Microsoft Word Alarin menalari



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix01.07.2018
ölçüsü0,81 Mb.
#52826
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

42 

 

Maqsum (Maqsumə) -  (Ər.) Ayrılmış, bölünmüş. qismət. Ruzi-ı Maqsum; Allah tərəfindən təqdir olunmuş 

ruzi. 

Maqsur (Maqsurə) - (Ər.) 1.Kəsr olunmuş, qısaldılmış, sıxılmış. 2.Bir şeyə ayrılmış. 

Malik -  (Ər.)

 

1. Sahib, bir şeyə sahib olan, bir şeyi olan. mülk, mülkiyyət, sahibkar Malikii'l-Mülk, Allah.          



2. Yeddi cəhənnəmin hakimi və qapıçısı olan mələk, cəhənnəmi qoruyan mələk. 3.Əzab mələklərini idarə 

edən mələk. 4.İmam Malik -  Maliki məzhəbinin qurucusu.   



Malikə - (Ər.) (Bax Malik). 1.Mal sahibi olan qadın. 2.Pəri, su pərisi. 

Manaf - (Ər.) İca, yuksək. 

Maral - (Tür.) 1.Dişi geyik, ceylan, İribuynuzlu yabanı. 2.Gözəl, incə. 

Marvan - (Ər.) Qəhvəyi rəng. 

Masunə - (Ər.) Əhatə edilmiş, sarılmış, çevrilmiş. 

Maşallah – Allahın istədiyi kimi. 2.Afərin, əhsən, Allahın istədiyi kimidir ! 

Maya - 1.Acıtma, maya.  2.Rüşeym. 3.Dövlət, sərvət, pul.  

Mayil - Aşiq 

Mayis - Ümidsiz. 

Maysarə - Yüngüllük, rahatlıq, komfort. 

Mehdi -  (Ər.) 1.Özünə rəhbərlik edilən. 2.Allahin idarə etdiyi. 3.Doğru yola gəlmiş, Allah tərəfindən hidayət 

verilmiş olan. - Doğru yolu tutan. 4.Şiələrə görə 12 imamın sonu. 



Mehman - Qonaq, müsafir. 

Mehparə - (Fars.) Ay parçası, çox gözəl. 

Mehralı - Mehriban, şən(Yəhudi). 

Mehriban - Sədaqətlı, xoşxasiyyət, vəfalı, gülərüzlü.  

Məbhur (Məbhurə) - (Ər.)

 

Tənəffüs edən, nəfəs alan, nəfəs darlığına tutulmuş olan. 



Məbrur (Məbrurə) - (Ər.) Bəyənilmiş, xeyirli, faydalı.  

Məbsud (Məbsudə) -  (Ər.) 1.Açılmış, yayılmış. 2.Uzun uzadı izah edilən. 

Məbşurə -  (Ər.) Üzü ağ, dəbdəbəli gözəl qadın.  

Məcid (Məcidə) -  (Ər.) Çox ulu, uca, şan və şərəf sahibi, şanlı, qüdrətli, əzəmətli, tanınmış, məşhur, şərəfli.  

- Allahın sifətlərindən.  



Məciddin -  (Ər.) Dinin ululuğu, böyüklüyü.  

Məcnun -  (Ər.)

 

1.Cin tutmuş, cinlənmiş. 2.Dəlicə sevən, sevinmiş, sevincli, razı, xoşhal,  tutqun. eşqə 



mübtəla olan, vurğun. 3.Minnət altında olan. 4.Dəli, divanə. - Leyli və Məcnun hekayəsinin kişi qəhrəmanı. 

Mədinə - (Ər.) 1.Ərəbistanda bir şəhər. 2.Müqəddəs, səcdə olunan. 3.Şəhər, qəsəbə. Hz. Peyğəmbərin 

qəbirinin olduğu şəhər. Hacıların Məkkədən sonra ziyarət etdikləri şəhər.  



Mədəd - Imdad, yardım, kömək. 

Məfkurə - (Ər.) İdeal. düzgün seçim. 

Məfruz (Məfruzə) - (Ər.) Fərz olunmuş, hesab olunan. 

Məftun (Məftunə) -  (Ər.) 1.Fitnəyə düşmüş, sihirlənmiş. 2.Könül vermiş,vurğun, heyran olmuş, tutqun. 

Məğfirət - (Ər.) Allahın qullarının günahlarını bağışlaması, örtməsi. 


43 

 

Məğrub (Məğrubə) -  (Ər.) 1.İstənilən, sevilən. 2.Hər kəs tərəfindən sevilib axtarılan. 



Məhbub (Məhbubə) -  (Ər.) 1.Məhəbbət olunmuş, sevimli, əziz, çox yaxın sevilmiş, sevilən, sevimli.              

2. Məhbubi-i Xuda, (Allahın sevgiyi)  Hz. Məhəmməd (s.ə.s). 



Məhəbbət -  (Ər.) 1.Sevgi, sevme, eşq.. 2.Dostluq. dostca çıxış. 

Məhəmməd - Agıllı, tərifə layiq. 

Məhərrəm - ( Ər.)  1.Haram olunmuş, qadağan edilmiş. 2.Ərəb qəməri təqviminin birinci ayı. (Şıələrin matəm 

ayı) 


Məhfər - (Fars.)  Ay aydınlığı, ay ışığı.  

Məhliqə - (Fars.) Ay üzlü gözəl. 

Məhru - (Fars.)  Ay üzlü gözəl.  

Məhsəti - Gözəl, böyük, dahi. 

Məxfi -  (Ər.) Gizli, sirli. 

Məxfuzə - Qorunan. 

Məkin (Məkinə) -  (Ər.) 1.Yüksək rütbə sahibi.  2.Təmkinli. 2.Nüfuz və iqtidar sahibi. - Hz. Peyğəmbər (s.ə.s) 

-in adlarından.  



Məknun (Məknunə) -  (Ər.) Örtülü, gizli.      

Məknuz (Məknuzə) -  (Ər.) Basdırılmış. Xəzinəyə qoyulmuş, saxlanmış. 

Məqafur - (Ər.) Bağışlanmış. 

Məqbul  -  (Ər.) Qəbul olunmuş, alınmış, alınan. Bəyənilən, xoş qarşılanan, keçərli. 

Məqsumə - (Ər.) Günahsız, təhlükəsiz. 

Məlahət -  (Ər.) Gözəl, gözəllik, üz gözəlliyi., incə, cazibədar. 

Mələk -  (Ər.) 1.Allahın nurdan yaratdığı varlıqlar. Allahın əmrlərinə tam itaət edən varlıqlar. 2.Həlim, səlim 

gözəl xasiyyətli kimsə. 3.Hakim, padşah, mülkədar. 



Mələknaz - Mələk və naz sözlərindən birləşmiş uydurma ad. 

Mələknur - Mələk və nur sözlərindən birləşmiş uydurma ad. 

Mələkpər -  (Ər. Fars.)  Mələk qanadlı. 

Mələkru - (Ər. Fars.)  Mələk üzlü. 

Mələksima - (Ər. Fars.)  Mələk üzlü (simali). 

Məlik - (Ər.) 1.Padşah, hakan, hökmdar. 2.Mal sahibi. Məlikşah. 3.Sultan Sencerin atası olan böyük Səlcuqlu 

hökmdar. 4.Allahın adlarından. 



Məlikə - (Ər.) Qadın hökmdar. Hökmdar arvadı.  

Məlnuz (Məlnuzə) - (Ər.) Ola bilsin, gözlənilir. 

Məltəm -  (Tür.) Yazın nizamlı olaraq qurudan dənizə doğru əsən küləyi,xəfif külək. 

Məmdud (Məmdudə) -  (Ər.) Uzadılan. 

Məmduh (Məmduhə)  -  (Ər.)

 

Təriflənmiş, təriflənəcək. 



Məmməd - Şanlı, şərəfli, tərif olunan. 

Məmnun - (Ər.) Etibara layiq olan.  


44 

 

Məmnunə -  (Ər.) (Bax Məmnun). Sevinmiş, sevincli. 



Mənaf -  (Ər.) 1.Dağın iti təpəsi. 2.Cahiliyyə dövründə ərəblərin bütü. - Ad olaraq istifadə edilməz. 

Mənçur (Mənşurə) -  (Ər.) Nəşr olunmuş, paylanmış, yayılmış. 

Məngübay -  (Tür.) Varlı kimsə. 



Mənsur (Mənsurə) - (Ər.) 1. Kömək olunmuş, Allahın köməyi ilə qalib, üstün gəlmiş. 2.Uzaqlaşmış ,ayrı 

düşmüş. 3.Unudulmuş. 4.Köhnəlmış. 5.Atılmış, tərk edilmiş. 6.Bir ney növü. 7.Türk musiqisində bir nizam.  



Mənzur (Mənzurə) -  (Ər.) 1.Baxılan, nəzər olunan, nəzər dəyilmış (olunmuş). 2.Gözdə olan, bəyənilən, 

nəzərdə tutulmuş. vəd edilmiş. 3.Nəzər salınan. 4.Məqsəd, niyyət. 5.Fədakar.  



Mərcan - Dənizdən çıxarılan tünd - qırmızı rəngli muncuqvarı qadın bəzəyi. 

Mərdan - Kişilər, adamlar, insanlar, qəhrəmanlar, igidlər, səxavətlilər (cəm halında). 

Mərifət - (Ər.) 1.Hər kəsin edə bilmədiyi ustalıq, hər şeydə görülməyən xüsusiyyət, ustalıqla hazırlanmış olan 

şey. 2.Bilmə, biliş, bilik, maarif. 3.Xoşuna gəlməyən hərəkət.  



Məruf (Mərufə) - (Ər.) 1.Hər kəs tərəfindən bilinən tanınmış, müəyyən, məşhur. 2.Şəriətin əmr etdiyi, uyğun 

gördüyü. 



Məryəm -1.Üstün, bakirə. 2. İsa peyğəmbərin anasının adı. 

Mərziyə - Məmnun edən, xoşagələn. 

Məsud - Xoşbəxt, bəxtəvər. 

Məsum - (Ər.) 1.Günahsız,qəbahətsiz,günahsız,ismət sahibi. 2.Saf, təmiz..3.İmam-ı Rəbbaninin oğlu. 

Məsumə -  (Ər.) 1.İmamıyə məzhəbində günahsız sayılan əhli-beyt mənsubu. 2.Pak, təmiz, günahsız. 

Məsun (Məsunə) -  (Ər.)

 

Qorunmuş, qorunan. 



Mənsur (Mənsurə) - (Ər.)

  1.


Saçılmış, dağılmış. 2.Ölçüsüz,  mənzum olmayan söz. 

Mərcan -  (Ər.) Mərcanlar sinifindən olub qayalıq yerlərdə koloniya meydana gətirərək yaşayan, skeleti 

qırmızı rəngli dəniz heyvanı. - Kişi və qadın adı olaraq istifadə edilir.  



Mərdan -  (Fars.) Mərdlər, insanlar, kişilər, igidlər. 

Məryəm -  (İbr.) 1.Abid, ibadətə düşkün insan. 2.Hz. İsanın anası. 

Məsnəvi - (Ər.) 1."Verən", - ikinci doğulmuş oğlan uşağına belə ad verirdilər. 2. Hər beyti ayrı qafiyəli bir 

divan ədəbiyyatında nəzm biçimi.  



Məsrur (Məsrur) - (Ər.) Sevincli, məmnun, sevinmiş məramına çatmış. - Kişi və qadın adı olaraq istifadə 

edilir. 


Məsud (Məsudə) - (Ər.) Səadətlə, bəxtli, bəxtiyar, müqəddəs. 

Məşədi - Ziyarətgah, Məşhədi ziyarət edən.. 

Məşuq (Məşuqə) -  (Ər.) Sevilen, sevilmiş. 

Mətanət - Dayanıqlılıq, möhkəmlık, mətinlik, sabitlik. 

Məthiyyə -  (Ər.) Birini tərifləmək məqsədilə yazılmış əsər, qayda. 

Mətin - Güclü, möhkəm, dözümlü. 

Mətləb - Məlum olmayan, axtarışda olan.  

Mətn -  (Ər.) 1.Mətanətli, möhkəm, davamlı. 2.Özü, sözü doğru, etimad edilə. Hz. Peyğəmbər (s.ə.s) -in 

adlarından. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə