Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə58/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   54   55   56   57   58   59   60   61   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

885



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ METAFORİK 

FRAZEOLOJİ VAHİDLƏRİN LEKSİK-SEMANTİK                                       

VƏ STRUKTUR XÜSUSİYYƏTLƏRİ 

 

Cəmilə ORUCOVA 

Bakı Slavyan Universiteti 



cemileorucova@yahoo.com 

AZƏRBAYCAN 

 

Frazeologiya dilin lüğət tərkibini zənginləşdirməyin əsas mənbələrindən biridir. Fraze-



ologizmlərin istifadəsi insanlara öz fikirlərini qısa və idiomatik ifdə etmək imkanı verir. Fra-

zeoloji birləşmələr hər bir xalqın milli kaloritini, adət-ənənəsini göstərir. “Frazeologiya” ter-

minini dilçilik sahəsində ilk dəfə XX əsrin əvvəllərində Şarl Ballı məşğul olmuşdur. O, dilçilik 

tarixində birinci olaraq frazeologiyanı leksikologiyanın müstəqil şöbəsi kimi müəyyənləşdiril-

mişdir. O, sabit söz birləşmələrini öz əsərində leksik-semantik və üslubi-məna cəhətdən şərh 

etmişdir. 

Hər bir konkret dilin frazeologiyası iki planda tədqiq edilir: diaxronik və sinxronik.  

Diaxronik planda dilin frazeologiyasının tarixən formalaşması  və müasir dövrə doğru 

semantik və struktur cəhətdən inkişafı öyrənilir. Sinxronik planda isə dilin frazeologiyasının 

müasir vəziyyətinin semantik və struktur təsviri verilir. 

İngilis dilində frazeologizmlərin tədqiqinə  hər iki plandan yanaşılsa da, Azərbaycan 

dilində daha çox sinxronik aspektdən yanaşılmışdı. Bu da onu göstərir ki, Azərbaycan dilində 

frazeologizmlərin tədqiqi müasir dövrə aiddir. 

Dildə frazeologizmləri tiplərə ayırmaq üçün əsas meyar həmin birləşmələrdəki sözlərin 

bir-birinə yanaşma və qovuşma dərəcəsidir. Komponentlərin bir-birilə əlaqəsinə əsaslanaraq, 

V. V. Vinoqradov  semantik təsnifatı irəli sürmüşdü: 

• Frazeoloji vahidlər – Phraseological unities. Bu birləşmələrin tərkibindəki sözlərin 

müstəqil mənalarını tamamilə itirməsi nəticəsində əmələ gələn sabit söz birləşmələridir. 

Dilçilikdə bu tip sabit söz birləşmələri idiomlar da adlandırılır. Bu söz birləşmələrinin 

əsas  əlaməti onların semantik cəhətdən bütövlüyüdür. Məsələn: kick the bucket – 

“Ölmək”, send somebody to Coventry – bir kəsi baykot etmək, əlaqəni kəsmək, to rain 

cats and dogs – şıdırğı yağış yağmaq. Belə birləşmələrdə həqiqi məna ilə məcazi məna 

arasındakı əlaqə itir və məcazi məna onlar üçün ön plana çəkilir. Bu birləşmələrin tərki-

bindəki sözlər öz leksik mənalarını itirərək onların komponentlərinə çevrilir və ümumi 

bir məna ifadə edir. 

• Frazeoloji qovuşma – Phraseological fusions – Bu birləşmələrdə sözlərdən birinin 

həqiqi mənası az da olsa, nəzərə çarpır. Məs: to spill the beans – sirr vermək, to throw 

dust into smb’s eyes – bir kəsin başını aldatmaq. to hold one’s cards close one’s chest – 

bir şeyi sirr olaraq saxlamaq. Bu birləşmələr yüksək bədiilik xüsusiyyətinə malikdir. Bu 

birləşmələr komponentlərinin semantik xüsusiyyətlərinin qoruyub saxlayır. Bu tip 

birləşmələrin komponentlərinin yerini dəyişmək qeyri-mümkündür. 

• Frazeoloji birləşmələr – Phrazeological combinations. 

Bu sabit söz birləşmələrin tərkibindəki sözlərdən biri mütləq öz həqiqi mənasında işlə-

nir, o biri söz isə ondan asılı vəziyyətdə olur. Yəni, bu tip birləşmələrin tərkibinə həm müstəqil, 

həm də frazeoloji məna daşıyan sözlər daxildir. Məs: a bosom friend – ürək dostu, to frown 

one’s eyebrows – qaşlarını çatmaq, to pay attention to somebody – bir kəsə diqqət yetirmək. 

Bu birləşmələrin komponentlərinin birini dəyişmək mümkündür. Məs: a bosom friend – ürək 

dostu, a bosom buddy – yaxın yoldaş. 

Frazeoloji vahidlərin sabit olması onların əsas cəhətidir. Onlar nəinki, semantik baxımdan, 

həm də qrammatik quruluş baxımından da dəyişilməzdir. Məs: biz “red tape” – (bürokratiya) 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

886



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

deyə bilirik, amma, “red tapes” demirik. N. N. Amasova bunu “daşlaşmış məna” adlandırır. 

Lakin sərbəst söz birləşmələrin tərkib hissələrindəki sözlər dəyişilsə də, əsas məna dəyişmir. 

Məs: cut bread – çörəyi kəsmək, cut cheese – pendiri kəsmək.  Sabit söz birləşmələri ilə sərbəst 

söz birləşmələrinin strukturu, quruluşu, arasında heç bir fərq yoxdur, hər ikisi eyni sintaktik 

modelə  əsaslanır. Onları  fərqləndirən yeganə  cəhət frazeoloji vahidlərin məcazi məna ifadə 

etməsidir. Bu, əsas kriteriyadır.  

Struktur baxımdan frazeoloji  ifadələri aşağıdakı qruplara bölmək olar : 

Nominal və ya substantive (ismi) ifadələri. Məs: calf  love – uşaq sevgisi. 

Attributiv (sifət tərkibli) ifadələr as good as gold – qızıl kimi yaxşı, safe and sound – 

sağ-salamat. 

Feil tərkibi birləşmələr : 

to take the bull by the horn – qəti hərəkət etmək. Zərf tərkibli birləşmələr: high and low 

hər zümrədən olan, in the dead night –qatı qaranlıqda.  

Sözönülü ifadələr – in the course of - ərzində. Bağlayıcı tərkibli ifadələr: as long as – o 

vaxta qədər, nə qədər ki. 

Nida tərkibli ifadələr – by the Lord Harry! – lənət sənə şeytan. 

Azərbaycan dilçiliyində də frazeologiya sahəsində bir sıra əsərlər yazılmışdı. Azərbay-

can dilçiliyində ilk dəfə “idiomatizm” terminin B. Çobanzadə ilə F. Ağazadənin birlikdə 

yazdıqları. “Türk qrameri” dərsliyində işlənilmişdir. Azərbaycan dilinin frazeologiyası barədə 

ilk dəfə M. Hüaseynzadı öz “Müasir Azərbaycan dili” adlı dərsliyində məlumat vermişdir. S. 

Cəfərov Azərbaycan dili frazeoloji vahidlərini bir bütöv halda “sabit söz birləşmələri”  adlan-

dırır. N. Rəhimzadə Azərbaycan dili frazeoloji materialını a) öz leksik-semantik bölünməzliyi 

ilə  fərqlənən obrazlı ifadələr (idiomlar) və b) sabit söz birləşmələri olmaqla iki yerə bölür. 

Azərbaycan dilçiliyində olan frazeoloji birləşmələr, məs: dabanına tüpürüb qaçmaq, qulaq as-

maq, gözü su içməmək, gözdən düşmək, gözdən pərdə asmaq və s. kimi sabit söz birləşmələ-

rinin strukturuna nəzər yetirsək, əsas, feil tərkibli olduğunu görərik.  

Ümumilikdə, belə nəticəyə gəlmək olar ki, hər bir dilin frazeoloji sistemi semantic və 

struktur baxımından dəyişilməzdir, dildə hazır  şəkildə mövcuddur və  ən əsası birbaşa məna 

ifadə etmir məcazi, sətiraltı məzmuna malikdir. 

 

 

FİTONİMLƏRİN SEMANTİK XÜSUSİYYƏTLƏRİ HAQQINDA 



 

Jalə NƏSRƏDDİNOVA 

Bakı Slavyan Universitet 



nasraddinovajala@yahoo.com 

AZƏRBAYCAN 

 

Dilçilikdə ən çox sözü keçən məsələ dilin işarəviliyidir. “...dilin işarəvi təbiəti məsələsi 



də sistemli elmi məsələ şəklində ilk dəfəF.de Sössürün  tərəfindən irəli sürülmüşdür. İnsan-

ların hələ dinlə tanışmadıqları dövrlərdə- Allahın qəlblərinə qoyduğu sonsuz sevgini hansı is-

tiqamətə yönəldəcəklərini bilmədikləri dövrlərdə bu sevgi Baqi Olana deyil də, faniyə yönəlt-

dikləri zaman kəsiyində totemlərin cəmiyyətin sosial yaşamında önəmli yer tutması  bunun ən 

ibtidai nümunəsidir. Hələ hicri təqvimi ilə 1267-ci ildə yazılan “Hekayəti-müsyö Jordan 

həkimi-nəbatat və dərvişi Məstəli şah” komediyasında Axundov Azərbaycana, ələlxüsus, Qa-

rabağa məxsus bitkilər haqqında məlumat verimişdir. “Əgər, məsələn, mən Qarabağa gəlmə-

səydim (əlini uzadıb cibindən bir dəftər çıxarıb, açıb, içində səliqə ilə düzülmüş bir neçə otları 

göstərib), əgər mən Qarabağa gəlməsəydim, kim biləcək idi ki, Qarabağın yaylaqlarında bu 

otlar mövcuddur? Bundan əvvəl bizim ətibba və hükəmalarımız cənab Linney və Turnefor  və  




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə