Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   2   3   4   5   6   7   8   9   ...   81


 
Bu  təfsirdə  qrammatik  qanunlara  və  ədəbi  mövzulara  işarə  etməyəcək,  əvəzində  isə  Qur᾽anın 
müxtəlif mə᾽nalarına toxunan mövzular haqqında söhbət açacağıq. Çünki, Şeyx Tusi «Tibyan»da, 
Təbərsi  «Məcməul-bəyan»da,  Zəməxşəri  «Kəşşaf»da  qrammatik  və  ədəbi  mövzular  ətrafında 
geniş mə᾽lumatlar vermiş və nəzərə çarpan bütün çətinlikləri qismən də olsa, aradan qaldırmışlar 
və biz yalnız onların toxunmadıqları mövzulara işarə edəcək və müxtəsər şəkildə təfsir edəcəyik. 
Burada, siz əziz oxucuların diqqətini bir neçə məsələyə cəlb etmək istəyirəm: 
a) İstinad etdiyimiz mövzular bunlardan ibarətdir: 
1. Qur᾽anın zahiri ayələri; 
2. Qur᾽anın hamıya bəlli olan açıq-aşkar ayələri; 
3. Sənəd baxımından mö᾽təbər olan mütəvatir hədis və rəvayətlər; 
4. Əhli-beyt (ə) tərəfindən nəql olunmuş hədislər; 
5. Sağlam fitri əql. Çünki əql xarici və batini dəlil hesab olunur. 
Belə ki, Peyğəmbər (s) və onun pak Əhli-beyti bizim üçün zahiri (xarici) dəlil hesab olunur. 
b) Adətən təfsir etmək istədiyimiz ayəni digər ayələrin məfhumu ilə izah etməyə çalışacağıq. Bir 
sözlə, Qur᾽anı dərk etmək üçün ilk növbədə onun özündən istifadə etmişik və eyni zamanda təfsir 
etdiyimiz ayələrə dəlalət edən hədis və rəvayətlərdən də sübut və dəlil kimi istifadə etmişik. 
* * * 
Müqəddimədə  təfsirin  özü  ilə  bilavasitə  bağlı  olan  mətləblərə  işarə  edilmişdir.  Bu  mə᾽lumatlar, 
təfsir elmində hələ toxunulmayan məsələlərin açılmasında və müfəssirin təfsir sahəsində istifadə 
etdiyi  üsullardan  agah  olmasında  xeyirli  ola  bilər.  Biz  bu  kimi  məsələləri  təfsirə  başlamazdan 
əvvəl araşdırır və adını «Qur᾽an təfsirinə giriş» qoyuruq. 
Burada  Qur᾽anın  e᾽cazı,  dəyişikliyə  yol  verilməməzliyi,  əbədi  olaraq  vahid  formada  qalaraq 
qorunacağı və bu kimi mətləblər ətraflı izah edilmişdir. Bu kitabı yazıb başa çatdırmaqda Allah-
taaladan  müvəffəqiyyət  arzulayıram  və  həmçinin  Ondan  bu  kiçik  işimizi  Qur᾽ana  xidmət  kimi 
qəbul etməsini diləyirəm. 
BİRİNCİ FƏSİL 
QUR᾽ANIN ƏZƏMƏTİ QARŞISINDA 
1. Qur᾽an — Qur᾽an və hədis baxımından; 
2. Qur᾽an ayələrinin fəziləti və oxunma qaydaları; 
3. Qur᾽an tilavətinin fəziləti haqqında uydurulmuş hədislər; 
4. Qur᾽an [ayələrinin] mə᾽nalarında diqqət və təfəkkür. 



 
QUR᾽AN — QUR᾽AN VƏ HƏDİS BAXIMINDAN 
Söhbət  Qur᾽anın  fəzilətindən  düşsə,  yaxşı  olar  ki,  bu  barədə  danışmaq  istəyən  özünü  onun 
əzəməti qarşısında kiçik saysın, onun dərin mə᾽nalarını dərk etməkdə aciz olduğunu e᾽tiraf etsin. 
Bəlkə də bu, səmimi bir e᾽tiraf Qur᾽an barəsində nə isə deməkdən daha münasib olardı?! 
İnsan müvəqqəti, (əql və qüdrət baxımından) məhdud və naqis varlıq olduğu  bir halda, özünün 
elm  və qüdrəti  hər  şeyi əhatə edən mütləqiyyəti, hər şeyi  yoxdan  yaradan kamil bir varlığı dərk 
edə bilərmi? 
Hər  hansı  bir  yazıçının  qələmi  və  ya  çıxış  edən  natiqin  bəyan  tərzi  nə  qədər  güclü  olsa  da, 
Qur᾽andan üstün və ya ona bərabər bir şey ifadə edə bilərmi? Məhdud bir varlıq özü kimi məhdud 
varlıqdan başqa bir vücudu vəsf və ya tə᾽rif etməyi bacararmı? 
Qur᾽anın  əzəmətini  layiqincə  bəyan  etməyə  qadir  olan  yalnız  onun  öz  ayələri  və  bəşəriyyətin 
(həzrət Peyğəmbər (s)) vasitəsilə haqqa hidayət, habelə xoşbəxt həyatlarının tə᾽min olunmalarının 
mö᾽cüzəsi ola bilər. 
Bu asimani kitab əsrlər boyu bəşəriyyətin xoşbəxt həyat tə᾽minatçılığını və eyni zamanda onların 
üzərində olan rəhbərliyi öz öhdəsinə götürmüşdür. 
Qur᾽anın bir çox ayələrində bu haqda deyilir: 
«Həqiqətən, bu Qur᾽an [bütün bəşəriyyəti] ən doğru yola [islama] yönəldir». (9/17). 
«Bu  Qur᾽an  elə  bir  kitabdır  ki,  onu  sənə,  insanların  öz  Rəbbinin  izni  ilə  zülmətlərdən  nura 
[küfrdən  imana],  həm  də  yenilməz  qüvvət  sahibi  və  hər  cür  tə᾽rifə,  şükrə  layiq  olan  Allahın 
yoluna [islam dininə] çıxartmaq üçün nazil etmişdir». (1/14). 
«Bu,  [belə  əhvalatlar]  insanlardan  [xalqdan]  ötrü  [olub  keçənlərə  dair]  bir  xəbər,  müttəqilərdən 
ötrü isə doğru yola göstəriş və nəsihətdir». (138/9). 
Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir: 
«Allah-taala bütün varlıqlardan üstün olduğu kimi, Onun buyurduqları da bütün söylənilənlərdən 
üstün və fəzilətlidir.» 
Demək, Qur᾽anın fəziləti haqda nəyi isə söyləmək insanların bacarıq və qüdrətindən xaricdir. Və 
belə olduğu bir halda, bu işi Qur᾽anın özündə yaşayan, onunla hidayət olub başqalarını da hidayət 
edən Əhli-beytin (ə) və Qur᾽an həqiqi mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır. 
Qur᾽anın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz onlardır. 
Belə  ki,  Qur᾽anı  bəşəriyyətə  çatdıran  və  onları  şər᾽i  hökmlərlə  tanış  edən  şəxs,  onların  (Əhli-
beytin)  cəddi  həzrət  Məhəmməd  (s)  olmuşdur.  Onun,  Qur᾽anın  fəziləti  haqqında  buyurduğu 
hədislərdən birində deyilir: 



 
«Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və ağır əmanət qoyub gedirəm. Qur᾽an və 
Əhli-beytimi. Bu  iki əmanət  qiyamət  gününədək  bir-birindən  ayrılmayacaqdır  və  o  gün  Kovsər 
hovuzunun kənarında mənə qovuşacaqlar.» 
Buradan belə mə᾽lum olur ki, Peyğəmbər (s) və onun Əhli-beyti Qur᾽anı hamıdan daha çox dərk 
etmiş, özlərində yaşadaraq ona iman gətirmiş və bundan sonra xalqı haqqa doğru hidayət etmişlər. 
Belə  isə,  Qur᾽anı  yaxından  dərk  etmək  üçün  onlar  tərəfindən  nəql  olunmuş  hədisləri  nəzərdən 
keçirib, onların haqq yoluna qoşulmalıyıq. 
Qur᾽anın  fəziləti  haqqında  Əhli-beyt  (ə)  tərəfindən  onlarlca  hədis  və  rəvayət  nəql  olunmuşdur. 
Əllamə Məclisi bu hədisləri «Biharul-ənvar»ın 19-cu cildində bir yerə toplayaraq ayrıca bir fəsil 
tərtib etmişdir. Burada həmin hədislərdən bir neçəsini təqdim edirik: 
Birinci hədis: 
Haris Həmdani deyir:  «Günlərin bir günündə məscidə daxil olub orada bir dəstə şəxsin faydasız 
mübahisələrə  məşğul  olduğunu  gördüm.  Əli  (ə)-ın  yanına  gedib  gördüklərimi  ona  danışdım. 
Buyurdu: Doğrudanmı sən bunları özün müşahidə etdin? Dedim: Bəli. Sonra buyurdu: Haris! Bir 
gün  Peyğəmbər  (s)  mənə  bu  sözləri  dedi:  «Çox  keçməz  (müsəlmanlar  arasında)  fitnə  və 
qarşıdurmalar  yaranar.»  Dedim: Ya Rəsuləllah! Bunlardan  necə  yaxa  qurtara  bilərik? Buyurdu: 
«Siz  Allahın  nazil  etdiyi  Qur᾽anla  bütün  ixtilaf  və  qarşıdurmalarınızı  aradan  qaldıra  bilərsiniz. 
Onun vasitəsilə haqq ilə batil bir-birindən asanlıqla ayrılar. Qur᾽an elə bir kitabdır ki, orada nə bir 
kəlmə  zarafat,  nə  də  bir  mə᾽nasız  ifadələrə  rast  gəlmək  olar.  O  elə  bir  kitabdır  ki,  zalım  və 
sitəmkarlar onu özlərindən uzaq etmək istəyirlər. Allah-taala da onları xar edərək fəlakətə düçar 
edər. Hər kim hidayət yolunu Qur᾽andan ayrı bir vasitələrlə axtararsa, şübhəsiz, yolunu azacaq və 
zəlalətə  düçar  olacaqdır.  Qur᾽an  Allahla  insanlar  arasında  olan  qırılmaz  rabitədir.  Bəşəriyyəti 
haqqa  hidayət  edən  Qur᾽an,  nəfsani  istəklər  və  əhrimənlər  tərəfindən  dəyişilməsi  mümkün 
olmayan  hikmətlə  dolu  bir  kitabdır.  Qur᾽an  keçmişdə  və  gələcəkdə  baş  verən  əhvalatları  əhatə 
edir. 
Qur᾽an  vasitəsilə  dillər  təhrif  və  dəyişikliklərdən  qorunar  və  heç  bir  faydası  olmayan 
mübahisələrə birdəfəlik son qoyular. Alim və mütəfəkkirlər Qur᾽an ayələri ətrafında araşdırmalar 
aparar və heç vaxt yoruldum deməzlər. İllər, əsrlər keçdikcə, Qur᾽an öz mö᾽cüzəsini saxlayar və 
aşiqlərinin qəlbində daha dərin izlər qoyar. 
Qur᾽an hətta cinləri belə, heyrətə gətirmiş və onlar Qur᾽an haqqında bu sözləri demişlər: 
«Biz  çox  qəribə,  təsəvvüredilməz  dərəcədə  gözəl  olan  bir  Qur᾽an  eşitdik.  O,  [xalqa]  haqq  yolu 
göstərir. Biz ona iman gətirdik». 
Qur᾽anla  danışanların  sözü  kəsərli  və  məntiqli  olacaqdır.  Onunla  qəzavət  edən  şəxsin  çıxardığı 
hökm ədalətli, öz əməllərini onunla tətbiq edən şəxslərin aqibəti isə xeyirlə nəticələnəcəkdir. Hər 
kim insanları Qur᾽ana doğru çağırarsa, onları haqqa hidayət etmiş olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə