Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   2   3   4   5   6   7   8   9   10   ...   81

15 
 
2. Bir başqasının acizliyini və ya çarəsizliyini hiss etmək; Məsələn, əgər Əhməd hər hansı bir işin 
müqabilində  aciz  qalarsa,  bu  halda  deyilir:  «ə᾽cəztu  əhmədən»  yə᾽ni,  Əhmədin  aciz  və  çarəsiz 
qaldığını gördüm. 
3. Bir başqasını görülən iş və deyilən ifadələrlə heyrətə gətirərək aciz etmək; Burada artıq, e᾽caz 
kəlməsi  «tə᾽ciz»  mə᾽nasını  daşıyır  (təc᾽iz  –  yə᾽ni  kimisə  aciz  etmək).  Məsələn,  əgər  bir  şəxs 
Əhmədi acizliyə vadar edərsə, bu halda deyəcəkdir: «ə᾽cəztu Əhmədən»  yə᾽ni, Əhmədi aciz və 
çarəsiz etdim. 
Kəlam  alimləri  isə  bu  kəlməni  tam  başqa  mə᾽nada  işlədirlər.  Onlar  mö᾽cüzəni  tə᾽rif  edərək 
deyirlər:  Allah-taala  tərəfindən  peyğəmbərliyə  tə᾽yin  olunmasını  iddia  edən  şəxs,  gərək  öz 
sözlərinin  həqiqətini  sübuta  yetirmək  üçün  zahirdə  xilqət  qanunlarının  ziddinə  olan  və  adi 
insanların icra etməkdə aciz qaldıqları qeyri-təbii və qeyri-adi işlər görsün. Belə bir xariqul᾽adə iş 
mö᾽cüzə adlanır və bu işin icrası isə e᾽caz sayılır. 
MÖ᾽CÜZƏ HANSI ŞƏRAİTDƏ YERİNƏ YETİRİLMƏLİDİR 
Mö᾽cüzəyə lazım olan şərtlər: 
Xariqul᾽adə iş yalnız o zaman mö᾽cüzə adlana bilər ki, aşağıdakı xüsusiyyətlərə malik olsun: 
1. Peyğəmbərlik iddiası edən şəxs həmin əməli öz risalətinin haqq olmasını sübuta yetirmək üçün 
həyata keçirməlidir; 
2.  İddia  etdiyi  şey,  bəşər əqli baxımından  qəbul ediləsi  bir iş  olmalıdır. Əgər onun  müddəasını 
əqli yolla inkar və ya təkzib etmək mümkün olsa, gördüyü xariqul᾽adə işlərin düzlüyünə e᾽tibar 
etmək olmaz və bu işə başqaları qadir olmasalar da belə, onu mö᾽cüzə adlandırmaq olmaz; 
Məsələn, Allahlıq iddiası edən şəxsin dedikləri təbii ki, yalan və iftira olmalıdır. Çünki, belə bir 
iddianı təkzib edəcək kifayət qədər əqli dəlillər vardır. Demək, onun irəli sürdüyü iddia tamamilə 
yalandır. 
3.  İrəli  sürdüyü  iddia  şəriət  baxımından  da  məqbul  olmalıdır.  Yə᾽ni,  əgər  onun  müddəası  şər᾽i 
dəlillərlə  təkzib  olunsa,  yerinə  yetirdiyi  xariqul᾽adə  işlər  onun  sözlərinin  həqiqətini  sübuta 
yetirməyəcək  və  gördüyü  işlər  də  mö᾽cüzə  adlandırılmayacaq.  Məsələn,  bir  şəxs  həzrət 
Məhəmməddən  (s)  sonra  peyğəmbərlik  iddiası  edir.  Təbii  ki,  onun  iddiası  tamamilə  batil  və 
əsassızdır.  Çünki,  həzrət  Məhəmmədin  (s)  sonuncu  peyğəmbər  olduğunu  təsdiqləyəcək  kifayət 
qədər Qur᾽an ayələri və o həzrətin özündən və mə᾽sum imamlardan nəql olunmuş hədislər vardır. 
Peyğəmbərlik  həzrət  Məhəmmədlə  (s)  başa  çatmış  və  ondan  sonra  bəşəriyyətə  peyğəmbər 
göndərilməyəcəkdir. İrəli sürülən iddia əql və sənəd yolu ilə batil olunarsa, daha iddia edən şəxsin 
gətirdiyi dəlil və sübutlara heç bir ehtiyac qalmayacaqdır. Və belə olduqda, Allah-taalanın onun 
əməllərini batil etməyə heç bir ehtiyac duyulmayacaqdır. 
4.  Mö᾽cüzənin  digər  şərtlərindən  biri  də,  göstərilən  mö᾽cüzənin  iddia  olunan  məsələni  təsdiq 
etməsidir.  Belə  ki,  peyğəmbərlik  iddiası  edən  şəxsin  göstərdiyi  mö᾽cüzələr  bu  ilahi  məqamı 


16 
 
(peyğəmbərliyini)  təkzib  etməməlidir.  Əgər  təkzib  edərsə,  artıq  biz  onu  mö᾽cüzə 
adlandırmamalıyıq.  Məsələn,  Peyğəmbərlik  iddiası  edən  Museyləmə  adlı  bir  şəxs  mö᾽cüzə 
göstərmək  məqsədilə,  suyu  azalmış  quyunun  suyunu  çoxaltmaq  üçün  oraya  tüpürür,  amma 
gözlənilən  nəticənin  tam  əksinə  olaraq,  quyunun  suyu  tamamilə  quruyur.  Amma  bütün  bunlara 
baxmayaraq o, yenə də peyğəmbərlik iddiası edir və yaxın qəbilələri özünə cəlb etməyə çalışır. O, 
günlərin bir günündə Hənifə qəbiləsinin yanına gəlir və əlini onların uşaqlarının başına çəkir. Bu 
uşaqların bir qismi keçəl xəstəliyinə tutuldu, digər bir qisminin isə dilində pəltəklik yarandı. (İbni 
Əsir, 2-ci cild, 138-ci səh). 
Belə bir halda Allah-talanının onun gördüyü işlərin batil olmasını başqa yollarla aşkara çıxarmağa 
heç bir ehtiyac qalmır. 
5.  Mö᾽cüzə  bəşəriyyətə  mə᾽lum  olan  elmi  anlayışlar  vasitəsilə  həyata  keçirməməli  və  eyni 
zamanda öyrədib-öyrəniləsi olmamalıdır. Əgər bir şəxs müxtəlif elmlərdən istifadə edərək, (hətta 
başqaları buna qadir olmasalar da belə) qeyri-adi işlər görərsə, bunu mö᾽cüzə adlandırmaq olmaz. 
Sehirbaz  və  cadugərlərin  müxtəlif  elm  və  fənlərə  yiyələnərək  göstərdikləri  bir  çox  qeyri-adi 
işlərini dediklərimizə misal çəkmək olar. Onların gördükləri bu kimi işləri mö᾽cüzə adlandırmaq 
olmaz  və  onların  əməllərinin  Allah-taala  tərəfindən  batil  olunmasına  heç  bir  lüzum  da  yoxdur. 
Allah, öz batil iddialarını sübuta yetirmək üçün müxtəlif elm və fənlərdən istifadə edən şəxslərin 
niyyətlərini  batil,  özlərini  isə  xar  və  rüsvay  edər.  Çünki,  onlar  bütün  bunları  dəqiq  elmi 
qanunlardan  istifadə  edərək  həyata  keçirirlər.  Və  mə᾽lum  məsələdir  ki,  bu  işlərə  yiyələnən  və 
təcrübə halında həyata keçirən hər bir şəxs belə bir nəticələrə nail olacaqdır. 
Təbabət elmi ilə məşğul olan bə᾽zi alimləri buna misal çəkmək olar. Onların təbabət haqda olan 
bə᾽zi  mə᾽lumatları  təkcə  adi  insanlara  deyil,  hətta  bir  çox  həkimlərə  də  namə᾽lumdur.  Amma 
buna baxmayaraq biz onların məharətini mö᾽cüzə adlandıra bilmərik. 
Hətta,  əgər  Allah-taala  insanlardan  yalnız  birini,  tövbənin  sirlərindən  və  elmi  qanunlardan  agah 
edərsə və bundan sui-istifadə olunmadığı təqdirdə Allah-taalanın  yaradılış qanununa heç bir eyb 
və nöqsan tutmaq olmaz. Çünki, bütün bunlar mö᾽cüzə deyil və eyni zamanda irəli sürülən iddia 
üçün də dəlil hesab olunmayır. 
Mö᾽cüzənin hər hansı bir yalançı şəxs tərəfindən göstərilməsi və batil iddianın sübuta yetirilməsi 
isə qeyri-mümkündür. Belə olduqda insanlar haqq yoldan azır və cəmiyyətdəki hərc-mərclik birə 
on artmağa başlayır. Bu isə Allah-taalanın müqəddəs zatından uzaq və münəzzəhdir. 
«Allah onların dediklərindən çox uca və çox yüksəkdir». 
MÖ᾽CÜZƏ, PEYĞƏMBƏRLİYİ TƏSDİQ EDƏN AMİLDİR 
Mö᾽cüzənin vacibliyi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə