Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

29 
 
və  xürrəm  yaşadıqları  zaman,  bir  ilan  onlara  yaxınlaşıb  qadağan  olunmuş  ağaca  tərəf  apardı  və 
onları bu ağacın meyvəsindən  yeməyə  sövq etdi. Onları bu işə razı salmaq üçün dedi: Əgər bu 
ağacın meyvəsindən yeyərsinizsə, əbədi həyata qovuşacaqsınız. Allah sizi bu ağacın meyvəsindən 
yeməyi qadağan etməklə nəyin pis, nəyin də yaxşı olduğunu dərk etməməyinizi istəmişdir. 
Adəmlə  Həvva  ilanın  söylədiklərinə  inanıb  qadağan  olunmuş  ağacın  meyvəsindən  yedilər  və 
həmən  an  üryan  olduqlarını  hiss  etdilər.  Utanaraq  övrətlərini  örtdülər.  Elə  bu  zaman  Allah 
Cənnətdə  gəzişirdi.  Adəmlə  Həvva  Onu  görüb  özlərini  gizlətmək  istədilər.  Allah  Adəmi 
səsləyərək  harada  olduğunu  soruşdu.  Adəm  çarəsiz  qalıb  cavab  verdi.  Sənin  səsini  eşidib 
gizləndim.  Çünki  bir  anda  özümü  üryan  hiss  etdim.  Allah  dedi:  Üryan  olduğunu  necə  başa 
düşdün?  Yoxsa,  sənə  qadağan  etdiyim  meyvədənmi  yemisən?  Hər  şey  Allaha  bəlli  oldu.  Artıq 
Adəm  də  bizim  kimi  oldu.  O,  da  bundan  belə  yaxşı  ilə  pisi,  gözəl  ilə  çirkinin  nə  olduğunu 
biləcəkdir. Belə getsə həyat ağacının meyvəsindən yeyəcək və bizim kimi əbədi yaşayacaqdır. Bu 
səbəbdən  də  Allah, Adəmi  Cənnətdən  qovub  onunla həyat  ağacı  arasında  böyük  fasilə  [məsafə] 
qoydu.» (Yaradılış səfəri. 2-3-cü fəsillər.) 
Yenə də Tövratda deyilir: «Şeytan, deyilən həmin ilandır. O Şeytan ki, bütün dünyanı zəlalətə və 
uçruma sövq edir.» (12-ci fəsil, 9-cu bölüm). 
Bir  anlıq  diqqət  yetirin,  görün  səmavi  adlanan  kitablarda  elm  və  qüdrəti  hər  şeyi  əhatə  edən 
Allaha  nə  kimi  yalan  və  iftiralar  qoşulur. Acizlik,  qorxu,  yalançılıq  və  s. Belə ki, Allah  agahlıq 
ağacını  yalan  olaraq  Adəmə  ölüm  ağacı  kimi  tanıtdırmışdır.  Sonra  isə  onun  həyat  ağacının 
meyvəsindən  yeyərək  əbədi  yaşamasından  qorxaraq,  dünyaya  hökmranlıq  etməkdə  onunla  şərik 
olmasın  deyə,  Adəmi  Cənnətdən  qovur.  Daha  sonra  Allahın  cism  olaraq  cənnətdə  gəzişməsinə 
işarə olunur. Ən başlıca isə, Allahın Adəm və Həvvanın tutduqları işdən xəbərsiz olduğuna, yə᾽ni 
məxluqatın  gördükləri  işlərdən  agah  olmadığına  toxunulur.  Bir  halda  ki,  Zatı  bütün  eyb  və 
nöqsanlardan  münəzzəh  olan  bir  varlığa,  bu  kimi  sifət  və  xüsusiyyətləri  aid  etmək  qeyri-
mümkündür. 
2.  Tövrat  İbrahim  (ə)  ilə  Nəmrudun  əhvalatında  deyir:  «İbrahim  zövcəsi  Saranı  Nəmrudun 
hüzurunda  bacısı  kimi  qələmə  verdi  və  Sara  olduqca  gözəl  olduğu  üçün  Nəmrud  onu  əldən 
vermək  istəmədi.  Onu  özünə  arvad  edib  İbrahimə  xeyli  maddi  yardım  etdi.  Artıq  İbrahimin 
ixtiyarında xeyli mal-qara və saysız-hesabsız xəzinələr var idi. Nəmrud, Saranı İbrahimin bacısı 
yox,  zövcəsi  olduğunu  başa  düşdükdə  İbrahimə  dedi:  Nə  üçün  həqiqəti  gizlədib,  Saranı  əlindən 
almağıma razı oldun? Sonra Nəmrud, Saranı İbrahimə qaytardı.» (Tövrat, Yaradıcılıq səfəri, 12-ci 
fəsil). 
Buradan belə mə᾽lum olur ki, fitnə-fəsada və əxlaqsızlığa yol verən, İbrahim (ə)-ın özü olmuşdur. 
Çünki,  o,  Saranı  zövcəsi  olduğunu  danmaqla  Nəmrudun  onu  ələ  keçirməsinə  əlverişli  imkan 
yaratmışdır.  Adi  insanlar  bu  işə  yol  vermədikləri  bir  halda,  Allahın  əziz  peyğəmbəri  belə  bir 
pozğunluğa  yol  verə  bilərdimi?!  Əstəğfirüllah!  Allaha  pənah  aparırıq  bu  kimi  yalan  və 
iftiralardan! 
3.  Tövrat  Lut  (ə)  və  qızlarının  əhvalatı  haqda  deyir:  «Günlərin  bir  günündə  Lutun  böyük  qızı 
bacısına  deyir:  Artıq  atamız  qocalıb  əldən  düşüb  və  yer  üzündə  bizimlə  yaxınlıq  edəcək  kimsə 


30 
 
qalmayıb,  gəl  atamızı  məst  edib  onunla  yaxınlıq  edək.  Beləliklə  atamızın  nəslini  qoruyub 
saxlamış olarıq. Həmən günün gecəsi Lutu içirdirlər, böyük qızı onunla yaxınlıq edir. İkinci gün 
yenə də bu iş təkrar olur və bu dəfə kiçik qızı onunla yaxınlıq edir. Beləliklə hər iki bacı atasından 
hamilə  olur. Onların hər birinin bir oğlu olur. Böyük  bacının oğlu  «Mu abin» sülaləsinin banisi 
«Mu ab», kiçik bacının oğlu isə «Bəni-əmum» sülaləsinin banisi «Bin-əma» adı ilə şöhrət tapır.» 
(Tövrat, Yaradıcılıq səfəri, 19-ci fəsil). 
Bu da Tövratda həzrət Lut və onun qızları haqda uydurulmuş növbəti təhqiramiz əfsanə. 
4. Tövratda deyilir: 
«İshaq  özündən  sonra  peyğəmbərliyi  oğlu  İsuya  vermək  istəyirdi.  Lakin  Yə᾽qub  adlı  başqa  bir 
oğlu atasının korluğundan istifadə edib qardaşının paltarını geyinir və özünü İsu kimi tanıtdırır. 
İshaq  təmtəraqlı  məclis  qurub  oğlunun  peyğəmbərliyə  tə᾽yin  olunduğunu  qeyd  edir  və  özü  də 
məclisə  qoyulan  şərablardan  bir  qədər  içir.  Sonra  oğlu  üçün  dua  edib  deyir:  Sən  bundan  sonra 
qardaşlarının ağası və sərvərisən. Anan və övladlarım qarşında kiçilməli və ehtiram etməlidirlər. 
Allah lə᾽nət etsin, sənə lə᾽nət oxuyanlara! Allah yar olsun, səni sevib yar olanlara! 
İsu məclisə daxil olub, qardaşının peyğəmbərliyi ondan qəsb etdiyini başa düşür. Atasının yanına 
gəlib deyir: Atacan mənə də xeyir-dua et! İshaq deyir: Mən onu sənin və qardaşlarının üzərində 
rəhbər  tə᾽yin  etdim.  Buğda  və  şərabla  ona  sərvət  və  qüdrət  verdim.  Oğul  belə  olduğu  bir  halda 
mən  sənə  nə  edə  bilərəm?  İsu  atasından  rədd  cavabını  eşidib  uca  səslə  nalə  etdi.»  (Tövrat, 
Yaradıcılıq səfəri, 27-ci fəsil). 
Qəribədir,  peyğəmbərliyi  başqa  birisindən  qəsb  etmək  olarmı?  Həqiqətən  Allah  peyğəmbərlik 
məqamını  hiylə  və  yalan  işlətməklə  birinin  üzərindən  götürüb  başqa  birisinin  öhdəsinə  qoya 
bilərmi?  Görəsən  doğrudan  da  Yə᾽qub,  hiylə  ilə  atası  İshaqı  aldatdığı  kimi,  Allahı  da  aldada 
bilmiş və O, da bu məqamı həqiqi sahibinə qaytara bilməmişdirmi? 
Bəlkə  də  bu  əfsanəni  uyduran  şəxslərin  özlərini  şərab  məst  etmiş  və  belə  bir  çirkin  iş  tutmağa 
vadar etmişdir. 
Tövratda deyilir: 
«Yəhda,  oğlu  Əirin  zövcəsi  Samar  ilə  zina  edir  və  ondan  Faris  və  Zari  adda  iki  oğlu  olur.» 
(Tövrat - Yaradıcılıq səfəri, 38-ci fəsil). 
Başqa  bir  tərəfdən  isə  Məttanın  İncilində  Yəsu  Məsihin  şəcərənaməsi  geniş  şəkildə  verilir  və 
orada  həzrət  Məsih,  Süleyman  və  onun  atası  Davudun  öz  oğlunun  arvadı  ilə  qeyri-qanuni  cinsi 
əlaqədən dünyaya gələn Faresdən olmaları bildirilir.  
Əstəğfirullah!  Əgər  peyğəmbərlər  zinadan,  özü  də  məhrəmlə  edilən  zinadan  dünyaya  gəlmiş 
olsalar, daha hansı müqəddəslikdən danışmaq olar?! 
Amma nədənsə Tövratı tə᾽lif və sonralar təhrif edən şəxslər Allah peyğəmbərlərinə iftira yaxmağı 
özlərinə adi peşə seçmişlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə