Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   6   7   8   9   10   11   12   13   ...   81

21 
 
fəsahətinə  məftun  olurdular.  Nəhayət  onlar  da  Qur᾽anın  bəşər  yaradıcılığı  olmadığını  və  Allah 
tərəfindən həzrət Məhəmmədə (s) vəhy olaraq nazil edildiyini dərk etdilər. 
İbni Sukəytdən nəql olunmuş hədisdə bu həqiqət bir daha açıqlanır. Hədisdə deyilir: 
«İmam Rza (ə)-ın yanına gəlib ondan soruşdum ki, nə üçün Allah-taala mö᾽cüzə olaraq Musa (ə)-
a əsa və parlaq əli, İsa (ə)-a tibbi, Məhəmməd (s)-a isə e᾽cazkar kəlamları bəxş etmişdir? 
İmam  Rza  (ə)  buyurdu:  Allah-taala  Musa  (ə)-ı  peyğəmbərliyə  tə᾽yin  etdiyi  zaman  sehr  və 
cadugarlıq geniş yayılaraq hamı tərəfindən rəğbətlə qarşılanırdı. Musa (ə) da məhz bu üslubdan 
istifadə  edərək  Allahın  izni  ilə  kimsənin  bacarmadığı  mö᾽cüzə  göstərir  və  bu  yolla  həm  öz 
peyğəmbərliyini sübuta yetirir, həm də cadugarların sehrlərini bütünlüklə batil edirdi. 
İsa (ə)-ın zamanında isə bir çox ağır xəstəliklər  yarandığından bu sahədə mütəxəssislərə böyük 
ehtiyac  hissi  duyulurdu.  Belə  bir  şəraitdə  Yunanıstanda  və  onun  müstəmləkələrində  görkəmli 
təbiblər  meydana  gəldi,  tibb  elmi  get-gedə  əsil  gəlir  mənbəyinə  çevrilməyə  və  bir  çoxları 
tərəfindən  sui-istifadə  edilməyə  başladı.  Tibb  elmi  öz  inkişaf  mərhələsini  keçdiyi  belə  bir 
şəraitdə,  İsa  (ə)-a  bu  elmə  oxşar  mö᾽cüzə  verilir.  O,  ağır  xəstələri,  anadangəlmə  kor  və  karları 
sağaldır,  hətta  bə᾽zi  hallarda  Allahın  izni  ilə  ölüləri  də  dirildirdi.  Beləliklə,  həm  onun 
peyğəmbərliyi, həm də Allahın insanlar üzərindəki höccəti tamamlanmış olurdu. 
Həzrət  Məhəmməd  (s)-ın  dövründə  isə,  şe᾽r  və  ədəbiyyat  özünün  son  inkişaf  mərhələsinə 
çatmışdı. Belə bir şəraitdə Məhəmməd (s) peyğəmbərliyə tə᾽yin olunaraq, vəhy yolu ilə Qur᾽an 
ayələrini şe᾽r, qəsidə və yüksək sənətkarlıqla söylənilmiş söz vurğunu olan cahil ərəblərə tilavət 
etməyə  başlayır.  Beləliklə,  həm  onun  peyğəmbərliyi  sübuta  yetirilir,  həm  də  Allahın  insanlar 
üzərindəki höccəti tamamlanmış olur. (Üsuli-kafi, 1-ci cild. Əql və cəhalət fəsli, 20-ci hədis). 
Diqqət  yetirmək  lazımdır  ki,  Peyğəmbər  (s)-ın  Qur᾽andan  başqa  «şəqqul  qəmər»,  kərtənkələni 
danışdırması,  daşların  onun  qarşısında  Allahı  zikr  etməsi  və  s.  mö᾽cüzələri  olmuşdur.  Amma 
Qur᾽an bir neçə səbəbə görə bütün bu mö᾽cüzələrdən daha çox əhəmiyyət kəsb edir. 
1.  Yaradılış  və  bir  çox  elmlərin  sirlərindən  agah  olmayan  ərəblər  bu  kimi  mö᾽cüzələrə  şəkk  və 
tərəddüdlə  yanaşa  bilsəydilər  də,  şe᾽r  sənətindən  kifayət  qədər  mə᾽lumatları  olduqları  üçün 
Qur᾽anın fəsahətini heç cür inkar edə bilmirdilər. Çünki, onların özləri bu elmlərə yiyələnmiş və 
bir çox  dəyərli  əsərlər  yarada  bilmişdilər.  Amma  necə  olursa-olsun  özlərini  Qur᾽anın  qarşısında 
tamamilə aciz hesab edirdilər. 
2.  Peyğəmbər  (s)-ın  göstərdiyi  bə᾽zi  mö᾽cüzələr  müəyyən  zaman,  məkan  və  şərait  çərçivəsində 
idi  və  məhz  bu  səbəbdən  də  onlar  müvəqqəti  olmalı,  zaman  keçdikcə  bir  tarixi  hadisəyə 
çevrilməli və ağızdan-ağıza nəql olunmalıydı. Qur᾽an isə əbədi mö᾽cüzə olaraq Məhəmməd (s)-a 
nazil olmuş və qiyamətə qədər qüvvədə qalacaqdır. 
Biz  növbəti  fəsillərdə  bə᾽zi  şəxslər  tərəfindən  tərəddüd  ilə  yanaşılan,  Peyğəmbər  (s)-ın  digər 
mö᾽cüzələrinə işarə edəcəyik. 


22 
 
QUR᾽AN İLAHİ MÖ᾽CÜZƏDİR 
İslam və Qur᾽an tarixindən mə᾽lumatı olan hər bir insan bu həqiqəti tərəddüd etmədən qəbul edir. 
Həzrət  Məhəmməd  (s)  bəşəriyyəti  Qur᾽anla  birliyə,  qardaşlığa  çağırır.  Müxalif  olanların 
e᾽tirazlarının  qarşısında  Qur᾽an  ayələrinə  istinad  edir  və  bunun  bəşər  kəlamı  olduğunu  iddia 
edənlərə Qur᾽an ayələrinə oxşar bir ayə  gətirmələrini tələb edirdi. O, deyərdi: Əgər  dedikləriniz 
düzdürsə  Qur᾽ana  oxşar  bir  kitab  gətirin,  gətirərsinizsə  mən  öhdəmə  düşən  vəzifədən  əl 
çəkəcəyəm.  Bununla  da  o,  həm  Allahın  yer  üzündəki  höccətini,  həm  də  öz  peyğəmbərliyinin 
həqqaniyyətini sübuta yetirmiş olurdu. 
O, iddiaçıların  uğursuzluqlarını  görüb Qur᾽ana  oxşar on  ayə  gətirmələrini  təklif etdi. Bunun  da 
öhdəsindən gələ bilməyəcəklərini görüb, yalnız bir ayə gətirmələrini istədi. 
Bu mübarizə əsrlər boyu davam etmiş və qiyamət gününədək davam edəcəkdir. 
İlk baxışda şe᾽r və ədəbiyyatın, fəsahət və bəlağət elmlərinin dərinliklərinə yol tapan ərəblər üçün 
Qur᾽ana  oxşar  ikinci  bir  kitabın  tərtib  olunması  heç  də  çətin  bir  iş  deyildi.  Onlar  belə  bir  kitab 
yazmaqla həm öz adlarını əbədi olaraq tarixə zəbt edər, həm də ərəb millətini gələcək sarsıntı və 
çətinliklərdən xilas edə bilərdi. 
Amma fəsahətli ərəblər Qur᾽an ayələrini tilavət etdikləri ilk gündən onun ilahi mö᾽cüzə olduğunu 
dərk  etdilər.  Onlar  artıq  başa  düşürdülər  ki,  Qur᾽anla  mübarizə  aparmaq  yalnız  onların 
məğlubiyyəti və rüsvayçılığı ilə nəticələnə bilər. Bu səbəbdən də Qur᾽anın əzəmətinin qarşısında 
aciz olduqlarını e᾽tiraf etdilər. 
Beləliklə  onlardan  bə᾽ziləri  İslamı  qəbul  edərək  Məhəmməd  (s)-a  iman  gətirdi,  bə᾽ziləri  isə 
inadkarlıq edərək mübarizəni qılınc-qalxan ilə davam etdirməyi hər şeydən üstün tutdular. 
Fəsahətli  ərəblərin  Qur᾽anı  ilahi  mö᾽cüzə  kimi  qəbul  etmələri  və  onun  qarşısında  özlərinin  aciz 
olduqlarını e᾽tiraf etmələri, Qur᾽anın bir daha ilahi vəhy olduğunu sübuta yetirir. 
BİR İRAD VƏ ÜÇ CAVAB 
Bə᾽zi  mə᾽lumatsız  şəxslər  belə  bir  iddia  irəli  sürürlər  ki,  ərəblər  o  zaman  Qur᾽ana  oxşar  kitab 
yazmış, amma zaman keçdikcə istifadə olunmadığından unudularaq aradan getmişdir. 
Bu nəzəriyyəni üç cəhətdən əsassız hesab edə bilərik: 
1. Həqiqətən əgər belə bir əsər olsaydı, şe᾽rsevər ərəblər ondan öz şe᾽r məclislərində istifadə edər 
və öz məqsədlərinə nail olmaq üçün ondan səmərəli istifadə edərdilər. 
Digər tərəfdən isə belə bir kitabın mövcud olduğu tarix və ədəbiyyat kitablarında qeyd olunar və 
nəticədə yaddaşlardan silinməzdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə