33
üzünden struktur əlahiddəliyinə iddialıdır) da fərqləndirmək olar ki, bunlara da
müxtəlif müddətlilik və tələbetmə şərtlərinə (ssudanın ödənilməsi) görə
ə
məliyyatlar aiddir: veksellərin verilməsi, xarici valyuta, qiymətli kağızlar və
ə
lvan metallarla və s. ile ticaret.
Hazırda bankların fəaliyyətində getdikcə daha çox universallaşma baş verir
ki, bu da nəinki təkcə pul vəsaitləri və maliyyə resurslarının bütün mərhələləri
və dövriyyə sferalarını əhatə etməyi deyil, həm də məsləhətvermə (konsaltinq),
ayrı - ayrı şəxslər və təşkilatların (hətta dövlətlərin) vəsaitlərinin idarə
olunmasında pul və maliyyə prosesləri barədə informasiyanı, pul
ə
məliyyatlarının texniki təmin olunmasını, pul dəyərlərinin və istehsalat
sırlarının mühafizəsi və s. genişləndirir.
Belə bir qayda yaranır ki, müştəri lazımi xidmətlər siyahısını elə öz
bankında ala bilər. Öz ənənəvi fəaliyyətlərindən imtina etməyən banklar,
fəaliyyətin digər sferalarına daha aktiv şəkildə müdaxilə edirlər, müştərilərə
bütün maliyyə xidmətləri kompleksi üzrə qulluq etməyi öz üzərlərinə götürürlər.
Banklar birbaşa kreditləşdirmə formalarını özlərinə tabe etməyə çalışaraq,
ş
irkətlərin vekselləri ilə ticarətə girir, səhmlərlə birja əmaliyyatları aparır, ayrı -
ayrı şəxslərə məxsus olan qiymətli kağızlr paketinin idarə olunmasına və s.
girişirlər.
Ə
gər bank yuxarıda sadalanan xidmətləri tam həcmdə yerinə yetirə
bilmirlərsə, onda o müştərini itirməkdə risk edir. Banka bu xidmət forması da
ə
lverişlidir, belə ki, müştərilərin dosyesinin tərtib olunması üçün vaxta və
34
məsrəflərə qənaət edilir (çünki bir dosyedən bank bir neçə bölməsi istifadə edilə
bilər), bankın əməliyyatlara və müştərilərin fəaliyyətinə nəzarət imkanları artır
(o mütəmadi olaraq müştərinin bütün fəaliyyəti haqqında, onun kommersiya və
şə
xsi işləri və əlaqələri barəsində müntəzəm və bitkin məlumat alır).
Belə şəraitdə kommersiya bankları fəaliyyətlərini genişləndirmək yolu ilə,
yeni, bank bazarının daha yüksək riskli seqmentləri üzrə xidmət göstərməklə
bağlı öz iqtisadi durumlarını qorumağa çalışırlar ki, bunlara da aşağıdakılar
aiddir:
• tərpənməz kommersiya əmlakı üzrə sövdələr və borc vəsaitlərinin yüksək
payı üzrə əməliyyatlar (bir çox hallarda bu, kredit risklərinin çoxalması ilə
bağlıdır);
• öz kapitallarının kifayətliliyinə dair tələblərin daha da unifikasiyası və
sərtləşdirilməsi ilə bağlı kommersiya bankları üçün daha böyük əhəmiyyət
kəsb edən daha gəlirli, amma yüksək risklə bağlı balansı ötmüş əməliyyatlar
(faiz və valyuta svopları, rezerv akkreditivləri, ssudalar üzrə öhdəliklər,
onların satılması və otürülməsi, habelə zəmanət verilməsi);
• kommersiya banklarının diler əməliyyatlarda törəmə instrumentlərlə iştirak
etmələri; bu, onlar üçün yeni fəaliyyət növlərindən biri sayılır. Bu halda
kommersiya bankları nəinki öz müştərilərinin tapşırığı ilə, həm də
ə
məliyyatlarının gəlirliliyini artırmaq məqsədilə özləri müstəqil şəkildə
törəmə instrumentləri əldə edirler;
35
• sığortalama, trast (vəkalətli) əməliyyatlar kimi qeyri-bank sektorlarında
xidmətlər göstərmək.
Trast (vəkalət) əsasında müştərilərin vəsaitlərini cəlb edən banklar (onların
sahibləri) müştəri qarşısında, əgər onlar bu vəsaitlərin yerləşdirilməsi zamanı "adi
ehtiyatlılığı" pozmayıblarsa, onda onların əmanətlərinin toxunulmazlığına
cavabdeh deyillər. Trast işi anqlo-saks dövlətlərin mülki hüququnda mövcud olmuş
bir sıra spesifik institutlar əsasında ABŞ - da meydana çıxmış və inkişaf etmişdir.
Vaxtilə Amerikanın bankirlər assosiasiyası trast işinə belə tərif vermişdilər: "Bu,
vəsiyyətlərin icrası, əmlakın vəkalətnamə üzrə idarə olunması və fiziki şəxslər,
yoldaşlıqlar (birliklər), assosiasiyalar, təsərrüfat korporasiyaları, habelə açıq
ictimai, tədris, mədəni və xeyriyyə təsisatları və hökumət orqanları üçün
mümkün sayılan bütün hallarda agent tapşırıqlarının yerinə yetirilməsidir". Trast
ili XIX əsrin ortalarından daha çox kommersiya banklarının əllərində cəmləşir
və hətta, məsələn, etimadlı şəxs hüquqi firma və ya fərdi şəxs olduqda belə,
faktiki olaraq əməliyyatları, agent kimi fəaliyyət göstərən bank aparır.
Qiymətli kağızlara yatırılmış varidatın idarə olunması, faktiki olaraq
kommersiya banklarının əsas trast emeliyyatlarından ibarətdir. Bu halda bank
müştərinin varidatını birbaşa idarə etmir, yalnız agent, mühafiz funksiyasını
həyata keçirir, bir qayda olaraq, investisiyalar üzrə məsləhətçi kimi çıxış edir və
bu yolla da müştərinin müxtəlif qiymətli kağızlara yatırımlar yapmasına əsas
təsir göstərir. Bununla da trast əməliyyatlar vasitəsilə bankın qiymətli kağızlar
bazarına, ilk növbədə fond birjasına təsiri artır. Hazırda kommersiya bankları
36
korporasiyaların istiqrazları üzrə etimadlı nümayəndəsi kimi çıxış edir, qiymətli
kağızların emissiyasına texniki xidmət göstərir, qiymətli kağızların
emissiyasına, alqı - satqı zamanı səhmlərə verilən hüququn ötürülməsini həyata
keçirir,
səhmlərin
emissiya
məbləğinin
ş
irkətin
(korporasiyanın)
nizamnaməsində təsbit olunmuş həddən yuxarı olmamasına nəzarət edir ve s.
XX əsrin ikinci yarısında ABŞ - da fərdi fondlardan fərqli olaraq, idarə
edilməsi onlara etibar olunmuş nisbətən kiçik (50 min dollardan az) pul
vəsaitlərini toplayan kollektiv trast fondlar adlanan əməliyyatlar yayılmağa
başlandı. Bu halda toplanılmış pul vəsaitlərinin idarə olunması vahid trast kimi
həyata keçirilir. Digər forması isə sənaye, ticarət və nəqliyyat korporasiyalarının
pensiya fondlarının banklar tərəfindən idarə olunmasıdır. ABŞ - da banklar
tərəfindən idarə olunan pensiya fondlarının 60 % - ə qədəri tam investisiya
müstəqilliyi şərti ilə onlara verilmişdir. Xarakterik haldır ki, ABŞ - da banklar
tərəfindən idarə olunan özəl trast hesablarının 40 % - dən 50% - ə qədərini elə
yatırımlar təşkil edirdi ki, onlar üzrə banklar heç nə ilə məhdudlaşmayan hüquqa
malik idilər (məsələn, alqı və satqı, səhmdarların iclaslarında səsvermə). Yerdə
qalan 50 - 60 % səhmlər üzrə vəsiyyətçilər, etimad göstərənlər məhdudiyyətlər
qoyulurdu.
Dostları ilə paylaş: |