9
ə
məliyyatların ən rəngarəng növləri ilə məşğul olurlar. Onlar təkcə pul
dövriyyələri və kredit münasibətlərini təşkil etmir, həm də onların vasitəsi ilə
iqtisadiyyatın maliyyələşdirilməsi həyata keçirilir, sığorta əməliyyatları qiymətli
kağızların alqı-satqısı aparılır, bəzi hallarda isə vasitəçilik sövdələri və əmlakın
idarə olunması həyata keçirilir. Bank təsisatları məsləhətçilər (konsaltinqlər)
rolunda çıxış edir, xalq təsərrüfatı proqramlrının müzakirəsində iştirak edir,
statistika aparır, özlərinin, yardımçı təsərrüfatlarına malik olurlar.
Kommersiya bankı təsərrüfatçılığın müstəqil subyektidir, hüquqi şəxs
hüququna malikdir, bank məhsulunu itsehsal və realizə edir, xidmətlər göstərir,
kommersiya hesablaşması prinsipleri üzrə fəaliyyət göstərir. Bankın vəzifəsi
müəssisələrin vəzifəsindən az fərqlənir, belə ki, o öz xidmətləri və məhsulları ilə
ictimai tələbatın təmin olunması, əldə olunmuş mənfəət əsasrında həm öz
kollektivinin üzvlərinin, həm də bankın əmlakının sahibçisinin maraqlarının
realizasiyaır ile bağlı məsələləri həll edir. Bank onun nizamnaməsi ilə müəyyən
olunmuş istənilən təsərrüfat fəaliyyəti növünü həyata keçirə bilər.
Bank da istənilən müəssisə kimi xüsusi icazəyə (lisenziyaya) malik
olmalıdır. Sənaye, kənd təsərrüfatı, inşaat, nəqliyyat və rabitədən fərqli olaraq
banklar istehsal sferasında deyil, mübadilə sferasında fəaliyyət göstərirlər, onlar
da resursları "satın alır", aldıqlarını "satır", təkrarbölüşdürmə sferasında
fəaliyyət göstərir, əmtəə mübadiləsinə yardım edirlər. Bankların öz "satıcıları",
ambarları, xüsusi "mehsul ehtiyatı" vardır, onların fəaliyyəti əksəriyyətlə
10
pulların dövranlığından aslıdır. Bununla da banklarla ticarət sferası arasındakı
oxşarlıq əsasən sona çatır.
Kommersiya bankı təsərrüfat hesablı müəssisə sayılır. Bu onu bildirir ki,
kommersiya bankının fəaliyyətində başlıcası iqtisadi maraqların realizə
olunmasıdır. Bankın işinin bütünlüklə öz iqtisadi maraqlarının realizasiyasına
tabe etdirilməsi bütün digər motivlərin və məqsədlərin tabe etdirilməli olduqları
ali prinsip sayılır. Bunsuz bank iqtisadi müəssisə kimi baş tutmaya bilər.
Məsələn, onun fəaliyyətinin iqtisadi maraqlarla ziddiyyət təşkil edən hər cür
ideolo giyalaşdırılması mütləq şəkildə bankı əsl mahiyyətini itirən aparata
çevirir. Bu, təkcə kommersiya banklarına deyil, onun müştərilərinə də aiddir.
Bank əsasən özünün deyil, özgənin resursları hesabına işlədiyindən, özü üçün
deyil, bütün təsərrüfatçılıq subyektləri üçün və bütün vətəndaşlar üçün borc
götürdüyündən, israfçılıq həm bank üçün, həm də ondan resursları borc götürən
və onları qaytarmalı olanlar üçün də fəlakətlidir.
Bank müəssisə kimi öz dəyər forması olan məhsul istehsal edir. Bankın
məhsulu rolunu kreditlə birlikdə pul dövriyyəsində olan ödəniş (tədiyyə)
vəsaitləri oynayır. Müəyyən mənada xidmətlər də bankın məhsulu kimi çıxış
edir. Onlara ənənəvi xidmət növləri ilə yanaşı hesablaşmaların təşkili (nəqd və
nəqdsiz formada), əmanətlər, kreditləşdirmə ilə yanaşı qeyri-ənənəvi olan
qarantiyaların (zəmanətlərin), zaminliyin, məsləhətlərin (konsaltinq) verilməsi
və s. də daxildir. Bank xidmətlərinin xüsusiyyəti ondan ibarətdir ki, onlar nəinki
təkcə pul əsasına malikdirlər, həm də özüartan dəyər səciyyəsinə malikdirlər.
11
Məsələn əmanətçilərdən alınmış resurslar kredit müəssisələri üçün pulsuz deyil.
ona görə də resurslar elə istifadə olunmalıdır ki, onlar nəinki təkcə sahiblərinə
qaytarıla bilsin, həm də əmanətlər üzrə faizlərin verilməsi, məsrəflərin
kompensasiyası və heç olmazsa, minimal mənfəət əldə edilməsi üçün kifayət
qədər artım almağa imkan versin.Bank akkumulyasiya olunan resurslardan
istifadə etməyə və onları kredit şəklində ehtiyacı olan borc alanlara sarı elə
yönəltməlidir ki, onun xidməti hər hansı bir halda bank fəaliyyəti vasitəsilə
dövriyyəyə buraxılmış dəyərin özəl artımına imkan versin.
Kommersiya banklarının mübadilı sferasında fəaliyyət göstərməsi onun
mahiyyəti haqqında düzgün olmayan (yalnış) təsəvvür yaradır. Bir çox hallarda
bank vasitəçi təşkilat kimi xarakterizə olunur. Belə söyləməyə resursların xüsusi
axını onların müvəqqəti olaraq bəzilərində yığılıb qalması, başqalarında isə
tətbiqinə ehtiyac yaranması əsas verir. Bu zaman situasiyanın xüsusiyyəti ondan
ibarət olur ki, resursların müəyyən hissəsinə malik olan kreditor müəyyən
zəmanətlərin olduğu hallarda konkret müddət üçün və faizlə onları digər
kontragentlərə - borc alanlara vermək istəyir. Bank kreditordur, borc alandır və
onların arasında vasitəçidir, habelə pul hesablaşmalarında vasitəçidir. Ona görə
də o bu funksiyalarda ozünün təsərrüfat subyekti kimi mahiyyətini bütünlüklə
nümayiş etdirir.
Bankın tədavül sferasında fəaliyyəti onun haqqında birja agenti kimi
təsəvvür yaradır. Banklar birjaların mütleq iştirakçıları sayılır. Onlar müstəqil
şə
kildə qiymətli kağızlarla ticarət üzrə birja əməliyyatları təşkil edə bilərlər.
12
Lakin bank tədricən getdikcə daha çox kredit mərkəzinə çevrildi ki, bu da onu
kredit müəssisənin növü kimi müəyyənləşdirməyə imkan verdi. Banklar öz
təbiətlərinə görə ilk növbədə kredit və pul münasibətləri ilə bağlıdırlar, hərçənd
nəinki kreditləşdirmə ilə məşğul olmuş və olurlar, həm də fəaliyyətin bir çox
başqa növləri ilə məşğul olurlar. Onların fəaliyyətinin əsas məhsulu pul və kredit
işidir. Kommersiya banklarının fəaliyyətində ən başlıcası iqtisadiyyatda normal
təkrar istehsal prosesi mühiti yaratmaq üçün pul-kredit siyasətinin təşkil
edilməsi sayılır. Kommersiya banklarının maddi nemətlər istehsalçısı
olmamasına baxmayaraq, istənilən müəssisənin olduğu kimi, onun da öz
məhsulu da vardır ki, bu da ilk növbədə ödəniş vəsaitlərinin (pul kütləsinin)
formalaşdırılması,
habelə
kreditlərin,
qarantiyaların,
zəmanətlərin,
konsaltinqlərin (məsləhətlərin) verilməsi, əmlakın idarə olunması şəklində
müxtəlif xidmətlərin göstərilməsidir.
Kommersiya bankının fəaliyyət göstərməsi müəyyən məqsədlərin əldə
olunmasına əsaslanır ki, onlardan da ən başlıcası mənfəət təsərrüfatçılığının
aparılmasına, daha çox mümkün mənfəətin əldə olunmasına nail olunsun, yəni
bank fəaliyyətinin hərəkətverici motivi mənfəət əldə etməkdir. Lakin
kommersiya bankı üçün mənfəətin hansı yolla əldə olunmasının fərqi vardır.
Bank kommersiyası prinsipi daha az investisiya ilə daha çox mənfəət əldə
etməyi nəzərdə tutur. Gəlirin formalaşdırılmasına yardım edən ümumi
resurslarda bankın öz payının miqdarının böyüklüyü onun üçün əhəmiyyətsiz
Dostları ilə paylaş: |