67
Zərdüştün dinini qəbul etmişdir. Bunu eşidən qonşu Turan
ölkəsinin şahı Gəştasbla müharibəyə başlamışdır. Zərdüşt də elə bu
müharibədə öldürülmüşdür. Daranın atası da e.ə. VI əsrdə ya-
şamışdır. Qeyd olunan tarixi hadisələrə istinadən demək olar ki,
Zərdüşt də 6-cı əsrdə yaşamışdır. Tarixı mənbələr Əhəmənilərin
Zərdüşt təqvimini və ilin yazdan başlanmasını qəbul olunmasının I
Dara dövrünə (e.ə. 505-ci ildə) təsadüf etdiyini təsdiqləyir (31,96).
Təqvimlərin qəbulu xalq kütlələrindən daha çox, taxt-tac
sahiblərinə, rəsmi hakimiyyətə lazım idi. Ən azı ondan ötrü ki, xalq
kütlələrindən vergilərin yığılması, rüsumların toplanması və digər
rəsmi dövlət tədbirlərin keçirilməsi üçün təqvim qəbul edilməli idi.
«Avesta» təqviminə qədər xalqın yaddaş və həyatında təqvimdən
bu və digər formada istifadə edilmişdir. Təqvimlər xalqın empirik
müşahidələrindən, uzun illər möhtəşəm formada qeyd etdikləri
müxtəlif bayram və mərasimlərdən sonra gerçəkləşib. Kainat və
planetlə sıx ünsiyyətdə olan qədim insanı müşahidələri aldatma-
mışdır. İnsanoğlu, çox doğru yerə, günün, həftənin , ay və ilin
hesablanmasını planetlərin, göy cisimlərinin hərəkəti, göy cisim-
lərinin təsirindən yerdəki dəyişikliklərə uyğun olaraq müəyyən
etmişlər. Qədim insanın düşüncə və müşahidəsinə görə, planetdəki
(yer) hadisələrin əsas səbəbkarı göy hadisələri və kainatda
(kosmos) baş verən proseslər hesab edilirdi. Qədim türklərin yazın
gəlməsini bayram etməsi kainat dəyişikliyinin planetə təsiri nəti-
cəsində yaranmış zaman-il, gün yeniliyi ilə birbaşa bağlıdır. İlk
vaxtlar empirik formada yaddaşlarda «daşlaşmışdır». İlk rəsmi təq-
vimlər isə sonradan Misir və Babilistanda yaranmışdır. «Avesta»ya
görə, e.ə. V əsrə aid edilən «Məzdə-yəsna» Zərdüşt təqvimi Misir
və Babilistan təqvimi qaydasında tərtib edilmişdir (31, 91).
Təqvimdən söhbət düşmüşkən, qeyd edək ki, bu günə kimi
bəşəriyyət 3 təqvim tipindən – Günəş (şəms), Ay (qəmər) və Ay-
Günəş (şəmsi-qəməri) təqvimindən istifadə etmişdir. Bu təqvim-
lərin ən mükəmməli günəşin hərəkət xəttinə əsaslanan Günəş
təqvimidir. Bu təqvim tipində dəqiqlik gözlənilir. Təqvimdə il
68
bütöv əhatə olunur. Sabitlik qorunur. İlin başlanğıcı həmişə eyni
vaxta düşür. Yerin Günəş ətrafında tam bir dövrə vurması 365 gün-
də tamamlanır. Hər dəfə ayın yarımdairə (hilal) halında görünməsi
ilə yeni ay başlanır. Ayın hərəkətinə əsasən yaradılan təqvimdə isə
sabitlik gözlənilmir. Sabitlik qorunmadığından ilin başlanması
başqa fəslə düşür. Qəməri təqvimdə ay 28-29 gündən, il isə 354
gündən ibarət olur. Günəşin tam dövrəsi tamamlanmadığından 11
gün çatmır. Hər iki təqvimin qarışığından yaradılmış təqvim Ay-
Günəş (şəmsi-qəməri) adlanır. Qədim «Avesta» təqvimi şəmsi
aylarla hesablanan şəmsi-qəməri il əsasında yaranmışdır. «Avesta»
təqvimi tarixən müxtəlif zamanlara aid olan iki təqvimdən
ibarətdir. Birincisi qədim, digəri yeni «Avesta» təqvimi adlanır.
Birinci təqvimdə ildə kəsir günlər olmuşdur. Qədim «Avesta»
təqvimi Midiya dövründə mövcud olmuşdur. Böyük ehtimalla
demək mümkündür ki, təqvimdəki bu qüsurların ucbatından e.ə.
505-ci ildə I Daranın hakimiyyəti dövründə yeni bütöv təqvim
qəbul olunmuşdur. Tarixi mənbələrdə qədim «Avesta» təqvimində
il 360 gündən ibarət imiş. Hər ay 30 gün müəyyən edilibmiş. Uzun
illərin müşahidə və əməli fəaliyyəti nəticəsində «Avesta» təqvi-
mində il 365 gün götürüldüyündən hər 4 ildə bir gün, hər 120 ildə
isə 1 ay yaz bayramı gec qarşılanırdı. Ə.Biruninin yazdığına görə,
kəsir qalan günlər ilin sonuna əlavə edilirdi (31, 92-93). Əslində,
Zərdüşt bu çatışmazlığı aradan qaldırmış, təqvimi sistemə sal-
mışdır. Ancaq sonradan müxtəlif səbəblərdən bu sistemə düzgün
riayət edilməməsi səbəbindən «Avesta» təqvim sistemi tədricən
pozulub, dəqiqlik əldən verilmişdir. Tarixi xronologiyaya əsasən
deyə bilərik ki, bu təqvimdəki qüsurlar Məlik şah Səlcuq (1073-
1093) tərəfindən Novruz bayramının vaxtını dəqiqləşdirilməklə
aradan qaldırılmışdır. Onun təşəbbüsü ilə kamil bir təqvim
yaradılmışdır. «Avesta» təqvimi Günəşin hərəkət xəttinə uyğun
olduğundan yarandığı gündən elmi əsaslara söykənib. Bu təqvim
fərvərdindən başlanır. Ümumən, mənbələrə əsasən demək olar ki,
Azərbaycan xalqının qədim və orta əsrlərdə istifadə etdiyi təq-
69
vimlər yazdan başlanmışdır. Qədim və orta əsrlərdə istifadə edilmiş
təqvimlərdə yaz müxtəlif aylara düşmüşdür. Ancaq il həmişə
yazdan başlanıbdır.
«Avesta» təqvimi üzrə ilin 8-ci ayı aban ilin səyyar olması
səbəbindən yazın başlanğıcına düşdükdə yenə bu ilin əvvəli Bahar
cəşi (yaz bayramı) adlanırdı. Onu da qeyd edək ki, Yaxın və Orta
Şərq xalqlarının bir çoxu tərtib etdikləri təqvimlərdə «Avesta»
təqviminə istinad ediblər. Ə.Biruni «Asar əl-Baqiyyə» əsərində
yazır: «Çox qədimlərdən il fərvərdin ayının Hörmüz günündən
başlanır». Məşhur ensiklopedistin bu fikri «Avesta»nın birbaşa
özündən qaynaqlanır. «Avesta»ya görə, Novruz insanoğlunun ya-
randığı gündür. «Avesta» inamınca, həmin gün (Novruz) Zərdüştün
anadan olduğu gündür. Zərdüştün «Avesta»nı Ahuraməzdanın
(Hörmüz) yanından gətirdiyi günü də Novruzla bağlayırlar. Yaz
bayramını zərdüştilər Ahuraməzdanın Əhrimən üzərində qələbə
çalması ilə də əlaqələndiriblər. Günün (Novruz) müqəddəsliyi,
uğuru, düşərliliyi uzun illər, əsrlər genetik yaddaşda yaşadılmışdır.
Günün uğuru birbaşa Tanrıyla (kosmosla) bağlı olduğundan
insanlar, xüsusən rəyasət sahibləri (xaqanlar, şahlar, padşahlar)
özlərinin əbədiliyini qorumaq üçün adlarını və fəaliyyətlərini
müqəddəs və uğurlu günlə – Novruzla əlaqələndirmişlər. İnsafən də
deyək ki, bu istəklərinə də zaman-zaman nail olmuşlar. Zərdüşt də
bu günün uğurundan müvəffəqiyyətlə faydalanmışdır. Bu günün
xoşbəxt taleyi Göylərdə yazılmışdır. Qədim insan da günün
Göylərdə yazılmış taleyini həssaslıqla «oxumuşdur». Gündüzün
uzanması, Günəşin hərarətinin artması, təbiətin canlanması, qışın
yaza məğlub olması, işığın güclənməsi bu günü ötən günlərdən
açıq-aydın fərqləndirmişdir. Avestaşünasların əksəriyyəti Novru-
zun geniş əhatəli bir kainat, planet qanunauyğunluqlarını özündə
cəmləşdirən bir sistem olduğundan yox, əksinə, onu yalnız dar bir
çərçivədə saxlayıb, yalnız əkinçilik və təsərrüfatla əlaqələndirirlər.
Çox qəribədir ki, Novruza qarşı bu tendensiya uzun illərdir davam
Dostları ilə paylaş: |