Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

34 
 
əksini  tapmış  və  qeyd  etdiyimiz  kimi,  mövzu  və  qanunların  heç  birində  ziddiyyət,  nöqsan  və 
çatışmamazlıqlara yol verilməmişdir. 
Qur᾽an bə᾽zən bir mövzu ətrafında iki dəfə və ya daha artıq söhbət açır, amma buna baxmayaraq 
onların heç birində çatışmamazlıq nəzərə çarpmayır. Məsələn, götürək Musa (ə)-ın əhvalatını. Biz 
Qur᾽anda  bu  əhvalatla  dəfələrlə  qarşılaşsaq  da,  onların  heç  birində  nöqsan  və  ziddiyyətlərlə 
qarşılaşmırıq. Növbəti ayə özündən əvvəlki ayələri təsdiqləyir və onu daha da təkmilləşdirir. 
Qur᾽anın  23 il  ərzində  müxtəlif  hadisə  və  münasibətlər  əsasında  nazil  olduğunu  nəzərə  aldıqda, 
onun həqiqətən ilahi vəhy olduğunun, insanın elm və qüdrətindən xaric olduğunun bir daha şahidi 
oluruq. Qur᾽anın 23 il ərzində nazil olmasını yaranmış ictimai, siyasi, dini şərait tələb edirdi. Bu 
müqəddəs  kitab  ayə-ayə  nazil  olmasına  baxmayaraq,  öz  həmahəngliyini  qoruyub  saxlaya 
bilmişdir. Bu da Qur᾽anın mö᾽cüzəvi xüsusiyyətlərindən biridir. 
«Onlar Qur᾽an barəsində [onun Allah kəlamı olması haqda] düşünməzlərmi? 
Əgər  o,  Allahdan  qeyrisi  tərəfindən  olsaydı,  əlbəttə  onda  çoxlu  ziddiyyət  [ixtilaf,  uğursuzluq] 
tapardılar.» 
Bu mübarək ayə insanı daxili və fitri mətləblərə də᾽vət edir. O da bundan ibarətdir ki, insan irəli 
sürdüyü  iddia  və  söylədiyi  ifadələrdə  yalan  və  iftiraya  əsaslanarsa,  gec-tez  söylədiyi  ifadələrdə 
ziddiyyət və nöqsan yaranacaqdır. Lakin biz, Qur᾽anda bu kimi çatışmamazlıqlarla qarşılaşmırıq. 
Qur᾽anın  nöqsan  və  çatışmamazlığını  sübuta  yetirmək  üçün  heç  bir  təsdiq  və  dəlilə  ehtiyac 
duyulmayır. Bu həqiqəti hətta, o dövrün cahil ərəbləri də dərk edirdi. Fəsahət və bəlağət alimləri, 
görkəmli şe᾽r ustaları, ədəbiyyatşünaslar dəfələrlə bu mətləbə toxunmuş, Qur᾽anın əbədi və ilahi 
mö᾽cüzə olduğunu e᾽tiraf etmişlər. 
Bir anlıq Vəlid ibni Müğeyrənin söylədiklərinə diqqət yetirin. Əbu Cəhl ondan Qur᾽an barəsində 
öz nəzərini bildirməsini istədikdə, bu sözləri demişdir: 
«Mən Qur᾽an barəsində nə deyə bilərəm? And olsun Allaha! Sizlərdən, məndən çox ərəb şe᾽r və 
qəsidələrini  bilən  yoxdur.  Şe᾽rin  sirlərində,  fəsahət  və  bəlağət  elminin  dərinliklərində,  rəcəz 
şe᾽rlərində məndən bilikliniz yoxdur. Mən şe᾽rin bütün növlərinə, hətta cinlərin şe᾽rlərindən belə 
agaham.  Amma  and  olsun  Allaha!  Məhəmmədin  söylədikləri  bunların  heç  birinə  bənzəməyir. 
Bəli!  Məhəmmədin  söylədiklərində  özünəməxsus  şirinlik  vardır.  Onun  söylədiklərindən  daha 
şirin və daha mə᾽nalı bir şey söyləmək mümkün deyildir. Məhəmmədin hər bir sözü, hər sözdən 
daha üstün və təsəvvür olunmazdır. 
Əbu Cəhl  dedi:  And  olsun  Allaha!  Əgər  onun  əleyhinə  bir  söz  deməsən,  qəbilə  üzvləri  səndən 
razı qalmayacaqdır. 
Vəlid  dedi:  Elə  isə  bir  qədər  səbr  edin,  bir  şey  fikirləşim.  Bir  qədər  fikirləşdikdən  sonra  dedi: 
Qur᾽an, Məhəmmədin sehrkarlardan öyrəndiyi sehrdir.» (Təfsir Təbəri, 29/98). 


35 
 
Başqa  bir  yerdə  Vəlidin  verdiyi  cavab  bir  qədər  fərqli  olaraq  nəql  olunur:  «And  olsun  Allaha! 
Məhəmmədin  söylədikləri  nə  insan  sözüdür,  nə  də  cin.  Dediyi  sözlərin  özünəməxsus  şirinliyi 
vardır. Kimsə bu vaxta qədər bu sözləri deməmiş və deməyə də qadir deyildir. İstifadə etdiyi hər 
bir ifadə də yenilik və cazibəlik hiss olunur.» 
Əgər səmavi kitab adlanan tövrat və incili diqqətlə araşdırsanız, haqq və batili olduğu kimi dərk 
edib həqiqətə nail olacaqsınız. 
İndi isə incildəki bir neçə ziddiyyətli ayələrə diqqət yetirin: 
1. Lukanın incilində deyilir: 
Məsih (ə) dedi: 
«Mənimlə olmayanlar mənə müxalif olanlardır.» (Mətta. 12-ci fəsil. Luka 11-ci fəsil). 
Amma  başqa  bir  yerdə  yenə  də  incildə  oxuyuruq:  «Bizimlə  müxalif  olmayanlar  bizimlədirlər.» 
(Markos və Luka. 9-cu fəsil). 
2. İncildə deyilir: «Məsih (ə)-ı saleh müəllim adlandırdıqda e᾽tiraz edərək dedi: Saleh?! Allahdan 
başqa kimsə saleh deyildir.» (Mətta. 19-cu fəsil. Markos 10-cu fəsil). 
Amma  başqa  bir  yerdə  bunun  tam  əksilə  rastlaşırıq.  «Mənəm  saleh  gözətçi.  Sonra  dedi:  Saleh 
gözətçi mən özüməm.» (Yuhənna 10-cu fəsil). 
3. Məttanın İncilində deyilir: 
«Həzrət  Məsih  ilə  dar  ağacına  asılan  oğruların  hər  ikisi  onu  danlayır,  təhqiramiz  sözlər 
deyirdilər.» (Mətta. 27-ci fəsil). 
Başqa  bir  incildə  isə  bunun  tam  əksi  deyilir:  «Oğrulardan  biri  Məsihə  dedi:  Əgər  həqiqətən 
Məsihsənsə  (Allah  peyğəmbərisənsə)  həm  özünü,  həm  də  bizi  bu  bəladan  qurtar.  Başqa  birisi 
dedi: Məsihi danlamaqla Allahın əzabından qorxmursanmı.» (Luka 5-ci fəsil). 
4. Yuhənnanın İncilində deyilir: 
«Əgər mən öz xeyrimə şəhadət verirəmsə, şəhadətim heç də düzgün olmayacaqdır.» (Yuhənna 5-
ci fəsil). 
Amma həmən incildə başqa bir fəsildə deyilir: 
«İsa dedi: Əgər mən şəhadət verərəmsə, şəhadətim tamamilə düzgün olacaqdır.» (Yuhənna 8-ci 
fəsil). 
Bunlar həcm baxımından bir o qədər də böyük olmayan incildən, bir-biri ilə fərqli və ziddiyyətli 
nümunələr  idi.  Amma  nə  qədər  az  olsa  da,  həqiqətsevər  insanlara  həqiqəti  bilmək  üçün  kifayət 
qədər dəlil və sübut ola bilər. 


36 
 
QUR᾽ANIN QANUNVERİCİLİK BAXIMINDAN E᾽CAZI 
QUR᾽ANDAN ƏVVƏLKİ DÖVRLƏR 
Bu  bir  həqiqətdir  ki,  aləmi  öz  nuru  ilə  işıqlandıran  islam  dini,  zühur  etməzdən  əvvəl  bir  çox 
millətlər, xüsusilə cahil ərəblər zülmət və  qorxunc həyat tərzi  keçirirdi. Savadsızlıq, əxlaqsızlıq, 
ictimai pozğunluq hakim olan bir cəmiyyətdə elm öyrənmək ərəblər üçün böyük rüsvayçılıq, qan 
töküb ticarət karvanlarını qarət etmək isə mərdanəlik hesab olunurdu. 
İslamdan əvvəl onlar özlərinin qorxunc və xurafi adət-ən᾽ənələrindən böyük bəhrələr aparırdılar. 
Cahil  ərəblərin,  vahid  əqidə  adı  altında  bir  yerə  toplayacaq  nə  dini,  nə  də  ictimai  qanun 
çərçivəsində  vəhdət  yaradacaq  qanunları  var  idi.  Ata-babalarının  adət-ən᾽ənələri  onları  heyran 
edir və onu davam etdirməyi özləri üçün böyük fəxr bilirdilər. Bütpərəstlik cahil ərəblər arasında 
ən çox yayılmış ayinlərdən biri hesab olunurdu. Onlar öz əlləri ilə yonduqları bütlərə pərəstiş edir 
və onları şəfaətverici vasitə kimi müqəddəsləşdirirdilər. 
Ata-analarından  onlara  irs  olaraq  qalan  var-dövlət  və  qarət  yolu  ilə  əldə  etdikləri  mallar,  onlar 
arasında püşk atma  yolu ilə bölünürdü. Hər şeydən çox, geniş  yayılmış qumarbazlıq əksəriyyət 
tərəfindən rəğbətlə qarşılanır, hətta bunu özlərinə böyük iftixar hesab edirdilər. Adət şəklini almış 
ən  çikrin  işlərdən  biri  də,  atalarının  zövcələri  ilə  evlənmələri,  ondan  da  dəhşətlisi  isə  qız 
uşaqlarını diri-diri torpağa basdırmaları olmuşdur. 
QUR᾽AN ƏSRİ 
Ərəbistan yarmadasının islamdan əvvəlki ictimai vəziyyəti ilə az da olsa tanış oldunuz. Cəhalət 
və hərc-mərclik baş alıb getdiyi bir halda, orada parlaq islam günəşi doğdu. Cəhalətdə qərq olmuş 
qaranlıq ürəklər, islam nuru ilə işıqlandı. 
Təkallahlıq,  bütpərəstliyin  cəhalət  və  fəsadını  elm  və  əxlaqla,  illər  boyu  davam  edən  qəbiləvi 
düşmənçiliklərini  isə  dostluq  və  məhəbbətlə  əvəz  etdi.  Qarətçi  və  pərakəndə  ərəb  qəbilələri 
təqvalı  vahid  müsəlman  ümmətinə  çevrildi.  Belə  ki,  iqtidarda  olduqları  illər  ərzində  elm, 
mədəniyyət,  insaniyyət  və  svilizasiyanın  ən  yüksək  mərhələlərinə  nail  olaraq,  fəth  etdikləri 
ölkələrdə  də  bunların  yayılmasında  böyük  nailiyyətlər  əldə  etdilər.  Həmin  dövrdə  elm, 
mədəniyyət və tərəqqi artıq islam bayrağı altında dalğalanırdı.Görkəmli fransız elm xadimi Durus 
bu haqda deyir: 
«Müsəlmanların  peyğəmbəri  olan  Məhəmməd,  özünün  səmavi  tə᾽limlərini  pərakəndə  ərəb 
qəbilələri  arasında  asanlıqla  yayaraq  onların  vəhdət  və  birliyinə  nail  oldu.  O,  öz  hakimiyyətini 
İspaniyadan  Hind  yarmadasınadək  yayaraq  svilizasiya  və  tərəqqi  bayrağını  bu  ölkələrdə  ucalda 
bildi. O böyük insan, Avropa ölkələrindən fərqli olaraq, bir zaman Ərəbistan yarmadasında dərin 
islahatlar apara bildi. 
Orta əsrlərdə elm və mədəniyyətə yiyələnən yeganə millət var idisə, o da cəhalət pərdəsini kənara 
çəkmiş  və  onu  elm  və  mədəniyyətlə  əvəz  etmiş  ərəb  milləti  idi.»  (Sifvətul  ürfan.  Məhəmməd 
Fərid Vəcdi-119). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə