Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

41 
 
tərəfindən yerləşdirilmiş onkol (teleb olunanadək) və qısamüddətli (götürülməsi 
barədə  əvvəlcədən  xəbərdarlıq  edilən)  depozitlər,  qısamüddətli  dövlət  qiymətli 
kağızları,  banklar  tərəfindən  nəzərə  alınan  kommersiya  veksellərinin  bəzi 
növləri aiddir. 
Kommersiya  banklarının  cəlb  olunmuş  vəsaitlərinin  əsas  mənbəyi  öz 
təbiətinə görə müştərilərinin (həm hüquqi, həm də fiziki şəxslərin) qısamüddətli 
depozitləri  olduğundan,  onların  aktivlərində  isə  daha  əhəmiyyətli  yerli 
ş
irkətlərin,  firma  və  özəl  şəxslərin  qısa  və  ortamüddətli  kreditləşdirmələri 
tutduğundan,  ona  görə  də  kommersiya  bankları  üçün  balanslarda  likvid 
vəsaitlərinin  mövcudluğu  həm  onların  cəlb  etdikləri  resursların  həcmində  baş 
verən  mümkün  dəyişkənliyin  kompensasiyası  nöqteyi-nəzərindən,  həm  də 
müştərilər  tərəfindən  bazar  iqtisadiyyatı  şəraitində  kreditə  olan  tələbatın  daim 
baş  verən  dəyişkənliyinin  təmin  olunması  üçün  obyektiv  olaraq  labüddür. 
Banklar üçün likvidliyin müəyyən səviyyədə saxlanılması zərurəti hazırda hamı 
tərəfindən  qəbul  olunandır  və  praktiki  olaraq  bütün  ölkələrdə  bank  likvidliyi 
ə
msallarının geniş tətbiq olunmasında öz ifadəsini tapır. 
Ölkənin Mərkəzi bankının həmin sahədə müəyyən təbirləri və ya müvafiq 
siyasətindən  sonra  baş  verən  dəyişikliklər  pul  -  kredit  siyasətinin  mühüm 
alətlərindən  biri  sayılır.  Bir  sıra  amillərdən  asılı  olaraq  konkret  ölkənin  bankı 
üçün  normal  hesab  olunan  likvidlik  səviyyəsinin  göstəricisi  kifayət  qədər  çox 
dəyişkən ola bilər.  Adətən bu,  ayrı  -  ayrı  ölkələr üzrə  kommersiya  banklarının 
cari öhdəliklərinin 20 % - dən 30 % - dək həddində dəyişkən ola bilər. 


42 
 
Bankların  balanslarının  digər  xüsusiyyətləri  ondan  ibarətdir  ki,  bunlarda 
ş
irkətlərin, firma və özəl şəxslərin qısamüddətli kreditləri böyük payı vardır və 
müvafiq  ölkələrin  pul  -  kredit  sistemində  tutduqları  yerlə  şərtlənir.  Göstərilən 
kreditlərin  məcmu  payı  bir  qayda  olaraq,  kommersiya  banklarının  bütün  aktiv 
ə
məliyyatlarının 30 - 40 % - dən artığını təşkil edir. 
Son illərdə kommersiya banklarının kredit yatırımlarında istiqraz və digər 
borclar  şəklində  dövlət  borcu  ödəlikləinə  investisiyalar  getdikcə  daha  artıq  rol 
oynamağa  başlayır.  Büdcə  kəsirlərinin  kreditləşdirilməsində  iştirak  edən 
kommersiya  bankları  çalışırlar  ki,  belə  yatırımların  müddətini  beş  illə 
məhdudlaşdırsınlar. Belə investisiyaların onlar üçün cəlbediciliyi öz ölkələrinin 
səviyyəsini əlavə imkanlarla yüksəltmək şərtləndirir və başqa ölkələrdə bunları 
nisbətən  asanlıqla  və  tez  nəqd  vəsaitlərə  çevirmək  mümkündür.  Bank 
resurslarının  ortamüddətli  yerləşdirilmələri  və  xüsusilə  də  onların  ipoteka  və 
kənd  təsərrüfatı  kreditlərinə  verilməsi  kommersiya  banklarının  balanslarında 
ə
həmiyyətli yer tutmur. 
Kommersiya  banklarının  passiv  əməliyyatlarında  fərqləndirici  əlamət 
ondan ibarətdir ki, bunlarda cəlb olunmuş vəsaitlərin qısamüddətli mənbələrinin, 
ə
sasən də müştərilərin vəsaitlərinin, eləcə də banklararası əsaslarla cəlb olunmuş 
depozitlərin üstünlük təşkil etməsidir. 
Kommersiya  banklarının  balanslarının  mövcud  növləri  onların  tərtib 
olunmasının  detalları  üzrə  də  fərqləndirilir.  Bankın  daxili  balansı  müfəssəl 
mühasibat  hesabatından  ibarətdir  ki,  burada  müvafiq  ölkənin  bank 


43 
 
tənzimləməsinin təlimatı üzrə bütün hesabatlara dair məlumatlar olur. Balansın 
konfidensial  xarakter  daşıyan  və  müntəzəm  olaraq  bank  nəzarəti  orqanlarına 
təqdim  olunan,  bankın  əməli  rəhbərliyi  fəaliyyətinin  həyata  keçirilməsi 
məqsədlərinə və onun bütün müvafiq əməliyyatlarının uçotuna xidmət edən bu 
növündən  fərqli  olaraq,  kommersiya  bankının  dərc  olunan  illik  və  aralıq 
balansları  iriləşdirilmiş  toplu  hesabatı,  bütövlükdə  bank  nəzarəti  orqanlarının 
göstərişlərində  nəzərdə  tutulan  tələblərinə  cavab  verən  sxemində  tərtib  olunur. 
Lakin  zərurət  yarandıqda  bank  nəzarəti  orqanları,  demək  olar  ki,  bütün  bank 
hesabatına giriş əldə edə bilərlər. Eyni zamanda bu qaydada bir sıra istisnalar da 
mövcuddur. Belə ki,  sveçrənin kommersiya banklarında açılmış gizli hesabların 
rekvizitləri  və  dinamikası  haqqında  müfəssəl  məlumat  almaq  üçün  məhkəmə 
orqanlarının fəal müdaxiləsi tələb olunur. 
Nisbətən  ümumi  forma  daşıyan  balans  kommersiya  banklarının 
səhmdarlarının  ümumi  iclasının  müzakirəsinə  təqdim  olunan  və  müvafiq 
nəşrlərdə  açıqlanan  balansdır.  Kommersiya  banklarının  balanslarının  təqdim 
olunmasının  ümumi  qəbul  olunmuş  forması  aktiv  ve  passivə  bölünməklə,  ilk 
növbədə aktivin daha likvid (səfərbər olunan) maddələrinin fərqləndirilməsi ilə 
üfqi  (şirkət  və  firmaların  bir  sıra  ölkələrdə  qəbul  olunmuş  şaquli  balans 
formasından fərqli olaraq) 
formadır  və  əmanətçilər  tərəfindən  nisbətən  daha  asan  tələb  olunan  passiv 
maddələridir.  Bütövlükdə  aktiv  və  passiv  maddələrinin  strukturu,  belə 
maddələrin  dinamikliyinin  azalmasını  göstərir,  balans  aktivi  üzrə  tərpənməz 


44 
 
ə
mlaka  və  digər  şirkət  və  firmaların  kapitalına  investisiyalarla  tamamlanır, 
passivlər üzrə isə kommersiya bankının, onların əldə etdikləri mənfəəti də daxil 
etməklə, öz vəsaitləri üzrə investisiyalarla tamamlanır.  
Müstəqil hüquqi şəxs kimi bankın özünün balansı ilə, bankın təkcə özünün 
ə
məliyyatlarını  deyil,  həm  də  onun  şöbələrinin,  habelə  filial  təşkilatlarının 
ə
məliyyatlarının  da  daxil  olduğu  birləşdirilmiş  (konsolidasiya  olunmuş)  balans 
arasındakı  fərqi  nəzərə  almaq  lazımdır.  Məsələn,  iri  kommersiya  bankları 
banklarla yanaşı digər iri kredit - maliyyə təşkilatlarını da birləşdirən bütöv bir 
maliyyə  qruplarına  başçılıq  edə  bilər.  Buradan  belə  nəticə  çıxarmaq  olar  ki, 
birləşdirilmiş balansların açıqlanması müəyyən qədər bank qrupunun ayrı - ayrı 
üzvlərinin  gerçək  maliyyə  durumunu  geniş  kütlədən  gizlətmək  məqsədinə 
xidmət  edir.  Bununla  belə,  bu  sayaq  balansları  açıqlayan  banklar  əlavə 
müştərilər  cəlb  etmək  məqsədi  güdürlər,  güman  edirlər  ki,  potensial  müştəri 
qrupun ayrı - ayrı üzvlərinin maddi durumundan baş açmayacaq. Banklar güman 
edirlər  ki,  müştərilər  yalnız  bütün  qrupun  bütövlükdə  yekun  balansına  diqqət 
yetirməklə,  ayrılıqda  kredit  müəssisəsinin  inkişafındakı  çatışmazlığı  nəzərdən 
qaçırarlar.  Bunu  da  nəzərə  almaq  lazımdır  ki,  hətta  geniş  şöbələr  şəbəkəsinə 
ş
axələnmiş iri kommersiya bankının müstəqil balansı birləşdirilmiş sayılır, belə 
ki,  eyni  bankın  ayrı  -  ayrı  müəssisələrinin  hər  birinin  adətən  özlərinin  malik 
olduqları  daxili  balansları  şəraitində  belə,  onların  arasındakı  qarşılıqlı 
hesablaşmalar və digər kredit - maliyyə münasibətləri tam istisna edilir. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə