Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   8   9   10   11   12   13   14   15   ...   81

25 
 
Ya  Rəsuləllah!  Allahın  sənə  əmr  etdiyi  haqq  yolunu  davam  etdir!  Biz  də  son  damla  qanımıza 
qədər bu yolda sənə yardımçı olacağıq. And olsun Allaha! Biz sənə Bəni-israilin Musa (ə)-a «Sən 
öz Allahınla birgə vuruş, biz isə burada səni gözləyəcəyik!» söylədiklərini deməyəcəyik. Biz sənə 
deyirik:  «Allahın  sənə  yardımçı  olsun  və  get  düşmənlərinlə  vuruş.  Biz  də  son  nəfəsimizə  kimi 
sənə  yardımçı  olacaq  və  tutduğun  haqq  yolda  cihad  edəcəyik.  And  olsun  səni  haqq  olaraq 
peyğəmbərliyə  göndərən  Allaha!  Əgər  bizi  dəhşətli  tufanlardan  keçərək  Həbəşistana  doğru 
hərəkət etməyimizi əmr etsən, son mənzilədək səninlə birgə olacaq və bu yolda əlimizdən gələni 
əsirgəməyəcəyik.» Peyğəmbər (s) Miqdada öz təşəkkürünü bildirib onun üçün xeyir-dua etdi.» 
Miqdad  elm  və  fədakarlığı  ilə  şöhrət  tapmış,  haqqı  söyləməkdən  çəkinməyən  və  bütpərəstliklə 
mübarizə aparan  qabaqcıl  müsəlmanlardan  idi. Onun kimi, Peyğəmbər  (s)-ın ətrafını  əhatə  edən 
mö᾽minlər onlarca idi. 
Qur᾽an,  bütləri  özlərinə  tanrı  bilən  daşürəkli  insanlardan  olan  düşmənlərə  qarşı  barışmaz, 
mö᾽minlərə  isə  mehriban  olan  haqsevər  insanlar  tərbiyə  etdi.  Qur᾽an,  səksən  il  ərzində 
müsəlmanları, başqalarının səkkiz yüz il müddətində nail ola bilmədikləri qələbəyə çatdırdı. 
Peyğəmbər  (s)-ın  səhabələrinin  tarixini  digər  peyğəmbərlərin  səhabələri  ilə  müqayisə  etsək 
görərik  ki,  onların  qısa  müddət  ərzində  əldə  etdikləri  zəfər  və  müvəffəqiyyətlərin  əsas  səbəbi, 
müsəlmanların Qur᾽ana olan bağlılıqları və ondan aldıqları mə᾽nəvi ilham olmuşdur. 
Bir  anlıq  həzrət  İsa  (ə)-ın  və  digər  peyğəmbərlərin  səhabələrinin  tarixinə  nəzər  salaq.  Onların 
barəsində  azacıq  mütaliə  etməklə,  həmin  qövmlərin  iman  gətirdikləri  peyğəmbərlərə  qarşı  nə 
qədər  biganə  olduqlarının  şahidi  oluruq.  Belə  ki,  onlar  bir  çox  hallarda  öz  düşmənləri  ilə 
birləşərək peyğəmbərləri ağır şəraitdə qoymuş, ya da onları cəmiyyətdən təcrid edərək mağaralara 
sığınmağa və mübarizə meydanını tərk etməyə məcbur etmişlər. 
Bütün  bunları  nəzərə  alaraq,  müsəlmanların  Peyğəmbər  (s)-a  və  islam  dininə  olan 
fədakarlıqlarını, Qur᾽anın digər mö᾽cüzələrindən biri hesab edə bilərik. Gələcək fəsillərdə biz bu 
barədə ətraflı söhbət açacağıq. 
QUR᾽ANIN ƏQL VƏ FƏLSƏFƏ BAXIMINDAN MÖ᾽CÜZƏLƏRİ 
QUR᾽AN VƏ SAVADSIZ PEYĞƏMBƏR 
Qur᾽ani-kərimin  bir  çox  ayələrində  Peyğəmbərin  (s)  savadsız  olması  və  kimsədən  dərs 
almamasına dəfələrlə işarə olunmuşdur. Peyğəmbər (s) özü də, böyüyüb boya-başa çatdığı qəbilə 
ilə ünsiyyətdə olarkən dəfələrlə bu həqiqəti onlara bəyan etmiş və bu haqda nazil olmuş Qur᾽an 
ayələrini  onların  qarşısında  tilavət  etmişdir.  Onlar  da  hamılıqla  bu  həqiqəti  qəbul  etmiş,  inkar 
etməyə heç bir dəlil tapa bilməmişlər. 
O  həzrət,  hətta  ibtidai  savad  almamasına  baxmayaraq,  bəşəriyyətə  hikmət  dolu,  alim  və 
mütəfəkkirləri  özünə  cəlb  edən,  şərq  və  qərb  filosoflarını  heyran  qoyan  və  qiyamət  gününədək 
əbədi olaraq qalacaq ilahi vəhyi – Qur᾽anı özü ilə gətirdi. 
 


26 
 
* * * 
Əgər  bə᾽zi  inadkar  şəxslərin  Peyğəmbər  (s)-ın  müxtəlif  elm  və  fənlərə  yiyələndiyinə  dair  irəli 
sürdükləri  iddianı  həqiqət  olaraq  qəbul  etsək  də  belə,  yenə  irəli  sürülən  iddia  cavabsız  olaraq 
qalacaqdır. Çünki, əgər Peyğəmbər (s) zəmanəsinin alim və bilicilərindən dərs alsaydı, öz də᾽vət 
və  bəyanatlarında  onların  təcrübəsindən  istifadə  etməli  idi.  Amma  tarixə  nəzər  saldıqda,  biz 
bunun tam əksini müşahidə edirik. 
Peyğəmbər (s) bütpərəstlik və xurafatla mübarizə aparır, təkallahlıq e᾽tiqadının əsasını qoyurdu. 
Peyğəmbərlə  (s)  müasir  olanlarlar  da  ya  bütpərəstlər,  yaxud  da    Kitab  əhli  adlanan  yəhudi  və 
məsihilər  idi.  Peyğəmbər  (s)-ın  islamın  təbliğində  onlardan  bəhrələndiyini  güman  edənlər  də 
sözsüz ki, böyük səhvə yol vermiş olarlar. Belə bir fərziyyəni yalnız o zaman qəbul etmək olardı 
ki, Qur᾽anın, Tövrat və İncillə mə᾽na və məfhum baxımından müəyyən bir oxşarlığı olmuş olsun. 
Həqiqət isə tam bunun əksinədir. Qur᾽an xurafat və yanlış e᾽tiqadlarla mübarizə aparır. Tövrat və 
İncilin ayələrində isə bundan savayı bir şey nəzərə çarpmayır. Qur᾽anın bəşəriyyətə təqdim etdiyi 
təkallahlıq, əxlaq, elm, mə᾽rifət prinsipləri «ətiqeyn» (Tövrat və İncil) də bir çox hallarda nəzərə 
çarpan  xurafat  və  iftiralardan  uzaq  və  oxşarsızdır.  Qur᾽an  tövhid  və  Allahtanıma  prinsiplərinə 
xüsusi  diqqət  yetirir.  Burada  Allah-taala  bütün  eyb  və  nöqsanlardan  münəzzəh  tutularaq,  Ona 
layiq olan ən gözəl sifətlərlə vəsf edilmişdir. 
QUR᾽ANDA TƏKALLAHLIQ 
«[Yəhudilər, xaçpərəstlər və müşriklər] dedilər: “Allah özü üçün övlad götürmüşdür.” Allah pak 
və müqəddəsdir [bu sözlərin Ona heç bir aidiyyatı yoxdur, O bütün eyb və nöqsanlardan xalidir]. 
Bəli,  göylərdə  və  yerdə  nə  varsa,  hamısı  Ona  məxsusdur,  hamısı  Onun  itaətindədir!»  (Bəqərə 
116-117). 
«Sizin  tanrınız  tək  olan  Allahdır.  Ondan  başqa  tanrı  yoxdur.  O  rəhimli  və  mərhəmətlidir.» 
(Bəqərə-163). 
«Allahdan başqa heç bir tanrı yoxdur [Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı 
yaradan  və  idarə  edən,  bəndələrini  dolandıran  və  onların  işlərini  yoluna  qoyan]  əbədi  və  əzəli 
varlıq  Odur.  O  nə  mürgü,  nə  də  yuxu  bilər.  Göylərdə  və  yerdə  nə  varsa  hamısı  Onundur!» 
(Bəqərə-255). 
«Yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz. Anaların bətnində sizə istədiyi  surəti verən 
Odur! O qüdrət və hikmət sahibindən başqa heç bir tanrı yoxdur!» (Ali İmran 5-6). 
«O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı  yoxdur. Hər şeyi  yaradan Odur. Buna görə də 
yalnız Ona itaət edin. O hər şeyə vəkildir. Gözlər Onu [görüb] dərk etməz O, gözləri dərk edər.» ( 
Ən᾽an 102-103). 
«De  ki:  Allah  məxluqu  yoxdan  yaradır,  sonra  da [öldürüb  yenidən]  dirildir. Elə isə  [haqdan] üz 
döndərirsiniz?» (Yunus-34). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə