Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   2   3   4   5   6   7   8   9   ...   81


 
Nəsihətlərin  sonunda  Əli  (ə),  Harisə  bu  sözləri  buyurdu:  «Ey  Ə᾽vər,  bu  hədisi  məndən  yadigar 
saxla.» (Sünən Darəmi, 2/435, Səhih Termizi, 11/30). 
Hədisin izahı: 
Hədisdə bir neçə maraqlı mətləbə toxunulur: 
 «Qur᾽an keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.» Burada bir neçə mətləb nəzərə 
çarpır: 
a)  Bəlkə  də  «gələcəkdə  baş  verən  əhvalatlar»  deyildikdə,  qiyamət  günü  nəzərdə  tutulur.  Çünki, 
Qur᾽anın bir çox ayələrində insanın qiyamət gününə, məhşərdə aparılacaq sorğu-suallara, onların 
gördükləri  işlərə  müvafiq  olaraq  mükafatlandırılıb-cəzalandırılacaqlarına  əhəmiyyət  vermələrinə 
xüsusi diqqət yetirilmişdir. Və eyni zamanda Əli (ə)-ın buyurduğu «Qur᾽anla siz bütün ixtilaf və 
qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Qur᾽an sizin axirət dünyanızı və öldükdən sonra bir 
daha diriləcəyinizi belə bəyan edir» sözləri bir daha bunları sübuta yetirir. 
b) Bəlkə də «gələcək» deyildikdə məqsəd, Qur᾽anın gələcək hadisələr barəsində əvvəlcədən xəbər 
verməsidir. Belə ki, bir çox hadisələr Qur᾽an ayələri nazil olduqdan sonra baş vermişdir. 
v)  Bu  barədə  verilən  üçüncü  nəzəriyyə  Qur᾽anın  keçmiş  qövm  və  millətlər  barəsində  xəbər 
verməsidir.  Qur᾽an  onların  keçmiş  tarixinə  nəzər  salaraq  gələcək  millət  və  nəsillərin  bu  yolu 
keçəcəklərinə  işarə  etmişdir.  Bu  ehtimala  əsasən  deyə  bilərik  ki,  yuxarıdakı  hədislərdə  İnşiqaq 
surəsinin 19-cu ayəsi nəzərdə tutulur. Orada deyilir: 
«Siz [ey kafirlər, qiyamət günü] haldan-hala düşəcəksiniz». 
Yə᾽ni, siz də özünüzdən əvvəlki qövmlərin getdikləri batil yolu gedəcək və özünüzü ağır həlakətə 
düçar edəcəksiniz. 
Eyni  zamanda  bu  hədis  Peyğəmbər  (s)-dan  nəql  olunmuş  hədisə  də  dəlalət  edə  bilər.  Hədisdə 
deyilir:  «Siz  də  özünüzdən  əvvəlkilərin  puç  və  batil  həyat  tərzini  dirildəcək  və  onların  adət-
ən᾽ənələrini davam etdirəcəksiniz.» (Kənzul ummal, 6/40). 
2. «Qur᾽an elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istərlər. Allah-taala 
da onları xar və böyük fəlakətə düçar edər» deməklə, Peyğəmbər (s) Qur᾽anın zalım və bid᾽ətçilər 
tərəfindən  təhrif  olunmayacağını  və  əbədi  olaraq  öz  əzəmətini  saxlayacağını  bəyan  etmək 
istəmişdir. 
Onlar  əvvəlki  səmavi  kitabları  təhrif  etdikləri  kimi,  heç  vaxt  Qur᾽anı  əyləncə  vasitəsinə 
çevirməyə  və  onun  hökümlərini  dəyişməyə  nail  olmayacaqlar.  («Əlhuda  ila  dinul  Mustəfa», 
1/34). 
«Şəxsi meyl və istəklər orada dəyişikliklər apararaq onun həqqaniyyətinə xələl gətirə bilməzlər.» 



 
Biz bilirik ki, bəşər Qur᾽an ayələrini öz şəxsi rə᾽y və nəzərləri ilə təfsir etmiş və oradan müxtəlif 
mə᾽nalar  əldə  etmişlər.  Amma  bütün  bunlara  baxmayaraq,  onun  həqiqi  mə᾽nası  öz 
dəyişilməzliyini saxlamış və qiyamət gününə qədər də toxunulmaz olaraq qalacaqdır. 
3.  Hədisdən  əldə  etdiyimiz  üçüncü  mühüm  mətləb  Qur᾽anın  bütün  ixtilaf  və  keşməkeşləri  həll 
etməsidir.  Belə  ki,  hədisdə  deyilir  «Allahın  nazil  etdiyi  Qur᾽anla  siz  bütün  ixtilaf  və 
qarşıdurmalarınızı  aradan  qaldıra  bilərsiniz.»  Bu  bir  daha  Qur᾽anın  qəzavət  və  ictimai  ədalətin 
bərqərar olunması üçün ən gözəl vasitə olduğunu sübuta yetirir. 
Bəli, əgər müsəlmanlar öz maddi və mə᾽nəvi həyatlarında Qur᾽ana sığınaraq onun hökmlərindən 
lazımı qaydada istifadə etsəydilər, həqiqəti tamamilə dərk edər və Peyğəmbər (s)-ın Əhli-beytinin 
(ə) məqamından agah olardılar. O Əhli-beyt ki, Peyğəmbər (s) onların əhəmiyyətini Qur᾽anla eyni 
səviyyədə tutmuş və özündən sonra məhz onları canişin tə᾽yin etmişdir. 
Həqiqətən, əgər müsəlmanlar Qur᾽anı özləri üçün haqq və ədalət şüarı bilsəydilər, bu gün belə bir 
çıxılmaz  vəziyyətə  düşməzdilər.  Əgər  onlar  Qur᾽an  nuru  altında  hərəkət  etsəydilər,  hər  bir  ali 
hədəflərinə çatar və bir daha haqq yoldan azmazdılar. 
Amma  təəssüflər  olsun  ki,  müsəlmanlar  Qur᾽ana  arxa  çevirib  cahiliyyət  dövrünün  adət-
ən᾽ənələrinə  üz  tutmuşlar.  Onlar  zəlalət  bayrağı  altına  pənah  aparmış  və  nəticədə  din,  əqidə, 
təriqət  və  s.  bu  kimi  ixtilaflara  düçar  olmuşlar.  Bu  ixtilaflar  günbəgün  böyüyərək  müxtəlif 
cərəyanların yaranmasına səbəb olmuşdur. Biri digərini küfr və itaətsizlikdə təqsirləndirir, nahaq 
qanını tökür və var-dövlətini haqsız olaraq qarət edir. Onlar müxalif təriqətləri təhqir və tənqid 
etməyi,  hətta  lə᾽nət  oxumağı  belə  özləri  üçün  ibadət  sanır  və  bununla  Allaha  yaxınlaşmaq 
istəyirlər.  Bütün  bunların  səbəbi  isə  bizə  mə᾽lumdur.  Qur᾽andan  uzaq  düşmək,  onu  şəxsi  rə᾽y, 
yaxud müəyyən nəzərə əsaslanaraq təfsir etmək bütün fəsadların mənşəyidir. 
İkinci hədis: 
Əli  (ə)-dan  nəql  olunmuş  ikinci  hədisdə  Qur᾽an  belə vəsf  edilir:  «Qur᾽an  sönməz  əbədi  nur  və 
dərinliyi  bilinməyən  böyük  bir  dənizdir.  Qur᾽an  haqq  yolu  və  ümid  mənbəyidir.  Bu  yolun 
yolçuları  qət  etdikləri  mərhələdə  zülmət  və  qarnlıqlarla  qarşılaşmaz  və  haqq  yoluna  hidayət 
olunarlar.  Qur᾽anın  gətirdiyi  dəlil  və  sübutlar  dəyişilməz  və  əbədidir.  Qur᾽an  bütün  dərdlərin 
dərmanı  və  şəfa  mənbəyidir.  Qur᾽anı  özündə  yaşadan  şəxslər  daim  alnıaçıq  və  vüqarlı  olarlar. 
Qur᾽anın  tərəfdarları  bir  an  olsun  belə,  himayəsiz  qalmaz  və  onu  özlərinə  ən  böyük  hami  və 
dayaq  hesab  edərlər.  Qur᾽an  iman  xəzinəsi,  tükənməz  elm  mənbəyi,  ədalət  və  qəzavət 
gülüstanıdır. 
Qur᾽an  islamın  təməli  və  geniş  həqiqət  düzənliyidir.  Qur᾽an  suyu  tükənmək  bilməyən  dəniz  və 
bulanmayan  bir  çeşmədir.  Qur᾽an  öz  yolçularının  yoluna  nur  saçan  hidayət  carçısıdır.  Onun 
yolçuları qəflət və cəhalətdən uzaq olar və haqq yoldan bir an olsun belə, sapınmazlar. Allah-taala 
Qur᾽anla  elm  susuzlarının  susuzluğunu  yatırar,  fiqh  alimlərinin  qəlblərinə  təravət  bəxş  edər  və 
əməli-saleh insanları öz məqsədlərinə çatdırar. Qur᾽ana iman gətirənlər ömürlərini izzət və əmin-
amanlıqla  başa  vurarlar.  Qur᾽an  ona  pənah  gətirmiş  şəxsləri  ümidsiz  qoymaz  və  onları  özünün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə