Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə35/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

Сечилмиш ясярляри
  
 
 
239
Ey Vətən, ömür ver bu məhəbbətə
Sənsən ürəyimdə hər vaxt, hər vədə. 
Mən Adil Cəmiləm, düşsəm qürbətə 
Düşmən də düşdüyüm kökə düşməsin. 
 
1984 
 
 


 
    
Адил Ъямил
  
 
 
240
 
ÜRƏYİM AĞRIYARKƏN 
 
Nə istərdin bu halında, 
Ey müşkülə düşən ürək? 
Dərdin, qəmin tonqalında 
Haray çəkib bişən ürək. 
 
Döyünürsən aram-aram
Döyünürsən — demək, varam. 
(Yaşayırsan gör nə üçün…) 
Az qalıram səni yaram 
Dərdlərimi görmək üçün… 
 
Gecəm keçir… 
Dönüklüyün 
Çarpayıya yıxır məni. 
Yumruq boyda böyüklüyün 
Dünya boyda sıxır məni… 
 
1975 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
241
 
OLARMI 
 
İki gözlərimdə ikili dünya, 
Sayıq saymadığım mürgülü dünya, 
Ölçülü-biçili, ülgülü dünya
Məni də duymağa vaxtın olarmı? 
 
Demirəm, demərəm əziz-xələfəm… 
Dolaşıq dükçəyəm, düyün kələfəm. 
Səninçün bəlayam, özümçün kefəm - 
Taxtıma tay gələn taxtın olarmı? 
 
…Gah buz bağlamışam, gah bürküm olub, 
Beləcə nə yuxum, nə mürgüm olub. 
Pis keçən günüm də ömür-gün olub – 
Mənim bundan artıq baxtım olarmı… 
 
1985 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
242
 
ƏLLƏRİN 
TALEYİ 
 
Mən insanam –  yaranışdan 
Əllərimlə yaşamışam. 
Yorğun düşən əllərimə 
Layla çalıb oxşamışam. 
 
Oxşamışam əllərimi 
İki körpə balam kimi. 
Oxşamışam qoşa bürclü 
Alınmayan qalam kimi. 
 
Vaxt olub ki, mən yatmışam, 
Yuxusuz qalıb əllərim. 
Mənə çörək verə-verə 
«Ac-susuz» qalıb əllərim. 
 
Od kürələr əllərimi 
Yandıranda yanmışam mən. 
Soyuq-soyuq əl veriblər, 
Əl tutanda donmuşam mən. 
 
Deməmişəm kimə isə 
Mən yalvarım, mən ləliyim. 
Üzümü ağ eləyibdir 
Mənim qara fəhləliyim. 


Сечилмиш ясярляри
  
 
 
243
Mənim körpə barmaqlarım 
Qabar-qabar naxışlanıb. 
Əlimdən bir xata çıxsa 
Qabarına bağışlanıb… 
 
Dar günümdə, gen günümdə 
«Əllərim var» - demişəm mən. 
Kiminsə yox, əllərimin 
Çörəyini yemişəm mən. 
 
Çil-çıraqlı saraylarda 
Sakit baxıb lal durmuşam. 
Kimliyimi soruşublar — 
Mən əlimi qaldırmışam. 
 
Əllərimdən boylanmışam, 
Əllərimdən görünmüşəm. 
Zaman-zaman əllərimin 
Arxasınca sürünmüşəm. 
 
Əllərimə sərf etməyib, 
Əl verməyib hər düşüncə. 
Əlləşmişəm, çalışmışam 
Əllərim əldən düşüncə. 
 
…Xatırlayıb düşünürəm 
Yeniyetmə illərimi. 
Sevgilimin əli dəyib – 
Mən öpmüşəm əllərimi… 
 


 
    
Адил Ъямил
  
 
 
244
 
*** 
 
Ömür ötüb, gün tələsib
Zaman keçib, il dəyişib. 
Fəhləlikdən oxumağa 
Gedən yolda əl dəyişib. 
 
Kağız-qələm, dəftər-kitab 
Qamarlayıb əllərimi. 
Ağ varaqlar sığal çəkib 
Hamarlayıb əllərimi. 
 
Kələ-kötür cod əllərim 
Dönüb olub pilə kimi. 
İşsiz əlim mənə baxıb 
Zəncirlənmiş kölə kimi. 
 
Əllərimin «əlilliyi» 
Ürəyimdə qubar olub. 
Qələm tutan barmaqlarım 
Bir gün yenə qabar olub. 
 
Tale belə gətirib ki
Əlim qabarsız olmayıb. 
Qabar əlin barı imiş — 
Əllərim barsız olmayıb. 
 
 
*** 
 
İllər ötüb, elə yenə 
Əlim qələmdən yapışıb. 
Bu sevinclər bolluğunda 
Ürəyim qəmdən yapışıb. 


Сечилмиш ясярляри
  
 
 
245
 
Əl görmüşəm — ət parçası, 
Əl görmüşəm — ələk kimi. 
Yüz dolanbac dolanıbdır 
Əllər çərxi-fələk kimi… 
 
Mən indinin indisində, 
Dünyanın ağ gündüzündə 
Əllərə baxan görürəm. 
İniltisi yeri-göyü 
Yandırıb-yaxan görürəm. 
 
İki əllə bir bədəni 
Qadir deyil saxlamağa. 
Gücü çatmır yaşamağa, 
Gücü çatır ağlamağa. 
 
Bilən yoxdur bu adətlər 
Kimdən gəlib, nədən qalıb. 
Deyirlər ki, beləsinə 
Əl tutmaq Əlidən qalıb. 
 
Əl var çəkic dəstəyindən
Əl var ətəkdən yapışır. 
Bu ətəkdən yapışanlar 
Elə bil tükdən yapışır. 
 
Əllər özü tapışırlar, 
Əllər özü ələ uyur. 
Əgər əli əl yuyursa 
Əl də dönüb üzü yuyur. 


 
    
Адил Ъямил
  
 
 
246
                                 
                                Olum-ölüm, gəlim-gedim 
Əl xəttindən keçib gedir. 
Halal-haram da əllərin 
Sərhəddindən keçib gedir. 
 
Hər insanın bir taleyi
Hər taleyin bir «əmri» var. 
İnsanın öz ömrü bəlli, 
Bir də onun əl ömrü var… 
 
1985 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə