Microsoft Word Alarin menalari


Namdar - (Fars.) Adlı-sanlı, məşhur.  Namiq (Namiqə)



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix01.07.2018
ölçüsü0,81 Mb.
#52826
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

48 

 

Namdar - (Fars.) Adlı-sanlı, məşhur. 



Namiq (Namiqə) - (Ər.) Yazıçı, katib, yazar, qəşəng yazmaq, 

Namiyə -  (Ər.) Olma, yerdə bitmə, qüvvətli, inkişaf, yetişmə.  

Namzəd - 1.Nişanlı,adaxlı. 2.Bir işə ,vəzifəyə təyin edilməsi və ya qəbul edilməsi nəzərdə tutulan adam. 

Nardan - Atəş (od), canlılıq. 

Nardanə - (Fars.) 1.Nar dənələri. 2.Gözyaşı damlaları.  

Nardin -  (Fars.) Bir sünbül növü. 

Nargül -  (Fars.) Atəş rəngində, qırmızı gül. 

Narin -  (Fars.) İncə, zərif quruluşlu, nəzakətli. Zəif, çəlimsiz. 

Nariyə -  (Ər.) Odla əlaqədar, cin pəri. - Ad olaraq istifadə edilməz. 

Nasix - (Ər.) Məsləhətçi, dost. 

Nasim - (Ər.)  1.Həll edən, yoluna qoyan, düzüb-qoşan. 2.Təmiz hava. 3.İlıq külək, zərif. 

Nasir -  (Ər.) 1.Köməkçi, kömək edən. 2.Yazıçı,ədib. 

Nasirə - Qələbəni gətirən, kömək. 

Naşir -  (Ər.) Nəşr, paylayan, piyada. 

Natalya - Mövlud günündə doğulmuş. 

Natəvan - Bacariqsiz, taqətsiz, gucsüz, zəif, aciz. 

Natiq (Natiqə) - (Ər.) 1.Söyləyən, danışan, nitq söyləyən. çıxış edən. 2.Düşünən. 3.Bildirən, bildirici. 4.Yaxşı 

danışıq  qabiliyyəti olan adam. 



Navid - Xoşxəbər. 

Nazdil -  (Fars.) Könül nazı, könül cilvəsi. 

Nazəndə -  (Fars.) Naz edici, nazlı, xoş ədalı. 

Nazənin - (Fars.) 1.Cilvəli, oynaq, çox nazlı, işvəli, yetişdirilmiş, ərköyün, naz-nemətə alışmış. 2.Zərif, incə 

quruluşlu. 



Nazim (Nazimə) - (Ər.) Tənzim edən, təşkil edən, sıra-sıra, səf-səf olan şey, inşa edən.  

Nazir - (Ər.) 1.Nəzər edən, nəzarət edən, baxan, göz qoyan. 2.Vəkil. 3.Bacarıqlı. 4.Bir üzü bir tərəfə 

istiqamətli olan. 5.Xəbərdarlıq edən. 



Nazif (Nazifə) -  (Ər.) Təmiz, pak, nəzakətli, zərif və qəşəng geyimli. 

Nazik -  (Fars.) 1.İncə, narın. 2.Tərbiyəli, hörmətli. 3.Gözəl zərif. 

Nazil (Nazilə) - (Ər.) 1.Yuxardan aşağıya enən. 2.Bir yerə qoyulan, bir yerdə yerləşən. 

Nazirə -  (Ər.) 1.Nümunə cavab. 2.Mənzum əsərdə ayrı vəzin və kafiyədə bənzər olma halı. 

Nazil - 1.Enən, yuxarıdan aşağı düşən. 2.Allah tərəfindən göndərilən. 

Nazilə - Hadisə, vaqiə. 

Nazim - 1.Nizama salan, tərtib edən. 2.Nəzmə çəkən, şair. 

Nazir - 1.Baxan. 2.Nazirliyə başçılıq edən hökumət üzvü. 3.Xəbərdarlıq edən. 

Nazirə - Qabaqcadan xəbər verən. 

Naziyyə - Tam nikbin, tam ümidli. 


49 

 

Nazlan - (Tür.) Özünü bəyənmə, nazlı olma. 



Nazlı - (Tür.) 1.Naz edən, qəmzəli, özünü ağır aparan, gözəl, incə. 2.Dəyər verilən sevimli. 

Nazlıgül - (Tür.) ( Bax. Nazlı ). 

Nazpəri - Nazlı pəri, gözəl. 

Nejad -  (Fars.) Soy, nəsil. 

Neman - Xoşbəxtlik, səadət. 

Nemət - 1.Yaxşılıq, hədiyyə, lütf. 2.Xoşbəxtlik, saadet. 3.Yemək, içki, azuqə. 

Nemət - (Ər.) 1.Yaxşılıq, lütf, ehsan, bəxşiş. 2.Azuqə, yeməyə, içkiyə dair şeylər, ruzi, bərəkət, yeyilib içilən 

hər şey. 3.Sərvət, dövlət, var. 4.Səadət, xoşbəxtlik. - Kişi və qadın adı olaraq istifadə edilir. 



Nemətulla - (Ər.) Allahın neməti. 

Nəba - (Ər.) Xəbər. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Nəbanəddin -  (Ər.) Dinin şanı və şərəfi.  

Nəbat - 1.Bitki. 2.Şəffaf. kristal şəklində. 2.Şərq şırniyyatı. 

Nəbi - (Ər.) 1.Xəbərçi, xəbər verən, peyğəmbər. 2.Yüksək, uca. 3.Böyük Türk şairidir. - 17. əsrin ikinci 

yarısında yaşamıştır. 



Nəcdət - (Ər.) Qəhrəmanlıq, igidlik. Qorxusuz olmaq. 

Nəcəf - (Ər.) Üzərinə su çıxmayan yer, yüksək, təpə. Kufə ətraflarında Hz. Əlinin türbəsinin olduğu yer. 

Nəci – Xilaskar. 

Nəcib (Nəcibə) - (Ər.) 1.Nəcib mənşəli, əsli-nəsli olan, soyu təmiz, pak olan kimsə. 2.Gözəl əxlaq sahibi. 

3.Yollara tikilən işarə daşı, bir yerə tikilən daş. 4.Pay, hisse, hörmətli, əziz, nəcib. 5.Zadəgan, qiymətli, üstün 

6.Allahın qısmət etdiyii şey.  

Nəcid -  (Ər.). Yüksək yayla. Ərəbistanın sahil düzənliyinə və çuxur sahəyə zidd olan yüksək qisim. - Kişi və 

qadın adı olaraq istifadə edilir. 



Nəcil - (Ər.) Soylu, soyu təmiz, kişizade, əsl. 

Nəclə - (Ər.) Uşaq, övlad, soy, nəsil. 

Nəsli - (Ər.)  Nəslə aid, soya aid. 

Nəcməddin - İnamın ulduzu. 

Nəcmi (Nəcmiyyə) -  (Ər.) Ulduz. ulduzla əlaqədar. Nəcməddin: Dinin ulduzu. - Dilimizdə "Nəcməddin" 

şəklində istifadə edilir. 



Nəcvə - (Ər.) Yüksək yer. 

Nədidə - (Fars.) Görülməmiş görünməmiş. Çox seyrək olan, çox qiymətli. 

Nədim - (Ər.) 1.Məclis yoldaşı, sohbət yoldaşı, dost. 2.Böyükləri bənd və hekayələri ilə əyləndirən, gözəl 

hekayələr izah edən, şirin danışan. – Nədim: Osmanlı şairlərindən. Əsl adı Əhməddir.- Lalə dövrü 

şairlərindəndir. 

Nədimə - (Ər.) (bax. Nədim) 

 

Zəngin və ya şərəfli, etibarlı bir qadının yoldaşı. 



Nəfasət - (Ər.) Nəfislik, nəfslı olma halı. Qıymətlilik. 

Nəfi - (Ər.) Yararlı. 

Nəfis (Nəfisə) - (Ər.)  Bir xoş, çox xoşuna gələn, ən gözəl, çox bəyənilən, qiymətli. 


50 

 

Nəim - (Ər.) 1.Bolluqda yaşayış. 2.Cənnətin bir qisimi, cənnət. 



Nəqşidil  - (Ər.) Könül rəsmi, könül bəzəyi. 

Nəmrud - (Ər.) Babilin qurucusu olduğu sanılan hökmdar. M. Ö 2640 -da yaşamış Hz. İbrahimi oda  

atdırmışdır. Babil qülləsi onun zamanında tikildiyi deyilməkdədir. -Ad olaraq istifadə edilməz. 



Nərgiz - (Fars.) 1.İri çobanyastığı formasında ortası yaşıl və ya sarı, yarpaqları boz və sarı bir çiçək. 2.Gözəl, 

qürurlu 


Nərim - (Fars.) Pəhlivan, igid, bahadır. 

Nəriman - (Fars)  Ruhu güclü, Igid, cəsur, qəhrəman. 

Nərmi - (Fars.) Yumşaq, zəiflik.  

Nərmin - (Fars.)  1.Yumşaq, incə, zərif. 2.Gül. 

Nəsib - Pay, hissə, birinin əldə etdiyi şey, Allahın qismət etdiyi şey. 

Nəsib (Nəsibə) - (Ər.) 1.Qismət, pay, bəxt. 2.Nəticə bəhrə. 3.Müyəssər. 4.Əsilli, soylu, əsli-nəsəbi olan. 

5.Dik qoyulan daş. Yollara nişan üçün di qoyulan daş. 



Nəsim (Nəsimə) -  (Ər.) 1.Yüngül külək. 2.Xoş, mülayim insan. 

Nəsimi - Nəsim, yel, meh,xəfif külək. 

Nəsir - Kömək edən, xilaskar, müdafiəçi, köməkçi, yardımçı, dost.  2.Heyvan asqırması. 

Nəsirə - Qalib. 

Nəsligül - ( Ər.Fars.Tür.) Gül nəsli, gül kimi gözəl soydan gələn. 

Nəsilxan - ( Ər.Fars.Tür.)  Xan nəslinə aid, xanın nəslindən. 

Nəsilşah - ( Ər.Fars.Tür.) Şah soyundan gələn. 

Nəsrəddin – (Ər.) Din müdafiəçisi, din qoruyucusu, köməkçi, imdada yetişən. 

Nəsrin -  (Fars.) Yaban gülü, dağ cicəyi, avqust gülü, misir gülü, van gülü. 

Nəsrullah -  (Ər.) Allahın köməyi. 

Nəşəcan - ( Ər.Fars.Tür.) Canın nəşəsi, mutluluğu.  

Nəşəgül -  ( Ər.Fars.Tür.)  Nəşələndirən gül. 

Nəşənur -  (Ər.)  Işıq saçan, nəşə, sevinç.  

Nəşəvər - ( Ər.Fars.Tür.) Çox şən, çox nəşəli. 

Nəşid (Nəşidə) -  (Ər.)  Mənzum şeir.-  Atalar sözü dərəcəsində istifadə edilən məşhur beyt və ya misra.  

Nəvaz - (Fars.) Oxşayan, oxşayıcı. 

Nəşvə - (Ər.) Sevinç. 

Nəvid - Xoş xəbər. 

Nəyyir (Nəyyirə) - (Ər.) 1.Nurlu, parlaq. 2.Işıklı cisim.  3.Günəş. 

Nəyzən - (Fars.)  Ney çalan kimsə. 

Nəzafət - (Ər.) Təmizlik, paklık. 

Nəzakət - (Fars.) 1.Naziklik. 2.Zəriflik, incəlik. 3.Tərbiyə. 4.Əhəmiyyət. 

Nəzər -  Baxış, uzaqgörən, baxan, baxma, göz atma, düşünmə, göz dəymə.  

Nəzih (Nəzihə) - (Ər.)  Təmiz, pak.  


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə