Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə50/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   46   47   48   49   50   51   52   53   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

869



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Başı olmayanın, “beş”i var indi. 

“Beş”i olmayanın işi var indi. 

Kişi paltarında arvad man deyil, 

Arvad paltarında kişi var indi. 

 

Müasir Azərbaycan poeziyasında rübai janrına tez-tez müraciət edilməsinin izahını 



Tofiq Əbdülhəsənli bu cür verir: “Klassik poeziyanın əsas şəkillərindən olan rübailərin son il-

lərdə geniş yayılmasının əsas səbəbi, bizcə, bu janrın poetik fikrin ifadə edilməsi üçün böyük 

imkanlara malik olması, həcm etibarilə yığcamlığı, forma-şəkil xüsusiyyətlərinin münasibliyi-

dir”. 


Fikrət Sadıq klassik irsə sadiq şair olsa da, yaradıcılığında folklora bağlılıq daha aydın 

hiss olunur. 

 

 

1940-CI İLLƏRƏ KİMİ MİR CƏLALIN “DİRİLƏN ADAM”                 

ROMANI ƏDƏBİ TƏNQİDDƏ

 

 

Günel BƏHRAMQIZI

 

Bakı Dövlət Universiteti 



mahmudova-83@bk.ru 

AZƏRBAYCAN 



 

Mir Cəlalın “Dirilən adam” romanı isə 1935-ci ildə çap edilib. Ədibin 1930-1940-cı 

illər yaradıcılıq dövrünə ümumi bir nəzər saldıqdan sonra deyə bilərik ki, bu illər Mir Cəlalın 

inkişafda olan ədəbi fəaliyyəti kimi qiymələndirilə bilər.  

Mir Cəlalın “Dirilən Adam” əsəri haqqında ilk dəfə olaraq ədəbi tənqiddə Hidayət 

Əfəndiyevin “Nəsrimiz yüksəliş yollarında” adlı yazısında bəhs olunur. 1935-ci ildə “İnqilab 

və  Mədəniyyət” jurnalında çap edilən həmin yazıda Hidayət  Əfəndiyev gənc nasirlərin – 

Simurqun, Qantamirin, Seyid Hüseynin, Talıblının çap olunmuş son əsərlərini təhlil etmiş, 

bundan başqa  Əbülhəsən  Ələkbərzadənin “Yoxuşlar”, M.S.Ordubadinin “Dumanlı  Təbriz”, 

Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” romanları  və  həmçinin Çəmənzəminlinin “Cənnətin 

qəbzi” hekayəsi haqqında fikir və münasibətini bildirmişdir. Biz bu məqalədə, əsas etbarilə, 

fikrimizi müəllifin Mir Cəlalın “Dirilən adam” romanı haqqında apardığı tədqiqə yönəldəcə-

yik. Müəllif məqalənin girişində yazır: “Bizim nəsrimizin keçmişi, hal-hazırı və parlaq gələ-

cəyi vardır. Bizim bu günkü nəsrimiz dünənki nəsr deyildir. Dünən bu gün üçün artıq keçilmiş 

bir etapdır. Onun bu günkü boy atmasının obyektiv tendensiyaları  nəsrimizin gələcək pers-

pektivlərini də aydın müəyyən edir. Nəsrimiz sağlam yollarla inkişaf edərək özünün əvvəlki 

dar və məhdud çərçivəsinə sığışmayır”.  

Hidayət  Əfəndiyev yuxarıda adlarını  çəkdiyimiz nasirlərin  əsərlərinin təhlilini verdik-

dən sonra məqalənin sonunda Mir Cəlalın 1935-ci ildə çap olunmuş hekayələrindən ibarət 

“Boy” kitabı və “Dirilən adam” (1935) romanı haqqında fikirlərini bildirmiş, gənc nasir Mir 

Cəlalın yazılarına yüksək qiymət vermişdir. 

Bildirək ki, Mir Cəlalın “Dirilən adam” romanı haqqında ilk dəfə bu yazıda bəhs olun-

duğunu görürük ki, Hidayət Əfəndiyevin bu məqaləsi əsas bu baxımdan ədibin tədqiqi məsə-

ləsində qiymətli sayıla bilər. 

Düzdür, 1935-ci ildə çap olunmuş “Dirilən adam” romanı haqqında  ədəbi tənqiddə 

sonralar, konkret olaraq 1939-cu ildən başlayaraq M.Arifin, C.Cəfərovun, H.Şərifovun və s. 

məqalələrində oxumaq olar. Ancaq qeyd etdiyimiz kimi, bu roman haqqında ilk məqalə məhz 

Hidayət Əfəndiyevə məxsusdur. Məqalədə Hidayət Əfəndiyev “Dirilən adam” romanını məhz 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

870



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

siyasi baxımdan  şərh etmiş  və romana birtərəfli baxmışdır. Roman haqqında qısa, yığcam 

şəkildə məlumatları əks etdirən bu misralarda romanın tam və təfərrüatlı, o cümlədən ədəbi 

istiqamətdən təhlilinə, demək olar ki, rast gəlmirik. Fikrimizcə, ədəbi təhlil baxımından “Diri-

lən adam” romanı haqqında Məmməd Arifin məqaləsi daha tədqirə layiqdir. Məmməd Arif isə 

“Dirilən adam” adlı  məqaləsində C.Cəfərovun təhlilini xüsusi vurğulamışdır: “Mir Cəlalın 

“Dirilən adam” romanı haqqında tənqidi məqalələr az yazılmamışdır. Buna görə  də  

C.Cəfərovun məqaləsi diqqətəlayiqdir. Mənə elə gəlir ki, bütün oxucular da, müəllifin özü də 

C.Cəfərovun tənqidindəki doğru göstərişləri inkar etməzlər”

O ki qaldı əsas məsələyə, yəni “Dirilən adam” romanının təhlilinə gəlincə, M.Arif ro-

mana yüksək dəyər verərək yazmışdı: “Mir Cəlal “Dirilən adam”da diqqətli realist bir yazıçı 

olduğunu açıq-aydın göstərmişdir. Diqqətli ona görə deyirəm ki, o, insanları, məişəti, təbiəti 

çox diqqətlə öyrənmişdir, yaxşı bilir. Bunu əsərin hər səhifəsində hiss etmək olur...”  

Ancaq M.Arif romandakı bəzi qüsurları da vermiş, müəyyən dərəcədə tənqidi fikirlərini 

də bildirmişdir. 

Doğrudur, yuxarıda qeyd etdik ki, M.Arif C.Cəfərovun “Dirilən adam” romanı haqqın-

da yazdıqlarını diqqətəlayiq hesab etmişdir. Ancaq M.Arif C.Cəfərovun roman haqqında bəzi 

fikirləri ilə razılaşmadığını da məqaləsində bildirmiş və bunu əsaslandırmağa çalışmışdır.  

Verdiyi müqayisələrə, razılaşmadığı fikirlərə, göstərdiyi qüsur və nöqsanlara baxmaya-

raq “Dirilən adam” romanı M.Arif tərəfindən yüksək bir əsər kimi təqdir edilir və böyük alim, 

Mir Cəlalı yazıçı kimi yüksək qiymətləndirir. 

Beləliklə, 1939-cu il “Dirilən adam” romanının tədqiqi və Mir Cəlal haqqında yazılan 

ədəbi-tənqidi fikirlər baxımından yaddaqalan oldu. Çünki məhz bu ildə M.Arif, C.Cəfərov və 

H.Şərifov kimi ədəbiyyatşünaslar “Ədəbiyyat qəzeti”ndə Mir Cəlalın “Dirilən adam” romanı 

haqqında söz deyiblər. 

H.Şərifovun “Dirilən adam” romanı haqqında oxucuların rəyi” adlı  məqaləsi 21 may 

1939-cu ildə “Gənc işçi” qəzetində çap olunub. Fikrimizcə, H.Şərifovun məqaləsi struktur eti-

barilə iki hissədən - “Dirilən adam” romanı haqqında oxucuların məktublarından verilən nü-

munələrdən və C.Cəfərovun “Dirilən adam” məqaləsindəki fikir və təhlilləri təkzib və tənqid 

etməkdən ibarətdir.  

Məqalədə H.Şərifov C.Cəfərovun “Dirilən adam” romanı haqqında yazdıqlarına mü-

nasibət bildirmişdir. H.Şərifov yazıb: “Romanın sujet və məzmunu geniş oxucu kütləsinə yax-

şı məlum olduğu üçün burada onun məzmunu haqqında danışmaq artıqdır. 

Biz, “Dirilən adam” romanı haqqında yazılmış ilk – 1935-ci ildəki məqalədən tutmuş 

1939-cu ildə bu roman haqqında yazılanların təhlili və müqayisəsini apardıq. Bu o demək de-

yil ki, 1935-1939-cu illər arasında Mir Cəlal yaradıcılığı ədəbi tənqidin diqqətindən yayınıb. 

Əsla! 1936-cı ildə Ədəbiyyat qəzetində (24 may 1936-cı il) Mir Cəlalın “Yeni yazanların 1-ci 

kurs konfransi”nda etdiyi “Yeni yazan şairlər” adlı məruzəsi haqqında yazı dərc olunur. 

Mir Cəlal öz üslubu ilə Azərbaycan ədəbiyyatında seçilən sənətkardır. Ədibin yaradıcı-

lığı çoxşaxəlidir. Və biz, ədibin yaradıcılığa başladığı ilk illərin tədqiqi ilə fikirlərimizi 

yekunlaşdıraraq deyə bilərik ki, 1930-1940-cı illərdə Mir Cəlalın yaradıcılıq irsi ədəbi tənqid 

materiallarında, dövri mətbuatda tənqidçilər,  ədəbiyyatşünas alimlər tərəfindən araşdırmaya 

cəlb olunmuşdur. 

 

 



 

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə