17
Lakin hazırda bank və kommersiya və ya sənaye fəaliyyətiarasında aydın
həddin mövcudluğu şəraiti əvvəlki təki Fransa, Almaniya və sveçrə kimi bəzi
ölkələr istisna olmaqla ümumi qəbul olunmuş norma halında qalmaqdadır.
Kommersiya bankları fəaliyyət göstərmə xarakterinə görə ən rəngarəng ola
bilərlər. Onlar apardıqları əməliyyatların növlərinə və fəaliyyət sferasına
(universal, ixtisaslaşmış və sahə), mülkiyyət formasına (dövlət, özəl, kooperativ,
səhmdar, qarışıq), bank kapitalının ölkə mənsubiyyətinə (milli, xarici,
müştərək),
fəaliyyət ərazisinə (ümumdövlət, regional, regionlararası, beynəlxalq, xarici),
təşkilati - hüquqi esasına (pay, səhmdar), kreditlərin verilməsi müddətinə
(uzunmüddətli və qısamüddətli kreditləşdirmə bankları), kommersiya bankının
xarici bölmələrinin formalarına (müstəqil hüquqi şəxs, bütün kommersiya
bankları üçün müəyyən olunmuş qaydada qeydə alınan törəmə bank, filial,
bölmə, şöbə, nümayendəlik) görə fərqlənirlər.
Kommersiya bankının effektiv fəaliyyəti bank tənzimləməsi ilə bağlıdır və
bu, mərkəzi bankın sabit, təhlükəsiz fəaliyyət göstərən kommersiya banklarının
təmin olunması ilə maşğul olduğu tədbirlər sistemi kimi anlaşılır. Kommersiya
banklarının fəaliyyəti onların müflisləşməsinə, müştərilərini itirməsinə gətirə
bilməz və bu, bütövlükdə iqtisadiyyata neqativ təsir göstərə bilər. Bank
tənzimləməsinin və nəzarətinin əsasında "dəvə" (ingiliscə "CAMEL" akronimi
bank nəzarətinin əsas meyarlarının baş hərfləri ilə tərtib olunub) adlandırılan
prinsip durur və ona aşağıdakılar daxildir:
18
• kapitalın kifayət qədər olması (öz vəsaitlərinin yekun aktivlərə nisbəti);
• risk, likvidlik və s. nöqteyi - nəzərindən aktivlərin keyfiyyəti;
• menecmentin keyfiyyəti (idarə edənlərin ixtisaslaşması);
• likvidlik və ya bankın tez və ağrısız öz öhdəliklərini yerinə yetirə bilmək
qabiliyyəti (likvid aktivlərin və digərlərinin nisbəti);
• gelirlilik (bir səhmə və ya bir məşğul olana gələn gəlirin səviyyəsi).
Tənzimləmə sistemi qarşısında bütün banklar, onların nə ilə məşğul
olmaları və kimə məxsus olmalarından asılı olmayaraq bərabərdirlər. Lakin
bütün ölkələrdə müxtəlif banklar - kommersiya, investisiya, əmanət, kooperativ,
səhmdar, ümumxalq və özəl banklar olduğundan, bu, tənzimləmə sisteminin
korrektə olunmasını tələb edir. nkişaf etmiş ölkələrdə bank fəaliyyəti və pul-
kredit siyasətinin qanunvericiliklə tənzimlənilməsi adətən müəyyən miqdarda
xüsusi qanunvericilik aktlarına əsaslanır ki, onların da arasında ən əsasları
Mərkəzi bank haqqında qanun və bank fəaliyyəti haqqında ümumi qanundur.
Müasir kommersiya bankları müxtəlif hüquqi formalarda yaradıla bilər.
Onlar nisbətən daha tez-tez fərdi və ya müştərək (ailəvi) banklar, qeyri-məhdud
məsuliyyətli birlikler (yaxud da ümumi partnyorlar) (yoldaşlıqlar), məhdud
məsuliyyətli birliklər (yaxud da məhdud partnyorlar, səhmdar şirkətləri və s.)
(yoldaşlıqlar), trastlar şəklində yaradılırlar.
lk iki hüquqi forma sonuncu iki formadan onunla fərqlənir ki, müəssisələrin
(bankların) sahibləri tamamilə, hər hansı məhdudiyyət olmadan öz
müəssisələrinin (filiallarının) öhdəlikləri üzrə cavabdehdirlər. Məhdud
19
məsuliyyətli yoldaşlıq (birlik) şəklində yaradılmış bankların sahibləri öz
təsisatçılarının öhdəlikləri üzrə yalnız öz pay üzvlük haqları və ya səhmdar
kapitaldakı payları həddində cavabdehdirlər. Müştərilərin vəsaitlərini trast
(etimad) əsasında cəlb edən banklar (və onların sahibləri) müştərilər qarşısında
onların əmanətlərinin toxunulmazlığı haqqında, əgər vəsaitlərin yerləşdirilməsi
zamanı "adi sayıqlıq" normalarını pozmayıblarsa, cavabdehlik daşımırlar.
lk iki hüquqi formada yaradılmış banklara (fərdi va ya müştərək banklara),
habelə qeyri-məhdud məsuliyyətli yoldaşlıqlara adətən geniş ictimaiyyətdən
(onların məsuliyyətinin hüdudlarının müəyyənləşdirilməsinin çətinlikləri
üzündən) depozitlər qəbul etmək qadağan olunur, lakin onlar bütün qalan bank
funksiyalarını yerine yetirə bilərlər, məsələn, borc almaq barədə adi özəl
(xüsusi) müqavilə əsasnda vəsait cəlb ede bilsələr ki, sonradan bunları daha
yüksək faizlə ssuda şəklində verə bilsinlər.
Bank müəssisəsinin ən geniş yayılmış hüquqi forması müxtəlif yönümləri
ilə mövcud olan məhdud məsuliyyətli yoldaşlıqlar formasıdır:
• Böyük Britaniyada yerli, "özəl və ümumi (ictimai) şirkətlər;
• ABŞ - da korporasiyalar;
• AFR-da, Yaponiyada, Fransada və başqa ölkələrdə səhmdar
cəmiyyətləri.
Adətən ən iri bankların baş (ana) şirkətinin, bir çox ayrı - ayrı banklara və
firmalara nəzarət edən maliyyə sistemində iştiraklar vasitəsilə strukturu olur.
ABŞ - da belə konsernlərin başında adətən holdinq korporasiyası durur ki,
20
konsernin aparıcı bankı da ona tabe olur. Qərbi Avropa dövlətlərində və
Yaponiyada belə holdinqin funksiyasını bilavasitə aparıcı bank həyata keçirir.
Belə konsernlərdə cəlb olunmuş depozitlərin məbləği çox hallarda on və hətta
yüz dəfələrlə konsernin öz kapitalını üstələyir. Ona görə də, bir qayda olaraq,
belə banklar üçün müvafiq dövlət idarəsində depozitlərin sığortalanması üçün
öhdəlik mövcuddur.
Kommersiya bankları müvafiq prinsiplə işləməli və müəyyən funksiyaları
yerinə yetirməlidirlər. ndiki halda kommersiya bankının ilkin müqəddəm
prinsipi real mövcud olan resurslar həddində işləməkdir. Real mövcud olan
resurslar həddində işləmək onu bildirir ki, kommersiya bankı təkcə öz resursları
ilə kapital yatırımları arasındakı kəmiyyət uyğunluqlarını təmin etməli deyil,
həm də bank aktivlərinin xarakterinin onun tərəfindən cəlb olunmuş resursların
pesifikasına uyğunluğuna nail olmalıdır. Bu, ilk növbədə onların hər ikisinin
müddətinə aiddir. Məsələn, əgər bank vəsaitləri başlıca olaraq qısa müddət üçün
qəbul edir, onları isə əsas etibarilə uzunmüddətli ssudalara yatırırsa, onda onun
likvidliyi təhlükə altında qalır. Bankın aktivlərində böyük miqdarda yüksək
riskli ssudaların olması bankdan onun resurslarının ümumi həcmində öz
vəsaitlərinin xüsusi çəkisini artırmalı tələb edir.
Kommersiya banklarının fəaliyyətinin əsaslandığı ikinci ən mühüm prinsip
iqtisadi müstəqillikdir və bu zaman bankların öz fəaliyyətlərinin nəticələri üçün
iqtisadi müstəqilliyi anlaşılır. qtisadi müstəqillik bankın öz vəsaitləri və cəlb
olunmuş resurslar, müştərilərin və əmanətçilərin seçilməsi, bankın gəlirləri
Dostları ilə paylaş: |