Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

42 
 
Bəşəriyyətin maddi və mə᾽nəvi ehtiyaclarını tə᾽min edən bu qanunlar həm dünya, həm də axirət 
xarakteri daşıyır. Bütün  bunları  nəzərə  alaraq Məhəmməd  (s)-ın  haqq  peyğəmbərliyinə  şəkk  və 
tərəddüdlə  yanaşmaq  olarmı?  Bir  haldakı  o,  yarımvəhşi  və  nadan  bir  cəmiyyətdə  peyğəmbər 
tə᾽yin olunmuş və öz də᾽vətini o dövr və məkanın əqidəvi məsələləri ilə heç bir əlaqəsi olmadığı 
bir  şəraitdə  həyata  keçirmişdir.  Belə  ki,  onun  risaləti  ərəb  qəbilələrinin  təsəvvür  etdiklərindən 
daha yüksək idi. 
QUR᾽ANDA DƏYİŞİLMƏZ HƏQİQƏTLƏR 
Qur᾽ani-kərimin  ayələrində  bir  çox  mətləblərə  toxunulmuş,  bə᾽ziləri  haqda  ötəri  mə᾽lumat, 
bə᾽ziləri  haqda  isə  ətraflı  izahlar  verilmişdir.  Bə᾽zən,  olduqca  böyük  əhəmiyyət  kəsb  edən 
Allahtanıma, təfəkkür, yaradılış, qiyamət, metafizika aləmi, ruh, mələklər, cin, Şeytan, qalaktika, 
keçmiş  peyğəmbərlərin  və  onların  davamçılarının  tarixi  haqda  söhbət  açılmış  və  nəsihətamiz 
məsəllər çəkilmişdir. Bütün bunlarla yanaşı, bə᾽zən ailə hüquqları, döyüş, ölkə idarəetmə, ictimai-
sosial qanunlarına da toxunulur. Eyni zamanda siyasət, ictimai əlaqələr, iqtisadiyyat, evlənmə və 
s. məsələlərə də toxunaraq bəşəriyyətə ədalətli üsul və qanunlar təklif edir. 
Bütün  bunlar  bəşəriyyətin  ixtiyarına  qoyulmuş  ən  kamil,  nöqsan  və  çatışmamazlıqlara  yol 
verilməyən ilahi qanunlar silsiləsidir. 
Demək,  insanlar  belə  bir  qanunlar  silsiləsini  tərtib  etməkdə,  sadəcə  olaraq  acizdir.  Xüsusilə 
yarımvəhşi və cahil bir cəmiyyətdə bunun həyata keçməsi qeyri-mümkündür. 
Bir anlığa nəzəri elmlər haqda yazılmış əsərlərə nəzər salaq. Bu sahədə bir çox alimlər minlərlə 
məqalə  və  əsərlər  yazıb-yaratmışlar.  Amma  çox  keçmədən  onların  hər  birində  nəzərə  çarpacaq 
dərəcədə  nöqsan  və  çatışmamazlıqlar  müşahidə  olunmuşdur.  Çünki,  nəzəri  elmlər  ətrafında  nə 
qədər araşdırmalar aparılarsa, bir o qədər çatışmamazlıq və boşluqlarla qarşılaşmaq olar. Həqiqət, 
bəhs və araşdırmaların səmərəsidir. 
İstər  keçmiş  nəsillərdən  gəlib  çatmış  həll  olunmayan  elmi əsərlər,  istərsə  də  keçmişdə  yazılmış 
fəlsəfi  kitablar,  sonrakı  nəsillər  tərəfindən  oxunub  nəql  edilmişdir.  Belə  ki,  bir  çox  hallarda, 
keçmiş  alimlərə  müxtəlif  dəlillər  yolu  ilə  sabit  olmuş  böyük  əhəmiyyət  kəsb  edən  məsələlər, 
sonralar  daha  ətraflı  araşdırılmışdır.  Amma  yüz  illərin  keçməsinə  baxmayaraq,  Qur᾽an  ayələri 
ətrafında  yüzlərlə  təhqiqatlar  aparılmış  lakin,  ilahi  qanunlara  kiçicik  də  olsa  nöqsan  və  iradlar 
tutulmamışdır.  Əgər  bu  barədə  nə  isə  yazılmışsa  da,  çox  keçmədən  tutarlı  dəlillərlə  batil 
olunmuşdur. Bu barədə gələcək fəsillərdə ətraflı səhbət açacağıq. 
QUR᾽ANDA QEYBİ XƏBƏRLƏR 
Qur᾽anın  bə᾽zi  ayələrində gələcəkdə  baş  verəcək  mühüm  tarixi  hadisələrə  işarə  olunur. Belə  ki, 
tarixə nəzər saldıqda, bu haqda xəbər verən Qur᾽an ayələri nazil olduqdan sonra həmən hadisələr 
baş vermiş və azacıq da olsa səhvə yol verilməmişdir. 
1. BƏDR DÖYÜŞÜNÜN ƏVVƏLCƏDƏN XƏBƏR VERİLMƏSİ 


43 
 
«O  zaman  Allah,  sizə  iki  dəstədən  birinin  [Şamdan  qayıdan  karvanın  və  ya  Məkkədən  qalxıb 
onların  köməyinə  gələn  Qüreyş  əsgərlərinin]  sizin  olmasını  və᾽d  edirdi.  Siz,  silahsız  karvanın 
sizin olmasını arzu edirdiniz. Allah isə öz sözlərini [bu barədə nazil etdiyi ayə] ilə haqqı [islamı] 
bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.» ( Ənfal-7). 
Döyüş başlamazdan əvvəl islamı təzə qəbul etmiş mö᾽minlər həm silah və sursat, həm də canlı 
qüvvə baxımından azlıq təşkil edirdilər. 
Müsəlmanlardan yalnız Zubeyr ibni Əvvamın və Miqdadın miniyi vardısa, Qüreyş əsgərləri həm 
ordu baxımından çoxluq təşkil edir, həm də hamılıqla döyüş silahları ilə təchiz olunmuşdular. Bu 
səbəbdən də onlar qorxuya düşərək mə᾽nəvi sarsıntı keçirirdilər. Lakin ayə nazil olmaqla, onların 
sayca  az  olmalarına  baxmayaraq,  qalib  gələcəklərinə  və  kafirlərin  məğlubiyyətə  uğrayacağına 
bəşarət verilir. 
1. PEYĞƏMBƏRİN (S) DÜŞMƏNLƏRİ HAQDA VERİLƏN XƏBƏRLƏR 
«[Ya  Məhəmməd!]  Sənə  əmr  olunan  Qur᾽anı  açıq-aşkar  təbliğ  et  və  müşriklərdən  üz  döndər! 
Şübhəsiz ki, istehza edənlərin [şərindən] səni qorumağa Biz kifayət edərik. O kəslər ki, Allahdan 
başqa tanrıya şərik qoşdular, onlar [başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd 
əməllərinin aqibətini] mütləq biləcəklər.» (Hicr 94-95-96). 
Ayə  islamın  zühur  etdiyi  ilk  günlərdə  Məkkədə  nazil  olmuşdur.  Bəzzaz  və  Təbərani  kimi 
müfəssirlər ayənin nazil olma səbəbləri haqda Ənəs ibni Malikdən nəql etdikləri hədisdə deyirlər: 
«İslamın  zühur  etdiyi  ilk  günlərdə  Peyğəmbər  (s)  Məkkə  müşriklərinin  yanından  keçərkən 
onlardan biri istehza ilə dedi: özünü peyğəmbər sanan və daim Cəbraillə birgə olduğunu güman 
edən şəxs budur.» Həmən anda ayə nazil olur və Peyğəmbərə (s) qeyb aləmindən yardım olacağı 
və kafirlərin tezliklə xar və rüsvay olacaqları bildirilir. 
Ayə nazil olarkən kimsə, iqtidarda olan qüdrətli və adlı-sanlı Qüreyş qəbiləsinin tez bir zamanda 
məğlubiyyətə  uğrayacağını  güman  etmirdi.  Lakin,  ayə  nazil  olmaqla  hər  şey  əvvəlcədən  bəyan 
oldu və çox keçmədən həqiqət öz yerini tapdı. 
3. İSLAMIN BÜTÜN DİNLƏRƏ QALİB GƏLMƏSİ 
«Müşriklərin  xoşuna  gəlməsə  də,  islamın  bütün  dinlərdən  üstün  olduğunu  göstərmək  üçün  öz 
Peyğəmbərinə doğru yolu göstərən, rəhbərlə [Qur᾽anla] və haq dinlə göndərən Odur!» (Səf-9). 
Ayə nazil olarkən hələ islam dini Ərəbistan yarmadasında bütünlüklə yayılmışdı. Lakin, bir neçə 
il əvvəl bu ayə nazil olmaqla, islam dininin bütün dinlərə qalib gələcəyi və qiyamət gününədək öz 
əzəmətini qoruyub saxlayacağı bildirilirdi. 
4. İRAN-RUM MÜHARİBƏSİ 
«Rumlular  [bizanslılar  iranlılara]  məğlub  oldular.  [  Ərəbistana]  ən  yaxın  bir  yerdə  [Şamda  ya 
Urdunda] lakin onlar [bu] məğlubiyyətlərindən sonra qalib gələcəklər.» (Rum 2-3). 
5. İSLAM DÜŞMƏNLƏRİNİN MƏĞLUBİYYƏTİ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə