13
təjrübənin leqallaşması baş verərdi. Argentina 2014-ji ilin sonunadək bu yolla
getmişdir (həm də F. A. Xayekin nəzəriyyəsinə əsaslanaraq).
2.
Bank fəaliyyətinin idarə olunmaması. Bu, milli və xarici kommersiya
banklarına özünün xüsusi ticarət nişanı ilə sərbəst pul emissiya etmək ijazəsinin
verilməsindən ibarətdir. Dövlətin mərkəzi bankı bu halda pul tədavülünə nəzarət
funksiyasını itirmiş olur.
3.
Olkənin mərkəzi bankı emissiya hüququ olan kommersiya bankına
çevrilir. Milli valyuta isə onun xüsusi valyutası olur. Mərkəzi bank özü isə
özəlləşdirilir.
2014-ci ildə ictimai iğtişaşlarla nəticələnən Argentinanın təcrübəsi göstərdi ki,
«xüsusi pullar»ın daxil edilməsi prinsipi əsasında milli pul sistemində aparılan
islahatlar məhz iqtisadi böhranları dərinləşdirir, ümummilli iqtisadi risqlərin
yaranmasına səbəb olur.
14
1.2. nflyasiyayanın modelləşdirilməsinin metodoloji əsasları
nflyasiya müasir dövrdə bu və ya digər dərəcədə həm keçid iqtisadiyyatlı,
həm də bazar iqtisadiyyatlı ölkələr üçün problem olaraq qalmaqdadır . nflyasiya-
qiymətlərin ümumi səviyyəsindəki daimi artımlar və bunun nəticəsi olaraq pulun
mütəmadi şəkildə qiymətdən düşməsidir. Makkonnell və Buryuya görə, nflyasiya-
qiymətlərin ümumi səviyyəsinin yüksəlməsidir, lakin bu o demək deyildir ki, bütün
ə
mtəə və xidmətlərin qiymətləri qalxmalıdır. . nflyasiyanın artımı zamanı bir qism
ə
mtəələrin qiymətləri sabit qala, hətta müəyyən növ əmtəələrin qiymətləri isə aşağı
düşə bilər. Digər tərəfdən qiymətlərdəki birdəfəlik artım və ya sadəcə olaraq, bir
ncçə əmtəə və xidmətin qiymətindəki artım nflyasiya kimi başa düşülməməlidir.
nflyasiyanın olması üçün qiymətlərin ümumi səviyyəsinin daimi yüksəlməsi vacib
şə
rtdir . Beləliklə, nflyasiya kağız pulun hərəkəti ilə bağlı olaraq yaranan, ölkə
iqtisadiyyatın da məcmu tələb ilə məcmu təklif arasındakı uzunmüddətli tarazlığın
birincinin xeyrinə pozulması ilə əlaqədar olaraq, qiymətlərin ümumi səviyyəsinin
yüksəlməsidir
2
.
Müxtəlif iqtisadi məktəblərdə nflyasiya probleminə yanaşmalar müxtəlifdir və
Onların hər biri bu problemə öz baxışlarını işləyib hazırlamışlar. Marksist məktəbə
görə,
nflyasiya geniş təkrar istehsalın fazaları arasındakı proporsiyanın
pozulmasından, məcmu ictimai məhsulun real dəyəri ilə onun qiyməti arasındakı
disproporsiyadan doğur. nflyasiyanın səbəbləri kimi ictimai məhsulun həcmində və
strukturunda baş verən dəyişikliklər, inhisarçılıq, iqtisadiyyatın militarizasiyası,
işsizlik, eləcə də büdcə kəsiri qeyd edilir .
Monetarçı nəzəriyyənin əsasında pulun kəmiyyət nəzəriyyəsi durduğundan,
onlar nflyasiya prosesinin yeganə səbəbini pul kütləsinin artım tempinin məhsulun
artım tempini üstələməsində görürlər . M. Fridmen bu barədə yazır: « nflyasiya hər
zaman və hər yerdə istehsaldan daha çox miqdarda artan pul emissiyasmm ortaya
çıxardığı bir nəticədir» . Digər bir monetarçı A. Meltserə görə: « nflyasiyanın orta
tempi pul kütləsinin orta artım tempi ilə əlaqədar olaraq yaranır. Bu hər yerdə
keçmişdə də belə olub, indi də belədir»
4
. Monetarçılar qeyd edirlər ki,
uzunmüddətli pesrpektivdə pul tamamilə neytraldır və pul impulslarının effekti yalnız
15
qiymətlərin ümumi səviyyəsinin dinamikasında əks olunur. Yəni pul istehsalın
həcmi, investisiya və məşğulluğa heç bir əhəmiyyətli təsir etmir . Lakin qısa dövr
ə
rzində pul kütləsinin dəyişməsi istehsalın həcminə və məşğulluğa bəzi müsbət
təsirlər edə bilər, amma bu uzunmüddətli deyildir. Müəyyən müddət keçdikdən
sonra istehsalın real artımı özünün ilkin səviyyəsinə qayıdacaqdır. liununla da, onlar
Keynsin «nəzarətdə saxlanıla bilən aşağı səviyyəli nflyasiya iqtisadi artım üçün
stimuldur» ideyasını inkar edirlər. nflyasiyanın monetarçı modellərində mühüm rol
nflyasiya gözləmələrinə məxsusdur ki, bu da qiymətlərin keçmişdə qabaqcadan
müəyyən edilməsindəki səhvlərin uçotu ilə əlaqədardır.
Keynsçilər monetarçılardan fərqli olaraq, iddia edirlər ki, nflyasiya səviyyəsi
yalnız pul kütləsinin artım tempi səbəbindən deyil, nflyasiya gözləməsi, istehsalın
həcminin və işsizliyin səviyyəsinin, faiz dərəcəsinin dəyişməsi kimi səbəblərdən də
arta bilər
5
. Keyns nəzəriyyəsində nflyasiya probleminin araşdırılmasmda ingilis
iqtisadçısı Alvin Fillipsin baxışiarı mühüm əhəmiyyət lcəsb edir. Bu haqda
nflyasiyanın modelləşdirilməsinin nəzəri-metodoloji əsasları hissəsində geniş bəhs
olunmuşdur.
nflyasiya gözləmələri inflyasiya probleminin tədqiqində çox mühüm
ə
həmiyyət kəsb edir. Xartırladaq ki, nflyasiya gözləməsinin neoklassik konsepsiyası
rasional gözləmə, monetarist konsepsiyası adaptiv gözləmə Keyns konsepsiyası isə
statik gözləmə əsasında formalaşır. Neoklassiklərin irəli sürdüyü rasional gözləmə
konsepsiyasma görə, iqtisadi subyektlər malik olduqları bütün informasiyalar
ə
sasında iqtisadi konyukturanın dəyişməsinə adekvat reaksiya verərək özlərinin
nflyasiya gözləmələrinə düzəliş edə bilərlər. Bu düzəliş ilk növbədə satış şərtlərinin
dəyişidirilməsində öz əksini tapacaq. Nəticədə isə məcmu tələbin stimullaşıdırması
siyasəti hətta qısamüddətli dövrdə belə yalnız qiymətlərin səviyyəsinin yüksəiməsi,
istehsalın həcminin artamamsı və işsizliyin səviyyəsinin azalmaması ilə müşayət
olunacaq. Monetarçılar tərəfindən təklif olunan adaptiv gözləmələr konsepsiyası
Fillips əyrisini uzunmüddətli və qısamüddətli əyrilərə bölür. Qısa müddətli əyri
nflyasiyanın Keyns nəzəriyyəsi ilə üst-üstə düşür və əyri boyunca hərəkət aşağıdakı
ə
sas prinsipi ilə izah edilir: nflyasiyanın həqiqi səviyyəsi gözlənilən səviyyədən