62
«qurd totemi», «atın vəfası» rəvayətdə ön plana çəkilib. Tanrı
Zərdüştü bu qüvvələrin əli ilə qoruyub, şər Əhrimən və
tərəfdarlarına qarşı mübarizə üçün yaradıb, himayə edib, bu səbəb-
dən də onu məhv etmək mümkün olmayıb» (12, 172).
Zərdüştün doğulduğu, yaşadığı və fəaliyyət göstərdiyi coğrafi
məkan haqqında aparılmış tədqiqatlarda ümumi bir fikir hakimdir.
Tədqiqatçıların əksəriyyəti Zərdüştün doğulduğu və əməli
fəaliyyətlə məşğul olduğu məkan barədə yekdil fikirdədirlər:
Zərdüşt Turan dünyasının yetirməsidir. Zərdüştün və həmin dövrün
həyat kitabı olan «Avesta»nın yaranma məkanı haqqında bir qədər
geniş söhbət açmaqda əsas məramımız onun Turan mühitində
araya-ərsəyə gəlməsini vurğulamaqdır. «Avesta»nın mənəvi-
ideoloji qaynaqları da Turan mühitindən qidalanır. Onun nüvəsini
təşkil edən dualist dünyagörüş, tanrılara inam, tanrılara
qurbanvermə, təbiətin insan həyatındakı rolu və s. bu kimi dəyərlər
Turan məkanının yaratdıqları maddi-mənəvi mədəniyyətin əsas
komponentləridir. Dualist fəlsəfə, kainat və planet qanunlarının
harmoniyası, bu harmoniyanın təbiətə və onda yaşayan insan
həyatına təsiri, bütün bu vahid sistemin mütləq yaradıcısına –
Tanrıya inam bütövlükdə Novruz sisteminin əsasını təşkil edir.
«Avesta» heçlikdən, boşluqdan yaranmayıbdır. Alman tədqiqatçısı
və tərcüməçisi H.Humbax Zərdüşt haqqındakı monoqrafiyasında
yazır: «Zərdüşt Ahura dinini keçmişlərdən almış, görünür ki, onu
dəyişmiş, Ahuraməzda sözünü də o düzəltmişdir. Zərdüşt bütün
allahlıq xüsusiyyətlərini Ahuraməzdada birləşdirmişdir. Demək
olar ki, dualizm ondan əvvəlki din rəhbərləri vasitəsilə yaran-
mışdır». «Avesta» araya-ərsəyə gələnə, vahid bir sistem halını
alana qədər Turan dünyası özünün bitkin, püxtələşmiş Novruz
sisteminin koordinat və parametrləri ilə yaşayırdı. «Avesta» mənəvi
qaynaqlarını şumerlərin «Bilqamıs» dastanından və qədim türklərin
şəriksiz yaratdıqları Tanrıçılıq dinindən götürmüşdür. Nümunə
üçün «Kainatın və insanların yaranması» haqqında şumer
rəvayətinə ötəri də olsa diqqət kəsilək: «Başlanğıcda kainatın bütün
63
varlığı böyük okeanın dolu suyundan ibarət olmuş. Onun nə əvvəli,
nə də sonu varmış. Heç kim yaratmamış, o, əbədi mövcud olmuş və
ondan başqa çox min-min illər heç nə olmamış. An və Kinin
nikahından Enlil tanrı doğuldu. Yeddi böyük tanrı və ilahənin ən
ağıllısı və ən qüvvətlisi Enlil tanrı doğuldu. Yeddi böyük tanrı və
ilahənin ən ağıllısı və ən qüvvətlisi bütün kainatı və insanları idarə
etməyə başladılar. Tanrı və ilahələr böyüdü, evləndilər, övlad
dünyaya gətirdilər. Onlar üçün ən yaxşı dərk edilən göylər atası An
və torpaq anası Ki oldu. Onlar genişliyə çıxdılar. Böyük qardaşları
Enlildən kömək istədilər ki, hər gün yox, hər saat böyüsünlər.
Güclü və yenilməz olsunlar. Enlil böyük iş gördü. Mis bıçaqla o,
göy qübbəsini çərtdi. Göy tanrısı An inilti ilə arvadı ilahə Yer
Kidən ayrıldı. Böyük dünyanın dağları gurultu ilə parçalandı. İlahə
Yerin yatdığı yastı dairə onun ətrafını yuyan ilk yaranmış okeandan
yuxarıda qaldı, dünyanın örtüyü nəhəng qalaylı yarımkürə isə
havadan asılı qaldı.
İlk qoşa ər-arvad belə ayrıldı. Ulu baba Göy və Yer bir-
birindən əbədi olaraq aralandı. Ulu An yuxarıda göy qübbəsində
yaşadı. O, heç vaxt aşağı öz arvadının yanına enmədi. Yerin sahibi
Enlil oldu. Enlilin azad etdiyi Yerin canı rahat oldu. Orda-burda
hündür dağlar ucaldı. Enlilin müdrik qardaşı Enki isə dağları,
ormanları, çayları və dənizləri öz hüdudsuz yaradıcılığı ilə yoluna
qoydu. Bu mifdə də suyun başlanğıc olduğu vurğulanır. Su-
ilkinlikdir, başlanğıc nöqtəsidir. Bunun ardınca elə həmin mifdə
göy və yer vəhdəti gəlir. Göy və yerdə həyat ünsürlərinin hamısı
cəmlənibdir. Göy özündə havanı və günəşi, yer torpağı qoruyub
saxlayıbdır. Göy özündə işığı, istiliyi, yer suyu cəmləyibdir. Bu
harmoniyanı dərk etmiş qədim türklər Göyə-Ata (An, Anu), Yerə-
Ana (Ki) demişlər. Şumerlər bu vəhdətə – Ata Göylə Ana Yerin bu
əbədi sevgisinə, məhəbbətinə Tenqri, Denqri (Tanrı), Tanrının
qüdrəti, doğuluşu, yaranışı demişlər. Qədim şumerlər və türklər
odu, günəşi və havanı da müqəddəs bilmişlər. Onları Tanrı
səviyyəsinə qaldırmışdılar. Şumerlərdə Nuski, Kişar Od, Enlü,
64
Ninlil Hava, Utu, Şamaş Günəş Tanrısı sayılırdı. Od, Su, Hava
Torpaq və Günəşin kainat və təbiətdə, onların qoynunda yaşayan
insanoğlunun həyatındakı əhəmiyyəti heç nə ilə müqayisəyə gələn
deyil. Bu dördlüyün vəhdəti külli-kainatı idarə edir, təbii prosesləri
nizamlayır. Bu inam və düşüncə tərzinin digər iki çay arasında
təşəkkül tapmış Orxon-Yenisey abidələrində davam etdirildiyinin
şahidi oluruq. Böyük kitabə müdrik bir fikirlə başlanır: «Üstdə Göy
Tanrı aşağıda yerlə qovuşduqda ikisinin arasında insan doğulmuş»
(12, 331).
Türklər göylə yerin harmoniyasını dəqiq dərk etdiyindən bütün
işlərin müvəffəqiyyətinin səbəbini elə bu vəhdətdə görüblər.
Nəhəng güc-qüdrətin yalnız Tanrıya məxsus olduğunu və bütün
işlərin baisi və səbəbkarının Tanrı olduğunu duyan və bilən Bilgə
Kağan öz xalqına ritorik suallarla müraciət edir: «Türk oğuz
bəyləri, xalqı eşidin! Yuxarıdakı Tanrı basmasa, aşağıda yer
dəlinməsə, türk xalqı, sənin elini, törəməni kim məğlub edə bilər?»
(12, 340). Qədim kainat və planet fəlsəfəsi qloballaşan dünyamız
üçün bu gün də dəyərlidir. Ekoloji tarazlığın qorunub saxlanması,
təmiz kainat və saf planetin varlığı bəşərin həyatı və sağlamlığı
deməkdir. İnsan göy və yer övladı – Ata Göyün və Ana Yerin oğlu
olması barədə qədim türklərin təfəkkürünün məhsulu olan onlarla
nümunə gətirə bilərik. Çin mənbələri vasitəsilə bizə gəlib çatmış
«Şiyenpi» türk dastanının da motivini Göy səma ilə Yerin vəhdəti
təşkil edir. Dastanın mahiyyətinə varmadan əvvəl bir məsələyə
toxunmaq gərəkdir. Çin və İran mənbələrində qorunub saxlanılmış
əski türk düşüncəsinin məhsulu olan mif və dastanlar, nəinki məna,
məzmun, hətta obraz və qəhrəmanların adları belə dəyişikliyə
məruz qalıblar (N.Cəfərov). Haqqında söhbət açdığımız «Siyenpi»
dastanı da məzmun və qəhrəmanlarının adlarının dəyişikliyinə
məruz qalıbdır. Dastanın qısa məzmununa diqqət yetirək. Mo-lo-
heu adında bir Siyenpi cənub hunlarının ordusunda üç il əsgərlik
edir. O, əsgərlikdə olduğu müddətdə arvadı dünyaya bir uşaq
gətirir. Uşağın adını Tanşe Hoau qoyur. Mo-lo-heu əsgərlikdən
Dostları ilə paylaş: |