77
çox populyarlaşmışdır. Onun şərəfinə Midiyada Əhəməni və
Arşagidlər dövründə bir çox şəhərlərdə məbədlər tikilmişdir.
M.M.Dyakanov yazır ki, belə mötəbər məbədlərdən biri də Şizdə
(Midiya – Atropatendə) tikilmişdir (74, 118). Nahid üçün məbədlər
su mənbələrinə yaxın yerlərdə tikilirdi. Onun şərəfinə qurbanlar
verilirdi. Verilən qurbanlar da su kənarında olurdu. Gölün, bulağın
yaxınlığında, torpaqda çala qazır, kəsilən heyvanın qanı ora axıdı-
lır, sonra üstünü torpaqla örtürdülər. Qurban ətini yaşıl yarpaqlar
üstünə qoyub, nazik çubuqla vura-vura ovsunlayırdılar. Mərasim
başa çatandan sonra dindarlar ətdən bir parça götürüb gedərdilər.
Allahlara ətdən saxlamazdılar. Onlar güman edirdilər ki, allahlara
ət yox, qurbanın ruhu lazımdır (31, 50). «Avesta»da su ilahəsi
Nahidlə bağlı gerçəkləşdirilən xüsusi bayram Sasanilər dövründə
payızın orta ayında Su bayramı adı ilə keçirilmişdir. Mərasimdə
qadınların iştirakı üstünlük təşkil edirdi. Qadınların çoxluq təşkil
etməsinin səbəbini su ilahəsinin qadın surətində təsvir olunmasında
axtarmaq lazımdır.
«Avesta» inamına görə, su yalnız məişət mərasimlərində deyil,
dövlət əhəmiyyətli işlərdə də müqəddəs sayılmışdır. Müharibəyə
yola düşməzdən əvvəl dövlət bayrağına su çilənər, ilk atılacaq ox
da müqəddəs su ilə yuyulardı.
«Avesta» təlimində torpaq da müqəddəs sayılmışdır. İnsanoğlu
torpağa xeyir, bərəkət mənbəyi kimi baxmışdır. Zərdüştdən çox-
çox əvvəllər yaşamış qədim türklər torpağın müqəddəsliyini
duymuş, ona səcdə etmişlər. Türklər torpağa insanın yaradıcısı kimi
baxmışlar. Yaradıcısı türklər olan bir əfsanədə deyilir ki
,
Qara
xanın oğlu Ülgən insanları torpaqdan yaratmışdır. «Bilqamıs» das-
tanında göstərilir ki, tanrı Aruru Bilqamıs torpaqdan yaratmışdır.
Dünyanın sonuncu və mütərəqqi dini olan islamda da bu fikri
təsdiqlənir. Novruz birbaşa təbiət qanunlarına istinad etdiyindən
torpağı müqəddəs ünsür kimi qiymətləndirmişdir. Novruz siste-
mindən bol-bol qaynaqlanmış «Avesta»da təbiətin bu 4 müqəddəs
ünsürü lazımınca qiymətləndirilmişdir. «Avesta»da od və su kimi,
78
torpağın da təmiz saxlanılması məsləhət bilinir. Yer, torpaq ayrıca
məlakəyə həvalə edilmişdir. Həmin torpaq məlakəsi Zəmyəştin adı
ilə bağlı ayrıca «Zəmyəşt» fəsli vardır. Bu fəsildə torpağı təmiz
saxlamaq, onu əkib-becərmək, abadlaşdırmaq müqəddəs bir vəzifə
kimi insanlara tapşırılır. Zərdüşt t
79
- Ey, məni sol əli ilə və sağı ilə, sağ əli və və solu ilə becərən
insan, mən, həqiqətən, hər cür yemək-içməklə və bol məhsul
yetirəcəyəm, Ey Spitamid Zərdüşt, bu torpağı sol əli və sağı ilə, sağ
əli ilə və solu ilə kim becərmirsə, torpaq ona belə deyir: «Ey sən,
məni becərməyən adam, sən, həqiqətən, ömrün boyu boynunu əyib
özgə qapılarında, daim ona-buna əl açanların arasında qalacaqsan,
həqiqətət, dadlı nemətləri daim sənin yanından keçirib aparacaqlar
ki, orada var-dövlət onsuz da boldur. Taxıl səpən doğruluq səpir
(14, 89). Zərdüştün torpağa münasibəti min illərdən bəri özünü
doğrultmaqdadır. Bu həyati fəlsəfə – «torpaq onu əkib-becərənin və
qoruyanın», « torpaq deyib öldür məni, dirildim səni» – bu gün də
özünü doğruldur.
Cəsarətlə deyə bilərik ki, Novruz təlimini «Avesta» ilkin yazılı
mənbə kimi özündə qoruyub saxlayıb. «Avesta» Novruz sisteminə
əsaslandığından onun prinsiplərini əxz etmişdir. Novruz sistemində
ilin 365 (+1) günü öz əksini tapıb. İlin bütün günləri Novruz
sistemində əhatə olunubdur. «Avesta»da ilin 2 fəsildən ibarət
olduğu göstərilir:
1) 7 aydan ibarət olan yaz;
2) 5 aydan ibarət olan qış.
Türklər də ili 2 hissəyə bölürdülər. Birinci hissə Xızr, ikinci
hissə Qasım adlanırdı. Hər iki hissə 6 aydan ibarət idi. İlin Xızr
deyilən dövrü 28 apreldən, Qasım hissəsi 26 oktyabrdan başlanırdı.
Yuxarıda qeyd etdik ki, «Avesta» təqvimi Novruza əsaslandığı
üçün ilin bütün günləri, ayları əhatə olunurdu. «Avesta»da ilin
müxtəlif vaxtlarında 6 mövsüm bayramının keçirildiyi qeyd olunur.
1. Məydyu-zərəmi adlanan bayram yazın ikinci ayının əvvə-
lindən başlayaraq beş ay davam edirmiş. İnama görə, bu bayram
göyün yarandığı gün hesab edilirmiş.
2. Məydyu-şəm deyilən ikinci bayram yayın başlanğıcında
keçirilirmiş. Həmin gün suların yaradıldığı gün hesab edilirmiş.
3. Yayın axır ayında keçirilən bayram Pəyti-nəym adlandırıl-
mışdır. Həmin gün insanlar yerin yaradıldığını qeyd edirmişlər.
80
4. Payızın ilk ayında keçirilən əya-sərəm bayramında hey-
vanların yaradıldığı gün qeyd olunurmuş.
5. Bitkilərin yaradıldığı gündə keçirilən bayram məydyu-arəm
adlanırmış.
6. Qışın sonunda yazın gəlişi ilə bağlı qeyd edilən bayram
həməspət-məydi adlanırmış. İnsanın yaradıldığı bu günü insanlar
xüsusi təntənə ilə keçirirmişlər.
Zərdüşt dininə inanlarda belə bir inam var idi ki, Ahuraməzda
dünyanı altı mərhələdə yaradıbdır. Elə bu inama görə də onlar ilin 6
ayrı-ayrı dövründə müxtəlif günlərdə bayramlar keçirirmişlər.
«Avesta»da adları qeyd olunan bu bayramların təsərrüfatla bağlı
olduğu göstərilir. Məsələn, payızın başlanması ilə bağlı keçirilən
əya-səri bayramında dağdan qayıdan sürüyə qoç buraxılır. Görünür,
bu bayram sürünün dağdan enməsi və quzulama ilə əlaqədar
olmuşdur. Yazın ikinci ayı, yəni aprel 20-22-də keçirilən məydyu-
zərəmi bayramı maldarların ilin əvvəlində maldarlıqla əlaqədar
keçirdikləri şənlik idi. İlin bu vaxtları mal-qaranı çölə-örüşə
çıxarmaq üçün əlverişli şərait yaranır. Sıra ilə qeyd etdiyimiz ikinci
və üçüncü bayramlar da sırf əkin-biçin ilə bağlı idi.
Həməspət-məydi bayramı isə qışın çıxması və yazın gəlməsi ilə
bağlı olan, sonralar Novruz bayramı kimi tanınmış yeni ilin
başlanğıc bayramı idi (31, 58-59).
«Avesta» təqviminə görə, yazın birinci ayı fərvərdin adlanır.
Bir sıra tarixi mənbələrdə Novruz bayramı fərvərdin bayramı kimi
qeyd edilir. Bəzi tədqiqatçılar fərvərdin sözünü ata-baba ruhu
mərasimi ilə bağlayaraq, bununla ilk dəfə Novruza dini nəfəs
gətirmək istəmişlər.Bir daha qeyd edirik ki, bütün sonrakı dinlər
kimi, zərdüştlik də Novruzdan yetərincə faydalanmışdır. Çox
maraqlıdır ki, Novruzdan qaynaqlanan, onun maddi-mənəvi
dayaqlarına söykənən zərdüştlikdə fərvərdikan adlanan ata-baba
ruhunu xatırlama ayini Novruz bayramına bir neçə gün qalanda
keçirilirdi.
Dostları ilə paylaş: |