Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   7   8   9   10   11   12   13   14   ...   81

23 
 
2.  Qur᾽anın  mübariztələblik  çağırışı  təkcə  ərəblərə  deyil,  eləcə  də  bütün  bəşəriyyətə  şamil 
olunurdu. Çünki, Qur᾽anın bu də᾽vəti ümumbəşəri xarakter daşıyırdı. Bu haqda İsra surəsinin 88-
ci ayəsində deyilir: 
«[Ya  Peyğəmbərim!]  De  ki: Əgər insanlar  və cinlər bir  yerə  yığışıb  bu Qur᾽ana  bənzər  bir  şey 
gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.» 
Tarix  boyu  məsihilər  və  islamın  digər  düşmənləri  bu  müqəddəs  ilahi  dinin  əzəmətini  aradan 
aparmaq  üçün  milyonlarla  pul  xərcləmiş  və  saysız-hesabsız  məkirli  planlar  tərtib  edərək  həyata 
keçirmişlər. Əgər onlar Qur᾽ana oxşar bir surə də yazmış olsaydılar, islamın məhvi uğrunda gecə-
gündüz fədakarlıq göstərən şəxslər bundan səmərəli istifadə edər və öz hədəflərinə nail olardılar. 
«Onlar  Allahın  nurunu  [islam  dinini]  öz  ağızları  [öz  iftiraları  və  şər  sözləri]  ilə  söndürmək 
istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də – öz nurunu [dinini] tamamlayacaqdır.» ( Əs-
səf-8). 
3. Kəlam nə qədər fəsahətli və bəlağətli olsa belə, insan bir müddət məşğul olduqda onun kimi və 
ya  heç  olmasa  ona  oxşar  ifadələr  bəyan  etməyə  qadir  olur.  Bu  hamıya  mə᾽lum  olan  ümumi  bir 
qanundur. Qur᾽ani-kərim isə bu ümumi qanundan istisnadır. 
Belə  ki,  insan  nə  qədər  çox  Qur᾽an  əzbərləsə,  onun  ayələri  haqda  düşünüb-daşınsa,  nəhayət 
fəsahət  və  bəlağət  elmlərinə  dərindən  yiyələnsə  bu  işin  qeyri-mümkünlüyünü  daha  yaxşı  dərk 
etmiş  olar.  Demək,  e᾽tiraf  etmək  lazımdır  ki,  Qur᾽anın  bəyan  tərzi  və  onun  ifadə  üslubu 
təkrarolunmaz olub tə᾽lim olunası deyildir. 
Buradan  belə  mə᾽lum  olur  ki,  əgər  Qur᾽an  Peyğəmbər  (s)-ın  öz  buyurduqları  sözlərdən  ibarət 
olsaydı,  onda  o,  nəql  olunmuş  digər  hədis  və  rəvayətlərə  oxşar  olmalıydı.  Qur᾽an  və  hədis 
üslubları  arsında  belə  bir  oxşarlıq nəzərə  çarpsaydı,  islam  düşmənləri  bunu  nəzərdən  qaçırmaz, 
onu  istifadə  etdikləri  planlara  və  müsəlmanlara  qarşı  tərtib  etdikləri  mübarizə  proqramına  daxil 
edərdilər. 
Bunu da nəzərdən qaçırmamalıyıq ki, adətən ədəbiyyatın bir sahəsində va ya müəyyən bir janrda 
müvəffəqiyyət  qazana  bilən  şəxslər,  digər  bölümlərdə  öz  məharətlərini  bir  o  qədər  də  göstərə 
bilmirlər. 
Məsələn, gözəl şe᾽r ustaları nəsr yazmaqda, dastan yazanlar şe᾽r sənətində, nohə yazanlar hekayə 
və  poema  yazmaqda  bir  o  qədər  də  uğur  qazana  bilmirlər.  Qur᾽ani-kərimdə  isə  biz  bunun  tam 
əksini  müşahidə  edirik.  Bu  müqəddəs  kitabda  müxtəlif  mövzular  haqda  söhbət  açılmasına 
baxmayaraq,  bir  neçə  ədəbi  fənlərdən  istifadə  olunmuş  və  onların  hamısında  fəsahət  və  bəlağət 
qanunlarından ən yüksək formada istifadə olunmuşdur.  
QUR᾽AN ƏBƏDİ MÖ᾽CÜZƏDİR 
Bir qədər əvvəl mə᾽lum oldu ki, peyğəmbərləri yalnız onların göstərdikləri mö᾽cüzələrlə tanımaq 
mümkün  olur.  Onlar  müəyyən  müddət  ərzində  yaşadıqları  üçün,  göstərdikləri  mö᾽cüzələr  də 


24 
 
məhdud  və  müvəqqəti  olmuşdur.  Mö᾽cüzələr  müvəqqəti  olsa  da,  Allah-taala,  peyğəmbərlərin 
vasitəsilə  öz  höccətini  onların  üzərində  tamamlamış  və  beləliklə  mö᾽cüzələr  nəsilbə-nəsil  nəql 
olunmuşdur. 
Amma belə nəzərə gəlir ki, bu mö᾽cüzələr içərisində əbədi olaraq öz tə᾽sirini qoruyub saxlayacaq 
bir mö᾽cüzəyə də ehtiyac vardır. Çünki, əvvəlki peyğəmbərlərin mö᾽cüzələri zaman keçdikcə ya 
unudulur, ya da müxtəlif səbəblər üzündən müəyyən şəkk-şübhələrə mə᾽ruz qalır. Belə bir halda, 
gələcək nəsillər peyğəmbərlərin mö᾽cüzələrindən agah olmayıb, yəqinlik hasil etməkdən məhrum 
olarlar.  Ən  başlıcası  isə  Allahın  insanlar  üzərindəki  höccəti  tamamlanmaz,  onların  üzərlərinə 
düşəcək  vəzifələr  müəyyənləşdirilməmiş  qalar.  Bu  isə  ilahi  hikmətlə  heç  bir  şəkildə  uyğun 
gəlmir.  Bu  səbəbdən  də  əbədi  peyğəmbərlik,  əbədi  bir  mö᾽cüzə  tələb  edir.  Çünki  əbədi 
peyğəmbəri təsdiqləyəcək yeganə amil, onun gətirdiyi əbədi mö᾽cüzə olacaqdır. Allah-taala əbədi 
mö᾽cüzə  olan  Qur᾽anı,  əbədi  və  sonuncu  peyəmbəri  (s)  təsdiqləmək  üçün  nazil  etmişdir.  Onun 
peyğəmbərliyi keçmiş nəsillər üçün dəlil olduğu kimi, gələcək nəsillər üçün də açıq-aşkar höccət 
və dəlil olacaqdır. 
Dediklərimizdən belə bir nəticəyə gəlirik: 
1.  Qur᾽an,  Məhəmməd  (s)-ın  özünün  və  eləcə  də  digər  peyğəmbərlərin  mö᾽cüzələrindən  daha 
üstün və daha fəzilətlidir. Çünki, Qur᾽an müəyyən dövr və şəxslər üçün deyil, əbədi olaraq bütün 
bəşəriyyət  üçün  nazil  olmuşdur.  Qur᾽an,  mübarizə  səhnəsində  rəqibi  olmayan,  qiyamət 
gününədək bəşəriyyətə hakim olan əbədi ilahi qanundur. 
2.  O  dövrün  mö᾽cüzələri  məhdud  və  müvəqqəti  olduğu  üçün,  keçmiş  şər᾽i  hökm  və  ictimai 
qanunlar da qüvvədən düşmüş hesab olunur. 
Qur᾽anın  özünəməxsus  xüsusiyyəti,  onu  digər  peyğəmbərlərin  mö᾽cüzələrindən  fərqləndirir  və 
ona xüsusi dəyər verir. O da, Qur᾽anın bəşəriyyəti xoşbəxt həyata, kamala, səadətə hidayət etməsi 
və  onlara  belə  bir  həyat  tərzini  tə᾽lim  verməsidir.  Bildiyimiz  kimi  cahiliyyət  dövründə  yaşayan 
ərəblər əxlaq normalarına yiyələnməyən, bütpərəstliyə, günahsız qanlar tökməyə adət etmiş kəslər 
olmuşlar. Qur᾽an belə bir inadkar qövmü, daha dəqiq desək milləti, cəhalət, rəzalət və zülmətdən 
çıxarıb yüksək mədəniyyətə, həqiqi əxlaq və insaniyyətə qovuşdurdu. İslamın və Peyğəmbər (s)-
ın şəhadət şərbətini, səhabələrinin parlaq tarixini mütaliə edən hər bir şəxs, Qur᾽anın əzəmətini və 
bəşəriyyətin hidayətində qoyduğu izin şahidi olacaqdır. 
Ərəbistan yarımadasının o dövrdəki ictimai durumu yerli əhalini uçuruma doğru aparır və onların 
qarşısına  zülmət  pərdəsi  çəkirdi.  Qur᾽an  bütün  bəşəriyyəti,  xüsusilə  də  cəhalət  zülmündə  qərq 
olmuş  ərəbləri  səadətə  və  xoşbəxt  həyata  qovuşdurdu.  Bir  qədər  əvvəl  kiçik  bəhanələrlə  bir-
birinin  qanını  tökməyə  hazır  olan  cahil  ərəblər,  islamı  qəbul  etdikdən  sonra  Allah  yolunda 
canlarını, mallarını və hətta övladlarını qurban verməyə, Peyğəmbər (s)-ın haqq yolunda şəhadət 
şərbətini içməyə tələsirdilər. 
Təbəri  öz  tarix  kitabında  yazır:  «Müsəlmanlar  Bədr  döyüşünə  tədarük  gördükləri  zaman,  islam 
fədailərindən biri olan Miqdad, Peyğəmbər (s)-ın yanına gəlib deyir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə