53
nəticələrini dərinləşdirə biləcək və ya onların təsirini məhdudlaşdıra biləcək
emissiya siyasəti.
Bankların real likvidlik səviyyəsinə təsir göstərilməsi o dərəcədə pul -
kredit siyasətinin əsas məqsədlərindən biridir ki, həmin siyasət kreditin
artmasına nəzarətə yönəlmiş olsun. Başqa sözlə desək, likvidliyə münasibətdə
restrikasiyalar eyni zamanda kredit əməliyyatlarının inkişafının imkanlarını
məhdudlaşdırır. Bu məqsəd əsasən kommersiya banklarının Mərkəzi bankla
qarşılıqlı münasibətlərindəki nəqdiyyatın həcminin reqlamentasiyası Mərkəzi
bankda mütləq ehtiyatların həcminin və uçot qaydaları modifikasiyasının
dəyişilməsi ilə (təkrar uçotun stavkası, təkrar uçotun "tavana"ları), habelə faiz
stavkalarının artması və ya azalması hesabına kredit verilməsinin
məhdudlaşdırılması və ya genişləndirilməsi üzündən pul bazarına müdaxilə ilə
ə
ldə edilə bilər.
Bankın likvidliyinin idarə olunması
müvafiq nəzəri bazaya əsaslanır.
Xarakterik haldır ki, likvidliyin idarə olunması nəzəriyyələri praktiki olaraq
kommersiya banklarının yaranması ilə eyni vaxtda meydana çıxmışdır. Hazırda
dörd nəzəriyyə - kommersiya ssudaları, yerdəyişmə, gözlənilən gəlir və
passivlərin idarə olunması - göstərilir.
Kommersiya ssudaları nəzəriyyəsi
öz kökləri ilə XVIII əsrin ngiltərə bank
praktikasına gedir. Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, kommersiya
bankı, onun aktivləri nə qədər ki, işgüzar fəallığın normal durumu zamanı
vaxtında ödəniləbiləcək qısamüddətli ssudalara yerləşdirilib, öz likvidliyini
54
saxlayır. Başqa sözlə desək, banklar istehsaldan istehlaka qədər malların
hərəkətinin ardıcıl mərhələlərini maliyyələşdirməlidirlər. Bu ssudalar müasir
şə
raitdə mal ehtiyatı və ya dövriyyə kapitalının doldurulması əsasında ssudalar
adını almışdır. Bank işinin demək olar ki, bütün tarixi ərzində hesabolunurdu ki,
banklar qiymətli kağızların, tərpənməz əmlakın, istehlak mallarının alınmasını
kreditləşdirməməli və ya kənd təsərrüfatına uzunmüddətli kreditlər
verməməlidir. Hərçənd kommersiya ssudaları nəzəriyyəsi iqtisadiyyatçılar,
nəzarət və tənzimləmə orqanları, eləcə də banklar tərəfindən geniş təbliğ
olunurdu, onun praktikada tətbiqi o qədər də geniş deyildi.
Kommersiya ssudaları nəzəriyyəsinin əsas çatışmazlığı ondan ibarətdir ki,
o inkişaf edən iqtisadiyyatın kredit tələbatlarını nəzərə almırdı, çünki
nəzəriyyəyə ciddi əməl olunması banklara müəssisələrin və avadanlığın
genişlənməsini, evlərin, torpaqların alınmasını maliyyələşdirməyi qadağan
edirdi. Bu nəzəriyyə bank əmanətlərinin nisbi sabitliyini nəzərə ala bilmədi.
Bank əmanətləri ilk tələblə geriyə alına bilər, lakin çətin ki, əmanətçilərin
hamısı əmanətlərini eyni vaxtda götürsünlər. Əmanətlərin sabitliyi banka imkan
verir ki, likvidliye xələl gətirmədən vəsaitlərini mötədil uzun müddətə yerləşdirə
bilsin. Nəzəriyyə ona əsaslanrıdı ki, normal iqtisadi proses zamanı bütün
ssudalar öz vaxtında ödənilə bilər. Doğrudan da yüksək işgüzar fəallığı
şə
raitində sənaye və ticarət şirkətləri öz öhdəliklərinin ödənilməsi zamanı
çətinliklərlə qarşılaşmırlar. Lakin, iqtisadi tənəzzül dövrlərində və ya maliyyə
çaxnaşması zamanı "nəqdiyyat - əmtəə ehtiyatları - realizasiya - hesablaşmalar
55
üzrə debitorlar - nəqdiyyat" zənciri pozulur. Ona görə də firma və ya şirkətlər
üçün bank ssudalarını ödəmək çətinləşir, bəzən isə qeyri - mümkün olur. Bu
nəzəriyyənin çatışmazlığı ondan ibarətdir ki, normal iqtisadi inkişaf şəraitində
qısamüddətli özünüləğvedən ssuda likvidliyi təmin edir.
Yerdəyişmə nəzəriyyəsi ona əsaslanır ki, bank likvid ola bilər, əgər onun
aktivlərinin yerini dəyişmək və ya nəqd şəkildə kreditotlara, yaxud da
investorlara satmaq mümkün olsun. Əgər kreditlər vaxtında ödənilmirsə, onda
ssudanın təminatı üçün verilmiş əmtəə - mal dəyərləri bazarda nəqdinə satıla
bilər, vəsaitlərə ehtiyac olduğu hallarda isə Mərkəzi bank tərəfindən təkrar
maliyyələşdirməyə müraciət etmək olar. Bu halda ayrıca kommersiya bankının
likvid resurslara tələbatının ödənilməsinin şərti daimi nəqd aktivlərin olmasıdır
ki, onları satmaq mümkündür. Buna uyğun olaraq, əgər Mərkezi bank təkrar
uçota təklif olunan aktivləri sərbəst şəkildə alacaqsa, onda bank sistemi likvid
olacaq. Asan realizə oluna bilər bazar qiymətli kağızları uzun müddət likvid
ehtiyatların gözəl mənbəyi kimi hesab olunurdu, çünki bu sayaq qiymətli
kağızları nəqd pula çevirmək mümkündür. Ona görə də tez - tez hallarda onlara
ikinci növbə ehtiyatları kimi müraciət edirlər. Yubadılmadan və itkisiz
konvertasiyanı təmin etmək üçün törəmə ehtiyatlar üç tələbə cavab
verməlidirlər: ödənişin qısa müddəti, yüksək keyfiyyət və realizəqabillik. Bunlar
kredit riskindən və bazar faiz stavkalarının dəyişməsi riskindən mühafizə
olunmalı, habelə qısamiiddətli xəbərdarlıqla bazar da satılmalıdırlar.
56
Likvidlik ehtiyatı kimi istifadə olunan aktivlərin ödənilmə müddətinə
münasibətdə müəyyən tələblər irəli sürülmür, amma ümumi qayda budur ki,
müddət nə qədər qısa olsa, o qədər yaxşıdır. Keyfiyyət və realizasiyqabillik
şə
rtlərinə qiymətli kağızların bir sıra növləri cavab verir. Törəmə ehtiyatlar üçün
daha uyğun gələnləri xəzinə vekselləri, habelə hökumətin və onun orqanlarının
digər qiymətli kağızlarıdır. Açıq bazarda realizə olunan akseptlər və
kommersiya kağızları da istifadə oluna bilər. Bank aksepti bank tərəfindən
adətən 180 günədək ödəniş müddəti ilə akseptə olunmuş trattadır. Kommersiya
kağızları korporasiyalar tərəfindən nisbətən qısa müddətə, adətən 4 - 6 ayadək
buraxılan veksellərdən ibarətdir. Bu qayda ilə pul əldə etmək üçün korporasiya
çox yüksək kreditqabilliyə malik olmalıdır.
Hərçənd yerdəyişmə nəzəriyyəsi müəyyən dərəcədə əsaslandırılıb, bununla
belə, onun göstərişlərinə əməl edən yüzlərlə bank XX yüzilliyin 20 - 30 - cu
illərində likvidlik problemindən yan keçə bilməmişdir. Bankın öz portfelində
birinci dərəcəli qiymetli kağızlar ola bilər, lakin istehsalın staqnasiyası
dövründə, xüsusilə də böhranlar zamanı, likvidliyin ümumi çatışmazlığına
ehtiyac olanda, aktivlərin bir hissəsini realizə etmək mümkün olmur. Ona görə
de iqtisadi böhranlar birja böhranları ilə müşayiət olunur. Qiymətli kağızların
kursu kəskin şəkildə aşağı düşür və maliyyə bazarında təkrarmaliyyələşdirmə
imkanlarını pozur.
Gözlənilən gəlir nəzəriyyəsinə
görə, əgər kreditlərin qapanılması üçün
ödənişlər qrafikinin əsasına borc alanın gələcək mədaxili qoyularsa, bank
Dostları ilə paylaş: |