Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

31 
 
6. Tövratda deyilir: 
«Davud, qabaqcıl sərkərdəsi Uryaya adlı imanlı bir şəxsin zövcəsi ilə zina edir. Uryayın zövcəsi 
bu  yaxınlıqdan sonra hamilə  olur. Davud rüsvay olacağından qorxub müxtəlif tədbirlərə əl atır. 
Bir  gün  o,  Uryaya  əmr  edir  ki,  evə  gedib    öz  zövcəsi  ilə  yaxınlıq  etsin.  Amma  Uryay  bundan 
imtina  edərək  deyir:  Heç  rəvadırmı  ki,  ağam  Yuab  və  onun  havadarları  səhrada  aclıqdan-
susuzluqdan  əziyyət  çəksin,  mən  də  gedim  öz  zövcəmlə  yaxınlıq  edim?!  Yox!  Heç  vaxt!  And 
olsun əziz canına, mən bu işə heç vaxt razı olmaram. 
Davud  bunun  da  bir  nəticə  vermədiyini  gördükdə,  Uryayı  yanında  saxlayıb  yedirdib  içirir.  Onu 
məst  etdikdən  sonra  Yuaba  belə  bir  məktub  yazır.  Uryayı  ağır  döyüşə  göndər.  Onu  düşmənlə 
qarşı-qarşıya qoyun. Döyüşüb həlak olsun. 
Yuab da Davudun göstərişinə əməl edir. Uryay döyüşdə həlak olduqdan sonra, Davuda bu haqda 
xəbər  verir.  Davud  Uryayın  zövcəsini öz  evinə  aparır  və  əzadarlıq  günləri  başa  çatdıqdan  sonra 
onunla rəsmi ailə qurur.» (Şemuel – kitab 2, 11-12-ci fəsillər). 
Məttanın  İncilində  də  deyilir  ki,  «Süleyman  peyğəmbər  və  Davud  (ə)-ın  oğlu  həmən  qadından 
dünyaya gəlmişlər.» 
Azacıq da olsa, qeyrət hissi olan bir şəxsə bu işi aid etmək mümkün olmadığı bir halda, ismət və 
şəxsiyyətilə  hamıdan  fərqlənən  Allah  peyğəmbərlərinə  belə  bir  çirkin  və  nalayiq  işi  aid  etmək 
olarmı? 
Şəxsi rə᾽ylər əsasında yazılmış incillərdə başqa bir nöqsan nəzərə çarpır. O da həm Süleyman (ə)-
ın,  həm  də  həzrət  Məsihin  Davud  (ə)-ın  oğlu  olmasıdır.  Necə  ki,  Lukanın  İncilində  deyilir: 
«Məsih, atası Davudun taxtında oturardı...» Maraqlıdır, görəsən Davud (ə)-ın oğlu, həzrət Məsih 
olumuşdur, ya Süleyman? Yoxsa, onlar iki doğma qardaş olmuşlar!? 
7. Tövratda deyilir: 
«Süleyman  peyğəmbərin  yeddi  yüz  azad,  üç  yüz  də  kəniz  qadını  var  idi.  Qadınlar  onu  bütlərə 
ibadət  etməyə  sövq  edirdilər.  Süleyman  onların  hiyləsinə  uyub  Sədunilərin  pərəstiş  etdikləri 
Əşturət və Əmunilərin pərəstiş etdikləri Məlkum bütünə ibadət etməyə başladı. Allah-taala onun 
bu  xoşagəlməz  işindən  qəzəblənib  deyir:  İxtiyarında olan  bu  padşahlıq  və  səltənəti  səndən  geri 
alıb kölələrindən birinə verəcəyəm.» (Padşahlar - birinci kitab, 11-ci fəsil). 
Yenə Tövratda deyilir: 
«Süleyman peyğəmbər Səydanilər pərəstiş etdikləri Əşturət, Muabilərin pərəstiş etdikləri Kəmuş 
və Əmunilərin pərəstiş etdikləri Məlkum bütləri üçün böyük və gözəl bütxanalar düzəltdirmişdir. 
Yuşanın padşahı bütxanaları nəcislə murdarlayıb bütləri sındırır.» (Padşahlar - ikinci kitab, 23-cü 
fəsil). 
Müəllif:  Əqli  yolla  peyğəmbərlərin  mə᾽sum  və  günahsız  olduqları  sübuta  yetsə  də,  bir  anlıq 
onların  mə᾽sum  olmadıqlarını  fərz  edək.  Bəs,  bəşəriyyəti  təkallahlığa  də᾽vət  edən  ilahi 


32 
 
peyğəmbərin bütlər üçün ibadətgah tikməsini necə, qəbul etmək olarmı? Bu haqda yetgin nəticəyə 
gəlməyi əql və düşüncə sahiblərinin öz üzərinə qoyuruq!! 
8. Huşənin kitabında deyilir: «Allahın Huşəyə etdiyi ilk xitab bu olmuşdur: 
Get  özün  üçün  zinakar  qadın  və  zinazadə  övladlar  seç.  Çünki,  yaşadığın  dünya  zinakar  Allah 
tərəfindən  yaradılmışdır.  Huşə,  Bəyimin  qızı  Göhər  ilə  zina  etdi  və  ondan  iki  oğlu  və  bir  qızı 
oldu.» 
Yenə  də  həmən  kitabda  deyilir:  «Allah  Bəni-israili  sevdiyi  kimi,  sən  də  ərli  və  zinakar  qadını 
sev.» 
Öz  insafınızla  qəzavət  edin,  Allah  bəşəriyyətə  nümunə  olaraq  göndərmiş  olduğu  bir  şəxsi 
zinakarlığa vadar edə bilərmi? 
Yazıçının təklif etdiyi mətləbin qəbahətini dərk etməməsinə təəccüb etməmək olar. Lakin insanda 
təəccüb  doğuran  ziyalı  təbəqələrin  tövrata  səmavi  kitab  olaraq  iman  gətirmələri  və  bir  çox 
hallarda mö᾽təbər mənbə kimi ona istinad etmələridir!! 
Bəli! Təqlid dəyişilməz bir adətdir. İnsanın kor-koranə təqliddən yaxa qurtarması və özünü bütün 
asılılıq və tabeçilikdən azad etməsi olduqca çətin məsələdir. 
9. İncildə deyilir: 
«Günlərin bir günündə Məsih camaata nəsihətamiz xütbə oxuyurdu. Anası və  qardaşları isə onu 
eşikdə  gözləyirdilər.  Orada  olanlardan  biri  həzrət  Məsihə  müraciət  edərək  deyir:  Anan  və 
qardaşların  səni  eşikdə  gözləyirlər.  Onların  sənə  sözləri  vardır.  Məsih  dedi:  Anam  kimdir, 
qardaşım  kimdir?  Sonra  əli  ilə  şagirdlərinə  işarə  edərək  dedi:  Bunlar  mənim  anam  və 
qardaşlarımdır.  Mənim  həqiqi  anam  və  qardaşlarım  o  kəslərdir  ki,  göylərdə  deyilənlərə  qulaq 
asmış və ona iman gətirmiş olsunlar.» (Huşənin kitabı, 3-cü fəsil). 
Əziz  oxucular!  Bir  anlıq  sözlərdəki  səxavətə  diqqət  yetirin,  görün  şagirdlərini  hamıdan  üstün 
tutan Məsih, doğma anasını özündən uzaqlaşdıraraq onun müqəddəsliyinə xələl gətirəcək ifadələr 
işlədir. Bir halda ki, o özü başqa bir yerdə şagirdləri haqda bu sözləri demişdir. «Onlar hələ də 
iman gətirməmişlər.» (Markos 4-cü fəsil). 
«Onların qəlblərində xaş-xaş dənəsi qədər də iman yoxdur.» (Mətta 17-ci fəsil). 
Mətta, kitabının 26-cı fəslində həzrət Məsih (ə)-ın şagirdləri haqda bu sözləri deyir:  «Yəhudilər 
Məsihə həmlə edəcəkləri gün şagirdlərindən onu qorumalarını istəmişdi. Amma onlardan heç biri 
Məsih  (ə)-ın  dediklərinə  qulaq  asmayır.  Məsih  (ə),  yəhudilərin  əlinə  düşdüyü  zaman  onu  tərk 
edən ilk şəxslər məhz şagirdləri oldu.» 
Bu, Məsih (ə)-ın şagirdləri haqda İncildə nəql olunmuş nümunələrdən biri idi. 
10. Yuhənnanın İncilində deyilir: 


33 
 
«Günlərin bir günündə Məsih toy məclisində iştirak edir. Orada şərab qurtardıqda mö᾽cüzə yolu 
ilə altı kuzə şərab düzəldir.» 
Mətta, Məsih (ə)-ın şərab içməsi haqda yazır: «Məsih bə᾽zən şərab içməkdə həddi aşardı.» 
Əstəğfirullah! Allaha pənah aparırıq müqəddəs peyğəmbərlərə vurulan böhtan və iftiralardan. O 
ki, qaldı şərabın haramlığına, istər tövratda, istərsə də incildə şərabın haram olması haqda kifayət 
qədər ayə və fəsillər vardır. 
Belə  ki,  tövratda  Allah-taala  Haruna  etdiyi  xitabələrin  birində  buyurur:  «İctimaiyyət  içinə  daxil 
olduqdan sonra ömrünüzün son gününədək şərab için.» 
Qəribədir,  görəsən  tövratda  və  incildə  şərabın  haramlığı  haqda  kifayət  qədər  dəlil  və  sübutlar 
olduğu bir halda, həzrət Məsihi şərabxorluqda günahlandırmaq hansı məqsəd daşıyır? 
NƏTİCƏ 
«Əhdeyn»dəki  xurafatlarla  az  da  olsa  tanış  oldunuz.  Göründüyü  kimi  peyğəmbərlərə  və  Allaha 
yaxılan  iftiralar  əql  və  məntiqlə  tam  ziddiyyət  təşkil  edir.  Biz  bütün  nümunələri  siz  əziz 
oxucuların ixtiyarına qoyuruq. Diqqətlə mütaliə etdikdən sonra, vicdan və ədalətlə yetgin nəticəyə 
gəlib hökm çıxarın.  Deyin görək həzrət  Məhəmmədin (s) bəşəriyyət üçün əbədi olaraq gətirdiyi 
hikmətlə  dolu  və  heç  bir  nöqsana  yol  verilməyən  Qur᾽an,  xurafat  əsasında  yazılan  tövrat  və 
incildən  götürülə  bilərdimi?  Digər  tərəfdən,  bütün  xurafat,  yalan  və  iftiraları  nəzərə  alaraq, 
Əhdeyni həqiqi səmavi kitab və ilahi vəhy adlandırmaq olarmı? 
QUR᾽ANIN UYĞUNLUQ E᾽CAZI 
Qur᾽anın bir neçə mö᾽cüzəvi xüsusiyyətləri haqda söhbət açdıq və bir qədər əvvəl, əql və fəlsəfi 
e᾽cazına da müxtəsər işarə etdik. Haqqında söhbət açmaq istədiyimiz mövzu, Qur᾽anın həmahəng 
və  uyğunluq  e᾽cazıdır.  Yə᾽ni,  Qur᾽an  ayələrində  azacıq  da  olsun  ixtilaf  və  tərtib  baxımından 
nöqsan nəzərə çarpmayır. 
Hər bir normal insan əldə etdiyi həyati təcrübələrdən belə bir qənaətə gəlməlidir ki, yalan və iftira 
əsasında qurulan qanun və nizamnamələr çox keçmədən öz e᾽tibarını itirib aradan getməlidir. O 
ki  qaldı  e᾽tiqadi  və  əxlaqi  məsələlərə,  burada  bu  məsələ  daha  qabarıq  nəzərə  çarpır.  Yalançı 
şəxslər  nə  qədər  sə᾽y  etsələr  də,  öz  ifadələrində  ziddiyyət  və  nöqsanlara  yol  verməlidir.  Necə 
deyərlər, «yalançının yaddaşı az olar». 
Amma  Qur᾽ani-kərim,  insanların  həyatına  daxil  olmaqla  onların  ictimai,  siyasi,  dini  və  s. 
məsələlərinə toxunmuş, azacıq da olsun nöqsan və çatışmamazlıqlara yol verməmişdir. 
Allah-taala  peyğəmbərlik, siyasət,  ictimaiyyət,  şəhər və  ölkələrin  idarəetmə  üsulları,  əxlaq  və  s. 
qanunlar  haqda  ətraflı  mülahizələr  aparmışdır.  Burada  astronomiya,  tarix,  müharibə  və  sülh 
qanun-qaydalarına ümumi şəkildə olsa da, toxunulur. Mələk və insanlar, heyvanlar, yağış, külək, 
bitkilər  aləmi  və  bu  kimi  yer  və  səmavi  varlıqlar  haqda  da  maraqlı  mə᾽lumatlar  verilir.  Bütün 
bunlarla  yanaşı,  Qur᾽anda,  qiyamətin  qorxunc  səhnəsi,  insanların  məhşərdəki  sorğu-sualı  da  öz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə