Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

19 
 
1.  Ruzbəhanın  burada  Allah-taalaya  nisbət  verdiyi  işlər  heç  bir  hiss  orqanı  ilə  dərk  olunmayır. 
Bunu yalnız əql və şüur yolu ilə dərk etmək olar və bu yolu isə, Əş᾽ərilər öz üzlərinə bağlamışlar. 
Çünki,  əgər əql  yaxşı ilə pisi ayırd etməyə qadir  olmasa, onda Allahın da verdiyi  və᾽dlərə  əməl 
etməməsinə, heç də qeyri-adi hal kimi baxılmayacaqdır. 
2.  Bütün  bunlarla  yanaşı  Ruzbəhan,  keçmiş  peyğəmbərlərin  hamılıqla  mö᾽cüzəyə  malik 
olduqlarına  əsaslanaraq,  mö᾽cüzənin  iftiraçı  şəxslər  tərəfindən  həyata  keçə  bilməməsini  bəyan 
edir. 
Amma bu məsələyə tərəddüdlə yanaşan şəxslər Allahın, mö᾽cüzənin əməli-saleh və sadiq insanlar 
vasitəsilə  həyata  keçirməsinə  qətiyyətlə  inanmırlar.  Nəticədə  onlar  mö᾽cüzəni,  peyğəmbərliyi 
sübuta yetirən me᾽yar kimi qəbul etmirlər. 
3.  Ruzbəhan  deyir:  Əgər  əql  baxımından  hər  hansı  bir  işin  görülməsi  və  ya  tərk  olunması  eyni 
səviyyədə olarsa və əql onlardan hansının  yaxşı və  ya pis olduğunu dərk etməyə qadir  olmazsa, 
hər  şeyə  qadir  olan  və  görəcəyi  işlər  üçün  məs᾽uliyyət  daşımayan  (kimsə  tərəfindən  nəzərdə 
olmayan)  bir  varlıq,  (Allah)  öz  adətini  dəyişərək  mö᾽cüzəni  əməli-saleh  insanların  ixtiyarına 
qoyduğu kimi, onu yalançı və fırıldaqçı şəxslərin də ixtiyarına qoya bilər. 
4.  Adət,  dəfələrlə  təkrar  olunan  işlərin  nəticəsində  meydana  gəlir.  Və  təkrar  olaraq  baş  verən 
işlərin  də təbii  ki,  müəyyən  zamana  ehtiyacı  vardır. Belə  olduğu  bir  halda, iş  və  hadisələr  adət 
halını almazdan əvvəl ilk peyğəmbərin həqqaniyyətini hansı dəlillərlə sübuta yetirmək olar? 
Gələcək  fəsillərdə  Əş᾽ərilər  və  onların  bu  barədə  irəli  sürdükləri  nəzəriyyələr  haqda  söhbət 
açacağıq. 
MÖ᾽CÜZƏLƏR ARASINDA OLAN OXŞARLIQ 
Bir qədər əvvəl qeyd etdik ki mö᾽cüzə, kimsənin qadir olmadığı, təbii qununlardan fərqlənən və 
yalnız Allahın izni ilə peyğəmbərlər tərəfindən yerinə yetirilən qeyri-adi işlərə deyilir. 
Amma  mö᾽cüzəni  tanımaq  heç  də  hamıya  müyəssər  olmayır.  Mö᾽cüzəni  yalnız  o  kəslər  tanıya 
bilər  ki,  həmən  mö᾽cüzəyə  oxşar  elm  və  fənlərə  dərindən  yiyələnmiş  olsun.  Çünki,  alim  və 
mütəxəssislər  yiyələndikləri  elm  və  fənlərin  sirlərini  başqalarından  daha  dəqiq  və  daha  ətraflı 
dərk edirlər. Və belə bir halda yalnız onlar mö᾽cüzənin kimin üçün mümkün, kimin üçünsə qeyri-
mümkün olduğunu bilirlər. 
Bu səbəbdən də elm adamları mö᾽cüzəni hamıdın tez təsdiq etmiş, sair insanlar isə əksinə olaraq, 
bə᾽zən ona şübhə ilə yanaşmış və hətta bir çox hallarda onu inkar da etmişlər. 
Onlar belə güman edirlər ki, mö᾽cüzə iddiası edən şəxslər bunları hər hansı bir elm və ya fənnə 
yiyələnməklə həyata keçirirlər. Buna görə də onlar daim mö᾽cüzəyə şəkk-şübhə ilə yanaşmışlar. 
Bu  səbəbdən  də  ilahi  hikmət,  mö᾽cüzənin  cəmiyyətdə  geniş  yayılmış  işlərə  aşkar  olaraq  uyğun 
olmasını tələb edir. Allah öz peyğəmbərinə geniş yayılmış elm və fənlərə oxşar mö᾽cüzələr verir 


20 
 
və onun məqamını, şan-şöhrətini hamının  nəzərində ucaldır. Demək,  zəmanəsinin  peyğəmbəri o 
dövrün  yayılmış  elm  və  sənətinə  oxşar  mö᾽cüzələr  göstərmiş  və  bu  yolla  yaşadığı  məntəqənin 
tanınmış və nüfuzlu şəxsiyyətlərini özünə cəlb edə bilmişdir. Belə olduğu bir şəraitdə insanların 
əksəriyyəti  həqiqətdən  agah  olur,  ən  başlıcası  isə  Allah-taala  öz  höccətini  onların  [insanların] 
üzərində tamamlayır. 
Bu ilahi qanuna əsasən, tarixə nəzər saldıqda baxıb görürük ki, sehrkarlıq və cadugarlıq baş alıb 
getdiyi  bir  gündə  Allah-taala  həzrət  Musa  (ə)-a  əsanı,  Yunan  tibbi  aləmə  səs  saldığı  vaxtda  isə 
həzrət İsa (ə)-a ağır xəstələri, hətta ölüləri diriltməyi mö᾽cüzə olaraq bəxş edir. 
Həzrət  Musa  (ə)  öz  əsasını  sehrkarların  qarşısına  atır  və  əsa  Allahın  izni  ilə  əjdahaya  dönüb 
onların bütün sehr alətlərini udur və beləliklə də, başda cadugarlar olmaqla, yəhudilərin böyük bir 
hissəsi  Musa  (ə)-a  iman  gətirir.  Çünki,  onlar  sehr  və  cadunun  nə  olduğunu  bilir  və  Musa  (ə)-ın 
mö᾽cüzəsini isə ilahi qeyb tərəfindən olduğunu da yaxşıca dərk edirdilər. 
İsa  (ə)-ın  zamanında  da  biz  həmən  həqiqətin  bir  daha  şahidi  oluruq.  Yunan  tibbi  yunanların 
müstəmləkəsi  olan  Suriya  və  Fələstin  ərazilərində  özünün  son  inkişaf  mərhələsinə  çatdığı  bir 
vaxtda Allah-taala, İsa (ə)-ı məhz burada peyğəmbərliyə seçir, mö᾽cüzə yolu ilə ağır xəstələri və 
ölüləri  diriltməyi  onun  ixtiyarına  qoyur.  Musa  (ə)-ın  dövründə  olduğu  kimi,  Yunan  təbibləri  də 
İsa  (ə)-ın  mö᾽cüzəsinin  qarşısında  diz  çöküb  onun  göstərdiyi  mö᾽cüzələrin  ilahi  qeybdən 
qaynaqlandığını dərk edir və ona iman gətirirlər. 
Bir  anlığa  qayıdaq  Ərəbistan  yarmadasının  cahiliyyət  dövrünə.  Onların  ictimai  həyat  tərzini 
nəzərdən keçirdikdə baxıb görürük ki, cahil ərəblərin məharətlə yiyələndikləri və fəxr edəcəkləri 
yeganə  şey  vardırsa,  o  da  onların  şe᾽r  sənətində  əldə  etdikləri  fəsahət  və  bəlağətdir.  Müxtəlif 
qəbilələrin  söz  ustadları  şəhərin  mərkəzində  şe᾽r  məclisləri  qurur  və  orada  özlərinin  ən  gözəl 
şe᾽rlərini oxuyurdular. Burada oxunan şe᾽rlər  adətən özünütə᾽rif  və  ya başqalarını  tənqid-təhqir 
xarakterini daşıyırdı. Şairlərin sayı artıqda onlar mərkəzi bazarlarda toplanır və öz iste᾽dadlarını 
fəxrlə  nümayiş  etdirirdilər.  Şairlər  arasında  münsiflər  hey᾽əti  seçilir  və  ilin  ən  gözəl  şe᾽ri  elə 
oradaca e᾽lan olunurdu. 
Şairlər  çoxaldıqca  oxunan qəsidələrin  sayı  da  çoxalır  və  onlardan  ən  yaxşısını seçmək  daha  da 
çətinləşirdi.  Belə  ki,  münsiflər  hey᾽əti  yeddi  ən  gözəl  qəsidəni  seçib  onları  Kə᾽bənin 
divarlarından asmaq qərarına gəlir. Şe᾽rlər qızıl su ilə yazılır və camaat arasında «qızıl şe᾽rlər» və 
ya «muəlliqati səb᾽ə» [yeddi asılmış şe᾽r] adlanırdı. Münsiflər hey᾽ətinə Nabicə Zibyani rəhbərlik 
edirdi. O, həcc ziyarəti zamanı Məkkənin Ukkaz bazarına gələr və yeni yazılmış şe᾽rləri oxuyardı. 
Ehtiram  əlaməti  olaraq  Zibyani  üçün  qırmızı  çadır  qururlar  və  şairlər  növbə  ilə  onun  görüşünə 
gəlib  yeni  qəsidələrini  ona  təqdim  edirdilər.  O,  da  şe᾽rləri  diqqətlə  dinləyir  və  ən  gözəl  şe᾽r 
ustalarına fəxri mükafatlar təqdim edirdi. (Şuəraul Nəsraniyyə, 2/640. Beyrut çapı). 
Şe᾽r  və  ədəbiyyatın  inkişaf  etdiyi  belə  bir  dövrdə  həzrət  Məhəmməd  (s)  Allah  tərəfindən 
peyğəmbərliyə  seçilir  və  qiyamətə  qədər  qüvvədə  olacaq  müqəddəs  Qur᾽anı  ona  vəhy  edir. 
Şöhrəti  bütün  Ərəbistan  yarmadısana  yayılmış  şe᾽r  ustaları  Qur᾽an  ayələrini  oxuyaraq  onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə