96
həll edə bilən insanların hamısı möhkəm səbrə, güclü iradəyə,
geniş dünyagörüşünə malik, özünə güvənən, cəsarətli
şəxslərdir. Ancaq bu hər zaman belə olmur.
Bildiyimiz kimi ailədaxili problemləri asanlıqla həll etmək
hər zaman mümkün olmur. Problemləri həll etməyin əsasında
ilk olaraq tərəflər arasındakı danışıqlar, məsələləri
aydınlaşdırma, bir-birini səbrlə dinləmə durur. Əsəbləşmədən,
təmkinlə, qarşılıqlı anlaşma yolu ilə, tərəflər arasında mövcud
olan möhkəm etibar hissini əldə əsas tutaraq münaqişəni,
yaranmış problemi həll etmək mümkündür. Bu zaman
tərəflərin bir-birinə güzəştə getmək bacarığını və istəyini
hökmən nəzərə almaq lazımdır. Ancaq bəzi hallarda tərəflər
ailədə baş verən münaqişə və problemlərin həllinə laqeyd
yanaşaraq onun daha da dərinləşməsinə rəvac verirlər. Bu
zaman tərəflərin heç birisi öz səhvini görmək istəmir və bir-
birlərinə güzəştə getmirlər. Belə olan halda ailədaxili ziddiyyət
daha geniş vüsət alır, onun həll edilməsi müşkül məsələyə
çevrilir. Bu vaxt yeganə çıxış yolu tərəflərdən birisinin hökmən
güzəştə getməsi vacibdir. Güzəştə getməyin ən əsas
xüsusiyyətlərindən biri qarşı tərəfə səhv etmək imkanını
tanımaqdır. Onun üzərinə çox getməmək gərəkdir. Qarşı tərəfin
hərəkətini qınamaq, ona şübhə ilə yanaşmaq, onda səhv
axtarmağa cəhd göstərmək yersiz hesab edilməlidir. Əks
təqdirdə gələcəkdə bu qarşı tərəfin daha böyük səhvlər
etməsinə şərait yaradar. Onu da unutmamalıyıq ki, həyatda
səhvsiz adam, ideal insan yoxdur.
Mütəxəssislərin fikrincə, ailədaxili münaqişələrin
yaranmasında kişilərin işsizliyi, qadınların cəmiyyətdəki
rolunun artması böyük rol oynayır.
Bu günə kimi azərbaycanlı ailələrdə adətən əməyin
ənənəvi bölgüsü aparılıb. Yəni ər işləyib evə pul gətirir, arvad
isə evdə uşaqların tərbiyəsi və ev işləri ilə məşğul olur. Ev
işlərində və uşaqların tərbiyəsi ilə kişilərin az məşğul olması və
ya heç məşğul olmaması da ailədaxili münaqişələrə, gərginliyə,
97
yersiz söz-söhbətlərə, incikliklərə gətirib çıxarır. Ailə
münaqişələri öz səbəblərinə görə fərqlənir. Onlardan ən
önəmliləri aşağıdakılardır:
- ailə üzvlərinin özünüifadə etməsi azadlığının
məhdudlaşdırılması;
- ailənin qəbul etdiyi davranış normalarından kənara çıxması;
- ailədə əks meyllərin, əks maraqların meydana çıxması;
- ailədə tərəflərdən kiminsə tələbatının ödənilməməsi;
- ailənin avtoritar formada idarə edilməsi;
- ailədə maddi problemlərin mövcudluğu;
- ailəyə kənar müdaxilənin olması;
- ailədə qısqanclığın və xəyanətin sezilməsi;
- ailədə qarşılıqlı güzəştin olmaması;
- ailədə tərəflər arasında təkəbbürlülüyün olması;
- ailədə tərəflərin ailə məsuliyyətini lazımınca dərk etməmələri;
- ailədə tərəflər arasında qısqanclıq hissinin güclü olması;
- ailədə maddi və mənəvi təlabatlara kəskin ehtiyac duyulması;
- ailədə tərəflərin seksual disharmoniyası və s.
Ailədaxili münaqişələrin baş verməsində
özünüqiymətləndirmənin də rolu az deyildir. Çünki tərəflərdən
hər hansı biri ailədə özünü yüksək qiymətləndirirsə, bu zaman
ailədə istər-istəməz narazılıq yaranır. Ər özünü yüksək
qiymətləndirirsə, bu halda evdə ancaq onun dediyi fikir, söz və
qərarın əsas götürülməsi deməkdir. Yəni ailədə arvadın dediyi
ən ağıllı fikir belə ər tərəfindən qəbuledilməz hesab olunur. Və
bu zaman ailədaxili narazılıq, münaqişə baş verir. Amma
ailədaxili söz-söhbətin olmaması, narazılığın yaranmaması və
münaqişənin baş verməməsi üçün gərəkdir ki, tərəflərin hər
ikisi özünü adekvat qiymətləndirsinlər. Yəni tərəflər ailədə
həm öz fikirlərində, davranışlarında, münasibətlərində korrektə
etməlidirlər. Bu zaman ailədə qarşılıqlı anlaşma, qarşılıqlı
hörmət və rəftar, səmimi münasibət yaranır ki, bunun da
nəticəsində ailədaxili münaqişədən qaçılmış oluruq. Kişi heç
98
bir halda özünü qadından üstün tutmamalı, öz fikir və
qərarlarını zorla ona qəbul etdirməməlidir. Qadının ona kor-
koranə qulaq asmasına, ona itaət etməsinə təkid etməməlidir.
Yəni ailədə kişi patriarxal qaydalar tətbiq etməməlidir. Çünki
bu kimi adət-ənənələr artıq keçmişdə qalıb. Belə olan halda
müasir dövrdə yaşadığımızı, cəmiyyətdə qadınla kişinin
bərabər hüquqa malik olduğunu, qadınların düşüncə tərzində
böyük dəyişikliklərin baş verdiyini unutmamalıyıq. Deməli,
ailədə tərəflər özlərinin həm cəmiyyət qarşısında, həm də ailə
daxilində hüquqlarını, məsuliyyətlərini, ailə qurarkən
götürdükləri öhdəliklərini dərk etməli, münasibətlərində bir-
birlərini aşağıladıcı, təhqiramiz ifadələrə yol verməməlidirlər.
Ailədə sağlam düşüncə tərzi formalaşmalıdır ki, ailədaxili
münaqişələrdən qaçılmış olsun. Əgər ailədə qadınla kişi
arasındakı münasibət ədalət və bərabərliyə əsaslanırsa,
tərəflərdən biri o birisinə həqarətlə baxmırsa, biri özünü o
birisindən üstün tutmursa, bir-birinə qarşılıqlı hörmətlə
yanaşırsa, rəftar və davranışlarında bir-birinə xoş məram
nümayiş etdirirlərsə, belə ailələr uğurlu və uzunömürlü
ailələrdən olacaq. Ailədə həmçinin qarşılıqlı ehtiram, yoldaşlıq
münasibətləri hökm sürməlidir. Amma biz qadın xarakteri ilə
kişi xarakteri arasındakı bir çox fərqlərin olmasını heç də
unutmamalıyıq. Amerikan psixoloqun dediyi kimi, “Qadın
dünyası kişi dünyasından tamamilə fərqlidir”. Ailədə istər-
istəməz qadın və kişi fərqli düşüncələrə sahibdirlər. Hər iki
tərəfin özünəməxsus üstün cəhətləri vardır ki, bu zaman
tərəflər bunu nəzərə alaraq bir-birlərilə sağlam səmimi
münasibət qurmalıdırlar. Bu halda ailədə münaqişələrdən və
yersiz söz-söhbətlərdən qaçmaq mükündür.
Ailədaxili münaqişələrdən danışarkən uşaqlarla valideynlər
arasındakı münaqişələri də xüsusilə qeyd etmək lazımdır. Ailə
üzvləri arasında münasibətlərin pozulması ailədə tələbatların
ödənilməməsi zərurətindən irəli gəlir. Belə ki, ailə üzvlərinin
maddi (mənzil, ərzaq, geyim və s.) tələbatları ilə yanaşı mənəvi
Dostları ilə paylaş: |