Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

37 
 
Demək, ərəblər qazandıqları bütün zəfər və nailiyyətləri, müqəddəs islam dinini qəbul etmək və 
səmavi  bir  kitab  kimi  Qur᾽ana  iman  gətirmələri  ilə  əldə  etmişlər.  O,  Qur᾽an  ki,  bütün  qanun 
nizamnamələri məntiq və əql əsasında qoyulmuşdur. Qur᾽an özünəməxsus bəyanetmə üslubu ilə 
digər  səmavi  kitablardan  fərqli  və  müqayisəolunmaz  dərəcədə  üstündür.  Bu  halda  biz  bunu, 
Qur᾽anın başqa bir mö᾽cüzəvi xüsusiyyətlərindən biri kimi qəbul edə bilərik. 
QUR᾽ANDA BƏRABƏRLİK 
Qur᾽anın  digər  mö᾽cüzəvi  xüsusiyyətlərindən  biri  də  qanunvericilik  və  əxlaq  prinsiplərində 
tutduğu orta mövqe və ədalətdir. Belə ki, bu müqəddəs kitabda qanunvericilikdə ifrat və təfritə 
varmadan  orta  mövqe  tutulmuşdur.  Qur᾽an  ədalət  və  bərabərliyə  diqqət  yetirir  və  bu  iki 
xüsusiyyət üzərində qurulan bütün işləri insanlar üçün zəruri hesab edir. Və eyni zamanda onların 
dilindən, Allah-taaladan bütün işlərin ifrat və təfritə yol vermədən həyata keçirməsini diləmələrini 
bəyan edir. 
«Bizi doğru yola yönəlt.» (Fatihə-5). 
Qur᾽anın  digər  ayələrində  də  insanların  bütün  işlərdə  orta  mövqe  tutmaları  (ifrat  və  təfritə  yol 
verməmələri) tövsiyə olunur. 
«Allah  sizə  əmanətləri  öz  sahiblərinə  qaytarmanızı  və  insanlar  arasında  hökm  etdiyiniz  zaman 
ədalətlə hökm etmənizi əmr edir.» (Nisa-58). 
« Ədalətli olun. Bu təqvaya daha yaxındır   » (Maidə-8). 
«Söz söylədiyiniz zaman [lehinə və ya əleyhinə danışdığınız adam] qohumunuz olsa belə, ədalətli 
olun» (Ən᾽am-152). 
«Həqiqətən,  Allah  [Qur᾽anda  insanlara]  ədalətli  olmağı,  yaxşılıq  etməyi,  qohumlara  [haqqını] 
verməyi [kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis 
işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə 
öyüd-nəsihət verir!» (Nəhl-90). 
Qur᾽an  həyatın  bütün  sahələrində  ədaləti  hər  şeydən  üstün  tutur  və  müsəlmanlara  da  daim  bu 
me᾽yara əsaslanmağı tövsiyə edir. Onlardan bir neçəsi haqda söhbətə bəşlayırıq. 
1. SƏRVƏT VƏ MÜLKİYYƏT 
Qur᾽an insanın orta həyat səviyyəsində yaşamasını, israfa yol verməyib, imkansızlara qarşı xəsis 
olmamasını  tövsiyə  edir.  Qur᾽anın  bir  çox  ayələrində  insanların  xəsislik  və  paxıllıqdan  uzaq 
olmaları əmr olunur: 
 «Allah  tərəfindən  bəxş  olunmuş  mal-dövləti  sərf  etməyə  xəsislik  edənlər,  heç  də  bunu  özləri 
üçün  xeyirli  hesab  etməsinlər.  Xeyir,  bu  onlar  üçün  zərərlidir.  Onların  xəsislik  etdikləri  şey 
qiyamət  günü  boyunlarına  dolanacaqdır.  Göylərin  və  yerin  mirası  Allaha  məxsusdur.  Allah  hər 
bir əməlinizdən xəbərdardır.» (Ali İmran-180). 


38 
 
Eyni zamanda insanların israfdan çəkinərək bir qədər əliaçıq olmaları tövsiyə olunur. 
«İsraf etməyin. Allah israf edənləri sevməz!» ( Ən᾽am-141). 
 «Həqiqətən, [malını əbəs yerə] sağa-sola səpələyənlər Şeytanın qardaşlarıdır.» (İsra-27). 
 «Nə  əldən  çox  bərk  ol,  nə  də  əlini  tamamilə  açıb  israfçılıq  et.  Yoxsa  həm  qınanarsan,  həm  də 
peşiman olarsan.» (İsra-29). 
2. İNTİQAM VƏ ƏFV ETMƏKDƏ ƏDALƏT 
Qur᾽an insanı həyatın acılı-şirinli günlərinə adət etməyə, qarşısına çıxan bəla və müsibətlərə səbr 
etməyə tövsiyə edir. Səbr edənlərin böyük ne᾽mətlərlə mükafatlandırılacaqlarına bəşarət verir: 
 «Yalnız  [dünyada  Allah  yolunda  çətinliklərə]  səbr  edənlərə  [axirətdə]  saysız-hesabsız  mükafat 
veriləcəkdir.» (Zumər-10). 
 «Allah səbr edənləri sevər.» (Ali İmran-146). 
Amma  bu  heç  də  o  demək  deyildir  ki,  Qur᾽an  insanları  zülmə  qarşı  mübarizə  aparmaqdan 
çəkindirir və onların zülmə tabe olmalarını tövsiyə edir. Xeyir! Qur᾽an məzlumlara, öz haqlarını 
tələb  etmək  lazım  gələrsə,  mübarizəyə  belə  qoşulmasını  əmr  edir.  Bəqərə  surəsinin  194-cü 
ayəsində bu haqda deyilir: 
 «Sizə qarşı həddini aşanlarla siz də həmən ölçüdə həddi aşın [cavab verin].» 
* * * 
Qur᾽an, qətlə yetirilmiş şəxsin sahibinə həddi aşmadan (yə᾽ni daha ağır əzab növlərindən istifadə 
etmədən) qisas almaq ixtiyarın vermişdir. 
 «Haqsız  yerə  öldürülən  məzlum  bir  şəxsin  sahibinə  [və  ya  varisinə  qatil  barəsində]  bir  ixtiyar 
verdikdə [istəsə qatildən qisas alar, istəsə bağışlayar və ya qanbahası tələb edər]. Lakin, o da qətl 
etməkdə ifrata varmasın. [qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin.» (İsra-33). 
3. MADDİ VƏ MƏ᾽NƏVİ İŞLƏRDƏ ƏDALƏT 
Qur᾽anın  qanunvericilik  prinsipləri  ədalət  üzərində  qurulduğu  üçün,  onda  dünya  və  axirət 
qanunları arasında müəyyən oxşarlıq vardır. Qur᾽an, tövratda olduğu kimi yalnız insanların maddi 
həyatlarına  diqqət  yetirərək  axirət  dünyasını  onların  zehnindən  silməmişdir.  Belə  ki,  xeyirxah 
işlər  görən  şəxslərin  mükafatını,  məhz  dünyəvi  var-dövlətdə  və  başqalarının  üzərində 
hakimiyyətdə  görür.  Və  eyni  zamanda  incildə  olduğu  kimi,  yalnız  axirətə  qapılaraq  dünyəvi 
həyatdan əl çəkməyi kimsəyə tövsiyə etməyir. 
Qur᾽an həm insanları axirət dünyasına sövq edir, həm də dünyəvi halal ləzzətlərdən zövq almağı 
tövsiyə edir. 


39 
 
 «Hər kəs Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu ağacların altında çaylar axan cənnətlərə 
əbədi olaraq daxil edər ki, bu da [mö᾽minlər üçün] böyük uğur və qurtuluşdur! Hər kəs Allaha və 
peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil 
edər. Onu rüsvayedici əzab gözləyir. (Nisa 13-14). 
 «Kim [dünyada] zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyirini görəcəkdir [mükafatlanacaqdır]. 
Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir [cəzasnı çəkəcəkdir].» (Zilzal 7-8). 
 «Allahın sənə verdiyindən özünə axirət qazan [malını Allah yolunda sərft et]. Dünyadakı nəsibini 
də unutma.» (Qəsəs-77). 
Qur᾽anın bir çox ayələrində elm və təqvaya tövsiyə olunmaqla yanaşı, dünyəvi halal ne᾽mətlərdən 
səmərəli istifadə etməyə də xüsusi diqqət yetirilir. 
 «[Ya  Məhəmməd!]  De  ki,  Allahın  öz  bəndələri  üçün  yaratdığı  zinət  və  təmiz  [halal]  ruziləri 
onlara kim haram buyurmuşdur?» ( Ə᾽raf-32). 
* * * 
Qeyd  etdiyimiz  kimi  Qur᾽an,  insanların  dünyəvi  həyatları  ilə  yanaşı  axirət  dünyasının  mə᾽nəvi 
məsələlərinə də xüsusi diqqət  yetirir. Bütün bunlarla yanaşı  insan,  yaradılış dünyasında mövcud 
olan varlıqlara və vücudunun əsrarəngiz sirlərinə yol tapmasına sövq olunur. Burada tək insanla 
Allah arasında olan rabitəyə deyil, onların bir-biri ilə ünsiyyətdə olma və qarşılıqlı həmkarlıq və 
ehtiram prinsiplərinə də diqqət yetirilir. 
4. İQTİSADİYYATDA ƏDALƏT 
Qur᾽ani-kərimdə  qanuni  alqı-satqı  və  digər  müamilə  üsulları  halal,  sələm,  çəkidə  və  digər  ölçü 
vahidlərində edilən kələkbazlıqlar isə haram buyurulmuşdur. 
 «Allah, alış-verişi halal, sələm almağı isə haram [qadağan] etmişdir.» (Bəqərə-275). 
 «Ey iman gətirənlər! Əhdlərə sadiq olun!» (Maidə-1). 
5. HƏYAT YOLDAŞINI SEÇMƏKDƏ ƏDALƏT 
Bəşəriyyətin  yer  üzündə  çoxalaraq  qalmasının  yeganə  amili  varsa,  o  da  evlənmək  və  ailə 
qurmaqdır.  Bu  səbəbdən  də  Allah-taala  insanlara  müəyyən  olunmuş  qanunlar  çərçivəsində 
evlənmə əmrini vermişdir. 
 «[Ey mö᾽minlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh [yaxud evlənməyə 
qabil]  kölə  və  qariyələrinizi  evləndirin.  Əgər  onlar  yoxsuldurlarsa,  Allah  öz  lütfü  ilə  onları 
dövlətli edər. Allah [lütf, mərhəmət] geniş olan və [hər şeyi] biləndir!» (Nur-32). 
 « Əgər yetim qızlarla [evlənəcəyiniz təqdirdə] ədalətlə rəftar edə biləcəyinizdən qorxarsınızsa, o 
zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfəri ilə nikah bağlayın.» (Nisa-3). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə