Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

37 
 
2.
 Fəsil. Kommersiya banklarının balansı: məqsədi 
və onun nəticələri 
 
2.1.
 Kommersiya banklarının balansının məqsədi 
Kommersiya  bankının  balansı
  mühasibat  balansıdır  və  burada  bankın 
özünün və cəlb etdiyi vəsaitlərinin, habelə onların kredit və digər əməliyyatlara 
yatırılmasının  vəziyyəti  əks  etdirilir.  Kommersiya  bankının  balansı  faktiki 
olaraq  müvafiq  tarixə  bankın  maliyyə  durumu,  xarakteri,  əməliyyatlarının 
strukturu və həcmi barəsində təsəvvür yaradan cədvəl toplusudur. 
qtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  bank  hesabatlığının milli  sistemi 
formalaşmışdır.  Onlar  bununla  çoxcəhətlidir  ki,  kredit  və  bank  sistemi,  habelə 
pul  -  kredit  nəzarəti  sistemi  daha  çox  inkişaf  etmişdir.  Hər  bir  kommersiya 
bankında mövcud olan hesabat sistemi üç əsas məqsədə xidmet etməlidir: 
•  bankın  rəhbərliyinə  öz  əməliyyatlarını,  onların  son  nəticələrini  və  ümumi 
effektivliyini,  eləcə  də  bank  əməliyyatlarının  bu  və  ya  digər  növlərinin 
inkişafı məsələlərindəki sonrakı siyasəti müəyyənləşdirməyə imkan verməli; 
•  öz  bankının  fəaliyyətinin  müxtəlif  aspektlərinə  nəzarət  (resursların 
formalaşdırılması və yerləşdirilməsinə nəzarət, kredit, hesablaşma, kassa və 
digər  bank  əməliyyatlarına,  o  cümlədən  qiymətli  kağızlarla  əməliyyatlara 
nəzarət)  vasitəsi  rolunu  oynamalı,  kommersiya  banklarının  maliyyə 
durumlarına  bank  orqanlarının  nəzarət  etmələrinə  şərait  yaratmalı,  habelə 
ölkədəki pul - kredit situasiyası barədə mərkəzi banka informasiya verməli; 


38 
 
•  bankın rəhbərliyi tərəfindən onun inkişaf etdirilməsi üçün aparılan siyasətin 
gedişində onların bankın səhmdarlarına (ilk növbədə auditor analizi yolu ilə) 
maraqlarına əməl olunmasına nəzarəti təmin etməli. 
Bu  məqsədlərə  nail  olunması  üçün  ilk  növbədə  auditor  firmalarından 
istifadə olunur ki, onlarla, habelə öz strukturuna görə çoxpilləli bank nəzarəti və 
vergi  orqanları  aparatı  daimi  ünsiyyətin  olması  bütün  banklar  üçün  mütləqdir, 
belə ki, onlar da öz kanalları vasitəsilə etibarlı və mükəmməl bank hesabatının 
formalaşması  və  təqdim  olunmasının  doğruluğuna  nəzarət  edirlər.  Qüsurlu 
(qeyri  -  düzgün)  mühasibat  hesabatının  təqdim  olunmasına  yol  verən  banklar 
üçün cinayət məsuliyyəti də daxil olmaqla, bir sıra sanksiyalar tətbiq edilə bilər. 
Bununla belə,  təsərrüfatın aparılmasında bazar sisteminin  təbiəti  və  məntiqinin 
özü  də  ayrı  -  ayrı  kommersiya  banklarını və  onların  rəhbərlərini birbaşa və  ya 
dolayısı yolla özlərinin gerçək maliyyə durumları və apardıqları əməliyyatların 
nəticələri  haqqında  təhrif  olunmu  məlumatlar  verməyə  vadar  edir.  Bankların 
etibarlı  və  mükəmməl  maliyyə  durumlarının  əldə  olunması  probleminin 
aktuallığı  kommersiya  banklarında  digər  bankların  balanslarının  təhlili  üzrə 
məqsədyönlü işin inkişafı ilə təsdiq olunur. 
 
2.2. Kommersiya bankının balansının təhlili 
vəzifələti 
Kommersiya  banklarının  balanslarının  təhlilinə  yüksək  diqqət  yetirilməsi 
həm  müvafiq  ölkələrin  iqtisadiyyatında  mövcud  olan  pul  -  kredit  situasiyasına 


39 
 
nəzarət  nöqteyi  -  nəzərindən,  həm  də  əmanətçilərin  banklara  inamlarının 
saxlanılması  aspektində  banklar  tərəfindən  mütəmadi  olaraq  mühasibat 
hesabatlarını təqdim etmələri və balanslarının açıqlanması zərurətini şərtləndirir. 
Bir  çox  inkişaf  etmiş  ölkələrdə  və  inkişaf  etməkdə  olan  ölkələrin  böyük 
ə
ksəriyyətində  kommersiya  bankları  növbəti  maliyyə  ilinin  başa  çatmasından 
sonra çox ciddi müəyyənləşdirilmiş zaman kəsiyində öz balanslarını açıqlamağa 
borcludurlar.  Mövcud  bank  və  ya  digər  qanunvericiliyin  tələblərindən  asılı 
olaraq belə açıqlama ya rəsmi nəşrlərdən birində, ya da nümunəvi kütləvi nəşrdə 
həyata  keçirilir.  Kommersiya  banklarının  balanslarının  açıqlanması  müvafiq 
ölkənin mərkəzi bank tərəfindən və ya digər bank nəzarət orqanı tərəfindən çox 
ciddi 
şə
kildə 
hazırlanılmış 
sənəd 
ə
sasında 
balans 
maddələrinin 
nomenklaturasına  uyğun  şəkildə  həyata  keçirilir  ki,  bu  da  onlar  tərəfindən 
vaxtaşırı  yenidən  nəzərdən  keçirilə  bilər.  Rəsmi  açıqlama  artıq  auditorlar 
tərəfindən  göstərilən  məlumatların  səhihliyini  təsdiqləyən  yoxlanılmış  və 
təsdiqlənmiş bank balansının dərc olunmasrından ibarətdir. 
Bir  sıra  iri  kommersiya  bankları  əsas  balansın  rəsmi  dərc  olunması  ilə 
yanaşı ara balansları (kvartallıq və yarımillik) adlandırılan məlumatları da dərc 
edirlər,  fəqət  bunlar  yalnız  informasiya  xarakteri  daşıdığından  auditorlar 
tərəfindən  yoxlanılmır  və  təsdiqlənilmir.  Lakin  hər  bir  halda  bütün  balans 
melumatları kommersiya banklarının direktorlarə və baş mühasiblərinin imzaları 
ilə  dərc  olunur  və  onlar  dərc  olunmuş  məlumatların  səhihliyi  üçün  şəxsi 
məsuliyyət daşıyırlar. 


40 
 
Kommersiya  bankları  balans  məlumatlarını  açıqlamalarndan  əlavə 
müntəzəm olaraq (inkişaf etmiş ölkələrin əksəriyyətində və inkişaf etməkdə olan 
ölkələrin  bir  çoxunda  -  hər  ay)  öz  cari  balanslarını  nəzarət  orqanlarına  təqdim 
etməyə  borcludurlar.  Belə  informasiyanın  təqdim  olunması direktiv,  orqanların 
məxsusən  təqdim  etdikləri  banklar  üçün  məcburi  xarakter  daşıyan 
göstərişlərdəki həcmdə və formada həyata keçirilməlidir. Adətən belə göstərişlər 
"hesabatların  nomenklaturası"  şəklində  tərtib  olunur  və  orada  əsasən  təkcə 
balansların  bölmələrinin  və  ayrı  -  ayrı  hesabların  adları  deyil,  həm  də  onların 
iqtisadi məzmunu verilir. 
Hesabların nomenklaturası, onların bank nəzarəti orqanlarına verilməsinin 
qaydası  və  müntəzəmliyi  ölkələr  üzrə  əhəmiyyətli  dərəcədə  fərqlənə  və  hətta 
eyniadlı  hesabların  iqtisadi  məzmunları  tamamilə  uyğunsuz  da  ola  bilər.  Cəlb 
olunmuş  vəsaitlərin,  likvid  aktivlərin  və  bir  sıra  başqa  qısamüddətli  mənbələr 
anlayışının  şərhində  çox  ciddi  fərqlər  mövcuddur.  Bununla  belə,  müxtəlif 
ölkələrin  kommersiya  banklarının  balanslarının  məzmununda  bir  çox  oxşar 
cəhətlər  vardır  ki,  bu  da  ilk  növbədə  onların  əməliyyatlarının  analoji  xarakteri 
(bu  sfera  əsas  etibarilə  qısamüddətli  kreditləşdirmədir)  və  cəlb  olunmuş 
vəsaitlərin  mənbəyi  ilə  şərtlənir  (müştərilərin  qısamüddətli  depozitləri). 
Kommersiya  banklarının  balanslarında  yüksək  dərəcədə  likvidliyə  malik  asan 
realizə oluna biləcək aktivlərin də mütləq mövcudluğunu qeyd etmək lazımdır. 
Kommersiya banklarının nisbətən daha likvidli aktivlərinə (azalan proporsiyada) 
kassadakı  nəqliyyat  və  Mərkəzi  bankdakı  müxbir  hesabda  olan  vəsaitlər,  bank 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə