Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   2   3   4   5   6   7   8   9   ...   81

12 
 
oxuması mümkün olmayacaqdır. Bu səbəbdən də Qur᾽anın evlərdə oxunması islam hökmlərinin 
hamı tərəfindən rəğbətlə qəbul olunmasına səbəb olur. 
2.  Evlərdə  Qur᾽an  oxunarsa,  səhər-axşam  oradan  Qur᾽an  səsi  ucalar  və  onu  dinləyən  şəxslərin 
qəlbləri bununla təskinlik tapar. 
3.  Qur᾽anın  evlərdə  oxunması,  həmən  evin  daha  da  bərəkətli  olmasına  səbəb  olur.  Mələklər  bu 
evlərə nazil olar, şeytanlar isə qorxuya düşərək oradan uzaq olmaq istəyərlər. Ulduzlar yer üzünü 
işıqlandırdıqları kimi, Qur᾽an oxunan evlər də səma əhlinə nur saçar. Qur᾽an oxunmayan evlərdə 
bərəkət  olmaz,  mələklər  bu  evlərə  gəlməkdən  çəkinər  və  oralar  şeytanların  daimi  gediş-gəliş 
yerinə çevrilər. (Üsuli-kafi, 2-ci cild. «Qur᾽anın oxunma fəziləti). 
QUR᾽AN TİLAVƏTİNİN FƏZİLƏTİ HAQDA UYDURULMUŞ HƏDİSLƏR 
Bu məzmunda o qədər hədis nəql olunmuşdur ki, onun çoxluğu insanı heyrətə gətirir. 
Biz onlardan bir neçəsinə işarə edəcəyik. 
Peyğəmbər (s) buyurur: «Qur᾽andan bir hərf oxuyan şəxsin əməl dəftərinə bir xeyirli əməl yazılar 
və  hər  bir  xeyirli  əməl  on  bərabər  savabla  mükafatlandırılar.»  Sonra  əlavə  edərək  buyurur:  “« 
Əlif,  lam,  mim»in  bir  hərf  olduğunu  deməyirəm.  Bəlkə  Əlif  bir  hərf,  lam  iki  hərf,  mim  isə  üç 
hərfdir.” 
Bir  çox  əhli-sünnət  alimləri  bu  hədisi  öz  kitablarında  nəql  etmişlər.  Qurtəbini,  Termizini,  İbni 
Məs᾽udu onlara misal çəkmək olar. 
Mərhum Koleyni də öz kitabında bu məzmunda imam Sadiq (ə)-dan hədis nəql etmişdir. 
 Əbu  İsmət  Fərəc  ibni  Əbi  Məryəm  Məruzi,  Məhəmməd  ibni  Əkaşə  Kermani  və  Əhməd  ibni 
Abdullah  Cuveybari  Qur᾽an  fəziləti  barəsində  böyük  saxtakarlıqlar  göstərmiş  hədis 
dəccallarındandırlar. 
Hətta  Əbu  İsmət  özü  bu  həqiqəti  e᾽tiraf  etmişdir.  Ondan  «Əkrəmənin  müasiri  olmadığın  halda, 
onun  Qur᾽anın  bütün  surələri  haqda  İbni  Abbasdan  hədis  söylədiyini  haradan  bilirsən?»  -  deyə 
soruşduqda  belə  cavab  vermişdi:  Camaatın  Qur᾽andan  uzaqlaşıb  Əbu  Hənifənin  fiqhinə  və 
Məhəmməd ibni İshaqın «Məğazi» adlı kitabına üz tutduqlarını görüb, xalis niyyətlə özümdən bir 
neçə  hədis  uydurub  onların  ixtiyarına  qoydum  ki,  bəlkə  müsəlmanlar  bu  yolla  Qur᾽an  oxumağa 
meyl etsinlər. 
Osman  ibni  Səlah,  Ubəy  ibni  Kə᾽bin  Peyğəmbər  (s)-dan  Qur᾽anın  fəziləti  barəsində  nəql  etdiyi 
məşhur  hədis  haqda  deyir:  «Bu  hədis  ətrafında  kifayət  qədər  araşdırmalar  aparılmışdır.  Əldə 
olunan nəticə, onu nəql edən şəxsin dediyi bu sözlər olmuşdur: “Bu hədisi mən bir neçə nəfərlə 
həmkarlıq edərək özümdən uydurub camaatın ixtiyarına qoydum.” 
Demək, Vahidi və digər müfəssirlər bu hədisi öz kitablarında  nəql etməklə böyük bir səhvə  yol 
vermişlər. (Təfsir Qurtəbi, 1/18-19). 


13 
 
Allaha  və  Onun  peyğəmbərinə  iftira  yaxan  hədis  dəccallarının  gördükləri  işlər  insanda  təəccüb 
doğurur.  Bəli,  şeytan  onların  gördükləri  bu  çirkin  işləri,  nəzərlərində  xeyirxah  işlər  kimi 
cilvələndirmişdir. 
«Müşriklərin etdikləri əməllər beləcə yaxşı göstərildi.» 
QUR᾽AN AYƏLƏRİNİN MƏ᾽NALARINDA DİQQƏT VƏ TƏFƏKKÜR 
Digər  mövzularda  olduğu  kimi,  bu  mövzu  ətrafında  da  kifayət  qədər  hədis  və  rəvayət  nəql 
olunmuşdur. 
Allah-taala Qur᾽ani-kərimdə bu haqda buyurur: 
«Onlar  Qur᾽an  barəsində  düşünməzlərmi?  Yoxsa  ürəklərinə  kilid  vurulmuşdur?  [Yoxsa 
ürəklərinin öz kilidləri vardır?]» 
Göründüyü  kimi  Qur᾽an  ayələrinə  olan  diqqətsizlik,  hətta  Qur᾽anın  özü  tərəfindən  qətiyyətlə 
tənqid olunmuşdur. 
İbni Abbasın Peyğəmbər (s)-dan nəql etdiyi hədisdə deyilir: «Qur᾽anı uca və açıq tərzdə oxuyun! 
Və onun sirr və qəribəliklərinə yol tapmağa çalışın.» 
 Əbu  Əbdürrəhman  deyir:  Bizə  Qur᾽anı  tə᾽lim  edən  Peyğəmbər  səhabələrindən  biri  deyərdi: 
«Səhabələr  Qur᾽anı  Peyğəmbərdən  on  ayə-on  ayə  öyrənirdi.  Peyğəmbər  (s)  ilk  on  ayəni  tə᾽lim 
verər və onlar da bu on ayədə bəyan olunan şər᾽i qanunlara və əxlaq normalarına əməl etməyincə 
növbəti on ayənin izahını verməzdi.» (Biharul-ənvar, 19/27). 
İbni Məs᾽ud, Osman və Ubeyddən nəql olunmuş rəvayətdə deyilir: «Peyğəmbər (s) səhabələrə on 
ayə  tə᾽lim  verər  və  onlar  bu  ayələri  əməli  olaraq  icra  etməyincə,  növbəti  ayələrə  keçməzdi.  O 
həzrət çalışırdı ki, səhabələr Qur᾽anı əməli olaraq öyrənsinlər.» (Təfsir Qurtəbi, 1/9). 
Günlərin  bir  günündə  Əli  (ə)  ənsarla  elmi  mübahisə  aparan  Cabir  ibni  Abdullah  Ənsariyə 
yaxınlaşıb ondan bə᾽zi elmi məsləhətlər verməsini istədi. Ənsardan biri Əli (ə)-ın bu xahişindən 
təəccüblənərək dedi: Ya Əmirəl-mö᾽minin! Malik olduğun elm və biliklə yenə də Cabirdən elmi 
məsləhətlər alırsanmı?! Buyurdu: Cabir bu tə᾽rifə layiqdir. Çünki o, bu ayənin təfsirini çox gözəl 
dərk etmişdir. 
«[Ya  Məhəmməd!]  Qur᾽anı  [oxumağı  və  təbliğ  etməyi,  yaxud  hökmlərinə  əməl  etməyi]  sənə 
vacib  buyuran  Allah,  qayıdacağın  yerə  [hicrət  edərək  çıxdığın  Məkkəyə]  səni  yenə  də 
qaytaracaqdır.» (Qəsəs-85). 
 Əllamə  Məclisi  bu  məzmunda  nəql  olunmuş  hədis  və  rəvayətləri  toplamış  və  Biharul-ənvarda 
ayrıca fəsil ayırmışdır. 


14 
 
Qur᾽an  bəşəriyyətin  dünya  və  axirət  həyatının  səadət  və  xoşbəxtliyini  tə᾽min  etdiyi  üçün  hər 
zaman ona müraciət etməli və yetkin nəticəyə oradan gəlməlidir. Bu həqiqəti insanın əql və fitrəti 
təsdiqləyir, təəssüb, inadkarlıq hissi olmadıqda isə, ona doğru meyl edir. 
Zəhəri,  imam  Səccad  (ə)-dan  nəql  etdiyi  hədisdə  deyir:  «Qur᾽anın  hər  bir  ayəsi  sənin  üçün 
tükənməz bir xəzinədir. Qarşında açılan bütün xəzinə qapılarına diqqət yetirməli və mahiyyətini 
dərk etməyə cəhd etməlisən.» (Üsuli-kafi, 2-ci cild, Qur᾽anın fəziləti fəsli). 
İKİNCİ FƏSİL 
QUR᾽ANIN MÖ᾽CÜZƏSİ 
13. Mö᾽cüzəni tanımaq; 
14. Mö᾽cüzə, peyğəmbərliyi təsdiq edən amillərdən biridir; 
15. Mö᾽cüzələr arasında olan oxşarlıq; 
16. Qur᾽an ilahi mö᾽cüzədir; 
17. Qur᾽an əbədi mö᾽cüzədir; 
18. Qur᾽anın əql və fəlsəfə baxımından mö᾽cüzəliyi; 
19. Qur᾽anın Tövrat və İncil ilə müqayisəsi; 
20. Qur᾽anın həmahəngliyinin mö᾽cüzəsi; 
21. Qur᾽anın qanunvericilik mö᾽cüzəsi; 
22. Qur᾽anın dəyişilməzliyi və daimi sabitliyi; 
23. Qur᾽anın qeyb barəsində verdiyi xəbərlər; 
24. Qur᾽anın yaradıcılıq [xilqət] sirləri. 
MÖ᾽CÜZƏNİ TANIMAQ 
Mö᾽cüzənin mə᾽nası: 
Mö᾽cüzə  –  «e᾽caz»  kəlməsindən  götürülmüşdür  və  e᾽caz  kəlməsinin  özünün  bir  neçə  mə᾽nası 
vardır: 
1.  Nəyi  isə  əldən  vermək;  Məsələn,  ərəblər  bir  şeyi  əldən  verdikdə  deyirlər  «ə᾽cəzəhul  əmrul 
fulani» yə᾽ni, filankəs bu işi əldən verdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə