Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

45 
 
Son  vaxtlar  kommersiya  banklarının  balanslarının  müxtəlif  aspektlərinin 
analizinə  marağın  xeyli  artıdığı  müşahidə  olunur.  Bu,  həm  tamamilə  böyük 
bankların maliyyə çətinliklərinin və hətta müflisləşmələrinin çoxalması ilə, eləcə 
də beynəlxalq kredit bazarlarında inkişaf etməkdə olan ölkələrin, kredit və bank 
sistemi  az  öyrənilmiş  və  əksər  hallarda  zərf  inkişaf  səviyyəsi  və  güclü 
sabitsizliyi ilə fərqlənən çoxsaylı banklarının meydana çıxması ilə şərtlənir. Ona 
görə  də  kommersiya  banklarının  balanslarının  analizi  ilk  növbədə  müəyyən 
bankın  nə  dərəcədə  etibarlı  olması  suallarına  cavab  vermək,  onun  maliyyə 
dayanıqlığının  vəziyyətinin  necəliyi  və  bankın  öz  vəsaitləri  ilə  resurslarının 
yerləşdirilməsi riskini bağlamaq səviyyəsini müəyyənləşdirmək məqsədi güdür. 
Lakin bu məsələlərin həlli yalnız bank balanslarının göstəricilərinin analizi 
ilə bağlı deyil, həm də xeyli mənada hər bir konkret ölkədə pul bazarının inkişaf 
səviyyəsi,  onun  bank  tənzimlənilməsi  xüsusiyyətləri,  milli  bank  sisteminin 
inkişaf  səviyyəsi  və  banklar  tərəfindən  maliyyə  çətinliklərinin  hiss  olunduğu 
dövrdə  ölkənin  Mərkəzi  bankının  göstərdiyi  pul  -  kredit  təsiri  ilə  şərtlənir. 
Kommersiya  banklarının  balanslarının  analizi  öyrənilən  bankın  yerləşdiyi 
ölkənin  spesifikasının  şərtsiz  nəzərə  alınmasını,  onun  bank  və  maliyyə 
qanunvericiliyi  barədə  yaxşı  biliyin  olmasını,  kommersiya  banklarının  bank 
nəzarəti  orqanları  tərəfindən  müəyyənləşdirilmiş  hesablar  nomenklaturasını, 
kredit  -  bank  sisteminin  özünün  strukturunu  və  bir  sıra  digər  məsələləri  yaxşı 
bilməyi tələb edir. 


46 
 
Bütövlükdə  kommersiya  bankının  balansının  təhlili  iki  əsas  mərhələyə 
malikdir: 
•  mövcud nomenklatura hesablarının nəzərə alınması ilə balans maddələrinin, 
zərurət  yaranan  hallarda  qəbul  olunmuş  analiz  sxemi  üzrə  araşdırılan 
balansın  yenidən  tərtib  olunması  ilə  məzmununun  öyrənilməsi  üçün 
göstərilən mərhələsi daha mürəkkəb sayılır və yüksək səviyyədə sırf peşəkar 
hazırlıq  tələb  edir,  çünki,  bir  qayda  olaraq,  banklarda  balansların  analizi 
məsələləri ilə ixtisaslı mütəxəssislər məşğul olurlar. Bu, onunla şərtlənir ki, 
balans  maddələri  üzrə  səhih  məlumatlar  öyrənilən  bankın  həqiqi  maliyyə 
durumu barəsində düzgün təsəvvür əldə edilməsinin müqəddəm şərtidir; 
•  kommersiya bankının təhlil olunan balansının digər kommersiya banklarının 
balansları ilə (analoji tarix üzrə) və həmin bankın bir neçə il üzrə balansları 
ilə,  bankın  fəaliyyətinin  mühüm  cəhətlərini  və  maliyyə  durumunu 
xarakterizə  edən  əmsalların  hesablanması  və  fərqləndirilməsi  ilə  müqayisə 
olunması.  Digər  bankların  balanslarının  tutuşdurulması  bütövlükdə  bank 
sisteminin  ümumi  inkişaf  tendensiyası  fonunda  həqiqi  oyrenilen  bankrn 
maliyye  durumunun  müəyyənləşdirilməsi  üçün  zəruridir,  öyrənilən  bankın 
bir  sıra  illər  üzrə  balanslarının  tutuşdurulmasının  kommersiya  bankının 
fəaliyyətinin  xarakterik  inkişaf  tendensiyalarının  aydınlaşdırılması  üçün 
prinsipial əhəmiyyəti vardır. 
Kommersiya banklarının balanslarının təhlil edilməsinin əsas vəzifəsi bu və 
ya  digər  bankın  etibarlılığı,  mümkün  itkilərə  görə  öz  vəsaitləri  hesabına 


47 
 
ödəməqabilliyi  barədə,  cəlb olun  resursların axrb getməsi  şəraitinde dözəbilmə 
səviyyəsi  barədə  suallara  birmənalı  cavab  almaqdır.  Bundan  əlavə,  bütün  əsas 
xarakteristikalar  həm  də  dinamika  nöqteyi  -  nəzərindən  analiz  edilməlidir.  Bu 
halda  labüd  olaraq  digər  kommersiya  banklarındakı  müvafiq  göstəricilərin 
ümumi  tendensiyası  ilə  tutuşdurulmasında  baş  verən  dəyişikliklərin  spesifikası 
haqqında məsələ ortaya çıxır. 
Bank  balanslarının  onların  tutuşdurulması  məqsədi  ilə,  təhlili  zamanı  on 
müxtəlif  əmsallardan  istifadə  olunur.  Kommersiya  banklarının  balanslarının 
analizi  üçün  indiyədək  ümumi  qəbul  olunmuş  dayanıqlı  əmsallar  yoxdur,  ona 
görə  də  bankların  özləri  bank  fəaliyyətinin  təhlili  üçün  daha  məqbul  əmsallar 
sistemini  işləyib  hazırlayırlar.  Hal-hazırda  kommersiya  bankları  tərəfindən 
tətbiq  olunan  əmsallar  sistemi  (bank  balanslarının  müxtəlif  göstəricilərinin 
nisbəti) ilk növbədə balansların məzmununa keyfiyyətcə yanaşma imkanı verir 
və  yalnız  onların  kəmiyyət  (rəqəmsal)  göstəriciləri  ilə  məcmu  halda  nəzərdən 
keçirilə bilər. Həmin əmsalların təhlili üç əsas məsələyə cavab verməlidir: 
•  kommersiya bankının öz vəsaitləri ilə öz əməliyyatlarında ("kapitalizasiya - 
kapitallaşdırma əmsalı") iştirak etməsi səviyyəsi; 
•  bankın  likvidlik  səviyyəsi  və  ya  axtınına  qarşı  itkisiz  tab  gətirə  bilmə 
qabiliyyəti ("likvidlik əmsalı"); 
•  bankın  resurslarının  yüksək  risk  səviyyəli  əməliyyatlara  yatırılması 
səviyyəsi ("risk əmsalı"). 


48 
 
Göstərilən  əmsalların  hesablanması  üçün  banklar  ən  müxtəlif  üsullardan 
istifadə  edirlər.  Lakin  istənilən  halda  bu  əmsallar  qarşıya  qoyulmuş  suallara 
ə
traflı  cavab  verməyə  xidmət  edir  ki,  bu  da  təhlil  olunan  bankın  fəaliyyətinin 
təkamülü  haqqında  nəticələr  əldə  etmək  üçün  çox  vacibdir.  Beynəlxalq  bank 
praktikasında  bu  məqsədlərlə  hər  şeydən  əvvəl  likvidlik  əmsallarından  istifadə 
olunur. 
 
     
2.3. Kommersiya banklarının balansının məqsədi
 
"Likvidlik" termini (latınca - liquidus - axan, duru) sözün hərfi mənasında 
realizə  olunması  asan  olan,  maddi  dəyərlərin  pul  vəsaitlərinə  çevrilmənin 
asanlığını  bildirir.  Bank  fəaliyyətinə  tətbiq  olunarkən,  likvidlik  dedikdə, 
bankların vaxtında təkcə kreditin nəzərə alınması ilə deyil, həm də kommersiya 
banklarının  kassa  imkanları  nəzərə  alınmaqla,  öz  öhdəliklərini  pul  formasında 
ödəyə bilmək qabiliyyəti başa düşülür. Bank likvidliyi depozitlərin xarakteri və 
həcmindən, bankın kredit bazarında təcili ssuda almaq imkanlarından, aktivlərin 
strukturunun  (kredit  yatırımlarının)  passivlərin  (resursların)  strukturunun 
müddəti  və  xarakteri  üzrə  uyğunlulundan  asılıdır,  belə  ki,  məsələn,  bankın 
aktivlərində  daimi  büdcə  kəsirlərində  dövlət  qiymətli  kağızlarının  (istiqraz, 
xəzinə  öhdəlikləri)  xüsusi  çəkisinin  artması  bank  sisteminin  likvidliyini  xeyli 
çətinləşdirir.  Likvidlik  iqtisadi  konyunkturadan  asılıdır,  çünki,  məsələn, 
iqtisadiyyatda  durğunluq  müştəriləri  vadar  edir  ki,  banklardakı  əmanətlərini 
oradan  götürsünlər,  bu  da  nəinki  onların  likvidliyini  pisləşdirir,  həm  də  çox 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə