Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

 

25

sıradan bir aşığın Aşıq Şenliyin yaşadığı Suxara kəndinə gə-



lərək özünü Sümmani kimi təqdim edib Şenliklə deyişməsi 

və biabırçılıqla bağlanaraq sazını qoyub qayıtması  rəvayət 

olunur. Bu hadisədən sonra Sümmani öz şərəfini qorumaq 

üçün gəlib Şenliklə qarşılaşır, heç biri yenilmir, aşıqlar qar-

daşlaşdıqlarını bildirirlər (Xerolu Poteləgillərdən Məlik 

dədə, Kikinetli Toromangillərdən Qafur Hüseynov, Zanavlı 

Bayraqdarlardan  Əhməd Məhəmməd oğlundan 1980-ci il-

lərdə  yazıya aldığımız  Şenliklə Sümmaninin deyişməsini 

1992-ci ildə və sonralar çap etdirmişik

29

). 



Bütün bunlarla bərabər, Səfilinin, ümumən, unudul-

muş xalq sənətkarlarının həyat və yaradıcılığına dair hər bir 

araşdırma təqdirə layiqdir. Səfili böyük ustad, üləma, vətən-

daşdır – gələcəkdə onun ömür yolu və yaradıcılığı ilə bağlı 

həqiqətlərin aşkarlanacağına əminik. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

26

ŞEİRLƏRİ 



 

 

Der Səfili, bir yadigər də səndən, 

Toymax olmaz paldan tatli lisandan... 

                    Molla Məhəmməd Səfili 

 

                               1. Kürbət 

 

Dedim könül sənə getma 



Çətin olur yolun, kürbət 

Xısım-əğrəbə bulunmaz 

Yüzdə kalur ölün, kürbət. 

 

Ataşa yandurma özün, 



Ah çekar kan ağlar gözün, 

Kərib yerdə keçmaz sözün, 

Kısa eylar dilin, kürbət. 

 

Səfili oda yandurur



Kim su səpər, kim söndürür? 

Bin günün birə endürür 

Axır bükər belin, kürbət. 

 

 



                              2. İlahi 

 

Səhərdən oğradım məzəristana, 

Dünyadan əlini çekmiş yatarlar, 

Nə bağa baxarlar, nə də bostana, 

Əcəl vədəsini içmiş yatarlar. 

 

Məhv olub içmişlər zəhərdən bada



Bir kimsə gülmədi fani dünyada, 

Gözləri arşdadur, yüzlər kıblada, 

Hər keş əkduğuni biçmiş yatarlar. 



 

27

Nə oldi bizdən kalan ərənlər, 



Topraxda yatiyer neçə bin canlar, 

Dünya bənim diyan sahib kuranlar, 

O taxti tacından keçmiş yatarlar. 

 

Cümlə möminlərə hakkın rəhməti, 



İki cahan sərvərinin hörməti, 

Dilərlər sağlardan xeyir-xeyrəti

Koluni duaya açmiş yatarlar. 

 

Çalışıb-çalışıb boş kalmiyanlar, 



Mərhum kalmaz Allah diyanlar, 

Neçə beqzədə təzə cavanlar, 

Dünya muradından keçmiş yatarlar. 

 

Məvlənin əmridür düşdux bizlər, 



Tarixdən yadigar kalsın bu sözlər. 

Al duvaxli gəlinlər, köççək kızlar, 

Zülfüni toprağa tökmiş yatarlar. 

 

Neçə əvliyalar, neçə nəbilər, 



İlimə əməl edən, hakka tabelər, 

Kendini bilmiyan cavan səbilər

Müğri kuşi kimi uçmiş yatarlar. 

 

Bu sözləri dinliyanlara oldi güci, 



Getdi dünyanın ləzzəti, kaldı puçi, 

O səvgilli ana-baba nec oldi? 

Korxuli köprilərdən keçmiş yatarlar. 

 

Səfili zikr edər, şahların şahi, 



Gündən-günə artiyer bu mərəq dəxi. 

Əvliya-ənbiya mömin ərvahan, 

Cənnətdən pəncərə açmiş yatarlar. 



 

28

                    3. Fələk 



 

Ey yalançi çərxu-qəddar, 

Məni neylədin, fələk? 

Ğabilki Habili vurdi, 

Kani neylədin, fələk? 

 

Günbəgün saçımi ağartdın, 



Kendimi pir eylədin. 

Gəncluğumda məhv etduğun

Günümi neylədin, fələk? 

 

Şadluxda təxsimin yoxdur, 



Çekilmaz dərdin sənin. 

Bini gəlür, bini gedar, 

Boş kalmaz yurdun, fələk. 

 

Adam peyğəmbərdən bəri, 



Nec oldi ordun sənin? 

Qoymasın zürüh kılak, 

Cani neylədin, fələk? 

 

Dünyadan təşrif buyurdi, 



Əmbiyalar sərvəri. 

Çox şeyə illac kılan, 

Loğmani neylədin, fələk? 

 

Der Səfili, bu dünyaya 



Ətmənəm etibari, 

Bekir, Ömər, Osman, Ali 

Neylədin dörd çariyari? 



 

29

                   4. Bəni 



 

Hikmətindən sual olmaz 

Sənsin kərəmlər kani. 

Aldi toprax, yapdi kandan 

Səbəb bir katra bəni. 

 

İki mələk təyin etdi, 



Müəyyən etdi bəni. 

Çar anasira ilişdim 

Müntəzirəm cana bən. 

 

İkidən üçə ilişdim, 



Təyin oldum beş yola. 

Alti üçün ataşa yandım, 

Səkkizdə kızıl gülə bən. 

 

Üç yüz altmiş alti dalda, 



Bax iki bülbülə. 

Boş buraxmam yildə iki 

Verürdüm abudənə bən. 

 

Səfili, yürəqə düşdi 



Daha sönməz ataşım, 

Yiqirmi səkkizdə aldım 

Ottuza erdi yaşım. 

6666-ya bağli başım 

Bin biri ilə girdim yola 

Kəbirdə kurana bən. 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə