Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   2   3   4   5   6   7   8   9   ...   19

 

13

Adıgündə 1932-ci ildən bir müddət dərs demiş Azər-



baycan maarifçisi, qocaman müəllim, el ağsaqqalı Şərif Sul-

tanov türk kəndlərinin təbii gözəlliyini, insanlarının mənəvi 

saflığını yaxşı  təsvir etmişdir:  «Doğrudan da, Adıgün dün-

yanın cənnəti, ucsuz-bucaqsız meyvə bağları, dağlarının 

döşləri yaşıl  şam meşəsi, soyuq sulu çeşmələr, sağlam bə-

dənli, mehriban, əməksevər insanlar, çadralı növrəstə qızlar, 

ismətli gəlinlər, ağbirçək nurani qadınlar (türklər qadına qarı 

deyirlər.  Ş.S.) mənə xoş təsir bağışlamışdı. Sanki başqa bir 

aləmə düşmüşdüm. Bu yerin adamları  oğurluq,  əyrilik bil-

məzdilər. Qapılarda qıfıl, pəncərələrdə  dəmir barmaqlıqlar, 

həyətlərində çəpər, hasar görmədim. Olduqca qonaqpərvər-

dilər. Kəndlərə gedərkən qabağa gələr, «müsafirimiz olun» 



 deyərdilər»

13



Koblıyan mahalının mənəvi mühiti 1930-cu illərdə bir 

müddət Adıgündə maarif müdiri işləmiş Borçalı əsilli Azər-

baycan maarifçisi və ədibi Rza Şahvələdin də dərin sevgi və 

marağını oyadıb. Burada işlədiyi dövrdə yerli əhalinin adət-

ləri, rəvayətləri ilə maraqlanan Rza Şahvələd burada məşhur 

olan pəhləvan Xeveşenli Ali Sultanla bağlı  əhvalatları top-

lamış və onun haqqinda pyes yazmişdir. Xeveşenli Ali Sul-

tan ədalətli, Qaçaq Nəbi kimi bir şəxs olmuş, bütün mahalda 

tanınıbmış. Saatlıda rastlaşdığımız Kikinetli Toromangillər-

dən Qafur Hüseynov danışardı ki, Xeveşenli Ali Sultan ka-

sıblara kağız verərmiş – ağaya çatdırsın ki, öküz versin 

kasıba. Axırda Ali Sultanı tutub qandallayırlar, qapısı açıq 

pəncərə olub, əsgərlər yeməyə gedəndə deyir ki, papirosumu 

çaxmaqla, pəncərədən soldatı boğur, tüfəngi alıb qaçır me-

şəyə, görür bir gürcü dəmirçisi gəlir, əllərinin qandalını kəs-

dirir, sonra ailəsini götürüb qaçır Türkiyəyə. 

Səfilinin doğulub böyüdüyü Pulate kəndi də türk ruhu-

nun və əxlaqının dərin kök saldığı, saz-söz sənətinin intişar 

tapdığı, əski türk  rəvayətlərinin, inanclarının qorunduğu qə-

dim yurdlarımızdandır.  Kəndin sakinləri qədim oğuz boyla-




 

14

rından törəyən, türk-islam ruhunu yaşadan soylar olub – Qa-



yadədəgil, Hemidağagil, Coşğundədəgil, Təmiroğullarıgil, 

Əcərəlilər, Dursundədəgil, Yuxalar, Qurtalar, Dırıcılar, Suro-

lar, Husogil, Səfərağagil, Tahirdədəgil, İşıqdədəgil, Ömürdə-

dəgil, Kuşogil, Üzeyirlər, Durojalar, Yeqanağagil və s. 

Saatlının Fətəlikəndində yaşayan Kuşogillərdən Gül-

can Süleyman qızı (1910), Hemidağagillərdən Şişə Məhəm-

məd qızı (1930), Husogillərdən Qayat Rəhman qızı (1924), 

Üzeyirlərdən Alisultan Məmmədov (1924), Coşğundədəgil-

lərdən Anşa İsmayıl qızı (1918) ilə 1980-ci illərdəki görüş-

lərim zamanı onların doğma kəndləri Pulate haqqında söylə-

diklərindən bəlli olur ki, bu türk yurdu Persat dağı, Saburtağ 

dağı, Samasada dağı, Qarapuvar dağı, Yalbuz dağı, Baxacax 

dağı, Aşağıki yayla, Yuxarıki yayla ilə  əhatələnib.  Kənd 

Naçikev buzxanası (buzlu mağara), Pulate çərmüyü, Axaşen 

çərmüyü, Sabiyet dərə  çərmüyü, Coç puvarı, Qara puvar, 

Cift puvar, Süd puvar, Gülbaxçanın puvarı, Nəsüret puvarı, 

Dibsiz göl, Cazi gölü ilə məşhurmuş. 

Pulate çərmüyü Abastuman, Zanav

14

, Sabiyet, Uravel, 



Xeveşen, Axaşen, Arazinda, Küknəlli, Aqobil çərmükləri ilə 

bərabər mahalın ən məşhur şəfa ocaqlarındanmış. Pulatenin 

isti mineral bulağı  mədə  xəstəliyinə, qaşıntıya, qotura 

əlacmış


15.

 Bu şəfalı yerlərdə mineral sularla bərabər, müa-

licəvi otlardan da istifadə edilirmiş

16



Koblıyan öz bulaqları, çayları, gölləri ilə  də  məşhur-

muş


17

. Sirr dolu Dibsiz göldə camışlar arabayla batıb yoxa 

çıxıbmış. Ecazkar Cazi gölündən quraqlıq olanda gedib qab-

larla su gətirib çöllərə, zəmilərə, çaylara çiləyər, kəpçəxatun 

oxuyar, yağış yağdırarlarmış. Kəpçəxatunu adətən çocuqlar 

oxuyarmış. Kəndin çocuqlarının başqa  əyləncələri Hocora, 

Qotsi, Tula, Qazıx, Qospoda, Qayışvurdi kimi oyunlarmış. 

Axısqa mahalının digər yerlərində olduğu kimi, pula-

telilərin də  həyatını Novruz, Yılbaşı, Xıdırəlləz, Mövlud, 

Rəcəb, Qurban, Ramazan kimi bayramlar, «yığnax», «sıra 




 

15

türküsi», «sıra oyuni», «sıra masali», «fincan-yüzük», «sü-



pürgə seyri» adlanan əyləncələr, aşıq məclisləri, nağıl gecə-

ləri süsləmişdir.  Ən gözəl el adətlərindən biri «yığnax» ol-

muşdur. – Yazda bir neçə yaxın kəndin adamı toplaşıb dağa 

«tamaşaya çıxar», «yığnax» vaxtı çalğı çalınar, cəng tutular, 

el-oba şənlənərdi. 

Kəndin ətrafında Axaşenlər, Qostamalar, Qırıxlar, Na-

riya, Qıraclar, Çololar, Nakordalalar, Cuvari, Gülbaxça, Va-

razan, Cami, Sukuletlər kimi bərəkətli tarlalar varmış.  Fü-

sunkar təbiəti olan bu ərazidəki Qostama, Hamzula, Nakan, 

Nadqur, Axaşen meşələri, Gülbaxça

18

, Qamabaxça, Çəyür-



məbaxça, Ardmulbaxça kəndin bərəkəti-gözəlliyi idi. Nanə-

zir, nənə, gügüm, ağırça, güz, qızıl kimi armud növləri, şər-

bətə, qoderzə pantaları, alçası, alması, kirəzi hər yerdə məş-

hurmuş. 


Koblıyan bölgəsində qədim rəvayətlər, əski türk və is-

lam inancları qorunub saxlanıbmış. Pulate və ətraf kəndlərin 

sakinləri Şəhidlər məzarlığına, Qəriblər məzarlığına, eyilər-

dən  Əhmədağa türbəsinə, Aşağki məhlə  məzarlığına, mum 

yanan Sukuletlər türbəliyinə, Molla Məhlud türbəsinə,  əv-

liya Abdul dədə türbəsinə, Lazistanlı Xoca türbəsinə, Zazola 

türbəsinə sitayiş edərmiş

19



Müqəddəs məzarlara qarşı hörmətsizlik edən cəzala-

nırmış. Saatlının Axundov kolxozunda yaşayan Pulateli Al-

mas bibi  söyləyir ki, bir dəfə babası Əhməd bir qəbir yanın-

dakı armud dibində yuxulayır. Yuxuda ikən mübarək onu 

sillə ilə vurub deyir: «Qax, mum yaxacağıq, nə yatiyersən 

burda!» – Bundan məlum olur ki, bura övliya qəbri imiş, 

üstdə yatmaq olmazmış

20



Pulatenin sakinləri islamaqədərki türk inanclarını da 

yaddaşlarında bugünə  qədər qoruyub saxlayıb. Bu baxım-

dan, Al gəmüyünün mənşəyi haqqında Gülcan nənənin da-

nışdığı rəvayət maraqlıdır. Fərqanə faciəsindən sonra Özbə-

kistandan Saatlı rayonunun Axundov kolxozuna köçmüş 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə