Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   2   3   4   5   6   7   8   9   ...   81


 
səadət və xoşbəxtlik yoluna hidayət edər. Qur᾽an dəlil axtaranlar üçün ən tutarlı sübut və istidlal 
mənbəyidir.  Qur᾽an  mütəfəkkirlər  üçün  əlamət  və  nişanələr,  silaha  ehtiyacları  olanlar  üçün  ən 
gözəl sığınacaq, alimlər üçün tükənməz elm mənbəyi, onu nəql edən kəslər üçün ən böyük hədis, 
hökm çıxaran qazilər üçün isə ən gözəl ədalət nümunəsidir. (Nəhcül-bəlağə, 198-ci səh.) 
Bu xütbədə də bir neçə mühüm məsələyə işarə olunmuşdur və biz onlardan bə᾽zilərini şərh edirik. 
«Qur᾽an  nuru  sönməyən  əbədi  hidayət  çırağıdır».  Hədisdə  buna  oxşar  ifadələrlə  dəfələrlə 
qarşılaşırıq. Buradan məqsəd, Qur᾽anın həqqaniyyətinin müvəqqəti olmamasıdır. Onun ayələrinin 
əbədi  verdiyi  hökmlər  isə,  həmişəlik  qüvvə  və  icra  məqamında  qalacaqdır.  Məsələn,  Qur᾽anın 
bə᾽zi  ayələri  müəyyən  şəxs  və  ya  hadisələr  barəsində  nazil  olmuşdur,  amma  buna  baxmayaraq, 
onun  ümumi  məfhum  və  mə᾽nası  qiyamət  gününədək  müəyyən  şəxs  və  ya  hadisələrə  deyil, 
ümumi şeylərə aid olacaqdır. 
Əyaş, İmam Baqir (ə)-ın  «Hər tayfanın [doğru yol göstərən] bir rəhbəri vardır» (Rə᾽d-7) ayəsinə 
verdiyi təfsir haqda nəql etdiyi rəvyətlərdən birində bu mətləbə işarə edərək deyir: «Ayədə rəhbər 
[yol  göstərən]  deyildikdə,  Əli  ibni  Əbu  Talib  (ə)  nəzərdə  tutulur.  Və  rəhbər  hər  zaman  bizim 
Əhli-beytimizdən olacaqdır.» 
Ravi deyir: Demək bu ayə sizə də şamil olunur. Və siz də ayədə işarə olunan rəhbərlərdənsiniz. 
Buyurdu: Bəli, ayə mənə də şamil olunur. Qur᾽an ayələri hər zaman qüvvədə olduğu üçün mən də 
ayənin aid olduğu nümunələrdən biriyəm. Fəna və məhdudiyyət Qur᾽an üçün heç bir əhəmiyyət 
kəsb etməyir. Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı, 
bu  günə  kimi  Qur᾽andan  heç  bir  əsər-əlamət  qalmazdı.  Halbuki  belə  deyildir.  Qur᾽an  ayələri 
əbədi olaraq keçmiş qövm və millətlərə şamil olduğu kimi, gələcək nəsillərə də şamil olunur və 
bu mə᾽lumatlar onlar üçün də e᾽tibarlı sayılır. 
 
İmam Sadiq (ə)-dan bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir: 
«Qur᾽an, diri və əbədi bir kitabdır. O, heç vaxt məhv olub aradan getməyəcəkdir. Gecə və gündüz 
əsrlər boyu eyni cərəyanda olduğu kimi və günəş əsrlər boyu aləmi işıqlandırdığı kimi, Qur᾽an da 
həm  keçmişdə,  həm  də  gələcəkdə  müsəlmanlar  üçün  əbədi  mə᾽nəviyyat  nuru  olmuş  və 
olacaqdır.» 
Üsuli-kafidə Ömər ibni Yəziddən nəql olunmuş hədisdə deyilir: 
«O  kəslər  ki,  Allahın,  birləşdirilməsini  əmr  etdiyi  şeyləri  birləşdirir  [qohumluq  əlaqələrini 
qoruyub  saxlayır,  mö᾽minlərə  hörmət  edir]»  (Rə᾽d-21)  ayəsinin  mə᾽nasını  imam  Sadiq  (ə)-dan 
soruşduqda  buyurdu:  «Bu  ayə  Peyğəmbər  (s)-ın  Əhli-beyti  haqda  nazil  olmuşdur.  Mö᾽minlər 
onları sevməli və onlarla əlaqələrini kəsməməlidirlər. Sonra sözünə davam edərək buyurdu: Ayə 
Peyğəmbər  (s)-ın Əhli-beyti barəsində  nazil  olsa  da, sənə  yaxın  olan  qohum-əqrəbaya  da  şamil 
ola  bilər.  Sənə  tövsiyə  edəcəyim  şey  budur  ki,  müəyyən  şəxslər  barəsində  nazil  olmuş  ayələri 
yalnız onların özlərinə aid etməyəsən». 



 
Fərat  Kufinin  təfsirində  deyilir:  «Əgər  hər  hansı  bir  ayə  yalnız  müəyyən  qövm  və  ya  millət 
barəsində nazil olsaydı, indi Qur᾽andan heç bir əsər-əlamət qalmazdı. Amma bu bir həqiqətdir ki, 
yer  və  göylər  durduqca,  Qur᾽an  da  duracaq  və  dünyanın  ömrü  qədər  bəşəriyyətin  həyatında 
aparıcı  rol  oynayacaqdır.  Belə  ki,  Qur᾽an  bütün  qövm  və  millətlərin  istər  müsbət  və  istərsə  də 
mənfi xüsusiyyətlərini açıq-aşkar tərzdə bəyan etmişdir.» «Miratul-ənvar, 3-4-cü səh». 
Bu  məzmunda  istənilən  qədər  hədis  və  rəvayət  nəql  olunmuşdur,  amma  bu  bir  neçə  hədislə 
kifayətlənib xütbənin izahını davam etdiririk. 
2. «Bu yolun davamçıları qət etdikləri mərhələlərdə zülmət və qaranlıqlarla qarşılaşmaz və haqq 
yoluna hidayət olunarlar:» Buradan məqsəd Qur᾽anın insanları haqq yola hidayət etməsidir. Hər 
kəs  bu  yolun  yolçusu  olsa,  bir  daha cəhalət  və  nadanlığa  üz tutmaz. Çünki, Allah-taala  Qur᾽anı 
bəşəriyyətin  haqq  yola  hidayəti  və  xoşbəxt  həyatının  tə᾽min  olunması  üçün  nazil  etmişdir. 
Beləliklə, haqq və ədalətsevər insanlar zəlalətdən üz çevirib əbədi xoşbəxt həyata qovuşarlar. 
3. «Qur᾽anın ayələri açıq-aşkar, verdiyi hökmlər isə dəyişilməzdir.» 
Burada iki ehtimal vermək olar: 
a). Qur᾽anın maarif və tə᾽lim prinsiplərinin əsasını bəşəri fitrət və təbii qanunlar təşkil edir. Belə 
ki, bu prinsiplər sabit və dəyişilməz qanunlar üzərində qurulmuşdur. 
b).  Qur᾽anın  həqiqi  formasını  təşkil  edən  kəlmə  və  ifadələr  öz  orjinallığını  itirmədən  qorunub 
saxlanmış, hətta cüz᾽i əlavə və ya ixtisara yol verilməmişdir. 
4.  «Qur᾽an  haqq-ədalət  gülüstanıdır»  deyildikdə,  əqidə  və  təfəkkür,  əməl  və  əxlaq,  qəzavət  və 
mühakimə,  ictimai  ədalət  və  s.  sahələrdə  ədalətə  ayırdığı  xüsusi  diqqət  nəzərdə  tutulur.  Bu 
səbəbdən də Qur᾽an ədalət ağaclarının becərildiyi «gülüstan» adlanır. 
 
5.  «Qur᾽an  imanın  təməlidir».  Buradan  məqsəd  islam  dininin  istər  əxlaqi,  istərsə  də  əməli 
hökmlərinin Qur᾽an ayələrinə əsasən vahid formada qorunub saxlanılmasıdır. 
6.  «Qur᾽an  geniş  həqiqət  düzənliyidir.»  Düzənlikdə  hər  şey  maneə  olmadan  necə  varsa  elə  də 
göründüyü  kimi,  Qur᾽an  da  bütün  həqiqətləri  açıq-aşkar  bəyan  edir.  Bu  səbəbdən  də  Qur᾽an 
burada  geniş  səhra  və  düzənliyə  və  orada  maniəsiz  görünən  şeylər  isə  həqiqətə  oxşadılmışdır. 
Burada  başqa  bir  mətləbə  də  işarə  olunmuşdur.  O  da  insanların  haqq-ədalətə  nail  olmaq  üçün 
yalnız Qur᾽ana üz tutmalarıdır. Hər kim həqiqəti Qur᾽anda deyil, ayrı yerlərdə axtararsa, istəyinə 
nail ola bilməyəcəyini yəqin etməlidir. 
7.  «Qur᾽an  suyu  tükənmyən  bir  dənizdir.»  Yə᾽ni,  hər  kim  Qur᾽anın  bütün  sirlərinə  yiyələnmək 
istəsə, buna tam şəkildə nail ola bilməyəcəkdir. Çünki, onun kəşf olunan sirləri nə tükənmək bilir, 
nə  də  öz  e᾽tibarını  itirir.  Yerin  dərin  qatlarından  qaynayan  bulaqların  suyu  tükənmədiyi  kimi, 
Qur᾽anın da əsrarəngiz sirləri tükənmək bilmir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə