Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

27 
 
«Göyləri,  gördüyünüz  kimi  dayaqsız  olaraq  yüksəldən,  sonra  ərşi  yaradıb  hökmü  altına  alan, 
müəyyən  vaxta  [dünyanın  axırına,  qiyamətə]  qədər  [səmada]  dolanan  günəşi  və  ayı  [iradəsinə] 
tabe  edən,  bütün  işləri  yoluna  qoyan,  ayələri  müfəssəl  izah  edən  məhz  Allahdır.  [Bütün  bu 
dəlillərdən  sonra]  Rəbbinizlə  qarşılaşacağınıza  [qiyamət  günü  dirilib  haqq-hesab  hüzurunda 
duracağınıza] bəlkə inanasınız!» (Rə᾽d-3). 
«Allah  Odur.  Allahdan  başqa  heç  bir  tanrı  yoxdur.  Dünyada  da,  axirətdə  də  həmd-səna  Ona 
məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız.» (Qəsəs-70). 
«O  özündən  başqa  heç  bir  tanrı  olmayan,  gizlini  də,  aşkarı  da  bilən  Allahdır.  O,  rəhimli  və 
mərhəmətlidir!  [Allah  dünyada  bütün  bəndələrinə  rəhm  edən,  Rəhman,  axirətdə  isə  yalnız 
mö᾽minləri bağışlayan Rəhimdir!] 
O özündən başqa heç  bir tanrı olmayan, [bütün məxluqatın] sahibi, müqəddəs və pak bəxş olan 
[bəndələrinə] əmin-amanlıq, salamatlıq bəxş edən, [peyğəmbərlərini öz köməyinə] arxayın edən, 
[hər şeyə] göz-qulaq olan, yenilməz qüvvət və qüdrət sahibi, [hər işdə] qalib olub hökmü  keçən 
[bəndələrinin işini yoluna qoyan, həm də onları istədiyi hər bir şeyə məcbur etməyə qadir olan] və 
[hər  şeyin]  fövqündə  olan  Allahdır!  Ən  gözəl  adlar  [əsmayi  hüsna]  ancaq  Ona  məxsusdur. 
Göylərdə və yerdə olanların hamısı Onu təsdiq edib, şə᾽ninə tə᾽riflər deyər. O, yenilməz qüvvət 
və hikmət sahibidir!» (Həşr 22-24). 
Göründüyü  kimi  Allah-taala  Qur᾽ani-kərimdə  ən  gözəl  ad  və  sifətlərlə  vəsf  edilmişdir.  Belə  ki, 
insan əqli dəlillərlə bütün bunları asanlıqla qəbul edir və ona tərəddüd etmədən iman gətirir. 
Əziz  oxucular!  Özünüz  nəticə  çıxarın,  kimsədən  dərs  almamış,  həddindən  artıq  geri  qalmış  bir 
mühitdə yaşayan insan bu kimi ifadələri bəyan edə bilərdimi? 
QUR᾽ANDA PEYĞƏMBƏRLİK 
Qur᾽an  keçmiş  peyğəmbərlərin  tarixi,  mö᾽cüzələri,  ismət  və  şəxsiyyətləri  barəsində  də  dəyərli 
mə᾽lumatlar  verir.  Peyğəmbərlərin  ən  gözəl  xüsusiyyətlərlə  vəsf  olunaraq  bütün  mənfi  xislət, 
adət-ənənələrdən uzaq olduqları bəyan edilmişdir. 
«O  kəslər  ki,  əllərindəki Tövratda  və  İncildə [adını, vəsfini  və  əlamətlərini]  yazılmış  gördükləri 
rəsula-ümmi  [heç  kəsin  yanında  oxuyub  elm  öyrənməmiş  və  ya  məkkəli]  peyğəmbərə  tabe 
olurlar. [O  peyğəmbər] onlara  yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz [pak] 
ne᾽mətləri halal, murdar [napak] şeyləri haram edər.» ( Ə᾽raf-157). 
«[Əksəriyyəti yazıb-oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu 
peyğəmbər – əvvəllər haqq yoldan açıq-aşkar azsalar da – onlara Allahın ayələrini oxuyar, onları 
[günahlardan,  şirk  və  küfr  çirkabından]  təmizləyər,  onlara  kitabı  və  hikməti [Qur᾽an  və  şəriəti] 
öyrədir.» (Cümə-2). 
«Və həqiqətən, səni minnətsiz, tükənmək bilməyən mükafat gözləyir. Doğrudan da, sən böyük bir 
əxlaq sahibisən! [Böyük bir din üzərindəsən!]» 


28 
 
«Allah  Adəmi,  Nuhu,  İbrahim  övladını  və  İmran  ailəsini  məxluqat  [insanlar,  bəşər  övladı] 
üzərində seçilmiş [üstün] etdi.» (Ali İmran-33). 
«Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: Mən sizin ibadət etdiklərinizdən 
[bütlərdən] tamamilə uzağam. Yalnız mən, yoxdan yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni 
doğru yola müvəffəq edəcəkdir.» (Zuxruf 26-27). 
«Beləcə,  İbrahimə  göylərin  və  yerin  mülkünü,  səltənətini  [oradakı  qəribəlikləri  və  gözəllikləri, 
onların Allahın qüdrəti ilə yaranmasını] göstərdik ki, tam qənaətlə inananlardan olsun.» ( Ən᾽am-
75). 
«Biz  İshaqı  və  Yə᾽qubu  Ona  əta  etdik.  Onların  hər  birini  hidayətə  [peyğəmbərliyə]  çatdırdıq. 
Bundan  əvvəl  Nuhu  və  onun  nəslindən  olan  Davudu,  Süleymanı,  Əyyubu,  Yusifi,  Musanı  və 
Harunu da hidayətə qovuşdurduq. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq. 
Zəkəriyyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onlar hamısı əməli-salehlərdən idi. Biz həmçinin 
İsmaili,  Əl-Yəsə᾽i,  Yunusu  və  Lutu  da  hidayətə  qovuşdurduq  və  onları  [özləri  ilə  bir  dövrdə 
yaşayan bütün] insanlardan üstün etdik.» ( Ən᾽am 84-86). 
«Biz  Davud  və  Süleymana  elm  [insanlar  arasında  mübahisələri  həll  edib,  ədalətli  hökm 
çıxartmaq,  quşların  dilini  bilmək  və  s.]  verdik.  Onlar  dedilər  «Bizi  öz  mö᾽min  bəndələrinin 
çoxundan üstün tutan Allaha həmd olsun».» (Nəml-15). 
«[Ya Peyğəmbər!] İsmaili, [İlyasın əmisi oğlu] Əl-Yəsə᾽i və Zül Kifli də xatırla! Onların hamısı 
seçilmiş, ən yaxşı kimsələrdir.» (Sad-48). 
«Bunlar  Adəmin  və  Nuhla  gəmiyə  mindirdiyimiz  adamların  nəslindən,  İbrahimin,  İsamilin 
[Yə᾽qubun]  nəslindən  seçilib  haqq  yola  yönəltdiyimiz  və  Allahın  ne᾽mət  bəxş  etdiyi 
peyğəmbərlərdəndir.  Onlar  Rəhmanın  [Allahın]  ayələri  özlərinə  oxunduğu  zaman  ağlayaraq 
səcdəyə qapanardılar.» (Məryəm-58). 
QUR᾽ANIN TÖVRAT VƏ İNCİLLƏ MÜQAYİSƏSİ 
Qur᾽anın  təkallahlıq,  ilahi  sifətlər,  Peyğəmbər  (s)-ın  əzəmət  və  şəxsiyyəti  haqda  irəli  sürdüyü 
mülahizələri  nəzərdən  keçirdiniz.  İndi  isə  Tövrat  və  İncilin  bu  haqda  verdiyi  mə᾽lumatları 
nəzərdən keçirməyinizi və sonra onu Qur᾽anla müqayisə etməyinizi tövsiyə edirik. 
Mətləbi  daha  da  aydınlaşdırmaq  üçün  Əhdeyndə  nəql  olunmuş  bir  neçə  rəvayəti  siz  əziz 
oxuculara təqdim edirik. 
1. Tövratda Adəmlə Həvvanın Cənnətdən çıxarılmaları haqda deyilir: 
«Allah-taala  Adəmə  Cənnətin  bütün  meyvələrindən  yeməyə  icazə  vermişdi.  Ona  qadağan  olan 
yalnız agahlıq, yə᾽ni xeyirlə-şəri tanıma ağacı idi. Allah, Adəmə vəhy edərək buyurdu: Ey Adəm! 
Bil ki, bu ağacın meyvəsindən yediyin gün öləcəksən. Sonra Adəmdən Həvvanı yaratdı və onlar 
hər ikisi lüt-üryan idilər. Çünki, yaxşı ilə pisin nə olduğunu dərk etməyirdilər. Onlar Cənnətdə şad 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə