Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

69 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şə
kil 2.1. Kapitalın və likvidliyin kafiliyinin qarşılıqlı təsiri 
Göründüyü  kimi,  bankın  risk  dərəcəsinə  çəkilmiş  öz  aktivlərinə  Nisbətdə 
onun  öz  kapitalının  kafiliyi  (şəkil  2.1.)  kimi  anlayış  likvidliklə  bağlıdır. 
Xarakterik  haldır  ki,  əvvəllər  bank  nəzəriyyəsində  və  praktikada  kapitalın 
kafiliyi  əvəzinə  kommersiya  bankının  ödəmə  qabilliyi  anlayışından  istifadə 
olunurdu və bu zaman kommersiya bankının lazimi müddətdə və tam həcmilə öz 
öhdəlikləri üzrə bütünlüklə hesablaşması qabiliyyəti başa düşülürdü. Bu zaman 
likvidlik  bankın  ödəmə  qabilliyinin  əsasında  durur,  belə  ki,  onun 
Bankın balansının likvidliyi 
Bankın xarici siyasəti (bank 
xidmətlərinin ixtisaslaşması və 
rəngarəngliyi) 
Bankın daxili siyasəti (filialların 
yaradılması və məqsədlərin 
qeyri-təmərküzləşməsi) 
Ölkədə və ya bölgədə 
siyasi situasiya 
Pul bazarı və qiymətli 
kağızlar bazarının 
durumu 
Ölkədə və ya bölgədə 
iqtisadi situasiya 
Qanunvericiliyin 
mükəmməlliyi 
Partnyor bankların 
etibarlılığı 
Bankın müştərilərinin 
etibarlılığı 
Bankın kapitalının kafiliyi 
Bank kadrlarının təsnifat 
Özünün kapitalı ilə təminolunma 
Menecmentin səviyyəsi 


70 
 
planlaşdırılmamış öhdəliyi təmin etmək qabiliyyəti bilavasitə bankın nə dərəcə 
də tezliklə öz aktivlərini pula çevirə bilməsindən asılıdır. 
Lakin  kapitalın  kafiliyi  təkcə  bankın  balansının  likvidliyindən  deyil,  həm 
də  bir  sıra  digər  amillərdən  asılıdır  ki,  onlara  da  aşağıdakıları  aid  etmək  olar: 
ölkədəki  siyasi  və  iqtisadi  vəziyyət,  maliyyə  -  pul  bazasının  təkrar 
maliyyələşdirmənin  durumu,  mümkünlüyü,  mərkəzi  bank  və  bankda  girov 
qanunvericiliyinin  mövculuğu  və  təkmilləşdirilməsi,  kommersiya  bankının  öz 
kapitalı  ilə  təminatlılığı,  müştərilərin  və  partnyor  bankların  etibarlılığı,  bankda 
menecmentin səviyyəsi, kommersiya bankının ixtisaslaşması və rəngarəngliyi. 
Yuxarıda  adları  çəkilən  amillər  birbaşa  və  ya  dolayı  yolla  bankın  öz 
kapitalı  ilə  təminatlılığına  təsir  göstərir,  eləcə  də  bir-birləri  ilə  müəyyən 
qarşılıqlı  elaqədə  olurlar.  Mərkəzi  banklar  da  öz  növbəsində  kommersiya 
banklarının öz kapitalları ilə təminatlılığını  
•  kommersiya bankının öhdəliklərinin məhdudlaşdırılmasının təyin olunması; 
•  bir borc alanın borcu həddinin müəyyənləşdirilməsi; 
•  iri kreditlərin verilməsinə xüsusi nəzarətin tətbiq edilməsi; 
•  kommersiya bankının tekra rmaliyyələşdirmə və cəlb olunmuş; 
•  vəsaitlərin bir hissəsinin mütləq ehtiyatlandırılması sisteminin yaradılması; 
•  əsaslandırrımıgş faiz siyasətinin aparılması; 
•  açıq
 
bazarda  qiymətli  kağızlarla  əməliyyatların  həyata  keçirilməsi  yolu  ilə 
tənzimləyirlər. 


71 
 
Kapitalın  kafiliyinin  müəyyənləşdirilməsinin  zəruriliyi  onunla  bağlıdır  ki, 
müasir kommersiya bankları öz passivlərində nəinki təkcə öz kapitallarına, həm də 
xeyli  borc  vəsaitlərə  malik  olurlar.  Bundan  əlavə  onların  maliyyə  hesabatında 
təqdim  olunmayan  və  balanlaşdırılmış  öhdəlik  adlandırılan  kifayət  qədər  böyük 
potensial öhdəlikləri olur. Sonunculara akkreditivlər və "svoplar"
 
, "tavanalar" və 
"döşəmələr"  haqqında  sazişlər  üzrə  öhdəliklər  aiddir.  Bu  halda  bankın  potensial 
ödəmə  qabiliyyətsizliyi  mümkünlüyünün  aradan  qaldırılması  zərurəti  ilə  bağlı  öz 
kapitalının kafiliyi problemi meydana çıxır. 
Xarakterik  haldır  ki,  1981-ci  ilə  kimi  dünya  bank  praktikasında  kapitalın 
kafiliyinə  dair vahid siyasət  yox idi.  1988-ci  ilin iyulunda  əsasına  risk və kapital 
haqqında  müddəaların  qoyulduğu  risk  kapital  haqqında  Bazel  sazişi  işlənilib 
hazırlanmış və qəbul olunmuşdu. 
Bazel  sazişi  ona  əsaslanır  ki,  bazar  qüvvələri  kapitalın  kafiliyi  əmsalını 
optimal  səviyyəyə  çatdırmağa  qadir  deyil  və  buna  görə  də  onun  tənzimlənilməsi 
labüddür.  Bankın  öz  kapital,  bankın  investisiya  portfeli  və  ya  onun 
balanslaşdırılmış  fəaliyyəti  ilə  bağlı  meydana  çıxmış  (xüsusilə  də  əvvəlcədən 
proqnozlaşdırılmayan)  məsrəfləri  ödəməlidir.  Bazel  sazişində  kredit  riski  nəzərə 
alınır, amma faiz stavkaları riski və valyuta riski nəzərə alınmır. Bazel sazişi riskin 
beş  kateqoriyasını  müəyyənləşdirir:  0,  10,  20,  50  və  100  %  .  100  %  kateqoriya 
riskin  standart  kateqoriyası  sayılır.  Kapitalın  kafiliyi  riskin  qarşısının  alınması 
məqsədilə bank fəaliyyətinin tənzimlənilməsində və bank sisteminin dayanıqlığının 


72 
 
təmin  olunmasında  ilkin  müqəddəm  məqamdır.  Öz  kapitanın  kafiliyi  normativi 
aşağıdakı qaydada müəyyən edilir: 
Н
д .  к
=
К
с
А
с .  р 
 ,               (2.9)
 
burada  H
д
 

к
  -  öz  kapitalının  kafiliyi  normativi;  K
с
  -  öz  kapitalı;  A
c.p
  -  risk 
dərəcəsinə görə dəyərləndirilmiş aktivlər (bankın aktivlərinin ümumi məbləğinə 
bərabərdir  ki,  onların  da  dəyəri  bu  və  ya  digər  risk  kateqoriyasına  və  bütün 
balanlaşdırılmış  əməliyyatların  kredit  konversiya  ekvivalenti  məbləğinə  aid 
edilir  ki,  burada  hər  bir  kredit  ekvivalentin  məbləği  bu  və  ya  digər  risk 
kateqoriyasına aid edilir). 
Kapitalın  kafiliyi  normativinin  mühümlüyünü  nəzərə  alaraq  və  kapitalın 
kifayət qədər miqdarda olmadığı halda və ya onun ümumiyyətlə olmadığı halda 
(əgər  risk  normaları buna imkan verirsə) bankların  əməliyyat  aparmalarına  yol 
verməmək  məqsədilə  ABŞ-ın  bank  fəaliyyətini  tənzimləyən  orqanlarin  3  % 
həddində  leverje  əmsalı  kimi  adlandırılan  mütləq  minimal  normativ  tətbiq 
aşağıdakı qaydada müəyyən olunur: 
К
л
=
К
п
А
с .  в 
 ,            (2.10)
 
burada K
л
 - leverja əmsalı; K
п
 - birinci səviyyə kapitalı (baza kapitalı); A
с
 

в
 - 
qeyri-maddi aktivlərin çıxılmasından sonra qalan yekun aktivlər. 
ABŞ-da  normativ  tələblərə  uyğun  olaraq  aktivlər  ən  az  risklidən  ən  çox 
riskliyədək dörd kateqoriya üzrə təsnif olunur: 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə