Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə34/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

 
    
Адил Ъямил
  
 
 
232
 
NAHAQ YERƏ 
 
Dərdbilməzə qəm dadını 
Bildirməyin nahaq yerə. 
Ağlamaq istəyən kəsi 
Güldürməyin nahaq yerə. 
Bölünməz qardaş torpağı - 
Böldürməyin nahaq yerə. 
İnsaf edin, ölməzləri 
«Ölüm haqdır» deyə-deyə 
Öldürməyin  nahaq yerə… 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
233
 
YUXUDA ÖLMƏK 
 
Bu gecə yuxuda gördüm ölmüşəm - 
Əlvida demişəm ömrün kefinə. 
Bir aylı gecənin aydınlığında 
Məni bükübdülər bir ağ kəfənə… 
 
Aydınca görürəm ağlayanları, 
Qızımın göz yaşı gözümdən axır. 
Getmək istəyirəm öz məzarıma - 
Görürəm tabutum özümdən ağır… 
 
Tabutu üzürlər yerin üzündən
Əlvan əklillərə «əkilir» adım. 
Düşmən dostlarımın vida sözündə 
«Yaxşı insan» kimi çəkilir adım. 
 
Qərəzli-mərəzli tənqidçilər də 
Təriflər yağdırıb üz tutur mənə. 
Sağ ikən əl verib əl tutmayanlar 
Öləndə yalandan yas tutur mənə. 
 
Səsim diri qalır - hey qışqırırıram. 
Fikirli izdiham eşitmir məni. 
Soyuq çiyinlərdə tabut soyuyur
İsti torpağacan isitmir məni… 
 
Məni dəfn eləyib geri dönürlər, 
Düşmən şübhələnib qorxur ayılam… 
Mənim yas yerimə gələn kəsləri 
Mən özüm qapıda qarşılayıram… 
 


 
    
Адил Ъямил
  
 
 
234
Yenə də başlayır əvvəlki həyat, 
Yenə də düşmənim, dostum seçilir. 
Yuxuda gördüyüm ölüm yuxusu 
Bir kiçik nöqtəyə dönüb kiçilir… 
 
1984 
 
GÖRÜRƏM 
 
Düşünürəm olmuşları - 
Haqqımı ağlar görürəm. 
Vədəbazın hap-gopuyla 
Səhrada «bağlar» görürəm. 
Sinəmə dağ çəkildikcə 
Yuxumda dağlar görürəm. 
Qəribsəyən yurd yerində 
Sönmüş ocaqlar görürəm. 
Gah solumda, gah sağımda 
Çürümüş sağlar görürəm. 
Yeri eşən, göyü deşən 
Amanlar, ahlar görürəm. 
Sonra boynuma sarılan 
Əkiz uşaqlar görürəm… 
 
1986 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
235
 
ƏZİZLƏRİM, ƏKİZLƏRİM 
 
Dünyaya bir gəlmisiniz, 
Bir ağlayıb, gülmüsünüz. 
Bir nəfəsli iki cansız, 
Eyni səsli həyəcansız. 
Ölçüyə bax, ülgüyə bax
Bu qəribə bölgüyə bax. 
 
Birinizə soyuq dəysə 
O biriniz xəstələnir. 
Yatmaq üçün ikinizə 
Eyni nəğmə bəstələnir. 
 
Bapbalaca dünyanıza 
Eyni gözlə baxırsınız. 
Qoşalaşan çaya dönüb 
Damarımda axırsınız. 
 
Göyərçintək qonursunuz 
Siz hərəniz bir qoluma. 
İki qolum — iki budaq 
Həm qızıma, həm oğluma… 
 
Bir kədərə şəriksiniz, 
Bir sevincə ortaqsınız. 
Bir saplaqda çataqlaşan 
İki körpə yarpaqsınız. 
 
Havanız bir, suyunuz bir, 
Yaşınız bir, boyunuz bir. 
Ömrüm vəfa qılaydı kaş — 
Bir olaydı toyunuz, bir… 
 


 
    
Адил Ъямил
  
 
 
236
Oğlum Orxan, qızım Xumar — 
Yurda qalan cüt izlərim
Dünya boyda sevincimlə 
Əkiz olan əkizlərim, 
Mənim qoşa qanadımsız — 
Uçam gərək, əzizlərim… 
 
1984 
 


Сечилмиш ясярляри
  
 
 
237
 
CAVANLIQDA QOCALIQ 
 
Bir vaxt qıjıldayan dağ çayı idim, 
İndi sakit axan sısqa bulağam. 
Ömür-gün şamıtək gün-gün əridim
Üzüldü, süzüldü yolum-yolağam. 
 
Dəyişdi zirvəyə gedən cığırım, 
Yüksəkdə gəzmədim ucalığımı. 
Axırda gəlsəydi mənim axırım 
Cavankən duymazdım qocalığımı. 
 
Əgər sönməyibsə yanğım, alovum 
Oduma alışan o pəri hanı?.. 
Yayınıb gözümdən qaçır söz «ovum», 
Bəs «ovçu» ilhamın təpəri hanı?.. 
 
Hələ ömür deyil ömrün uzunu - 
Min illər yaşayır duyğusuz daş da… 
Yaxşı deyirlər ki, insan özünü 
Nə yaşda bilirsə, elə o yaşda… 
 
1986 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
238
 
DÜŞMƏSİN 
 
İşıq diləyirəm insan ömrünə
Heç kəsin bəxtinə kölgə düşməsin. 
Gülsün üzümüzə günəşin üzü, 
Ölkə ayağına ölkə düşməsin. 
 
İnsan bu dünyada qonaq olsa da, 
Arzular mənzili uzaq olsa da, 
Ömür yollarında sınaq olsa da, 
Yumşaq ürəklilər bərkə düşməsin. 
 
Keçmişim bir ümman — dərindən dərin
Dərdi yazılmayıb çox dərdi-sərin… 
Yalandan bir gedib, bir gələnlərin 
Adı tariximə birgə düşməsin. 
 
Gəzirəm tapmıram itən günləri, 
Hərəsi bir ilə o tən günləri… 
Pozuram yaddaşdan ötən günləri — 
Yadıma düşənlər bəlkə düşməsin. 
 
Bəzən ləl gizlənir sel arasında, 
Tikanlar bəslənir gül arasında. 
Gərək elə gəzim el arasında 
Mənim tərpənişim yekə düşməsin. 
 
Fərqi var gürzənin koramal ilə, 
İlan da yaşamır kor amal ilə. 
Ürəyim çırpınır bir amal ilə — 
Ləkəsiz ömrümə ləkə düşməsin. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə