Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

47 
 
«Şərq də qərb də Allahındır» ayəsini misal olaraq deyə bilərik ki, məşriq və məğrib kəlmələri tək 
halda  işlənilən  ayələrdən  məqsəd,  şərq  və  qərb  istiqamətlərini  bəyan  etməkdir.  Təsniyə  (ikilik) 
«məşriqəyn»  «məğribəyn»  və  cəm  halında  (məşriq,  məğrib)  işlənilən  ayələrdən  isə,  üfüq 
baxımından  bir-birləri  ilə  fərqli  olan  yer  üzündəki  bütün  şəhərlərin  şərq  və  qərb  nahiyələrini 
nəzərdə tutmalıyıq. Gələcək fəsillərdə bu mətləbə yenidən qayıdacağıq. 
6. QUR᾽ANDA YERİN DAİRƏLİYİ 
Qur᾽ani-kərimdə bu haqda deyilir: 
«Zəif, fəqir görünən o tayfanı [İsrail oğullarını]  yer  üzünün daimi xeyir-bərəkət verdiyimiz şərq 
və qərb tərəflərinə [Şam diyarına] varis etdik.» (Ə᾽raf-137). 
«O, göylərin, yerin və onların arasında olanların [bütün məxluqatın] Rəbbidir. Məşriqlərin [şərqin 
və qərbin] Rəbbi Odur.» (Saffat-5). 
«Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən qadirik.» (Məaric-40). 
Ayə  günəşin  müxtəlif  yerlərdən  qürub  edib  doğmasına  dəlalət  etməklə  yanaşı,  yerin  dairəvi 
olmasına da işarə edir. 
Çünki, əgər yer dairəvi olarsa, günəş onun başqa bir hissəsindən qürub etməlidir və belə olduqda 
şərq və qərbin müəyyən olunması bir o qədər də zəhmət tələb etməyəcək. Yox əgər yerin dairəvi 
olmadığını  fərz  edəriksə,  şərq  və  qərbin  dərk  olunması  bizim  üçün  qeyri-mümkün  olacaqdır. 
Lakin  Qurtəbi  və  digər  müfəssirlər  məşriq  və  məğribləri  günəşin  illik  hərəkəti  və  il  ərzində 
günlərin dəyişilməsi ilə təfsir etmişdir. Bu isə ayənin zahiri mə᾽nası ilə tamamilə ziddiyyət təşkil 
edir. Çünki, günəşin il ərzində müəyyən şərq və qərbi olmur və belə olduqda o, heç bir əhəmiyyət 
də  kəsb  etmir.  Belə  bir  nəticəyə  gəlirik  ki,  ayədə  şərq  və  qərb  deyildikdə,  yerin  hərəkəti 
nəticəsində yaranmış cəhətlər nəzərdə tutulur. 
YERİN DAİRƏVİLİYİNƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR 
Şərq və qərb ayələrinin yerin dairəvi olduğuna dəlalət etdiyi artıq bizə mə᾽lum oldu. İndi isə bu 
haqda nəql olunmuş hədis və rəvayətləri nəzərdən keçirək. 
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Günlərin bir günündə bir nəfər şəxslə səfərə 
çıxdım. O, hər gün məğrib namazını qaş qaraldıqdan, sübh namazını isə günəş qürub etməzdən 
əvvəl  gecə  yarısı  qılardı. Amma  mən  əksinə  olaraq,  məğrib  namazını  gün  qürub  edərkən,  sübh 
namazını isə dan yeri söküləndə qılardım. O, mənə dedi: Sən də mənimlə eyni vaxtda qıl çünki, 
günəş  üfüqdə  bizim  üzərimizdə  görünməzdən  əvvəl  başqaları  onu bizdən  tez  görür  və  axşamlar 
bizim üzərimizdə qürub edərkən başqa üfüqlərdə hələ də qürub etməyir. 
İmam Sadiq (ə) deyir: Mən ona dedim ki, hər qövm və millət bütün dini mərasimləri öz  üfüqü 
əsasında həyata keçirməlidir.» 


48 
 
Göründüyü  kimi,  həmin  şəxs  burada  şərq  və  qərb  arasında  fərq  qoymaqla  yer  kürəsinin  dairəvi 
olduğuna  işarə  edir.  İmam  Sadiq  (ə)  da  öz  növbəsində  onun  dediklərini  təsdiq  edir  və  eyni 
zamanda buraxdığı səhvlərə diqqət yetirməsini tövsiyə edir. 
2. İmam Səccad (ə) sübh və axşam namazlarından sonra bu duanı edərdi: «Allah gecə və gündüz 
üçün  müəyyən  hədd  və  ölçü  tə᾽yin  etmişdir.  Onlardan  hər  birini  digərinə  daxil  edir  və  eyni 
zamanda digərindən o birinə qovuşdurur.» 
İmam Səccad (ə) insanlardakı tərz-təfəkkürü nəzərə alaraq gündüzün gecə, gecənin də gündüzlə 
əvəz olunmasını çox zərif ifadələrlə bəyan edir və yerin dairəvi olduğuna toxunur. 
Bə᾽ziləri belə güman edə bilər ki, imam Səccad (ə) gecənin gündüzə, gündüzün də gecəyə daxil 
olmasını (bir-birilə əvəz olunmasını) dedikdə, onların ilin fəsillərində uzanıb qısalması olmuşdur. 
Bu  isə  tamamilə  yanlış  bir  fikirdir.  Çünki,  əgər  imam  yalnız  hamının  dərk  edə  bildiyi  bir 
məsələni,  yə᾽ni  gündüzün  uzanmasını  və  gecənin  qısalmasını  və  ya  bunun  əksini  bəyan  etmək 
istəsəydi,  «onlardan  (gecə  və  gündüz)  hər  birini  digərinə  daxil  edir»  deməklə  kifayətlənər  və 
əlavə olaraq «və eyni zamanda digərini də o birinə qovuşdurur» ifadəsindən də istifadə etməzdi. 
Çünki, bu cümlə ilk baxışda birinci cümləni bir növ təkrar edir. Buna əsasən deməliyik ki, ikinci 
cümlə hal formasında işlənmişdir. Demək gecənin gündüz, gündüzün də gecə ilə əvəz olunmasını 
yalnız o zaman fərz etmək olar ki, yerin dairəvi olduğunu qəbul etmiş olaq. 
NƏTİCƏ 
Qur᾽anın  mö᾽cüzə  və  səmavi  kitab  olduğuna  dair  gətirdiyimiz  dəlillərlə  kifayətlənirik.  Artıq 
cəsarətlə  deyə  bilərik  ki,  Qur᾽an  bəşəriyyətin  bacarıq  və  iste᾽dadından  xaric  olan  ilahi  bir  vəhy 
toplusudur. 
Qur᾽anın ilahi vəhy  olduğunu  sübuta yetirmək üçün,  islamın  bəşəriyyət üçün Əli ibni Əbi Talib 
(ə) kimi bir şəxsiyyət yetişdirməsini dəlil gətirmək kifayət edər. 
Dünyanın  tanınmış  alimləri  İmamın  (ə)  ifadələrini  (xütbə  və  hikmətli  kəlamlarını)  dərk  etməyi 
özlərinə  böyük  iftixar  bilirlər.  Mütəfəkkir  və  təhqiqatçılar  onun  tükənməz  elm  dəryasından 
bəhrələnir  və  ondan  öz  elmi  əsərlərində lazımı  qaydada  istifadə  edirlər.  Onun söylədiyi  ifadələr 
qarşısında nə bir şəxs yeni nəzər verir, nə də ondan üstün bir şey söyləməyə cəsarət edirlər. 
 Əli (ə)-ın  həyatı  ilə tanışlığı  olmayan  şəxslər,  onun  xütbələrindən  birini  mütaliə  etdikdən  sonra 
belə güman edə bilərlər ki, haqqında söhbət açdığı bütün elmi mövzularda xüsusi məharəti olmuş 
və  bütün  ömrünü  bu  sahələrdə  təhqiqat  işləri  aparmaqla  başa  vurmuşudur.  Lakin  onun  elm  və 
zəkası  ilahi  vəhy  məktəbindən  qaynaqlanmışdır.  Ərəbistan  yarmadasının,  xüsusilə  də  Hicazın  o 
günkü ictimai vəziyyətilə azacıq tanış olan şəxs, qətiyyətlə belə bir nəticəyə gələcəkdir ki, Əli (ə) 
öz elmini Peyğəmbərə (s) iman gətirdiyi ilk gündən ilahi vəhy məktəbindən əxz edə bilmişdir. 
Məşhur söz ustadlarından biri Nəhcül-bəlağə haqda bəyan etdiyi gözəl ifadələrdən birində deyir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə