5
1.
Fəsil. Kommersiya banklarının fəaliyyətinin
ə
sasları
1.1.
Kommersiya bankı-təsərrüfatçılığın subyekti kimi
Bank sisteminin ikinci mərhələsini kommersiya bankları təşkil edir ki, onlar
da universal və ixtisaslaşdırılmış banklara bölünürlər. Universal banklar bütün və
ya demək olar ki, bütün bank əməliyyatları növlərini (btütün növlərdən olan
ə
manətlərin qəbulu, qısa- və uzunmüddətli kreditlərin verilməsini, qiymətli
kağızlarla əməliyyatları və s.), mülkiyyətin istənilən formasında təsərrüfatçılıq
subyektinə və istənilən sahesinə və əhaliyə xidmət göstərilməsini heyata keçirir.
xtisaslaşdırılmış banklar
bir və ya çox da geniş olmayan bank eməliyyatlarını
hayata keçirir. Lakin müasir bank fəaliyyeti getdikcə daha universallaşır. Bu, bank
işinin elə inkişaf səviyyəsi ilə bağlıdır ki, bu zaman kredit, pul və hesablaşma
ə
məliyyatları bir mərkəzdə təmərküzləşir.
Xarakterik haldrr ki, "kommersiya bankı" termini bank işinin erkən inkişaf
mərhələlətində hələ banklar əsasən ticarətə, əmtəə mübadiləsi əməliyyatlarına ve
ödenişlere xidmət göstərərkən meydana çıxmışdır. Müştərilərin əksəriyyətini
tacirlər təşkil etdiyindən, onlar kommersiya bankları adlanmağa başlamışdır.
Hazırda "kommersiya" termini özünün bank adında ilkin mənasını
itirmişdir. O bankın “işgüzar” xarakterini, novü və fəaliyyətlərindən asılı
olmayaraq təsərrüfatçılığın bütün subyektlərinə xidmət göstərməyini bildirir.
Kommersiya banklarının fəaliyyətinin dayanıqlığı üçün onun likvidlik
balansının olması zəruridir, yəni onun kifayət qədər kapitalı olmalıdır,
6
ödəməqabilli olmalıdır, onun kapitallarının keyfiyyətinə qarşı irəli sürülən
tələbləri təmin etməlidir.
Kommersiya banklarına bənzər təsisatlar hələ lap qədimlərdə mövcud
olmuşdur. Qədim Misirdə bank əməliyyatları hele b.e.ə. 2700-cü ildə həyata
keçirilirdi. Hammurapinin (b.e.ə. 1704-1662-ci illər) qanunnaməsi sübut edir ki,
hələ o zamanlar Babilistanda və Assuriyada vəsaitlərin saxlanılması forması ve
ssuda əməliyyatları qanunlarla tənzimlənirdi (vəsaitin saxlanılmasından otrü
qanun ödeniş verilməsini nəzərdə tuturdu). Ssudalar təkcə pulla deyil, mal (taxıl,
yun, xurma, toxum, yağ və s.) ilə də verilirdi. Ssudalar üzərinə faizlər
hesablanırdı, malların saxlanılması yerləri ehramlar idi, belə ki, orada
tehlükəsizlik daha çox təmin olunurdu. Lakin müasir anlamda kredit hesablaşma
institutu kimi ilk bank taliyada 1407-ci ildə Genuyada (Banka di San Corco)
yaranmışdı, ilk bankirlər isə sərraflar (pul dəyişənlər) idilər. Ona görə də "bank"
sözünün özü italyanca "banko" (sərraf masası, pul stolu) sözündən əmələ
gəlmişdir.
Fəqət müasir bankların erkən nümunələri müxtelif dövlətlərdə
sənayeləşdirmə prossesinin nəticəsi olaraq yaradılmışdır. Onların erkənləri
XVIII əsrdə, qalanları isə XX əsrdə meydana çıxmışdır. lk vaxtlar onların
müştəriləri əsasən müəssisələr və həmin müəssisələrin sahibləri idi.
Kommersiya banklarından bəziləri elə həmin məqamdan pay iştirakı ilə,
müəssisələrin buraxdığı istiqrazlrın satın alınması və ya uzunmtüddətli
kreditlərin verilməsi üzrə ixtisaslaşmağa başladı. Digərləri qısamüddətli
7
kreditlər üzre, o cümlədən veksellərin uçotu, depozit vəsaitlərdən
maliyyələşdirilən bank aksepti və qısamüddətli kreditlərin verilməsi üzrə
ixtisaslaşmağa başladılar. Başqaları isə eyni zamanda hər iki fəaliyyətlə məşğul
olurdular ki, bu da onların çoxunun XIX-XX əsrlərin dövri böhranları zamanı
müflisləşməsinə gətirib çıxardı.
Kommersiya
banklarının
xarakterik
xüsusiyyəti
onların
ikili
ixtisaslaşmasından ibarətdir, yəni təsərrüfatçılıq subyektləri ilə iş və ayrı-ayrı
şə
xslərin depozitlərinin qəbul olunması zamanı ixtisaslaşmasından ibarətdir.
Sonuncular kommersiya banklarına imkan verir ki, təsərrüfatçılıq subyektlərinin
fəaliyyətini
maliyyələşdirsinlər
və
habelə
özlərinin
investisiyalarını
maliyyələşdirsinlər. Bu əlamətlərinə görə onlar xaricdə qarşılıqlı kreditlər üzrə
cəmiyyətlərə, kooperativlərə (müəyyən fəaliyyətlə meşğul olurlar), özəl
müştərilərlə işləyə və mənzil inşası (ve ya alınması) üçün
kreditlar verən əmanət banklarına bölünürlər.
Kommersiya bankları arasında bütün ölkə ərarisində şöbələri və regional
kommersiya bankları olan iri banklar fərqlənir. Qarçılıqlı kredit və kooperativlər
cəmiyyəti şəbəkəsinin mövcud olduğu və əmanət banklarlnrn yaradrlmadr[r bir
slra olkelerde kommersiya bankları xəzinədalıq bonları, dövlət istiqrazları ilə
ə
sas əməliyyatları həyata keçirirlər. Bundan əlavə, bir çox hallarda onlar dövlət
qiymətli kağızların mütləq vesait yatırımları aparmlıdırlar. Kommersiya bankları
ə
nənəvi olaraq həm də bankda hesabları olan özəl (xüsusi) şəxslərə onların
qiymətli kağızlar portfelinin idarə olunması şəklində xidmətlər də təklif
8
edirdilər. Bununla da onlar birja vasitəçilərinə rəqabət təşkil edirdilər ki, bu da
onları bu sahədə xidmətlər sferasında fəal olmayan qarşılıqlı kredit, kooperativ
cəmiyyətləri şəbəkəsi və əmanət banklarından fərqləndirirdi.
Müasir şəraitdə kommersiya bankının təsərrüfat subyekti kimi
anlaşılmasına
kifayet qader tez-tez təşkilati-funksional, texnoloji, vasitəçi
mövqeyindən yanaşırlar. Bununla da onun güclü idarəetmə alətlərindən biri kimi
pul tedavülü və kredit münasibətlərinə xidmət göstərən ictimai inkişaf və
təsərrüfat subyekti instrumenti kimi rolu azalır. Bankların mahiyyətinin təhrif
olunmuş şəkildə anlaşılması və onların rolunun kiçildilməsi həmin bank
təsisatlarının funksiyalarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib
çıxarır. Məsələn, kifayət qədər tez-tez əsasız olaraq paylaşdırma (bölüşdürmə)
funksiyası daha çox mənfəət alınması məqsədilə kapitalın yerdəyişməsi birinci
yerə ireli çəkilir. Bankların ictimai funksiyası maddi nemətlərin təkrar
istehsaltını stimullaşdırmaq və iqtisadi tərəqqinin hərəkətverici qüvvəsi olması -
isə kənarda qalır. Bununla belə, müasir kommersiya bankı pul tədavülünün və
bütün formalarda kreditin fəaliyyət göstərməsi qaydalarının yaradıcısı kimi çıxış
edən təşkilatdır. Ona görə də banklar ölkənin milli sərvətlərinin toplayıcısı
rolunda çıxış edir, istehsal və tədavül strukturuna iqtisadi təsir orqanı sayılır.
Hazırda daha çox mənfəət götürmək banklar və bank fəaliyyeti haqqında
qanunvericilikdə kommersiya bankının orientasiyasında başlıcasıdır.
Bank təsisatlarının fəaliyyəti çox rəngarəngdir, ona görə də onların
mahiyyyəti kifayət qədər qeyri-müəyyən olur. Müasir cəmiyyətdə banklar
Dostları ilə paylaş: |