Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

49 
 
«Nəhcül-bəlağə,  Xaliqin  dediklərindən  aşağı,  məxluqun  [insanların]  dediklərindən  olduqca 
üstündür.» 
Əlinin (ə) məqamını  yalnız o zaman dərk etmək olar ki, onun  yiyələndiyi elmlərlə, xüsusilə də 
fəsahət və bəlağət elmləri ilə tanışlığın olsun. Belə ki, onun elm və zəkası hamını heyran qoymuş, 
hətta  düşmənlərini  də  bu  e᾽cazkarlıqları  e᾽tiraf  etməyə  vadar  etmişdir.  Elmlə  yanaşı  o,  özünün 
iman  və  təqvası  ilə  də  fərqlənərək  kamil  insan  simvoluna  çevrilmişdir.  O,  eyş-işrətə  və  dünya 
ləzzətlərinə  göz  yumar,  hər  zaman  təqvanı  me᾽yar  tutardı.  Hakimiyyət  məsələsi  meydana 
çıxdıqda,  Əbu  Bəkrin  idarəetmə  üsulunu  qəbul  etmək  şərtilə  xilafəti  ona  təqdim  etməyə  hazır 
olurlar. O isə buna razı olmayaraq, necə olursa-olsun haqq-ədaləti hər şeydən üstün tutur, dövlət 
idarəetmə üsulunu yalnız Qur᾽anda görürdü. Müaviyə Şamda hakimiyyəti ələ keçirdikdən sonra, 
öz mövqeyini  möhkəmləndirmək üçün, hətta bir gün  də olsun onun hakimiyyətdə olmasına  razı 
olmurdu.  Çünki  o,  bunun  acınacaqlı  aqibətini  əvvəlcədən  görür  və  nə  ilə  nəticələnəcəyini  çox 
gözəl şəkildə dərk edirdi. 
ÜÇÜNCÜ FƏSİL 
QUR᾽ANIN E᾽CAZI HAQDA İRƏLİ SÜRÜLƏN MÜLAHİZƏLƏR VƏ ONUN CAVABLARI 
1. Qur᾽anda ədəbi səhvlər; 
2. Qur᾽anın e᾽cazı hamı tərəfindən dərk olunurmu?; 
3. Qur᾽anla mübarizə mümkündürmü?; 
4. Qur᾽an əvvəlki səmavi kitablarla müxalifdirmi?; 
5. Qur᾽andakı ziddiyyətsizlik; 
6. Qur᾽anın e᾽cazı rədd olunasıdırmı?; 
7. [Qur᾽anla] mübarizə aparmaqdan çəkinməyin dəlilləri; 
8. Qur᾽anın tərtib olunması ilə onun e᾽cazı arasında olan mütənasiblik; 
9. Qur᾽anın bəyan üsulu ilə şair və yazıçıların üsulları arasındakı fərqlər; 
10. Qur᾽anla mübarizə. 
QUR᾽ANDA ƏDƏBİ SƏHVLƏR 
Qur᾽an  öz  müxaliflərini  daim  mübarizə  meydanına  çağırmış  və  onlardan  iddialarını  sübuta 
yetirmək  üçün  öz  ayələrinə  bənzər  heç  olmasa  kiçik  bir  nümunə  gətirmələrini  tələb  etmişdir. 
Lakin,  onlar  həmişə  olduğu  kimi,  buna  qadir  olmadıqlarını  görüb  bu  işin  qarşısında  aciz 
olduqlarını e᾽tiraf etmişlər. 


50 
 
Rüsvayedici  məğlubiyyətə  uğrayan  müxaliflər  yeni-yeni  mübarizə  yollarına  əl  atır  və  bu  ağır 
məğlubiyyət ilə heç cür razılaşa bilmirdilər. Onların növbəti iradı, guya Qur᾽anda ədəbi səhvlərin 
mövcud olması idi. 
Təəssübkeş  və  inadkar  insanların  Qur᾽ana  tutduqları  və  heç  bir  məntiqə  əsaslanmayan  ədəbi 
səhvlər haqqında: 
1-ci səhv; 
Onlar  deyirlər  ki,  Qur᾽anda  istifadə  olunan  bə᾽zi  cümlələr  ərəb  dilinin  leksika,  orfoqrafiya, 
fəsahət  və  bəlağət  elmləri  ilə  tamamilə  ziddiyyət  təşkil  edir.  Onların  irəli  sürdükləri  belə  bir 
əsassız iddianı biz iki yolla batil edə bilərik. 
1.  Qur᾽an,  fəsahət  və  bəlağət  incəliklərinin  sirlərinə  yiyələnmiş  şair  və  ədiblərin  yaşadıqları 
zaman  və  məkanda  [Məkkədə]  nazil  olmuşdur.  Əgər  belə  bir  şeyə  yol  verilsəydi,  dövrün  söz 
ustaları  tərəfindən  diqqətlə  araşdırılar  və  ən  əlverişli  mübarizə  üsullarından  birinə  çevrilərdi. 
Beləliklə onlar qarşılaşdıqları maneəni birdəfəlik dəf edə bilərdilər. Digər tərəfdən isə, biz bunu 
tarixi  kitablarda  və  ya  heç  olmasa  müxaliflər  tərəfindən  nəql  olunmuş  «rəvayətlərdə»  görərdik. 
Lakin istər dost, istərsə də düşmənlər arasında belə bir cərəyanın baş verdiyini müşahidə etmirik. 
2.  Qur᾽an  nazil  olarkən  hələ  ərəb  dilinin  qarammatikası  bir  elm  kimi  formalaşmamışdı  və  o 
dövrün  məşhur  ədib  və  şairləri  tərəfindən  qarammatik  təhlillər  aparılmırdı.  Bu  sahədə  yalnız 
Qur᾽an  nazil  olub  qurtardıqdan  sonra  araşdırma  və  təhqiqatlar  aparmağa  ehtiyac  duyuldu. 
Beləliklə,  ərəb  dilinin  qarammatik  qanunları  tərtib  olundu  və  burada  Qur᾽an  ən  başlıca  me᾽yar 
götürüldü. 
Demək, Qur᾽anla tətbiq olunmayan qarammatik qanunlar nöqsanlı və e᾽tibarsız hesab olunur. 
Bütün  bunlarla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  Qur᾽anda  istifadə  olunan  «ziddiyyətli  ifadələri» 
yalnız  o  zaman  fərz  etmək  olardı  ki,  o,  bütün  Qur᾽an  qariləri  tərəfindən  təsdiq  olunmuş  olsun. 
Yox  əgər  ixtilaf  onlardan  birinin  qiraətində  müşahidə  olunarsa,  bunu  ümumilikdə  deyil,  yalnız 
onun  özünün  batil  qiraətə  yiyələndiyini  deyə  bilərik.  Və  kimlərinsə  yanlış  qiraəti  Qur᾽anın 
böyüklüyünə heç bir xələl gətirə bilməz. Çünki bütün mö᾽təbər qiraətlərə, Peyğəmbərdən (s) nəql 
olunmuş mütəvatir hədislərdə işarə olunmuşdur. 
QUR᾽ANIN E᾽CAZI HAMI TƏRƏFİNDƏN DƏRK OLUNASI DEYİLDİR 
2-ci səhv: 
Onlar deyirlər ki, insanlar Qur᾽an kimi ikinci bir kitab gətirə bilməsələr də biz, heç bir fəsahətli 
kəlamı mö᾽cüzə adlandıra bilmərik. Çünki, fəsahət və bəlağət elmlərinə yiyələnmək hamıya deyil, 
yalnız bu sahədə iste᾽dad və bacarığı olan şəxslərə müyəssər olur. Bir halda ki, mö᾽cüzə göstərən 
şəxsləri təsdiq etmək, daha dəqiq desək, onlara iman gətirmək üçün, mö᾽cüzəni hamı dərk edib 
başa düşməlidir. 
Cavab: 


51 
 
İrəli  sürülən  bu  iddia  da  birinci  iddia  kimi  olduqca  zəif  və  əsassızdır.  Çünki,  onların  təsəvvür 
etdikləri kimi mö᾽cüzəni tanımaq üçün lazım olan şərtlərdən biri də, heç də onun hamı tərəfindən 
dərk  olunması  deyildir.  Əgər  biz  belə  bir  şərti  qəbul  edəriksə,  onda  peyğəmbərlər  tərəfindən 
göstərilən  mö᾽cüzələri  mö᾽cüzə  hesab  etməməliyik.  Çünki,  mö᾽cüzələrdən  hər  biri  bir  və  ya  bir 
neçə baxımdan hamı üçün dərk olunası olmamışdır. 
Mö᾽cüzəni yalnız ona oxşar elmlərə yiyələnən şəxslər dərk etmiş və sonralar başqalarına da onlar 
tərəfindən  mütəvatir  və  ardıcıllıqla  nəql  və  sübut  olunmuşdur.  Qur᾽an  isə,  bir  qədər  əvvəl 
dediyimiz kimi, ilahi peyğəmbərlərin mö᾽cüzələrindən fərqli olaraq, özünəməxsus xüsusiyyətlərə 
malikdir.  Belə  ki,  peyğəmbərlər  ehtiyac  duyularkən  xüsusi  şəraitlərdə  mö᾽cüzələr  göstərmiş  və 
zaman keçdikcə ya unudulmuş, ya da öz tə᾽sirini itirmişdir. Nə vaxta qədər ki, müsəlman ümməti 
və ərəb dilinin incəliklərinə yiyələnən şəxslər var, Qur᾽an əbədi mö᾽cüzə olaraq yaşayacaqdır. 
QUR᾽ANLA MÜBARİZƏ APARMAQ MÜMKÜNDÜRMÜ? 
3-cü səhv: 
Onlar deyirlər ki, ərəb dilinə yiyələnən hər bir şəxs, Qur᾽anda istifadə olunan və ya onlara oxşar 
ifadələrdən istifadə etməklə Qur᾽ana oxşar ikinci bir kitabı asanlıqla tərtib edə bilər. 
Cavab: 
Bu  mövzu  ətrafında  bəhs  etməyə  belə  dəyməz.  Çünki,  bir  şəxsin  Qur᾽anda  istifadə  olunan 
ifadələrdən  istifadə  etməsi  heç  də  o  demək  deyildir  ki,  o,  Qur᾽an  kimi  ikinci  bir  kitabı  tərtib 
etməyə qadir və bacarıqlıdır. 
İxtiyarında tikintiyə lazım olan bütün avadanlıqlar qoyulan Hər bir şəxs uca və gözəl saraylar tikə 
bilərmi? Əgər onların irəli sürdükləri bu iddia doğrudan da mümkün olsaydı, onda bütün ərəb dilli 
xalqlar ixtiyarlarında olan söz ehtiyatından istifadə edərək fəsahətli və bəlağətli xütbələr oxuyar 
və dinləyiciləri heyran qoyardılar. 
Sanki onlar da «Nizam» və onun ardıcılları kimi «Sərfə» nəzəriyyəsini irəli sürməklə irad tutmaq 
istəmişlər. Nizamçılar belə bir əqidəyə əsaslanırlar ki, Qur᾽an kimi ikinci bir kitab yazmaq qeyri-
mümkündür  və  bunun  səbəbi  yazıçının  acizliyində  deyil,  Allah-taalanın  bu  yolda  çalışanları 
hədəflərinə  çatmaqda  nakam  qoymasıdır.  Amma  bütün  bunlar  Qur᾽anın  mö᾽cüzə  olmasına  əsla 
dəlalət  etmir.  Lakin  onların  irəli  sürdükləri  bu  nəzəriyyəni  iki  əsaslı  səbəbə  görə  qəbul  etmək 
qeyri-mümkündür. 
1.  Əgər  «Sərfə»  dedikdə,  Allah-taalanın  bütün  insanlara  Qur᾽an  kimi  ikinci  bir  kitab  yazmaq 
bacarığı verə bildiyi halda, bunu heç kimə verməməsi nəzərdə tutulsa, tamamilə düz bir fikirdir. 
Lakin  belə  olduqda  «Sərfə»  nəzəriyyəsi  təkcə  Qur᾽ana  deyil,  peyğəmbərlərin  bütün 
mö᾽cüzələrinə şamil olardı. 
Yox  əgər  «Sərfə»  nəzəriyyəsindən  məqsəd,  bəşəriyyətin  Qur᾽an  kimi  ikinci  bir  kitab  tərtib 
etməyə  qadir  olması,  lakin  Allah-taalanın  bu  işdə  onlara  maneçilik  törətməsi  olsa,  belə  bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə