Microsoft Word 87 Agciyer vereminin cerrahi mudaxileler 3


CƏRRAHİ MÜDAXİLƏLƏR ZAMANI KİMYƏVİ TERAPİYA



Yüklə 259,35 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix17.11.2017
ölçüsü259,35 Kb.
#10740
1   2   3   4   5   6   7   8

 

11

CƏRRAHİ MÜDAXİLƏLƏR ZAMANI KİMYƏVİ TERAPİYA 

Əməliyyata hazırlıq mərhələsində kimyəvi terapiya vərəmin 

fəallığının azaldılması üçün əsas amil rolunu oynayır. 

Kimyəvi terapiya “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə 

klinik protokol”a

  əsasən aparılmalıdır. Protokolun tövsiyələrinə 



əsasən müalicənin monitorinqi (klinik, laborator, rentgenoloji 

müayinələr) aparılmalıdır. Daha sonra cərrahi müdaxiləyə göstərişlər 

və  əməliyyatın vaxtı monitorinq nəticələrinə  əsaslanaraq 

dəqiqləşdirilməlidir. 



Əməliyyatdan əvvəlki dövrdə kimyəvi terapiya 

Əməliyyatdan  əvvəl aparılan kimyəvi terapiyanın məqsədi 

vərəmin fəallığının maksimal dərəcədə azaldılmasıdır. 

Əlverişsiz proqnozu olan və  cərrahi müdaxilənin aparılması 

planlaşdırılan xəstələrdə  fərdi dözümlülük və VMB-nin dərmanlara 

həssaslığı  nəzərə alınmaq  şərti ilə kimyəvi terapiya maksimal 

dərəcədə aqressiv aparılmalıdır, yəni vərəm  əleyhinə preparatların 

maksimal dozası və sayı istifadə edilməlidir. 



Əməliyyatdan sonrakı dövrdə kimyəvi terapiya 

 



Əməliyyatdan sonrakı dövrdə kimyəvi terapiya əməliyyatdan 

əvvəlki sxem üzrə (eyni dərman vasitələri ilə) davam 

etdirilməlidir. 

 



Vərəm xəstələrinin ümumi müalicə müddəti “Ağciyər vərəminin 

kimyəvi terapiyası üzrə klinik protokol”a

*

 uyğun olmalıdır. 



 

Cərrahi müdaxilənin aparılması kimyəvi terapiya kursunun 



başlanmasından sonra ilk 2-6 ay ərzində tövsiyə olunur. Bu halda 

“Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”da

*

 

qeyd edilmiş ümumi müalicə müddətinə riayət etmək mümkün 



olur. 

 



Vərəmin kimyəvi terapiyasına dair “Ağciyər vərəminin kimyəvi 

terapiyası üzrə klinik protokol”a

*

 uyğun olaraq inyeksion dərman 



vasitələrindən istifadə müddəti ən az 6 ay təşkil etməlidir və ya 

                                                 

 

bax: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol” Azərbaycan Respublikası Səhiyyə 



Nazirliyi. Bakı. - 2011. - 32 səh.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

12

bəlğəmin konversiyası əldə olunduqdan sonra 4 aya qədər davam 



etdirilməlidir. 

 



Cərrahi müdaxilə  həyata keçirildikdən sonra vərəm xəstələrinin 

kimyəvi terapiyasının standart müddətlərinə riayət etməyə imkan 

olmadığı hallarda dərmanlarla müalicənin müddəti aşağıdakı 

kimi olmalıdır:  

 

vərəm  əleyhinə  dərmanlara mikobakteriyaların həssaslığı 



saxlanıldığı halda (VMB DH) – 6 ay 

 



mono- və ya polirezistent VMB-li xəstələrdə – 9 ay  

 



ÇDD/GDD  xəstələrdə – 12 ay  

İnyeksiya şəklində olan dərman vasitələri ilə müalicə müddəti: 

 



VMB-nin vərəm  əleyhinə  dərmanlara həssaslığı saxlanıldığı 

halda əməliyyatdan sonra – 2 ay 

 

mono- və ya polirezistent VMB-li xəstələrdə  əməliyyatdan 



sonra – 3 ay 

 



ÇDD/GDD xəstələrdə əməliyyatdan sonra – 4 ay 

DƏRMAN VASİTƏLƏRİNƏ QARŞI                                  

MÜXTƏLİF FORMALI REZİSTENTLİYİ OLAN                   

AĞCİYƏR VƏRƏM XƏSTƏLƏRİNİN MÜALİCƏSİNDƏ 

CƏRRAHİYYƏNİN ROLU 

Dərman vasitələrinə qarşı rezistentlik müalicə  uğursuzluğunun 

əsas risk amilidir və əksər hallarda cərrahi müdaxiləyə göstəriş olur. 

Lakin cərrahi əməliyyatdan istifadə etmək ehtiyacı vərəmin istənilən 

formasının müalicəsi zamanı yarana bilər. 

VMB-nin dərmanlara qarşı həssaslığı saxlanılmış formasında 

cərrahi müalicə 

Müalicədə uğursuzluq riski. Bu qrup xəstələrin I və ya II rejim 

ilə müalicəsi zamanı  cərrahi müdaxilələrə göstərişlər nadir hallarda 

əmələ  gəlir. Bu, 1-ci sıra dərman vasitələri ilə müalicənin yüksək 

effektivliyi ilə bağlıdır. Uğursuzluğa, bir qayda olaraq, dərmanlara 

qarşı rezistentliyin əmələ gəlməsi səbəb olur və bu hallarda müalicə 

“Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”a

 uyğun 


                                                 

 



bax: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol” Azərbaycan Respublikası Səhiyyə 

Nazirliyi. Bakı. - 2011. - 32 səh.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

13

şəkildə davam etdirilməlidir. Lakin bəzi hallarda müalicə 



uğursuzluğu dərmanlara davamlılığın  əmələ  gəlməsi ilə  əlaqədar 

olmaya bilər və bu da cərrahi müdaxilə üçün göstəriş ola bilər. 



Vərəmin residiv vermə riski olan xəstələr. Bu qrupa müalicə 

əsnasında bakteriya ifrazı kəsilmiş, lakin ağciyər toxumasında böyük 

ehtimalla residivlə  nəticələnə bilən qalıq dəyişiklikləri formalaşan 

xəstələr aiddir

17

. Belə  dəyişikliklərə iri tuberkulomalar və qalın 



divarlı kavernalar aiddir (B)

Vərəmin fəsadları. Bu qrup xəstələrdə, digər qruplarda olduğu 

kimi, vərəmin fəsadları (spontan pnevmotoraks, plevranın 

empieması, ağciyər qanaxması)  əmələ  gəldiyi halda təcili cərrahi 

müdaxilə göstərişdir. 



Mono- və polirezistent vərəm və cərrahiyyə 

Müalicədə  uğursuzluq riski. Bu qrupa vərəm  əleyhinə 

dərmanlara qarşı müxtəlif spektrli rezistentliyi olan, lakin müştərək 

olaraq izoniazidlə rifampisinə qarşı davamlılığı olmayan xəstələr 

daxildir. Mahiyyət etibarı ilə bu, ÇDD VMB-nin formalaşmasında 

aralıq mərhələdir. Bu qrup xəstələrin müalicə sxemində 2-ci sıra 

dərman vasitələri istifadə edildiyi hallarda onlara qarşı da 

rezistentliyin formalaşması ehtimalı artır. Buna görə müalicə 

nəticələrinin və  cərrahi müdaxilənin proqnozlaşdırılması  nəinki 

müalicə uğursuzluğunun qarşısının alınmasında, eləcə də rezistentliyi 

daha yüksək – ÇDD VMB və GDD VMB-dən vərəm formalarının 

əmələ gəlməsinin qarşısının alınmasında da mühüm rol oynayır. 

Bu qrupda uğursuz müalicənin proqnozlaşdırılması ÇDD olan 

xəstələrdə olduğu kimi eyni prinsiplərə əsaslanır. 

Bir qayda olaraq, müalicə  uğursuzluqları ÇDD vərəmin 

formalaşmasına gətirir və belə xəstələr “Ağciyər vərəminin kimyəvi 

terapiyası üzrə klinik protokol”a uyğun olaraq sonrakı müalicəyə 

keçirilirlər. 

Müəyyən hallarda DD-nin spektrinin dəyişməz qalmasına 

baxmayaraq bakteriya ifrazının dayanması müşahidə edilmir. Belə 

hallarda da cərrahi müalicə üçün göstərişlər yarana bilər. Belə 

vəziyyəti proqnozlaşdırmaq çətin olduğundan uğursuz müalicə faktı 

qeyd edildikdən sonra ÇDD vərəmin empirik müalicəsi haqqında 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 259,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə