdən bugünədək keçən müddətdə respublika ərazisində insan hüquq və azadlıqlarını təmin
etmiş və dövlətçiliyin möhkəmlənməsinə öz töhvəsini vermişdir.
Əvvəldə də qeyd etdiyim kimi Konstitusiya Məhkəməsinin əsas və əhəmiyyətli səlahiy-
yətlərindən biri Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş subyektlərin
sorğusu ilə Azərbaycan Respublikası Konstitusiya və qanunlarını şərh etməkdir. Belə ki, ali
qanunvericilik aktının 130.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi-
nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəmə-
sinin, Azərbaycan Respublikasının Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını şərh
edir. Bununla yanaşı Konstitusiyada mütərəqqi addım kimi ədalət mühakiməsini həyata
keçirən məhkəmələrə də bu səlahiyyət verilmişdir. Belə ki, 130-cu maddəyə əsasən, məh-
kəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan
Respublikası Konstitusiyası və qanunlarının şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəmə-
sinə müraciət edə bilərlər.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1493
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İnsan hüquq və azadlıqlarının təminatçısı olan Azərbaycan Respublikasının ali qanunve-
ricilik aktında insan hüquq və azadlıqlarının qorunmasını tam şəkildə həyata keçirmək və
qanunun aliliyini təmin etmək üçün nəzərdə tutduğu Konstitusiya Məhkəməsinə müraciət
edərək Konstitusiyanın və digər qanunların şərh edilməsi məsələsi əslində ölkəmizdə hüquq
quruculuğu siyasətinin banisi olan ümummilli liderimiz Heydər Əliyevin ideyalarının məh-
kəmə sistemi sahəsində reallaşdırılmasıdır. Çünki bu sistemin mövcudluğu ilə bir çox prob-
lemli məsələlər öz real həllini tapa bilir. Bununla da qanunların yalnış təfsir edilərək düzgün
olmayan şəkildə ictimai münasibətlərə tətbiq edilməsinin qarşısı alınmış olur. Məsələyə digər
tərəfdən yanaşdıqda, demək olar ki, müxtəlif orqanlarının sorğusu və ya müraciəti əsasında
çıxarılmış Konstitusiya Məhkəməsinin qərarlarının dərc edilməsi və onların bütün ölkə ərazi-
sində məcburi əməl edilməli akt kimi qəbul olunması ölkədə qanuntətbiq edən subyektlər tə-
rəfindən hər hansı illeqal hərəkətlərin törədilməsinin qarşısı almaq üçün nəzərdə tutulmuşdur.
Bununla da sözün əsl mənasında deyə bilərik ki, heç təsadüfi deyildir ki, dünya təcrübəsində
model rolunu oynaya biləcək Azərbaycan Respublikası konstitusiya nəzarəti institutu yara-
dıldığı dövrdən bugünədək ölkə ərazisində qanunların düzgün başa düşülərək tətbiq edilməsi
istiqamətində öz töhvəsini vermişdir.
Konstitusiya nəzarəti institutunda bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda
da bir nizamlanmayan məsələ mövcuddur. Bu məsələ müxtəlif subyektlərin sorğu və
müraciəti əsasında Konstitusiyanı və qanunları şərh edən Konstitusiya Məhkəməsinin məsu-
liyyət məsələsidir. Əvvəldə də qeyd etdiyim ki, sorğu və müraciət əsasında şərh edilmiş nor-
ma ilə bağlı çıxarılmış qərar ölkə ərazisində icrası məcburi aktdır və onu dəyişdirməyə, şərh
etməyə yol verilmir. Buna görə də, dünya təcrübəsində konstitusiya və eləcə də qanunları yal-
nış şərh etməyə görə bu məhkəmələrə konkret məsuliyyət tədbirlərinin nəzərdə tutulması bu
məhkəmələrin fəaliyyətini daha da mükəmməlləşdirəcək bir addımdır.
AZƏRBAYCANDA İNFORMASİYA CƏMİYYƏTİ:
ELMİ-NƏZƏRİ VƏ HÜQUQİ PROBLEMLƏRİ
Natiq MÜRSƏLOV
AMEA Mərkəzi Elmi Kitabxanası
magistrant_bsu@mail.ru
AZƏRBAYCAN
İnformasiya cəmiyyəti sivilizasiyanın inkişafının növbəti mərhələsi kimi xarakterizə
olunur. Belə ki, informasiya cəmiyyəti
- sivilizasiyanin inkişafının hazırkı mərhələsi olub, in-
formasiya biliklərin əsas maddi sərvətə çevrildiyi cəmiyyətdir. O, eyni zamanda - informa-
siya-kommunikasiya texnologiyalarının təsiri nəticəsində bilik və informasiyanın insan fəaliy-
yətinin bütün sferalarında əsas rol oynadığı cəmiyyətdir.
İnformasiya cəmiyyətinin əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
Cəmiyyətdə informasiyanın, biliklərin, informasiya texnologiyalarının rolu artır;
Telefon, radio, televiziya, İnternet, ənənəvi və elektron mətbuatdan istifadə etməklə cə-
miyyət sürətlə informasiyalaşır;
İnsanların effekli informasiya əlaqəsini, onların ümumdünya informasiya resurslarına
çıxışını, informasiya məhsullarına və xidmətlərinə tələbatını təmin edən qlobal informa-
siya məkanı formalaşır.
“İnformasiya cəmiyyəti” terminiilk dəfə leksikona 1969-cu ildə Tokio Texnologiya
İnstitutunun professoru Y.Xayaşı tərəfindən daxil edilmişdir. Qərb ölkələrində 1992-ci ildən
etibarən bu termin müntəzəm olaraq istifadə edilməyə başlanır.